Vətənpərvərlik
hissinin
formalaşmasında hərbi
xidmətin rolu
Bu gün Azərbaycanda gənclərin
vətənpərvər ruhda tərbiyə olunması
başlıca vəzifələrdən biridir.
Torpaqlarımızın bir qisminin işğal altında
olduğu bir şəraitdə bu yöndə təbliğatın
gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.
Çünki dövlətin qarşısında duran
başlıca vəzifələrdən biri də gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi və
onlara vətənpərvərlik hisslərinin
aşılanmasından ibarətdir.
Gənclərin
aparıcı qüvvə olaraq gələcəkdə
dövlətin yükünü öz üzərində
daşımalı olacağını nəzərə alanda,
sözügedən məsələyə son dərəcə
məsuliyyətlə yanaşmaq reallığı ortaya
çıxır. Gənclərin vətənpərvərlik
ruhunun yüksək olması hər mənada dövlətin
xeyrindədir. Fərqi yoxdur, həmin gənc hərbçidir,
yoxsa digər peşə sahibi. Hansı peşə üzrə
əmək fəaliyyəti ilə məşğul
olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik,
torpağa, dövlətə sədaqət hissləri yüksək
olmalıdır. Azərbaycan dövləti tərəfindən
son illər bu istiqamətdə bir sıra addımlar
atılır, sistemli işlər görülür.
Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik
hisslərinin yüksək olması ilk növbədə
onların milli-mənəvi özünüdərkindən
keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir
ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri
təmsil edir. Xüsusilə nəzərə almaq
lazımdır ki, Azərbaycan müharibə vəziyyətində
olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal
altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi
dəyərlərə bağlılığı çox
önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik
şüurunun inkişaf etdirilməsi üçün bir
sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət
kəsb edir.
Etiraf edək
ki, gənc nəslin vətənpərvərlik ruhunun
artırılmasında hərbi xidmətin əvəzedilməz
rolu var. Ordu dövlətin müstəqilliyinin, suverenliyinin və
ərazi bütövlüyünün qorunmasının təminatçısı
rolunda çıxış edir. Eyni zamanda, ordu beynəlxalq
sülhü möhkəmləndirmək, fəlakətlər
zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik
məsələlərini həyata keçirmək
missiyasını öz üzərinə götürür.
Deməli, ordu təkcə dövlətin ərazisini, müstəqilliyini,
suverenliyini deyil, həm də bütövlükdə cəmiyyəti
qorumaqla dövlətin tərkibində olan ən vacib struktur
olduğunu sübuta yetirir. Hərbi xidmət həm də gənclər
üçün bir həyat məktəbidir. Belə ki, xidmətdə
olan gənc fiziki, mənəvi-psixoloji cəhətdən
formalaşır, həyatın çətinlikləri ilə
ayaqlaşmağı öyrənir. Ona görə də
çox vaxt el dilində deyirlər ki, hərbi xidmət bir
kişilik məktəbidir. Görünən odur ki, gənclərin
hərbi xidmətə marağı hər keçən
gün artır. Təsadüfi deyil ki, rəsmi statistik məlumatlara
görə, son illər Azərbaycan ordusunda fərarilik
halları əhəmiyyətli şəkildə azalıb. Demək
olar ki, yox səviyyəsinə enib. Halbuki, 15 il əvvəl bu
kimi problemlər daha qabarıq formada özünü göstərirdi.
Bütün bu müsbət dinamikalar aparılan islahatlar və
nizam-intizamın gücləndirilməsi ilə
bağlıdır. Hərbidə xidmətdən yayınma
hallarının azalmasının əsasında dayanan
başlıca mənəvi faktorlardan biri gənclərdə vətənpərvərlik
hisslərinin yüksək səviyyədə olmasıdır.
Məsələ ondadır ki, xidmətə
çağırılan gənclər müxtəlif ailələrdə
böyüyüb və onların psixoloji durumları fərqlidir.
Ailə şəraitilə bağlı olaraq əsgərlərin
hər biri düşdüyü hərbi mühiti fərqli
şəkildə qəbul edir. Ancaq vətənpərvərlik
hisslərinin gənclərdə arzuolunan səviyyədə
olması onlara bütün çətinliklərin öhdəsindən
məharətlə gəlməkdə yardım edir. Eyni
zamanda, onlarda vətənpərvərlik hisslərinin daha
yüksək səviyyədə formalaşmasına kömək
edir. Onu da qeyd edək ki, gənc nəslin hərbi vətənpərvərlik,
dövlətçilik, milli mənəvi dəyərlərimizə
hörmət ruhunda böyüməsində müharibə
veteranları mühüm rol oynayır. Belə ki,
veteranların gənclərə örnək olması, onlara
dövlət tərəfindən göstərilən diqqət
və qayğı gənclərimiz üçün bir həyat
məktəbidir. Məsələ orasındadır ki, nə
elektron mediada, nə də kütləvi informasiya vasitələrində
veteranların həyat və şərəfli
döyüş yolunu təbliğ edən materiallara rast gəlinmir.
Baxmayaraq ki, Böyük Vətən müharibəsi, eləcə
də Qarabağ müharibəsi veteranları bizim
qızıl fondumuzdur, ancaq gənclər arasında onlar barədə
məlumat bəsit səviyyədədir.
Veteranlarımızın xidmətləri hələlik Azərbaycan
dövləti tərəfindən yüksək qiymətləndirilir.
Onlar Azərbaycan dövlətinin diqqət və
qayğısı ilə əhatə olunub. Bu
qayğının əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulub. Faşizm üzərində
Qələbənin 70 illiyi ərəfəsində
veteranların yubileylərinin silsilə tədbirlərlə
qeyd olunması diqqət və qayğının əsas
göstəricilərindəndir. Lakin buna baxmayaraq, veteranlar
ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin
milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal
iştirak edirlər.
İkinci qrup əlil, Qarabağ
müharibəsi veteranı Təvəkkül Bayramov qeyd edir ki, müharibə
veteranlarının keçdiyi döyüş yolunun gənclər
arasında təbliğ olunması onların vətənpərvər
ruhda böyüməsi baxımından əhəmiyyətlidir.
Ən azından bu istiqamətdə təbliğatın təşkil
edilməsi gənclərin həqiqi hərbi xidmətdən
yayınmasının qarşısını ala bilər: “Hərbi
xidmətin gənclərin həyatında oynadığı
rol çox böyükdür. Gənclər dərk etməlidir
ki, hərbi xidmət hər bir vətəndaşın
borcudur. Xüsusən də söhbət torpağının
20 faizi işğal altında olan dövlətin gənclərinin
fərarilik barədə düşünməyə belə mənəvi
haqları yoxdur”. Onun sözlərinə görə, təbliğat
vasitələrində, tədris müəssisələrində,
hərbi vətənpərvərlik və hərbi xidmətə
çağırış xüsusi diqqət mərkəzində
olmalıdır: “Təəssüflər olsun ki, şəhərin
bir sıra yerlərində yerləşən reklam lövhələrində
bu kimi şüarları görmürük. Əsasən
kommersiya xarakterli reklamlara önəm verilir. Halbuki, hərbi
xidmətin gənclərin həyatında oynadığı
rola daha çox diqqət yetirməyə ehtiyac var.
Çünki hərbi xidmət keçən gənc əvvəla
müstəqil həyata qədəm qoyur və bir sıra
sınaqlardan çox uğurla çıxır”. Onun sözlərinə
görə, hazırda dövlət müharibə əlillərinin,
şəhid ailələrinin, veteranların sosial müdafiəsini
gücləndirmək məqsədilə ardıcıl tədbirlər
görür və yaxın gələcəkdə daha bir
neçə yeniliyin şahidi olacağıq: "Biz də hər
an cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrlərini
icra etməyə, onun tapşırığı ilə Vətənimizin
bütövlüyü və torpaqlarımızın azad
olunması üçün sipər olmağa
hazırıq".
Müharibə veteranı İmran Nəcəfov hesab edir ki, dövlətin
veteranlara göstərdiyi diqqət və qayğı gənclər
üçün bir örnək kimi qəbul edilməlidir: “Azərbaycanda
həyata keçirilən sosial siyasət ölkənin hər
bir vətəndaşını əhatə edir. Sözsüz,
dövlətimizin başçısının müvafiq sərəncam
və fərmanları ölkə ictimaiyyəti, o cümlədən,
müharibə veteranları, şəhid ailələri,
müharibə əlilləri tərəfindən də
yüksək qiymətləndirilir. Prezidentin fərmanına əsasən,
"Müharibə əlillərinə Azərbaycan Respublikası
Prezidentinin təqaüdü"nün aylıq məbləği
artırılaraq I qrup müharibə əlillərinə 150
manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup
müharibə əlillərinə 100 manat müəyyən
edilib. Müharibə veteranlarının müavinətlərinin
artırılması dövlətin bu istiqamətdə həyata
keçirdiyi tədbirlərin ardıcıl olduğunu,
müharibə iştirakçılarına yüksək diqqət
və qayğı göstərildiyini sübut edir. Təkcə
bu fakt gənclər üçün ibrət dərsi
olmalıdır ki, dövlət heç vaxt Vətən
yolunda canını fəda etmiş oğullarına
qarşı biganə qalmır”. Onun sözlərinə
görə, Azərbaycanın ərazi
bütövlüyünün müdafiəsi zamanı
döyüşlərdə fiziki
sağlamlığını itirmiş vətəndaşlar,
həmçinin, Böyük Vətən müharibəsi əlilləri,
hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil
olmuş şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması
daima dövlətin diqqət mərkəzindədir. Çox
sevindirici haldır ki, mütəmadi olaraq şəhid ailələri,
müharibə əlil və veteranlarının, 20 Yanvar və
Çernobıl əlillərinin müavinətləri
artırılır, mənzil-məişət şəraitləri
yaxşılaşdırılır, pulsuz müalicə və
müayinələrin təşkili həyata keçirilir: “Azərbaycanda
həyata keçirilən sosial siyasət ölkənin hər
bir vətəndaşını əhatə edir. Müharibə
əlilləri və şəhid ailələrinə göstərilən
diqqət və qayğı da bu qəbildəndir. Azərbaycan
müharibə şəraitindədir. Belə halda vətəndaşlar,
gənclərimizin vətənpərvər ruhda yetişməsi
önəmli amillərdən biri və ən
başlıcasıdır. Dövlətimizin də bunu nəzərə
alaraq, şəhid ailələrinin mənzil və məişət
problemlərinin həllini öz üzərinə
götürməsi nümunəvi, təqdirəlayiq
haldır”.
Göründüyü
kimi veteranların keçdikləri həyat yolu və onlara
dövlət tərəfindən göstərilən
qayğı gənclərin vətənpərvər ruhda
böyüməsi üçün bir örnək rolunu
oynayır. Veteranların isə birmənalı olaraq
tövsiyyəsi ondan ibarətdir ki, gənclər ordu
sıralarında xidmət etməyi özlərinə vətəndaşlıq
borcu hesab etməlidir. İnsafən qeyd etməliyik ki, hər
ötən gün Azərbaycan gəncliyi üçün hərbi
xidmətin önəmi artır. Artıq təhsilindən,
peşəsindən asılı olmayaraq hər bir gənc hərbi
xidmətə getməyi özü üçün mənəvi
bir borc hesab edir. Çünki dərk edirlər ki,
bütövlükdə hərbi xidmətin gənclərdə
vətənpərvərlik hisslərinin, milli mənlik
şüurunun formalaşmağında, milli kimliyinin dərk
edilməsində özünəməxsus rolu və əhəmiyyəti
var. Nəzərə almaq lazımdır ki, hərbi xidmətdə
gənclərin bir-biri ilə kollektiv münasibəti
formalaşır. Hərbi xidmət gənclərə vətənpərvərlik
hissləri aşılamaqla yanaşı, onlarda bir mətinlik,
dözümlülük formalaşdırır. Onlarda vətənə
bağlılıq kontekstində daha geniş təsəvvürlər
yaradır. Ən nəhayət, Azərbaycan müharibə
şəraitində olduğu üçün, hərbi xidmət
gənclərdə düşmənə qarşı nifrət
hissinin formalaşmağına təkan verir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 13 mart.- S.12.