Vətənpərvərlik dövlətini və onun

milli maraqlarını qorumaqdır

 

İlham Əliyev: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”

 

Azərbaycan Prezidenti İlham Əliyev deyirdi ki, “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə  Azərbaycanın gələcək inkişafına  töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”.

Cənab Prezidentin bu fikirləri Azərbaycan gənci qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrdən ən başlıcası, dövlətini qorumaqonun milli maraqlarının təmini istiqamətində çalışmaqdır. Keçən illər ərzində dövlətin həyata keçirdiyi gənclər siyasəti Azərbaycanın prioritetlərini də müəyyən etdi. İndi dövlətin qarşısında duran əsas məsələlərdən biri gənclərdə vətənpərvərlik hisslərinin aşılanması və milli şurun formalaşmasına nail olmaqdır. Vətənpərvərlik məfhumu məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən, necə deyərlər, mərhələ-mərhələ formalaşır. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bütövlükdə, sözügedən hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən keçir. Həmin faktorlar bir-biri ilə sıx bağlıdır. Ona görə də nəzərə almaq lazımdır ki, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Tədqiqatçılar hesab edir ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Belə ki, burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Dünyada gedən qloballaşma prosesinin sürətlənməsinin bu məsələyə də mühüm təsiri var. Gənclərimizin əksəriyyəti Avropa dəyərlərini mənimsəməyə çalışır.

 

Avropa dəyərləri millilikdən uzaqlaşdırır

 

Bəzən Avropa dəyərləri altında gənclərimiz elə təbliğatın təsirinə düşür ki, bu həm bizim milli, mental, həm də dini dəyərlərimizlə kəskin ziddiyyət təşkil edir. Gənclərimizlə bağlı təbliğatın aparılmasında bir az mühafizəkar olmaq lazımdır. Milli şüuru deqradasiyaya uğradan, vətənpərvərlik hisslərini öldürən, adət-ənənəmizlə tamamilə ziddiyyət təşkil edən təbliğatın qarşısı kəskin şəkildə alınmalıdır. Maraqlıdır ki, Avropa dəyərləri adı altında gənclərimizə təbliğ olunması nəzərdə tutulan dəyərləri bütün vasitələrlə yaymağa çalışırlar. Gənclərin aşırı dərəcədə dünyəvi dəyərlərə önəm verməsi, onları millilikdən uzaqlaşdırır. Nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır. Kosmopolit düşüncə tərzinin hakim olması xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğradır. O cümlədən, aşırı milli dəyərlərə bağlılıq da heçarzuolunan deyil. Çünki bu, gəncləri dünyəvi dəyərlərdən uzaq saxlayır ki, bu da nəticə etibarilə dövləti, cəmiyyəti müasir inkişafdan kənar saxlayır. Çağdaş dünya reallıqları elədir ki, bəşəri, dünyəvi dəyərlərə yiyələnmədən inkişafa nail olmaq mümkün deyil. Mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətləri dünyada tanıtdıran və gələcək nəsillər üçün örnək edən səbəb onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmasıdır. Ulu öndər Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bu gün Azərbaycan bayrağını müxtəlif beynəlxalq turnirlərdə dalğalandıran idmançılarımız tariximizin qəhrəmanlıq salnaməsini davam etdirənlərdir. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və Vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın rolu böyükdür. Gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, onun kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və möhtəşəm işlər aparılır.

 

“Mən sizə arxalanıram”

 

Ekspertlər vətənpərvərliyin dəyişkən fenomen olduğunu deyirlər və bunsuz nə dövlət, nə də cəmiyyətin inkişaf edə bilməyəcəyi qənaətindədirlər. Qloballaşma şəraitində vətənpərvərlik fərqli xüsusiyyətlərə malikdir. Müstəqilliyimizin ilk illərində vətənpərvərlik bir qədər başqa mahiyyət daşıyırdı. O zaman ümummilli liderin zəkası və iradəsi, həmçinin şəxsi vətənpərvərlk nümunəsi sayəsində vətəndaşları Vətəni və dövləti qorumaq ideyası ətrafında birləşdirmək lazım idi. Bu, o dövr üçün vətəndaşların fikir müxtəlifliyindən daha vacib idi. Ümummilli liderimizin azərbaycanlı olduğu ilə fəxr etməsi fikrini yada salaq. Bu gün bir çoxları bu fikri təkrar edir və azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildirirlər. Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Sosioloji sorğular sübut edir ki, bizim üçün ən qiymətli dəyər - müstəqil dövlətimizdir. Lakin çətinlik törədən məsələ vətənpərvərliyin müxtəlifliyindədir. Vətənpərvərlik birləşdirə də bilər, ayıra da. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan əhalisinin 2,8 milyonuya 31%-i gənclərdir. Sosial həyatın bütün sahələrinə nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərilərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. Yaşadığımız dövr elmin, texnikanın və yeni texnologiyaların misli görünməmiş inkişafı ilə fərqlənir. Bu gün informasiya cəmiyyəti, informasiya idarəçiliyi xalqın əksəriyyətini təşkil edən və daim yeni informasiya cəmiyyəti yaratmaq eşqilə yaşayan gənc nəsil üçün çox önəmlidir.

 

Hərbi vətənpərvərlik hissləri

 

Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış “Elektron Gənclik” layihəsi və Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən digər layihələr gözəl bəhrələr verməkdədir. Erməni faşizminin 1905-1907, 1918-1920  və 1988-1993-cü illərdə məmləkətimizin müxtəlif bölgələrində törətdikləri ağlasığmaz vəhşiliklər və soyqırımlarının, 7 rayonumuzun və Dağlıq Qarabağın erməni işğalına məruz qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün 20 ildən bəri doğma yurd həsrəti ilə çəkdikləri əzablar barədə məlumatların dünya dövlətlərinin parlamentlərinə, kütləvi informasiya vasitələrinə, beynəlxalq siyasi təşkilatlara çatdırılmasında “Elektron Gənc- liyin zəhməti əvəzsizdir. Öz mədəni-məişət şəraitlərinin yaxşılaşdırmaq üçün gənc ailələlərə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Respublika Prezidentinin fərmanı ilə yeni ailə qurmuş gənc mütəxəssislərin-hərbi qulluqçuların, idmançıların, alimlərin və qeyri-peşə sahiblərinin sosial problemlərinin həllinə dövlət qayğısının əyani sübutu kimi dəyərləndirilməlidir. Dövlət tərəfindən həyata keçirilən belə proqramlar insanlarda vətəpərvərlik hisslərinin güclənməsinə təkan verir. Xüsusilə ortaali məktəblərdə gənclərdə hərbi vətəpərvərlik hisslərinin aşılanması üçün görülən işlər təqdirəlayiqdir. Ümumilikdə görülən işlərin mətbuat və telekanallar vasitəsilə yayımlanması da proseslərin içərisində yer alır. İstənilən halda bütün bu amillər gənclər tərəfindən nəzərə alınır. Görülən işlər gənclərdə milli mənlik və kimlik şüurunu inkiçaf etdirməklə yanaşı, onların fəaliyyətlərinə də yön verir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezident İlham Əliyevlə davam etdirilməsi bu yöndə olan inkişaflara təkan verən başlıca amildir. Bütün müsbət fəaliyyətlərində dövlət qayğısını baş ucunda hiss edən Azərbaycan gəncliyi öz fəaliyyətini də lazım olan istiqamətdə qura bilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 20-30 mart.- S.15.