“Cəmiyyət özü də vətənpərvərliyin
təbliq edilməsi
üçün ən böyük məktəbdir”
Xəzri
Abdullayev: “Bundan əlavə gənclərimizdə vətən
sevgisini aşılanması üçün qeyri-hökumət
təşkilatları və Gənclər Təşkilatlarının
da öhdəsinə böyük məsuliyyət
düşür
Azərbaycan gənclərinin milli
mənlik şüurunun inkişaf etdirilməsi və
onların vətənpərvər ruhda tərbiyə edilib
böyüdülməsi dövlət gənclər siyasətinin
başlıca priorityetlərindən biri hesab edilir. Məhz
bu baxımdan müstəqilik dövründən keçən
illər ərzində dövlət səviyyəsində qəbul
edilən əksər dövlət proqramları, imzalanan fərman
və sərəncamlarda bu sahəyə xüsusi diqqət
yetirilir. Çünki bu sahəyə nə qədər diqqət
artırılsa da, təəssüf hissi ilə etiraf etmək
lazımdır ki, hələ də vətən, millət,
dövlət sevgisindən uzaq, xarici dairələrin təsirləri
altına düşən gənclərimiz var. Elə Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyev də
öz çıxışlarında bu məqama diqqət
ayıraraq gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edir.
Bəs görəsən bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir? Əgər Ali Baş Komandan müharibə qərara versə gənclərimiz torpaqlarımız uğrunda mübarizəyə hazır olacaqlarmı? Xüsusilə, bu gün Azərbaycandan kənarda yaşayan və təhsil alan gənclərimiz Vətənin dar günündə onun müdafiəsinə qalxmağa hazırdırlarmı? Azərbaycandan kənarda təhsil alan gənclərimiz nə dərəcədə vətənpərvərdirlər? Bu və ya digər suallarla bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev ilə söhbətləşdik. Xəzri Abdullayev “OLAYLAR”-a verdiyi müsahibədə Ukraynada yaşayan və təhsil alan gənclər arasında vətənpərvərlik hisslərinin artırılması istiqamətində ASGA-nın Ukrayna nümayəndəliyinin gördüyü işlərdən də danışıb.
-Xəzri bəy,
bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir
və bir gənc olaraq həmyaşıdlarınızın vətənpərvərlik
hissləri sizi qane edirmi?
-Azərbaycanın tarixin hər dövründə vətənpərvər gəncləri olub və bundan sonra da olacaq. 1918 - ci ildə Azərbaycan Demokratik Respublikasını yaradanlar arasında, 1988 - ci ildə meydan hərakatında böyük rol oynayanlar arasında da vətənpərvər gənclərimiz kifayət qədər idi. Müharibədə şəhidlik zirvəsinə yüksələnlərin hər biri vətənimizin ən sevimli, mərd və ən əsası vətənpərvər övladlarıdır. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda vətən sevdalı minlərlə gəncimiz yetişməkdədir. Bu gün Azərbaycanın dünyada təbliğat kampaniyalarını aparan diaspor təşkilatlarımızın əksəriyyəti vətənpərvər gənclərdən ibarətdir. Unutmayaq ki, bu gunun gənc diaspora fəalları sabahın güclü lobbi hərəkatının öncülləri olacaq. Mən əminliklə deyə bilərəm ki, vətənimizi canından artıq sevən gənclərimiz hər gün artmaqdadır.
Bir şeyi də əlavə etmək lazımdır ki, vətənimizin ağır günlərində o gənclər çıxar və öz sözünü hər zaman deyərlər.
-Xaricdə təhsil
alan və yaşayan gənclər arasında vətənpərvərlik
hissi kifayətqədərdirmi və onlar arasında millət,
dövlət sevgisi nə dərəcədədir?
-İctimai fəaliyyətlə məşğul olduğum üçün deyə bilərəm ki, mənim ətrafımda olan, istər Ukraynada, istərsə də digər ölkələrdə yaşayan gənclərin böyük əksəriyyəti millətci, dövlətci gənclərdir. Dövlətimizin hər zaman dövlətini şərtsiz sevən gənclərə ehtiyacı var. Ürəyi döyündükcə Azərbaycanın səsinə səs vermək, xaricdə yaşayan hər bir həmyaşıdımın borcudur. Buna görə də xaricdə vətəni üçün yanıb alşan, hər sözünü vətən üçün deyən, hər işini vətən üçün görən gənclərimiz ana yurdumuza zərbə vurmağa çalışan istər xarici, istərsə də daxili düşmənlərimizə qarşı birləşiblər. Bu birlik sadəcə və sadəcə vətən və millət naminədir. Vətənpərvər gənclərimizin birlik mücadiləsinin müsbət nəticələnəcəyinə heç bir şübhə yoxdur.
Arzumuz və istəyimiz isə işğal edilmiş ərazilərimizin geri qaytarilması, dövlətimizin daha da gücllənməsi və sözünü hər baxımdan deməyi bacaran ölkələr arasında söz sahibi olmasıdır.
-Azərbaycan-Slavyan
Gəncləri Assosiasiyasının nümayəndəliyi
olaraq fəaliyyət göstərdiyiniz ölkədə
yaşayan gənclərimiz arasında vətənpərvərlik
hisslərinin artırılması istiqamətində hansı
addımlar atırsınız?
- Əvvəlcə qeyd edim ki, Azərbaycan – Slavyan Gənclər Assosiasiyasının fəaliyyətinin ilk pirinsipi slavyan əsilli ölkələrdə yaşayan gənclərimiz arasında vətənpərvərlik hissini aşılamaqdır. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Ukrayna Nümayəndəliyi olaraq biz də fəaliyyətimizi dövlətimizə və dövlət maraqlarımıza xidmət üzərində qurmuşuq. Mən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Ukraynadakı nümayəndəliyini yaratmamışdan öncə “Yeni Nəfəs” Hərəkatının Ukraynada və Şərqi Avropada nümayəndəliyini formalaşdırmağa çalışmışam.
Mənim və əqidə yoldaşlarımın hər biri milli dəyərlərimizə, dövlət maraqlarımıza sadiq gənclərdir. Amma vətənpərvərlikdən uzaq gənclər də az deyildir. Biz bir nümayəndəlik olaraq çalışırıq ki, həmin gənclər arasında da vətənpərvərlik hissi oyadaq. Bunun üçün milli və dövlətçilik mövzusunda təbliğati tədbirlər keçiririk. Məsələn qarşıda iki fərqli vətənpərvərliklə bağlı layihələrimiz olacaq. Bunu ona görə deyirəm ki, bu gün milli dəyərlərimizi və dövlət maraqlarını xarici düşmənlərimizlə birləşib satan gənclər də əfsuslar olsun ki, aramızda hələ də var olmaqdadırlar. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin biz gənclərə verdiyi böyük dəstəkdən sui istfadə etməkdədirlər. Amma bir şeyi hər kəs bilməlidir ki, xaricdə Azərbaycan lobbisini formalaşdırmaq üzrə görəvləndirilən gənclərimizin böyük əksəriyyəti vətənpərvər, qorxmaz və ən əsası dövlətimizin balanslaşdırılmış xarici siyasətinin baş memarı sayılan Ulu Öndər Heydar Əliyevin və onun davamçısı olan cənab prezidentin getdiyi yolun yolçularıdır.
-Bu gün ölkədən
kənarda olan Azərbaycan gənci müharibə
başlayacağı təqdirdə vətənə
qayıdıb onun müdafiəsinə qoşulmağa
hazırdırmı?
- Mən qətiyyətlə deyə bilərəm ki, bəli. Tarixə nəzər salsaq görərik ki, babalarımız Babək, Xətai, Cavanşir və neçə -neçə azərbaycanlı igidləri hələ gənc yaşlarında olarkən vətəni üçün döyüş meydanlarında ad çıxarmışlar. Vətənlərinin azadlığı üçün canlarını belə qurban verməkdən çəkinməmişlər. Bu gün də vətənin igid oğlanları çoxdur. Məsələn xaricdə yaşamasına və müəyyən qədər milli mentalitetdən uzaqlaşmasına baxmayaraq gənclərimiz Mübariz İbrahimova, İbad Hüseynova, Ramil Səfərova və digər qəhrəmanlarımıza baxıb onların şücayətindən ilham alırlar. Mənə elə gəlir ki Ali Baş Komandan cənab İlham Əliyevin bir əmri kifayət edər ki, xaricdə yaşayan vətənpərvər gənclər gələcəyin Mübarizi, İbadı, Ramili olmaq üçün böyük şücayət göstərməyə hazır olacaqdır.
-Etiraf etmək lazımdır ki, hələ də millət, vətən sevgisindən uzaq gənclərimiz var. Həmin gənclər arasında vətənpərvərlik hisslərinin artırılması üçün hansı addımların atılması, tədbirlərin görülməsini vacib hesab edirsiniz?
- Vətən sevgisindən uzaq olmaq o deməkdir ki, o gəncin ailəsində sevgi ilə bağlı problemlər var. Mən uşaqlıqdan vətən sözünün mənasını bilrəm. Çünki vətənpərvərlik dərsi ilk öncə ailədə valideynlər tərəfindən verilməlidir.Təbii ki, sonra məktəbdə elmi şəkildə vətənə, millətə qarşı müəllimlər tərəfindən sevgi aşılanmalıdır. Hər bir gənc vətəndaş bilməlidir ki, vətən ilk öncə ana bətni sonra isə körpəlik dövründə uyuduğu beşik və nəhayət əbədiyyətə qovuşuduğun zaman uyuduğun torpaqdır. Cəmiyyət özü də vətənpərvərliyin təbliq edilməsi üçün ən böyük məktəbdir. Bundan əlavə gənclərimizdə vətən sevgisini aşılanması üçün qeyri-hökumət təşkilatları və Gənclər Təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Hər zaman mənə vətən sənin üçün nədir? deyəndə, ruhən bağlı olduğun və uğrunda həyatını vərməyə hazır olduğun torpaq vətəndir deyirəm.
-Ali Baş
Komandan, Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyevin müntəzəm olaraq cəbhə
bölgəsinə səfər etməsi, hərbi təlimləri
izləməsi, əsgər və zabitləri təltif etməsi
gənclər arasında vətənpərvərlik hisslərinin
artmasına nə dərəcədə müsbət təsir
edir?
- Əlbətdə ki, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsgərlərimizlə mütəmadi keçirdiyi görüşlər ordumuzda ruh yüksəkliyinin və döyüş əzminin artmasında böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi Ali Baş Komandan birinci əsgərdir. Prezident İlham Əliyev də bu vəzifəsini yüksək səviyyədə yerinə yetirməkdədir. Yuxarıda qeyd etdiyim kimi, cənab prezident nə zaman əmr verərsə Azərbaycan ordusu döyüşə atılacaq, işğal altında olan torpaqlarımızı azad edəcək və qələbəni prezidentimizə qısa zaman ərzində hədiyyə edəcəkdir. Bu da Ali Baş Komandan cənab İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgəsinə səfər etməsinin, hərbi təlimləri izləməsinin, əsgər və zabitləri təltif etməsinin nəticəsi olacaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 31 mart.-
S.15.