Ali Baş
Komandanın Silahlı Qüvvələrimizə
göstərdiyi diqqət
və qayğı gənclərin
vətənpərvərlik
hisslərini artırır
20 faizə
yaxın ərazisi işğal altında olan bir ölkənin gənclərinin
vətənpərvər ruhda tərbiyə
alması və böyüməsi günümüz
üçün prioritet
sayılan vəzifələrdəndir. Təqdirəlayiq
haldır ki, bu istiqamətdə
istər dövlət, istərsə də qeyri-dövlət səviyyəsində
müvafiq addımlar atılır, tədbirlər
həyata keçirilir. Məhz həyata
keçirilən bu kimi
tədbirlərin nəticəsidir ki, Azərbaycan
gənclərinin böyük əksəriyyətində
vətənpərvərlik hissi yüksək
səviyyədə özünü
büruzə verir. Bu gün gənclərin vətənpərvərlik
hisslərinin artırılması, onların Vətənə,
millətə sevgi hissində böyüməsində
Ali Baş
Komandanın uğurlu fəaliyyəti, Azərbaycan
Silahlı Qüvvələrinə müntəzəm olaraq göstərdiyi diqqət və
qayğı da öz
müsbət təsirini göstərir. Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər edərək
əsgər və zabitlərlə görüşməsi,
onların döyüş
hazırlığı ilə maraqlanması, eləcə də
hərbi təlimləri yaxından izləməsi Azərbaycan
gəncində döyüş əzmini
artırır.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov da hesab edir ki, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin cəbhə xəttinə tez-tez səfər etməsi gənclərin vətənpərvərlik hisslərinin artırılmasına öz müsbət təsirini göstərir: “Eyni zamanda müdafiə nazirimiz Zakir Həsənovun mütəmadi olaraq cəbhə xəttinə səfər edərək generallarla birlikdə toplantılar, müşavirələr keçirməsi, onlara müvafiq tapşırıqlar, göstərişlər verməsi hər bir Azərbaycan gəncini, ümumilikdə Azərbaycan xalqını ruhlandırır, qürurlandırır. Bu kimi səfərlər əsgər və zabitlərin də döyüş ruhunu artırır. Eyni zamanda Azərbaycan cəmiyyətində o əminlik yaranır ki, biz hər an müharibəyə hazırıq. Müdafiə nazirimizin müntəzəm olaraq “Azərbaycan ordusu döyüşə hazırdır” kimi bəyanatlarla çıxış etməsi Azərbaycan xalqında yüksək səviyyədə ruh yüksəkliyi yaradır. Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər məhz Ali Baş Komandan cənab İlham Əliyevin əmri, tapşırığı ilə həyata keçirilir. Hesab edirəm ki, bundan hər bir Azərbaycan vətəndaşı, gənci çox sevinir. Azərbaycan gənci o şüura sahib olur ki, hər an cəbhəyə getməli, Ali Baş Komandanın müharibə əmrini gözləməliyəm. Biz nəinki Şuşa, Laçın, Kəlbəcər, eləcə də işğal altında olan digər rayonlarımızı, eyni zamanda tarixin müxtəlif dövrlərində itirilmiş Göyçə, Zəngəzur, İrəvanı almaq istiqamətində fikirləşməliyik”. Çingiz Bayramov hesab edir ki, qeyri-hökumət təşkilatları və gənclər təşkilatları da gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında aktiv olmalıdır: “Eyni zamanda ermənilərin yalan soyqırım iddialarını ifşa etmək istiqamətində də çalışmalıyıq”.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyir ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tez-tez döyüş bölgələrində olması, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı ilə maraqlanması, ordumuza, əsgərlərimizə dəstək nümayiş etdirməsi, onlara örnək göstərməsi gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına təsir edən amillərdəndir: “Eyni zamanda Ali Baş Komandanın mütəmadi olaraq Azərbaycanın öz torpaqlarını heç kimə güzəştə getməyəcəyini, ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyimizi bütün dünyaya bəyan etməsi Azərbaycan gəncləri üçün böyük bir örnəkdir. Paralel olaraq bu diqqət və qayğı, səsləndirilən bəyanatlar həm gəncliyimiz, həm də Silahlı Qüvvələrimiz üçün bir istiqamətdir. Çünki Ali Baş Komandanın mövqeyi bütün xalqın, ölkənin, həmçinin Azərbaycan gənclərinin mövqeyidir. Bu gün Azərbaycan gəncləri məhz ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə tabedir”. Rauf Zeyninin sözlərinə görə, gənclər hər an ölkə prezidentinin əmrini gözləyir ki, istənilən anda torpaqlarımızı işğaldan azad etsin: “Azərbaycanda bu gün belə bir gənclik var və biz həmin gəncliklə qürur duyuruq. Biz fəxr edirik ki, gənclərdən ibarət olan Azərbaycan ordusu istənilən vaxt Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazır vəziyyətdədir”.
"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da hesab edir ki, Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələrinə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvərlik hisslərinin artırılmasına öz müsbət təsirini göstərir. Mərkəz rəhbərinin sözlərinə görə, bütün bunlar hamısı istər milli vətənpərvərlik hisslərinin güclənməsinə, istərsə də vətənə, millətə, dövlətə. dövlətçiliyə olan sevgi hissinin formalaşmasına birbaşa təkan verən amillərdir: “Ümumiyyətlə hərbi sahədə uğurlar, Ali baş komandanın Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar birmənalı şəkildə Azərbaycanda hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verən amildir”. Vüqar Zifəroğlu bildirib ki, hərbi sahədə son zamanlar əldə etdiyimiz uğurlar gənc və ortayaşlı nəsildə kifayət qədər müsbət təsir oyatmaqdadır: “Keçən ilin avqust hadisələrində baş verənlər bunun əyani sübutudur. Yüzlərlə gənc Müdafiə Nazirliyinə rəsmən müraciət etdi ki, könüllü şəkildə hərbi xidmətə qatılmaq istəyir. Bu ruhdur! Və biz bu ruhun daha da böyüməsi, güclənməsi üçün yalnız dövlətdən, cənab Prezidentdən hansısa addımları atmasını gözləməli deyilik. Bizlər də öz fəaliyyətimizlə dövlətimizə dəstək olmalıyıq. Azərbaycan bir əsrdə iki dəfə şəhid qanları və milli mücadilə yolu ilə böyük çətinliklərlə müstəqilliyini qazanmış bir ölkədir. Bunun qədrini bilməliyik”.
Dünya Gənc Türk Yazarlar Birliyidir. Birliyin məsləhət şurasının başqanı, Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyir ki, Ali Baş Komandanımız gəncliyimiz üçün parlaq örnəkdir: “Prezidentimizin vətənpərvəliyi, Azərbaycanı layiq olduğu yüksək yerlərə çıxarmaq üçün ürəkdən gələn səyləri, xalqsevərliyi öyrənilməli, öyrədilməlidir. Xüsusilə, son illər, düşmənə öz gücünü göstərən ordumuza güvən hissi günbəgün artmaqdadır. Müdafiə nazirimiz Zakir Həsənovun əsgərlər qarşısında hər çıxışında Ali Baş Komandanın tapşırıqlarını xatırladır, orduya göstərilən diqqət və qayğının bundan sonra da artan xətt üzrə davam edəcəyini, düşmənin sarsıdıcı zərbələrlə öz haqq etdiyi cavabı alacağını qeyd edir. Bu istiqamətdə həyata keçirilən ardıcıl, layiqli tədbirlər artıq bir düşməndə bir qorxu, xof yaradır.
Politoloq Ramiz Alıyev də deyir ki, Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələrinə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvərlik hisslərinin artırılmasına təkan verir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ramil Səfərovun ölkəyə ekstradisiyası istiqamətində yorulmaz və uğurlu fəaliyyəti, Mübariz İbrahimovun nəşinin ermənilərdən geri alınmasında nümayiş etdirdiyi qətiyyət və əldə edilən nəticə, eləcə də bu kimi təqdirolunası addımlar Azərbaycan gəncində yüksək vətənpərvərlik hissi yaradıb. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrində də ruh yüksəkliyi formalaşdırıb. Ötən ilin avqust ayında erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaətin, qəhrəmanlığın timsalında bunun əyani şahidi olduq. Həmin ərəfədə gənclərimizin könüllü olaraq cəbhəyə getmək arzularını dilə gətirməsi məhz Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrimizə, onun əsgər və zabit heyətinə göstərdiyi diqqət və qayğıdan qaynaqlanırdı”. Ramiz Alıyev bildirib ki, bu gün də Ali Baş Komandanın əsas diqqət yetirdiyi məsələlərdən biri məhz Azərbaycan Silahlı Qüvvələrinin maddi və texniki bazasının yaxşılaşdırılmasıdır: “Əgər bir vaxtlar Azərbaycan gənci hərbi xidmətə getməkdən yayınır, fərarilik edirdisə, bu gün hərbi xidmətə yollanmaq şərəf hissi sayılır. Təbii ki, bu müsbət tendensiya da Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələrinə göstərdiyi diqqət və qayğıdan qaynaqlanır”. Ramiz Alıyevin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev bu gün Azərbaycan gənci üçün qürur mənbəyidir: “Bu gün böyük əksəriyyət Azərbaycan gənci hər an Ali Baş Komandan İlham Əliyevin müharibə əmrini gözləyir. Qətiyyətlə demək mümkündür ki, Ali Baş Komandanın bu istiqamətdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər həm Azərbaycan Silahlı Qüvvələrində, həm də Azərbaycan gəncində yüksək döyülk əhval-ruhiyyəsi yaradıb. Əminəm ki, Ali Baş Komandan müharibə əmri verəcəyi təqdirdə hər bir Azərbaycan gənci silaha sarılaraq işğal altında olan torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsinə qoşulacaq. İnanıram ki, o gün uzaqda deyil və tezliklə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını işğaldan azad edəcək”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 9-12 may.- S.15.