Milli ideologiya xalqın mənəvi

birliyini göstərən sistemdir

 

Milli mənlik şüuru vətənpərvərliklə qohumluq təşkil edən milli hisslərə istinad edir

 

Millətin formalaşmasının, dövlətin güclü olmasının vacib şərti gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsindədir. Bunun üçün ilk növbədə insan fərdi mənlik şüuru formalaşdırılmalıdır. Bu ailədən gələn bir məsələdir. Fərdi mənlik zaman keçdikcə formalaşır, arealını genişləndirir milli mənliyə çevrilir. Bu prosesin uğurla başa çatmasında isə ailə, məktəb, formalaşdığı mühitin böyük rolu var. Yəni cəmiyyətin tərkib hissəsi olan insanın kimliyi, cəmiyyətin kimliyindən heç ilə fərqlənmir. Azərbaycana milli kimliyini dərk edən vətənpərvər kimi formalaşacaq gənclər lazımdır. Bu gənclər ölkəmizi gələcəyə aparacaq, dövlətimizi qoruyacaq, düşmənlərimizi məhv edəcək. Gənc nəslin qeyd olunan meyarları özündə birləşdirməsi üçün onlara tərbiyə verən təbəqənin, bundan sorumlu institutlarının üzərinə böyük məsuliyyət düşür.

Milli dövlətimizin inkişafı uğurları, düşmən üzərində çalacağımız qələbə gənc nəslin milli kimliyinin formalaşmasına, o cümlədən vətəndaşımızın vətənpərvər insana çevrilməsinə təkan verəcək. Milli mənlik şüuru, milli-mənəvi dəyərlərlə bağlılıq vətənpərvərlik vətən sevgisindən başlayır. Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir vaxtda gənclərimizin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqətlə yanaşılmalıdır. Sevindirici haldır ki, bu gün dövlətin yürütdüyü siyasətdə gənc nəslin vətənpərvər ruhda formalaşmasına geniş fikir verilir. Bu gün hərbi-idman oyunlarında, hərbi paradlarda iştirak edən məktəblilərin əsl əsgər kimi addımlaması, silahdan istifadə etmək bacarığına malik olması qürurvericidir. Vətənimizin bütövlüyünün qorunması işğalçıların tapdağı altında qalan torpaqlarımızın azad edilməsi gənc nəslin vətənpərvər ruhda yetişdirilməsini önə çəkir. Bu məsələyə orta məktəblərdə diqqətlə yanaşılır. Gənclərimiz Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanları, vətən üçün canını fəda edənləri unutmamalıdırlar. Sevinirəm ki, yeniyetmələr gənclər Qarabağı unutmur, xalqımızın üzləşdiyi faciələrin tarixini dərindən öyrənirlər. Bütün bunlar isə, vətənimizin sabahı olan gənclərimizin milli mənlik şüurunun inkişaf etdiyini sübut edir. Onların hər biri sabahın əsgərləri, vətənimizin keşikçiləri olacaqlar. Gənclərin çağırışaqədərki hərbi hazırlığı istiqamətində aparılan işlər alqışlanmalıdır. Bu səpkidə keçirilən tədbirlər ictimaiyyət tərəfindən çox böyük razılıqla qarşılanır. Dövlətimizin gənclərə göstərdiyi qayğı onların maddi mənəvi problemlərinin aradan qaldırılmasına təkan verir. Bütün bunlar isə gənc nəslin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. Gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hisslərinin tərbiyəsi, ən vacib məsələdir. İlk növbədə isə, vətənə məhəbbət hər bir insanın öz mənliyində formalaşmalıdır. Bağçadan-məktəbdən-universitetdən başlanan bu prosesə media da dəstək verir. Gənclərin milli mənlik şurunun azərbaycançılıq ideologiyası prizmasından inkişaf etdirilməsi sevindirici haldır. Azərbaycanı parçalanmadan qurtarmış Ulu öndər Heydər Əliyevin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Ulu öndər dağılmış dövləti, zədələnmiş milli birliyi azərbaycançılıqla bərpa etdi, möhkəmləndirdi. Xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi ölkəni parçalamaq istəyən xarici daxili qüvvələr zərərsizləşdirildi. Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisi oldusa, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunu təsdiqlədi. Azərbaycançılıq ideologiyasının təməl prinsipi həm vətənpərvərliyi ehtiva edir. Yəni biz məqsədimizə qısa bir zamanda çatmaq üçün problemə daha çox bu istiqamətdən yanaşmalıyıq. Bəşəriyyətə yeni dəyərlər qazandıran XXI əsr modern reallıqlar millətimizin müstəqil dövlətimizin qarşısında mühüm vəzifələr qoyur. Bunlardan ən önəmlisi gənc nəslin milli mənlik şüurunun vətənpərvərlik hisslərinin tərbiyəsidir. Xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik ola bilməz. Müşahidələr göstərir ki, tərbiyənin əsası ailədə qoyulur. Sonra bu proses məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Pedaqoqların gəldiyi nəticələr onu deməyə əsas verir ki, məktəbəqədər təhsil müəssisələrində orta məktəblərdə ölkənin tarixinin öyrənilməsi Milli Qəhrəmanlarla görüşlərin keçirilməsi uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlərin, vətənə məhəbbət hisslərinin formalaşmasına müsbət təsir göstərir. Orta məktəb proqramı çərçivəsində şagirdlərin muzeylərlə tanışlığı, müxtəlif səpkili ekskursiyaların təşkil edilməsi bu baxımdan çox faydalıdır. Milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir tarixi şəxsiyyətləri, o cümlədən digər milli atributlar güclü təsirə malikdir.

 

Milli mənlik şüuru milli ideologiyanın

əsas komponenti, onun təşəkkülü

formalaşmasının zəruri şərtidir

 

Psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyevə görə, XX - XXI əsrlərdə siyasət, iqtisadiyyat sosial mənəvi həyatda baş verən qlobal dəyişikliklər xalqların milli mənlik şüurunun oyanması inkişafına güclü təsir göstərmiş, milli azadlıq hərəkatlarının baş qaldırılmasına səbəb olub: “Milli oyanış dövrü paralel olaraq SSRİ -nin süqutuna doğru aparan etnik toqquşmalara, millətlərarası münasibətlərin pisləşməsinə, separatizm  meyllərinin güclənməsinə səbəb olub. Milli ideologiya xalqların özünüinkişaf özünüaktuallaşdırma məqsədlərinə yönəlmiş cəmiyyətdə ictimai inkişaf qanunları əsasında meydana gələn üstqurum hadisəsidir. O, millətin mənəvi birliyini milli maraqlarının prioritetlərini ehtiva edən baxışların, təsəvvürlərin, ideya dəyərlərin sistemidir. İstənilən xalqın vahidliyinin, həmrəyliyinin milli birliyinin inkişaf etdirilməsində vahid baxışlar sisteminə əsaslanan ümumiləşmiş ideologiyanın olması zəruridir. Milli ideologiyaformulu sivil anlam səviyyəsində bəşəri dəyərlərlə uzlaşan sosiomədəni gerçəkliklərə zidd olmamalıdır. Bu anlayış müasir fəlsəfi, sosioloji, siyasi s. anlamlarda müəyyən fərqli yanaşmalarla dəyərləndirilsə , ümumilik təşkil edən əsas ortaq cəhətlər bunlardır: 1. Milli ideologiya millətin mənəvi vahidliyi ümumiliyi prinsiplərinə ictimai həyatın bütün sahələrində onun üstün maraqlarına əsaslanan baxışların, təsəvvürlərin dəyərlərin sistemidir. 2. Milli-mədəni mövcudluğun dərk edilməsi milli ideologiyanın formalaşması bir sıra mühüm komponentdən asılıdır. Buraya tarixi yaddaş, milli mənlik şüuru, mentalitet, milli mədəniyyət, din, inam amili, milli maraqlar, dövlət, geosiyası amillər daxildir”. N.Çələbiyev qeyd edir ki, intellektual məhsul olan milli mənlik şüuru milli ideologiyanın əsas komponenti, onun təşəkkülü formalaşmasının zəruri şərtidir. Öz xalqının rifahı naminə siyasi müstəqillik, mənəvi mədəni tərəqqi, xalqın həyat şəraitinin praktik müdafiəsi yaxşılaşdırılması, xalqın birliyinin təmin edilməsi, ərazi bütövlüyünün, iqtisadi resusların mənəvi dəyərlərin müdafiə edilməsi milli mənlik şüurunun strukturunu yaradan əsas amillərdir. Milli mənlik şüuru vətənpərvərliklə qohumluq təşkil edən milli hisslərə istinad edir. Milli mənlik şüuruna əsaslanan milli ideologiya cəmiyyət həyatında özünü göstərən ziddiyyətli sinfi qrup maraqlarını nəzərə almadan cəmiyyətin müxtəlif təbəqələrinin harada yaşamasından asılı olmayaraq Vətən əxlaqı təəssübkeşliyi əsaında birliyinin təmin edilməsini nəzərdə tutur.

Mədəniyyət siyasətin çoxcəhətliliyi milli mənlik şüurunun çoxformalı çoxsəviyyəliyinin əsasıdır. Onun vasitəsilə hər bir millətin nümayəndəsi doğulduğu andan özünü onun bir hissəsi kimi dərk edir öz milli mədəniyyətin indaşıyıcısı olur”.

 

Azərbaycanın gələcəyi bütövlükdə

 sağlam düşüncəli gənclərdən asılıdır

 

Ümummilli lider Heydər Əliyev gənclərə müraciətində deyirdi: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Siz müstəqil Azərbaycanımızı XXI əsrdə yaşadanlar, quranlarinkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edib, tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaqinkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır”. Bu xəttə uyğun olaraq, 2011-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu proqramın təsdiq edilməsi ölkəmizdə gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Gənclər və İdman Nazirliyi 2013-cü ildən etibarən, “Azərbaycan doğma diyarımdır” adlı gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri təşkil edir. Yəni, dövlət tərəfindən gənclər üçün hazırlanmış bu tip layihə və proqramlar gənc nəsildə milli-mənlik şüurunun inkişafına təkan verir. Keçən illər ərzində bu məsələlər dövlətin prioritetlərindən birinə çevrilməsi sevindirici haldır. Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəbdə ictimai inkişaf qanunları şagirdlərə başa salınmalı, məktəbliləri xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində rayonlarımızın məktəblərində lazımi işlər aparılır. Görülən ilərin əsas məqsədi Azərbaycanın inkişafı naminə sağlam cəmiyyətin formalaşdırılmasıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 14 may.- S.15.