Azərbaycan gənci vətənpərvər ruhda böyüyür

 

Bu gün Azərbaycan sürətlə inkişaf edərək dünya arenasına çıxıb. Respublikamız artıq Avropa Şurasının və dünyanın bir çox qurumlarının  fəal üzvüdür. Azərbaycanın Avropadünya ailəsinə inreqrasiyası istiqamətində dinamik addımlar atılır, həm siyasi müstəvidə, həm də iqtisadi baxımdan güclü  qloballaşma gedir. Dünyanın inkişaf etmiş ölkələrinə inteqrasiya edən ölkəmizdə digər sahələrlə yanaşı,həm də tərbiyə sahəsində aparılan , qloballaşma istiqamətində iki xətt üzrə həyata keçirilir. Bir tərəfdən gənc nəslin tərbiyəsində milli ruhun, milli vətənpərvərlik hissinin, milli şüurun, milli mənlik ruhunun tərbiyəsinə xüsusi diqqət yetirilir, digər tərəfdən tərbiyədə milli adət-ənənələrə, psixologiyaya, varlığa, soykökünə, ədəbiyyat və incəsənətə üstünlük verilir. Bu şəraitdə sosial-əxlaqi, mədəni-siyasi istiqamətləri seçmək bacarığı, həqiqətən tərbiyə prosesində mühüm əhəmiyyətə malikdir. Şübhəsiz ki, milli təfəkkürün formalaşması, milli ləyaqətin, milli “mən”in-böyüməkdə olan nəsildə tərbiyəsi məhz müəyyən edilmiş istiqamətə aiddir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi qloballaşma dövründə ölkələr arasında əlaqə səddinin aradan çıxdığı bir dövrdə, heç vaxt əhəmiyyətini itirmyən ümumbəşəri dəyərlərə istinad edilir. Ümummilli lider Heydər Əliyevin aşağıdakı kəlamları da ümumbəşəri dəyərlərin sırasındadır. Heydər Əliyev deyirdi: “Tale insana həyatda 3 nemət bəxş edir. Birincisi, ana, ata, ikincisi millət-xalq, üçüncüsü isə vətəndir Bu nemətləri göz bəbəyi kimi qorumaq hər bir kəsin müqəddəs borcudur. Ucalığa gedən yol isə vətəndən başlayır”.

Heydər Əliyevin ictimai həyatımızı və dünyada bütün sahələri edən müdrik sözləri bu günbizim fəaliyyət proqramımız olaraq qalır. Milli liderimiz ölkə gənclərinin milli ruhda tərbiyəsinə həsr olunmuş, bu gün də dəyərini saxlayan zəngin tövsiyələri ensklopedik zəkanın məhsulu kimi çox qiymətlidir. Bu gün torpaqlarımızın 20 faizdən çoxu düşmən tapdağı altındadır. Onu nəyin bahasına olur-olsun geri almalı,  ərazi bütövlüyümüzü təmin etməliyik. Bu müqəddəs, tarixi missiyanı, məhz bu günkü gənclər həyata keçirəcəklər. Odur ki, gənclərin milli ruhda tərbiyəsi, fəaliyyət proqramımızı təşkil etməlidir. Sözsüz ki, bu önəmli problemin həlli Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçiriləcək. Əgər lazım gələrsə bütün xalq Ali Baş Komandanın rəhbərliyi altında bu düyünü hərbi yolla da həll etməyə hazırdır.

Cəmiyyətimizin indiki durumunda qarşıda duran mühüm vəzifələrdən biri gənc nəsli milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Gənclərinin I Forumundakı dərin məzmunlu çıxışında göstərirdi ki, müasir gənclərimiz milli və bəşəri dəyərlər ruhunda tərbiyə olunmalıdır, onlar tariximizi, dəyərlərimizi yaxşı bilməli, soykökümüzdəki, mədəniyyətimizdəki, adət-ənənələrmizdəki, milli-məəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətlər dərindən öyrənməlidirlər. Heydər Əliyevin dediyi kimi millillik nəcib, humanist bəşəri bir hissdir. Ona görə hənclərimiz keçmişi, dilimizi, milli dəyərlərimizi, xalqımızın başına gələn bəlaların səbəbini yaxşı bilməlidir. Ümummilli lider deyirdi: “Milli dəyərlərimiz, milli ənənələrimizi yaxşı bilməyən gənc əsl vətənpərvər ola bilməz. Dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından, onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh hər şeydən öncə vətənpərvərliklə tamamlanır. Bu, ruha sahib olmadan, milli mənliyə malik əsl insan olmaq mümkün deyildir”. Ona görə gənc nəslə milli ruh hava su kimi lazımdır. Heydər Əliyev gənclərdə milli ruhun tərbiyəsini, mənəviyyatımızı vətən əxlaqı ilə əlaqələndirməyi tövsiyə edib. Bu müasir gənclik üçün həyat devizidir.

Heydər Əliyev böyük fikir dahisi, ümumiyyətlə, hansı məsələdən bəhs edirsə etsin, həmin məsələ ilə bağlı anlayışların-terminlərin sematikasına da toxunur, terminoloji vahidlərin mənalarını da izah edir. Məsələn Prezident vətənpərvərlik anlayışının məna çalarları haqqında belə bir obyektiv fikir söyləyir: “Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyildir ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətin, həm mədəniyyətinin qayğısı ilə yaşasın. Bunlar hamısı vətənpərvərlikdən doğan bir şeydir. Vətənpərvər insan öz mədəniyyətinin , iqtisadiyyatının da, öz dilinin , təhsilinin inkişaf etməsini istəyir, xalqının rifah halının yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar vətənpərvərlik məfhumuna daxil olan anlayışlardır”.

Ümummilli lider Heydər Əliyevin gənclərin milli ruhda tərbiyə edilməsinə dair tövsiyələrini ümumiləşdirsək görərik ki, gənclərin bu istiqamətdə tərbiyə edilməsi millətin mənafeyinə xidmət edən, milli idealların vahid sistemi olan milli ideologiyanın dərk edilməsidir. Bu onlarda milli şüuru, vətəndaşlıq şüurunun tərbiyəsi, borc məsuliyyət, vicdan vətəndaşlıq ləyaqətinin formalaşmasıdır.

Milli ruh milli vətənpərvərlik ruhudur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlılıq ruhudur. Milli ruhun mərkəzində özündə əxlaqi estetik ideyaları birləşdirən milli mənlik durur. Milli mənlik şüuru gənclərin özünü dərki Mənadlanan daxili keyfiyyətidir. Milli mənlik hər hir adama özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır.  Milli mənlik milli qeyrət milli ləyaqətdir. Milli ruh tərbiyəsinin əsasında soy-kökünə bağlılıq, Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsi, tarixi yaddaşının bərpası kimi müqəddəs amal durmalıdır. Müasir gənclik öz ölkəsinin imicinin yüksəlməsi qayğısına qalmalı, ən yüksək mənəvi dəyər olan soy-kökünü seçməli, milli ənənələrə, milli-mənəvi dəyərlərimizə hörmət etməli, ona sadiq olmalıdır.

Gənclərin milli ruhda tərbiyə edilməsi xalqın böyük milli sərvəti,  xalqın varlığını yaşadan canlı abidədir. Eyni zamanda  insanın mənəvi aləminin göstəricisi inkişafının hərəkətverici qüvvəsi, insan mənəviyyatının açarı, zəngin, səlis cazibədar, varlıq möhürümüz olan doğma dilə hörmət məhəbbətdir. Gənclərin milli ruhda tərbiyəsi vicdan azadlığının təsdiqidir. Heydər Əliyev həmişə mənəviyyat, vicdan təmizliki simvolu olan bütün dinlərə, xüsusilə İslam dininə hörmətlə yanaşır, İslam dinini gənclərimiz üçün bütün dünyaya geniş yol açan vasitə hesab edirdi. Ümummilli lider Heydər Əliyevin fikirləri bu gün gələcəkdə gənclərin milli ruhda böyüməsinə böyük örnəkdir. Heydər Əliyevin tərbiyə haqqında kəlamları öz dəyərini, qiymətini əsrlər boyu qoruyub saxlayacaq. Bu tövsiyələr gələcəyimiz üçün həmişə həyat manifesti olacaq.

Məhz bu istiqamətdə görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində vətənpərvərlik hissi, döyüş ruhu kifayəöt qədər yüksəkdir. Ölkəmizin iqtisadi vəziyyətinin yaxşılaşması ordumuzun təminatına da bilavasitə təsirini göstərir. Hərbi şəhərciklərimiz abadlaşdırılır, yeni kazarmalar tikilir. Əsgərin həm ərzaq, həm geyim təminatı hazırda dövlətin kifayət qədər əhəmiyyət verdiyi məsələlərdəndir. Ən əsası isə odur ki, orduda döyüş hazırlığına kifayət qədər ciddi fikir verilir. Alınan yeni texnika hərbi hissələrimizin döyüş qabiliyyətinin yüksəldilməsində səmərəli istifadə edilir. Hərbi-siyasi daim yüksək səviyyədə aparıldığından əsgər zabitlərimiz bu gün düşmənimiz haqqında geniş məlumata malikdirlər.

Ordu haqqında söz düşəndə işğal edilmiş Dağlıq Qarabağ barədə danışmamaq mümkün deyil. Xalqımız Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş torpaqların azad edilməsinə ümidini itirmir, Azərbaycan Ordusuna böyük ümid bəsləyir. Ordu amili bu gün iki cəhətdən Dağlıq Qarabağ probleminin həllində böyük önəm daşıyır. Danışıqlar prosesində güclü ordunun olması Prezidentimizə çox böyük dəstəkdir. Zəif ordusu olan ölkə ilə ciddi danışıqlar aparmazlar onun arqumentlərini ciddi qəbul etməzlər. Prezidentimizin apardığı siyasət düşmən tərəfini yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusu amili ilə hesablaşmağa vadar edir. Bir məsələ qeyd edilməlidir ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində artıq Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsi Ermənistanın torpaqlarımızı işğaldan azad etməyə meyilli olduğu duyulmaqdadır. Bu onu göstərir ki, problemin həllinə çox vaxt qalmayıb. Azərbaycan ordusu xalqımızın ümid, güvənc yeridir ordumuzun güclü olması xalqımızın, dövlətimizin güclü olması deməkdir. Bu isə ilk növbədə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan dövlətinin milli maraqlarına cavab verməsindən qaynaqlanır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 28-29 may.- S.15.