Azərbaycanın şərəfli tarixi-

Azərbaycan Xalq Cümhuriyyəti

 

XX əsrin əvvəllərində Çar Rusiyasının dağılması milli ucqarlarda, eləcə də Azərbaycanda azadlıq mübarizəsi gücləndirdi.

O dövrün ziyalı və vətənsevər təbəqəsinin yaranmış situasiyanı düzgün dəyərləndirərək siyasi proseslərdə önə çıxması nəticə etibarilə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılması ilə yekunlaşdı. Həmin dövrdə müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri oldu. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) - Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini isə daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi. Nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam OrdusuXalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildikdən sonra AXC-nin paytaxtı Bakıya köçdü. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə ərazisində bərqərar oldu. Lakin Bakının paytaxt olması ilə heçbütün problemlər həll edilmirdi. Qarşıda AXC-ni daha ciddi islahatlar gözləyirdi.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli bir ömür yoluna nəzər saldıqda aydın görünür ki, AXC 1 il 11 aylıq bir dövr yaşasa da, əsrə bərabər gördü. İlk növbədə AXC Azərbaycanda çox sivil Avropa nümunəli dövlət idarəçiliyi yaratdı. Azərbaycanı Milli Məclis  tərəfindən təşkil olunanonun qarşısında məsul olan hökumət kabinəsi idarə edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğundakı mühüm addımlarından biri dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul olundunoyabr ayının 9-da həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdu. Sözləri şair Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov tərəfindən yazılmış dövlət himninin qəbul edilməsi AXC-nin atdığı mühüm addımlardan idi. Dövlətin yaşaması üçün onun ordusunu formalaşdırmaq da qarşıda duran pioritet vəzifələrdən sayılırdı. Ona görə də AXC bu zərurəti nəzərə alaraq ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirdi.

Qardaş Türkiyənin dəstəyi ilə qısa bir müddətdə Gəncədə Xüsusi Azərbaycan Korpusu yaradıldı. Artıq 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi. Ondan 10 mini süvari ordu idi. Azərbaycan Xalq Cümhuriyyəti sosial-iqtisadi və mədəni quruculuq sahələrində də mühüm tədbirlər həyata keçirirdi. Neft sənayesi, Bakı-Batumi neft kəmərini bərpa edildi. Həmçinin Bakı-Culfa dəmir yolunun çəkilişini başa çatdırıldı. Respublika sərvətlərinin xaricə daşınmasının qarşısını alındı. Aqrar məsələnin həlli sahəsində səylər göstərildi, mədəni quruculuq sahəsində də tədbirlər həyata keçirildi. Bu məqsədlə hökumətin tərkibində Azərbaycan Xalq Maarifı Nazirliyi yaradıldı. Bütün ibtidai məktəblərdə təhsil ana dilində həyata keçirilldi. AXC-nin təhsil sahəsində atdığı ən mühüm addım 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması oldu.

Xalq Cümhuriyyəti dövründə mətbuat sahəsində də mühüm addımlar atıldı. Belə ki, Azərbaycan parlamenti “Mətbuat haqqında” qanun qəbul etdi. Məhz bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi idi ki, artıq 1919-cu ildə Azərbaycanda 80 qəzet və jurnal nəşr olunurdu ki, onlardan 39-u milli dildə idi.

Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparırdı. O, dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin qısa zamanda beynəlxalq aləmdə tanınması, əldə etdiyi uğurlar heç şübhəsiz ki, bolşevik-daşnak qüvvələrini, daha dəqiq desək Azərbaycanı əsarət altında saxlamaq istəyən dairələri razı sala bilməzdi. Ona görə də beynəlxalq aləmdə hər cəhdlə AXC-yə qarşı  təzyiqlər özünü göstərirdi. Eyni zamanda daxildəki erməni qruplaşmaları da vəziyyəti gərginləşdirməyə maraqlı idilər. Beləliklə xaricidaxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Sovet Rusiyası da imperiya ambisiyasından əl çəkmirdi. Hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı. Daxildə sosial-siyasi böhranın dərinləşməsi AXC-nin süqutunu yaxınlaşdırırdı. Artıq Bakını zəbt etmək və AXC-ni süquta uğratmaq barədə konkret tədbirlər görülürdü. Beləliklə, bolşeviklərin silahlı dəstələri aprelin 27-də Bakı və onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başladılar. XI Qırmızı Ordu hissələri də 1920-ci il aprelin 27-də Azərbaycan ərazisinə daxil oldular. Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Aradan 70 il keçməsinə baxmayaraq XX əsrin 90-cı illərində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşa bildi. XX əsrin əvvəllərinə oxşar siyasi situasiya 1991-ci ildə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsi ilə nəticələndi. Düzdür, bundan razı qalmayan Rusiya dəfələrlə 1920-ci ildə olduğu kimi Azərbaycanın müstəqilliyini əlindən almağa çalısa da, lakin Heydər Əliyev kimi nüfuzli dövlət xadiminin sayəsində ölkəmiz öz müstəqilliyini qoruyib saxlaya bildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi möhkəmləndirdi, Azərbaycanın hərtərəfli inkişafına nail oldu. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinə böyük önəm verərək deyirdi: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik”.

Bu gün Heydər Əliyev kursu cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirirlir və dövlət başçısı da öz növbəsində varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetirir. Məhz dövlət başçısının tapşırğı əsasında  paytaxtda İstiqlal abidəsinin ucaldılması, hər il AXC-nin yaranmasının ölkədə yüksək səiyyədə qeyd edilməsi deyilənləri təsdiqləyir.

 

Süleyman

 

Olaylar.- 2015.- 28-29 may.- S.8.