Gənclər ictimai fəaliyyətlərlə
maariflənib
daha vətənpərvər formada yetişir
Tural Kərimov: “Bu onların layiqli
vətəndaş kimi formalaşmasına kömək
etmiş olur”
Azərbaycan gənclərinin milli
mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması günümüzdə ən
aktual məsələlərdən biridir. Nəzərə
alsaq ki,
torpaqlarımızın 20 faizi hələ
də erməni işğalı altındadır və ölkəmiz
müharibə şəraitindədir, onda
bu sahənin inkişaf
etdirilməsinin zəruri olduğu qənaətinə
gəlmək olar.
Məhz bu zərurəti nəzərə alan dövlət və onun müvafiq strukturları sözügedən istiqamətdə lazımı addımlar atır, işlər görürlər. XX əsrin 90 illərində Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra gənclərlə iş sahəsində görülən işlər, uğurla həyata keçirilən dövlət gənclər siyasəti milli şüura malik vətənpərvər gənclərin yetişməsinə müsbət təsir göstərib. Günümüzdə də bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilməkdədir. Sevindirici hal ondan ibarətdir ki, bu prosesdə dövlətlə yanaşı, qeyri-dövlət qurumları, xüsusilə gənclər təşkilatları da aktiv rol oynayırlar. Bu gün əksəriyyət gənclər təşkilatları həyata keçirdikləri layihələrin böyük bir qismini gənclərin vətənpərvər ruhda böyüməsinə yönəldir. Belə təşkilatlardan biri də Gənclər üçün Təhsil Mərkəzidir. Təşkilatın təkcə mərkəzi ofisi deyil, eləcə də regional ofisləri müntəzəm olaraq sözügedən istiqamətdə tədbirlər, layihələr həyata keçirir ki, bu da gənclərin vətənpərvər ruhda böyüməsinə öz müsbət təsirini göstərir. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisinin rəhbəri Tural Kərimovla söhbətimizdə də məhz bu barədə danışdıq. Tural Kərimov təmsil etdiyi qurumun gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.
-Tural bəy, Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac duyursunuz?
-Əvvəla onu qeyd etmək yerinə düşər ki, bu gün ölkəmizdə bu istiqamətdə lazımi işlər görülməkdədir. Məlumdur ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinə də müəyyən poblemlər mövcud idi. Düzdür, həmin dövrdə gənclərdə vətənpərvərlik hissləri yüksək səviyyədə idi və gənclərimiz könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulurdular. Lakin dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizəö ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Çox keçmədən 1994-cü ilin iyul ayında gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-ci il, fevral ayının 2-də isə Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxardı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı. Heydər Əliyevin vəfatından sonra ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezident seçilməsi və dövlət başçısının da gənclərə ciddi diqqət və qayğı ilə yanaşması bu sahədə nəzərəçarpacaq dərəcədə yeniliklərlə müşahidə edildi. Prezident İlham Əliyevin də müntəzəm olaraq gənclərlə görüşməsi, gənclərlə bağlı qəbul edilən dövlət proqramları və digər müvafiq sənədlərdə məhz onların mövqeyinin nəzərə alınmasının fonunda bunu göstərə bilərik. Heç şübhəsiz ki, dövlətin və dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının qarşılığı olaraq isə Azərbaycan gəncləri daha da vətənpərvər olur, onların Vətənə, dövlətə bağlılığı artır. Bu gün Azərbaycandan kənarda təhsil alan gənclərimiz də həmin ölkələrdə vətənpərvərlik mövqeyindən çıxış edərək ölkəmizin adını uca tutur, onu layiqincə təmsil edirlər.
Lakin bir gənc kimi deyə bilərəm ki, bu istiqamətdə kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının, xüsusi ilə də gənclər təşkilatlarının rolu əvəz olunmazdır. Ona görə də adları çəkilən sektorun nümayəndələri bu sahəyə daha çox diqqət etməlidirlər. Bu sahəni özlərinin əsas istiqaməti seçməli, müxtəlif proqramlar, layihələr, ictimai maarifləndirmə və s. işləri görməlidirlər. Onu da qeyd etmək istərdim ki, bu istiqamətin inkşafı üçün bir neçə KİV və ya QHT-lərin birləşib əməkdaşlıq etməsini daha məqsədə uyğun saymaq olar.
-Sizcə orta ümumtəhsil müəssisələrində
gənclərimizə kifayət qədər vətənpərvərlik
hissləri aşılanırmı?
-Ümumilikdə bu gün bütün təhsil sistemində bu və ya digər formada bu sahədə mühüm işlər görülür. Ancaq fikirləşirəm ki, qeyri hökümət gənclər təşkilatları ilə birgə fəaliyyət daha məqsədəuyğun olar və gənclər ilk vaxtlardan ictimai fəaliyyətlərlə maariflənib daha vətənpərvər formada yetişər. Eyni zamanda bu onların layiqli vətəndaş kimi formalaşmasına kömək etmiş olar.
-Gənclər təşkilatları və QHT gənclərin vətənpərvərliyi ilə bağlı layihələrə üstünlük verirlərmi?
-Əlbəttə. Məlumdur ki, ölkəmiz hazırkı səviyyəyə gəlib çatana qədər çox çətin, keşməkeşli yollar qətt edib. Həmin günlər də bu gün bizim təqvimdə xüsusi qeyd olunub. Gənclər təşkilatları da həmin günlərə çox həssas yanaşaraq xüsusi proqramlar, tədbirlər və s. keçirib həmin günləri yaşadırlar. Digər tərəfdən gənclər təşkilatlarının dəstəyi ilə fərqli istiqamətlərdə layihələr həyata keçirilməkdədir. Məsələn, qədim musiqimizin müasir “siması“ , xalqımızın irsi tarixi və s. kimi müxtəlif layihələr həyata keçirilir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən fərdi layihələr də həyata keçirilir.
-Bu gün Azərbaycan
gənci torpaqlarını işğaldan azad edə biləcək dərəcədə
vətənpərvərdirmi?
-Birmənalı şəkildə deyə bilərik ki, bəli, Azərbaycan gənci vətənpərvərdir. Azərbaycan gəncliyi daima buna hazırdır və gənclər Prezident İlham Əliyev ətrafında sıx birləşmiş ikinci bir böyük ordudur.
-Televiziyalar,
KİV-lərin bu mövzuya olan diqqəti qaneedicidirmi?
-Əvvəldə qeyd
etdiyim kimi təhsildə olduğu kimi, KİV- lər də, öz növbəsində QHT- lərlə,
gənclərlə mütəmadi
işləməlidir. Ancaq düşünmürəm
ki, bu gün
onların bu mövzuya olan diqqəti qaneedicidir.
Buna baxmayaraq biz regionda imkanlarımız çərçivəsində şəhər və
region KİV- ləri ilə
peryodik olaraq müəyyən layihələr
işləyirik və
çalışırıq ki, gələcəkdə
daha geniş formada işləyək və bunu inkişaf
etdirək.
-Region gənclərində
bu hisslər hansı dərəcədə
yüksəkdir?
-Mən xüsusi qeyd etmək istəyirəm ki, bu mövzuda region gəncləri daha həssasdır. Bunu görmək, hiss etmək çox sadədir. Sadəcə olaraq onlar arasında olub, müşahidə etmək
bizə bunu deməyə əsas verir. Ümumilikdə bu gün müəyyən işlər
var ki, onlar
böyük şəhərlərdən,
mərkəzlərdən regionlara
tərəf inkişaf
edir. Ancaq bəzi sahələr
var ki, xüsusi
ilə də vətənpərvərlik mövzusu
regionlardan mərkəzlərə
inkişaf etdirilə biləcək bir mövzudur.
-Ali Baş
Komandanın ordu qurucluğuna göstərdiyi
diqqət və qayğı gənclərin
vətənpərvər ruhda
böyüməsinə hansı
müsbət təsiri
göstərir?
-Əlbətdə bu
gün ölkə başçısının ordu
quruculuğuna göstərdiyi
diqqət və qayğı göz qabağındadır. Məhz bunların nəticəsində
Azərbaycan Ordusu daha da inkişaf
edərək özünə
məxsus statusa malikdir və bu da öz
növbəsində Azərbaycan
gəncinin vətənpərvər
ruhda böyüməsinə
şübhəsiz böyük
təsir edir. Azərbaycan gəncliyinin daha inamlı, daha mərd və vətənpərvər, məğrur,
millətsevər yetişməsinə
müsbət təsir
göstərir.
-Sizcə
Azərbaycan xalqının
qəhrəmanları, sərkərdələri
barədə yazıçılarımız
kifayət qədər
kitablar yazırlarmı
və bu amil gənclərin vətənpərvər ruhda
böyüməsinə necə
təsir edir?
-Sözsüz ki, hər dövrün öz qəhrəmanları, sərkərdələri olur və həmin zamanın yazıçıları da onları qələmə almadan keçmir. Bu gün də bu ənənə davam etməkdədir. Məlumdur ki, texniki tərəqqi ilə əlaqədar gənclər daha çox elektron kitabxanalardan, dərsliklərdən istifadə edirlər. Istərdik ki, həmin yazılan kitabların da əlavə elektron formaları olsun ki, bu daha çox kütləni əhatə etsin. Şübhəsiz ki, bu da gənclərdə milli vətənpərvərlik ruhunun inkşafında müstəsna rol oynayan amildir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- .- 2015.- 5 noyabr.- S.15.