Azərbaycanın gələcəyi Azərbaycan

gəncinin vətənpərəvər böyüməsindədir

 

Rəna Məmmədova: “Dünyadakı dövlət başçıları sırasında Prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyevadan başqa vətənpərvər cütlük görmürəm”

 

Bütün dövrlərdə olduğu kimi günümüzdə də gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca prioritetdir. Məhz bunu nəzərə alan dövlət və onun müvafiq qurumları da əsas fəaliyyətini gənclərin vətənpərvər ruhda böyüməsinı sərf edir. Sevindirici haldır ki, təkcə dövlət deyil, eləcə də qeyri-dövlət təşkilatı, QHT-lər bu istiqamətdə uğurlu fəaliyyət göstərirlər. Belə təşkilatlardan biri də “Gənc Vətənpərvərlər Birliyidir. Birliyin müşaviri Rəna Məmmədova ilə də söhbətimizdə təmsil etdiyi təşkilatın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördüyü işlərdən, qarşıda duran vəzifələrdən danışdıq.

 

-Rəna xanım, əvvəlcə özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdim

-Mən 1971-ci ildə Bakı şəhərində anadan olmuşam Atam tikinti, anam isə təsərrüfat sahəsində təhsil alıb. Ailədə 4 bacı və 1 qardaş olmuşuq.  Nəsimi rayon ərazisində 42 nömrəli orta məktəbi bitirmişəm və sona BDU-nun “Tətbiqi-riyaziyyat” fakultəsinin “riyaziyyatçı–proqramist” ixtisasını almışam. Tələbəlik dövründə Taekvando idman növü üzrə  məşğul olmuşam. Ustadım Süleyman Məmmədlinin yetirməsiyəm. Hazırda isə Ataholdinq ASC Qərb filialında iqtisadçı çalışıram. Sosial sahədə isə Gənc Vətənpərvərlər Birliyinin iqtisad-humanitar sahəsində müşaviriyəm. Tək anayambir, 18 yaşlı evladım var. Oğlum Cavad Məmmədov NDU-nun “hüquqşünaslıq” fakultəsində oxuyur. Özümü əsl Azərbaycan-türk qadını-anası görməkdə qürurlanıram. Ata-baba köküm Osmanlı türkü, ana-baba köküm isə Şahsevənlər tayfasından gəlir.  Elə ona görə AZƏRBAYCAN dedikdə  qanım coşur.

-Bu gün Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac duyursunuz?

-Milli şüurun, milli ruhun yaranması və inkişafında ən başlıcası vətənpərvərlik sahəsində təbliğatın gücləndirilməsidir. Təbliğat isə  təcrübəli  tanınmış, Vətənə xidmət etmiş vətənpərvər  insanlar - kadrlar  tərəfindən gənclərə aşılanmalıdır. Səriştəsiz və təcrübə almağa yenicə addım atmış bir gəncin öz həmyaşıdına olan tövsiyyəsinin bəhrəsini az görürəm. Əksər hallarda dövlət orqanlarında və QHT-lərdə gənclərə istiqamətverici  kadrların özləri elə gənclərdir. Nəticədə, bəhrəni az görürəm. Təhsildə hərbi dərslərə yer verilməlidir.  Uşaq və məktəbəqədər təhsil ocaqlarına təyin olunan kadrlar düzgün seçilməlidir. Hər bir rayonun nəzdində yaranmış Gənclər və İdman idarələri tərəfindən  hərbi - vətənpərvərlik mövzusuna dair  azyaşlılar və gənclərin təhsil  ocaqlarında tez-tez tədbirlər təşkil edilməlidir. Ali təhsil ocaqlarının nəzdində olan  sosial təşkilatların aktivləşməsi zəruridir.

-Sizcə orta ümumtəhsil müəssisələrində gənclərimizə kifayət qədər vətənpərvərlik hissləri aşılanırmı?  

-Mənim  fikrimcə kifayət deyil, xüsusən yuxarı sinif şagirdləri haqqında deyə bilərəm ki, çox  zəifdir. Bunun səbəbi gənclərin üzləşdiyi təhsil sahəsində yaranan çətinliklərdir.  Uşaq və gənclərin öhdəsinə düşən dərs sistemində ağır  proqramların  tətbiqi və dərsdən sonra ev tapşırıqlarının çoxluğu , ali təhsil almaq üçün qəbul imtahanlarının  stresləri və s. gənclərimizin vətənpərvərlik ruhunun yaranmasına əngəl törədir. Məsələn,  övladın savad alması mühümdür, amma əgər böyütdüyümüz savadlı övlad təhsilini bitirdikdən sonra gələcəkdə bəhrəsini Vətənə yox, xarici bir dövlətə  bəxş edəcəksə, əsl, bəla burdan başlayır.

- Gənclər təşkilatları və QHT gənclərin vətənpərvərliyi ilə bağlı layihələrə üstünlük verirlərmi?

- Vətənpərvərlik mövzusunda gənclər təşkilatları çalışırlar, amma kifayətqədər deyil. Qeyd etdim ki, gənclərə təcrübəli vətənpərvər insanlar himayəlik etməlidirlər. Bundan başqa, hər bir rayonun İcra Hakimiyyətinin nəzdində  yaradılmış gənclər təşkilatı ilə  QHT gənclərinin əlaqələrinə çox az rast gəlinir. Əksər hallarda, İH -nin nəzdində olam gənclər qurumu QHT gəncləri ilə birgə layihələrə az üstünlük verirlər.

- Sizin təmsil etdiyiniz təşkilat bu istiqamətdə hansı tədbirlər həyata keçirir?

- Qeyd etdim ki, mən  “Gənc Vətənpərvərlər Birliyinin  humanitar məsələlər üzrə sədr müşaviriyəm. Birliyin  bütün əksər üzvlərini  həm yaşlı və həm də gənc nəslin nümayəndələri olan idmançı, hərbiçilər təşkil edir. Gənc Vətənpərvərlər  Birliyinin sədri Muğan Əliyev və regionlar üzrə müşavirlər tərəfindən gənclər siyasətinin inkişafı üçün, milli hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi naminə idman siyasətinin təbliğində tez-tez gənc nəsl – idmançı, məktəbli, tələbə heyətləri arasında yarışlar, tədbirlər keçirilir. Eyni zamanda  orta təhsil ocaqlarında, əlbəttə ki, rəhbərlik tərəfindən icazə almaqla,  şagirdlərlə  birgə  “ Vətəni sevmək və onu qorumaq”, “Hər şey Vətən üçün”, “Vətəni hər an qorumağa hazır olmövzusunda  müzakirə və təbliğat  aparılır.

- Bu gün Azərbaycan gənci torpaqlarını işğaldan azad edə biləcək dərəcədə vətənpərvərdirmi?

- Var, amma mən istədiyim qədər deyil. Bəlkə mövzuya amansız tələbkar yanaşıram.. Çünki bizə bizim şəraitimizə yaraşan budur. Hesab edirem ki, hər bir vətəndaş hər bir gənc Qarabağ torpaqlarının indiyədək düşmən əsarəti altında olmağına,  bu vaxta qədər düşmən tərəfdə qalan əsir girovlarımıza verilən işgəncələri yaddan çıxartmamalı, hər birimiz üçün adiləşməməlidir.  Əksinə, istər qız, istərsə oğlan övladımızın özünü, torpağı azad etmək üçün daima bir döyüşçü, Azərbaycan əsgəri  tək hiss etməsini görmək istərdim..

- Bəs televiziyalar, KİV-lərin bu mövzuya olan diqqəti qaneedicidirmi?

-Bu mövzu mənim yaralı yerimdir. İnanın ki, mən Tv ilə çoxdan vidalaşmışam. Yalnız gündəlik axşam xəbər saatında baxıram. TV verilişləri gənclərimizə həyatı şou tək yaşamaqdan başqa heç vermir. Tövsiyyə edərdim ki, gənclərimizin  vətənpərvər formalaşmamasının səbəbini  valideynlərdə günah axtarınca elə ictimaiyyəti təmsil edən vasitələrimizi düzəldək. Bu halda valideynləri qınamaq qəbahətdir.  Ata-ana övladını təmin etmək üçün 8-10 saat işləməyə vadar olduğu vaxt ərzində  TV verlişləri yalnız şou nümayiş edir. KİV-lərin aktual olan sosial şəbəkələrdə isə vətənpərvərlik mövzusunda potensiallığını görürəm. Məsələn, mən özüm facebook üzləyicisiyəm. Bütöv Azərbaycanın Prezident İlham Əliyevə dəstək qrup”u yaratmışam. Gənclərin paylaşmalarını  gündəlik  izləyirəm. Onlar tərəfindən Vətənə aid   statuslar çox gurultulu alqışlanır,  like rəylər yazırlar.  Bu sevindirici haldır.

- Region gənclərində bu hisslər hansı dərəcədə yüksəkdir?

- Region gənclərində vətənpərvərlik hissləri nisbətdə daha güclüdür. Niyə?! Çünki gənclərin  doğulduğu torpaq ailəsi düşmənlə üzbəüz sərhəddədir. Qərb bölgəsində Goranboy, Xanlar, Gədəbəy, Tovuz, Qazax  sərhədyani rayonların gəncləri asimanda  Müdafiə Nazirliyinin uçan hərbi helekopterlərini görür, sərhəd kəndlərdə yaşayan gənclər isə əsgər zabitlərimizin şəhid olmalarının canlı şahididirlər. Buna görə gənclərin simasında istər-istəməz kədərlə yanaşı mübariz cizgilər gözə çarpır.  Bu düşməndən intiqam almaq hissləri içərisində boğulan region gənclərinin vətənpərvərliyindən  xəbər verir. Azərbaycanın gələcəyi Azərbaycan gəncinin vətənpərəvər (patriot) yetişməsi, böyüməsindədir.

- Ali Baş Komandanın ordu qurucluğuna göstərdiyi diqqət qayğı gənclərin vətənpərvər ruhda böyüməsinə hansı müsbət təsiri göstərir?

- Biz çox xoşbəxt millətik. Ona görə ki, gözəl vətənimiz vətənpərvər Ali Baş Komandanımız var. Dünyada misli olmayan vətənpərvər,   Vətənə aşiqcəsinə vurğun, torpağını xalqını sevən məhz elə Ali Baş Komandan onun ailəsidir. Biz isə hamımız onun yetirmələri, şagirdləriyik.. beləcə nəsildən-nəslə keçməlidir. Dünyadakı dövlət başçıları sırasında Prezident İlham Əliyev xanımı Mehriban xanım Əliyevadan başqa  vətənpərvər cütlük görmürəm. Onlar gənclərimizi öz övladları tək böyüməsində əllərindən gələn hər bir şərait, ocaq, imkanlar yaradıblar. Məhz cütlüyun sayəsində ölkələr arasında Azərbaycan  strateji baxımdan çox-çox inkişaf etmiş gəncləşmişdir. Ali Baş Komandanın sərəncamı ilə yaradılmış təhsil, idman mədəniyyət  ocaqları gənclərə göstərilən qayğını nümayiş etdirir. İdman sahəsində gənclərimizin nailiyyətləri qələbələri zəhmətin bəhrələridir. Biz hər birimiz , hər bir Azərbaycan ata-anası sevinməlidir ki,  onların övladları indiki dövrdə ən əmniyyətli, etibarlı əllərdə böyüyürlər. Biz Ali Baş Komandanın gənclərimizə olan zəhmətinə lazımi dəyər verməkdə borcluyuq. Hər bir gəncimiz fəxr etməlidir ki, Azərbaycan gənci, Prezident İlham Əliyevin yetirməsidir. Çünki o gənc, dünyadakı çox-çox gənclərdən azad, sağlam xoşbəxtdir.

- Sizcə Azərbaycan xalqının qəhrəmanları, sərkərdələri barədə yazıçılarımız kifayət qədər kitablar yazırlarmı bu amil gənclərin vətənpərvər ruhda böyüməsinə necə təsir edir?

 - Əfsuslar olsun ki, kitab aləmində qəhrəmanlar, sərkərdələr haqqında nəşrlər azlıq təşkil edir. Hətta dərsliklərdə ətraflı geniş surətdə yox, müəyyən qədər yer verilmişdir. Azərbaycan tarixində qəhrəman və sərkərdələrdən  Şah İsmayıl Xətai, Babək Xürrəmi, Pənahəli Xan  Cavanşir, Cavad Xan,  Fətəli Xan Xoyski, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski, Hüseyn xan Kərbəlayı xan oğlu Naxçıvanski, Həzi Aslanov kimi oğulların həyatlarını yazan yazarlar  azalmışdır. Bu mövzunun müzakirəsinə çox ehtiyac görürəm. Onları gənclərimizə tanıtmaqda televiziya, KİV-lər, kitab aləminin rolu böyükdür .Bu gün Azərbaycan gənci öz tarixi qəhrəman-sərkərdəsini tanımalı, məlumatlanmalı  qürur hissi duymalıdır. Vətənpərvərlik hisslərinin təməlini yaradan nümunəvi şəxsiyyətlərin həyat tərzləri gənclərə  qüvvət, məğrurluq hisslərini bəxş edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 18 noyabr.- S.15.