“Vətənpərvərlik hisslərinin
gücləndirilməsi
bütün sahələrdə
aparılmalıdır”
Rövşən
Nəcəfov: “Biz, gənc olaraq anlamalıyıq ki,
vətənimizin ən əsas parçasıyıq”
Hər bir dövlətin gələcəyi
onun sağlam, vətənpərvər ruhda yetişən,
böyüyən gəncliyindən asılıdır. Əgər
bir dövlətin yetişməkdə olan gəncliyi milli ruhdan, vətənpərvərlik hisslərindən
kənardırsa onun gələcəyi də
təhlükə altındadır. Qürurverici
haldır ki, Azəbaycanda belə bir mənfi tendensiya
müşahidə edilmir. Əksinə gənclərimizin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin aşılanması
istiqamətində sistemli şəkildə
iş görülür.
Bu məqsədlə müxtəlif dövlət proqramları həyata keçirirlir, müvafiq sənədlər qəbul olunur Öz növbəsində gənclərimiz də fərdi və təşkilat şəklində bu prosesdə yaxından iştirak edərək gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir, bununla bağlı müxtəlif layihələr həyata keçirirlər. Belə təqdirəlayiq layihələrdən biri də “Mənim Təhsilim, Mənim Gələcəyim!” Kampaniyasıdır. Sözügedən kampaniyanın rəhbəri Rövşən Nəcəfovla söhbətimizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və s. barədə danışdıq. Rövşən Nəcəfov “OLAYLAR”-a verdiyi müsahibədə qeyd edilən istiqamətdə dövlət və onun müvafiq strukturlarının da məqsədyönlü işlər gördüyünü söyləyib.
-Rövşən bəy, Azərbaycan
gənclərinin milli mənlik şüurunun inkişaf
etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin daha da
artırılması istiqamətində hansı tədbirlərin
görülməsinə ehtiyac duyursunuz?
-Vətənpərvərlik anlayışı insanın qürur hissindən yaranır. Hər kəs öz hisslərini müxtəlif cür ifadə edir. Vətənə bağlılıq hər kəs üçün eyni deyil. Kimisə vətənə onun ailəsi, kimisə onun sevdiyi, kimisə isə, onun maddiyyatı bağlayır. Əgər bir gənc öz uğurunu cəmiyyətlə paylaşırsa və töhvələr verirsə, ona daha çox imkanlar yaradılmalıdır. Çünki, vətənpərvərlik uğur ampluasıdır. Cəmiyyət həmin ampluanı udur və yayılmağa başlayır. Vətənpərvərlik hisslərinin gücləndirilməsi bütün sahələrdə aparılmalıdır. Biz, gənc olaraq anlamalıyıq ki, vətənimizin ən əsas parçasıyıq. Hazırda, vətənpərvərlik anlayışı keçmişə nəzərdən daha fərqlidir. Vətənpərvərlik elmin və uğurun üzərində köklənib. İstənilən elmi yanaşma və ya kəşf dünyaya vətənimizi tanıda bilər. Yaradıcılıq əsrində yaşayırıq. İstənilən ölkənin tanıtımı onun yaradıcı vətəndaşının ərsəyə gətirdiyi məhsul olacaq. Bir filmin gücü bütün məğlubiyyətləri qələbə ilə əvəzləyə bilər. Bir söz, bir fikir və bir kitab dünyanı dəyişmək gücündədir. Həm dünyada, həm ölkəmizdə təbliğat imkanlarını genişləndirmək gərəklidir. Gəncin özünü təsdiq etməsi onun milli şüurunu formalaşdıracaq. Yəni, o axtarışdan xilas olacaq. Vətənpərvərlik isə bütöv xalq şüurunu formalaşdırmaqdır.
-Sizcə orta ümumtəhsil müəssisələrində
gənclərimizə kifayət qədər vətənpərvərlik
hissləri aşılanırmı?
-Dərsliklərdə, həmçinin müəllimlərin keçdiyi dərslərdə vətənpərvərlik ilə bağlı kifayət qədər məlumatlar verilir. Bunların hamısı nəzəriyyədir. Ancaq gənclərimiz üçün vacibdir ki, nəzəri biliklərdən praktiki məşğələlərə keçsinlər. Vətənpərvərlik gənclərin atacağı addımlara bağlıdır. Onların öz sahəsində qazanacağı uğur, onun vətəninə edəcəyi xidmətlərlə əvəzlənəcək. Bunun üçün məktəblərdə uğur qazanmış insanların gənclərlə görüşlərini keçirmək olar ki, gənclər də öz suallarını açıq şəkildə ifadə etsinlər. Bu gün sevindirici hal ondan ibarətdir ki, cəmiyyətimizdə bu istiqamətdə hər cür təbliğat gedir. Gənclərimiz də öz növbəsində görməli və bilməlidir ki, uğur qazanmış insanın vətənə bağlılığı var.
-Bəs gənclər təşkilatları və QHT-lər gənclərin vətənpərvərliyi ilə bağlı layihələrə üstünlük verirlərmi?
-Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatların və qurumların il ərzində fəaliyyətlərində vətənpərvərlik layihələri icra olunur. Eyni zamanda dövlət səviyyəsində vətənpərvərlik layihələrinə dəstək olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi bütün qrant müsabiqələrinin əsas prioritet mövzusu məhz vətənpərvərlikdir. Əgər dövlət səviyyəsində vətənpərvərlik əsas prioritetlərdən biridirsə, istənilən təşkilat və qurum bu mövzuda layihələr yazıb təqdim edir. Layihələrin effektivliyini artırmaq və daha geniş auditoriyalara təqdim etmək yaşadığımız informasiya müharibəsində trenddir.
-Bu
gün Azərbaycan gənci
torpaqlarını işğaldan azad edə biləcək dərəcədə
vətənpərvərdirmi?
-Biz, torpaqlarımızı azad etməliyik. Dövlət başçımız cənab Prezident İlham Əliyevin qərarı müharibə olacaqsa, biz müharibə yolu ilə buna nail olacağıq. Azərbaycan gənci düşməninə bütün sahələrdə qalib gəlməlidir. Öz yaradıcılığımızla, biliyimizlə və bacarığımızla informasiya əsrinə sahiblənməliyik.
-Televiziyalar,
kütləv-informasiya vasitələrinin bu
mövzuya olan diqqəti
qaneedicidirmi?
-Televiziya hər kəsin evinin qonağıdır. Özü də
daimi qonaqdır.
Ancaq etiraf etmək lazımdır ki, vətəpərvərlik verlişləri
kifayət qədər
deyil. Bizim televiziyalarımızda olan vətənpərvərlik
verlişlər daha çox hərbi üzərində köklənib.
Hər kəs vətənpərvərliyin
əsas meyarının
hərbi olduğunu bilir. Bütün dünyada bu
belədir. Gəncliyimizin diqqətini vətənpərvərlik
mövzusuna yönləndirmək
istəyiriksə, vətənpərvərliyin
fəlsəfəsini təqdim
etməliyik. Niyə vətənpərvərlik?
Nə üçün vətənpərvərlik?
Kim üçün vətənpərvərlik? Bütün sualların cavabı aydın şəkildə
ifadə olunmalıdır.
Gənclər birbaşa müzakirələrin
dinləyicisindən iştirakçısına
çevrilməlidir. Bütün sualların
cavabını da özləri tapmalıdır.
O zaman, vətənpərvərlik
onlar üçün
dəyərə çevriləcək.
Kütləvi-informasiya vasitələrimizin vətənpərvərlik mövzusunda
işıqlandırdığı materiallar gənclərimizin
suallarına geniş cavablar tapmasına təsir etməlidir.
Vətənpərvərlik sahiblənməkdir. Gənclərimizin gələcəyinə sahiblənməsi onların
vətənpərvərliyinə bağlıdır.
-Region gənclərində
bu hisslər hansı dərəcədə
yüksəkdir?
-Regionda yaşayan və çalışan hər bir şəxs
vətənpərvərdir. Vətənpərvərlik vətənə xidmətdir. Vətənə xidmət insanlara xidmətdir. Öz vətəndaşına
xidmət göstərən
hər bir gənc gələcəyini
öz torpaqları üzərində qurmaq istəyir. Düşmənlə sərhəddə yaşayan gənclərimiz
varki, onların taleyi vətənlərinə
bağlanıb. Bir məqamı
da qeyd edim
ki, ayrı-ayrı gənclər və qeyri-hökumət təşkilatlarının
bu istiqamətdə həyata keçirdiyi layihələr, rayonlarda gənclərlə keçirilən
görüşlər, onlarla
aparılan söhbətlər
də region gənclərinin
vətənpərvər ruhda
tərbiyə olunmasına
öz müsbət təsirini göstərir.
-Ali Baş
Komandanın ordu quruculuğuna göstərdiyi
diqqət və qayğı gənclərin
vətənpərvər ruhda
böyüməsinə hansı
müsbət təsiri
göstərir?
-Ali Baş Komandanımız
cənab Prezident İlham Əliyev bütün çıxışlarında
və fəaliyyətlərində
hər zaman vətənpərvərlik mövzusu
ətrafında fikir mübadiləsi edir. Ruh yüksəkliyi
nümayiş etdirir.
Vətənimizi ordumuz, vətənpərvərliyimizi
isə diqqət və qayğı qoruyur. Cənab Prezidentin ordumuza
göstərdiyi diqqət
və qayğı gənclərin vətənə
sevgisini artırır.
Vətənə sevgimiz vətənpərvərliyimizdir.
Güclü ordunun vətəndaşı
olmaq, xidmət edən gənclərimizin
əməyidir. Ali Baş Komandanımızın
hər bi hissələrə
səfəri zamanı
gənclərlə etdiyi
söhbətlər, onlarla
kəsdiyi çörək
diqqət və qayğının nümayişidir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan gənci Ali Baş Komanda, cənab Prezidentlə fəxr edir, qürur duyur. Qürur duyur ki, onun vətənini sevən vətənpərvər
bir Ali Baş Komandanı, dövlət başçısı var.
-Sizcə Azərbaycan xalqının qəhrəmanları,
sərkərdələri barədə
yazıçılarımız kifayətqədər kitablar
yazırlarmı və
bu amil gənclərin
vətənpərvər ruhda
böyüməsinə necə
təsir edir?
-Vətənpərvərlik haqqında və ya qəhrəmanlar haqqında kitab yazmaq üçün ədəbi mühit formalaşmalıdır. İctimai müzakirələr aparılmalıdır. Gənclər də müzakirələrdə iştirak etməlidir. Qəhrəmanın qələm ustası tərəfindən təqdim olunması, gələcək üçün etdiyi xidmətdir. Köhnə kitablar var ki, qeyd olunan mövzuları əhatə edib. İndiki dövrdə, yazıçılarımız bu mövzulara müraciət etmir. Bunun üçün tələbat formalaşmalıdır. Gənclərimizin vətənpərvər ruhu artdıqca, bu tələbat yaranacaq. Yazıçılarımız qəhrəmanın yaşadığı mühiti təsvir etmək, onun keçirdiyi hissləri qələmə almaq üçün qəhrəmanların ailəsindən real hekayələrə müraciət etməlidir. Gənclərimizin kitab oxumaq vərdişi yaranmalıdır. Bunun üçün, bütün vasitə və imkanlardan yararlanaraq, hər kəsi kitab oxumağa dəvət etməliyik.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 20 noyabr.- S.15.