“Sənə inanırıq, ölkə rəhbəri,
sənə güvənirik, Vətən əsgəri!”
Cəbhə
bölgəsində kütləvi hərbi vətənpərvərlik
tədbirləri keçirilir
Son günlər cəbhə
bölgəsində hərbi-vətənpərvərlik tədbirlərinin
keçirilməsi mütəmadi xarakter
alıb. Belə tədbirlərdəb biri
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
və Füzuli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı
ilə Horadiz şəhər stadionunda baş tutub. Belə ki, şəhərdə
“Sənə inanırıq, ölkə rəhbəri, sənə
güvənirik, Vətən əsgəri!” devizi
altında teatrlaşdırılmış kütləvi hərbi
vətənpərvərlik bayramı keçirilib.
Xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin xeyir-duası və
Ali Baş
Komandanlığı ilə başlanan Horadiz əməliyyatı 1994-cü il yanvarın 6-da uğurla
başa çatmış və bu əməliyyat nəticəsində qısa
vaxt ərzində Füzuli
rayonunun 22 yaşayış məntəqəsi
Ulu Öndərimizin qətiyyəti, böyük sərkərdəlik
məharəti, döyüş bölgəsinə
gedərək orduda və yerli
əhalidə ruh yüksəkliyi, böyük inam
yaratması ilə azad edilmiş,
düşmənin Beyləqana irimiqyaslı hücumunun
qarşısı alınmış, Cəbrayılın
Cocuq-Mərcanlı kəndi işğaldan
azad edilmiş,
ümumilikdə 21 min hektar
ərazi yağı tapdağından xilas
olunmuşdur. Düşmən həm döyüş texnikası, həm silah-sursat, həm də canlı qüvvə
sarıdan xeyli itki verərək
geri oturdulmuşdur. Tamamilə dağıdılmış və viran qalmış Horadizin
xarabalıqları üzərində yaşıllıqlara qərq
olmuş gözəl bir
yaşayış məntəqəsi yaradılmış və
möhtərəm prezidentimiz cənab İlham Əliyevin müvafiq
sərəncamına əsasən Horadizə şəhər statusu verilmişdir. Ali Baş Komandan
son illərdə bu
bölgəyə bir neçə dəfə
səfər etmiş və şəhərin
daha da inkişafı
məqsədilə sərəncamlar vermişdir.
Horadizlilər daim atəş altıda
olmasına baxmayaraq bu
şəhərdə yaşamaqdan, Azərbaycan
əsgəri isə cəbhəboyu bölgənin keşiyində
durmaqdan böyük qürur duyurlar. Möhtərəm
Prezidentimiz cənab İlham
Əliyev bölgəyə səfərlərindən birində
demişdir: “Biz Horadiz şəhərinin timsalında
dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan
Ordusunu, Ulu Öndər
Heydər Əliyevin siyasətini görürük”.
Məhz polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu
ilə uğurla keçən kütləvi
hərbi vətənpərvərlik bayramında da minlərlə tamaşaçı bir-birindən
maraqlı səhnələr, vizual
görüntülər, min nəfərlik
əsgər xorunun, birləşmiş bədii
özfəaliyyət kollektivlərinin, Füzuli Dövlət Dram Teatrı aktyorlarının, Silahlı
Qüvvələrin Mahnı və Rəqs Ansamblının, mədəniyyət
və incəsənət ustalarının, musiqi
kollektivlərinin, hərbi orkestrin və Gəncə
Qarnizonu Zabitlər Evinin
xüsusi təşviqat qrupunun
iştirakı ilə təqdim edilən ədəbi-bədii,
musiqili-xoreoqrafik kompozisiyalarda
Azərbaycanın son illərdəki dinamik sürətli inkişafını,
dirçəlişini, Azərbaycan Ordusunun
qüdrətini, Ulu Öndər Heydər
Əliyev siyasətinin uğurlu davamını
izləyə biliblər. Tədbir başlamazdan öncə Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli
rayon icra hakimiyyətinin
rəhbərliyi, veteranlar və
respublikanın paytaxtından gəlmiş qonaqlar
Ümummilli Lider Heydər
Əliyevin Horadiz şəhərinin mərkəzindəki
abidəsini ziyarət edib və
qarşısına gül-çiçək dəstələri
düzüblər. Kütləvi tədbir Əməkdar
mədəniyyət işçisi, polkovnik-leytenant Rafiq
Hacıyevin drijorluğu ilə hərbi orkestrin ifasında general Yusif Axundzadənin “Azərbaycan
fanforası”nın səslənməsi ilə başlanıb. Bütün tədbir
iştirakçıları Azərbaycan Respublikasının
Dövlət Himnini ifa
edib. Füzuli rayon icra hakimiyyətinin
başçısı Alı Alıyev bayram
iştirakçılarını salamlayaraq
səmimi arzularını bildirib. Respublikanın bütün
bölgələrində olduğu kimi Füzuli rayonunun da son
illərdə möhtərəm prezidentimiz
cənab İlham Əliyevin rəhbərliyi
altında inkişafından, iqtisadi, mədəni
dirçəlişindən, əhalinin sosial
rifahının yüksəlməsindən, ölkə rəhbərliyinin
ərazisi işğal
olunmuş digər rayonların əhalisi
ilə yanaşı, bu rayonun
da sakinlərinə daimi
diqqət və qayğı göstərməsindən minnətdarlıq
hissi ilə danışıb. O, qeyd edib ki,
Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri
işğaldan azad olunduqdan sonra
dağıdılmış kəndlər, sosial
obyektlər bərpa olunub, füzulililər
doğma yurdlarına qayıdıblar. Hazırda rayonun işğaldan
azad olunmuş hissəsində
70 mindən çox insan
yaşayır. Ölkə rəhbərinin qayğısı
ilə Füzulidə yeni qəsəbələr
salınıb, müasir sosial-infrastruktur
layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş
edib. Azərbaycan Prezidentinin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında 6 sərəncamı bu rayona göstərilən diqqət və
qayğının bariz nümunəsidir. İcra başçısı
vurğulayıb ki, bu
bölgədə ordu ilə xalqın sağlam və sarsılmaz birliyi yaranıb. Füzulililər ölkə
rəhbərinə inanır, Vətən əsgərinə
güvənirlər. Onlar əmindirlər ki, tezliklə Ali Baş
Komandanımızın rəhbərliyi, ordu
ilə xalqın birliyi və xalqına,
millətinə arxalanan Azərbaycan əsgərinin
zəfər yürüşü ilə işğal altında olan
digər torpaqlarımız da azad olunacaq, Azərbaycanın
ərazi bütövlüyü təmin
ediləcək, müqəddəs bayrağımız Şuşada, Laçında, Xankəndidə
və eləcə də Füzulidə dalğalanacaqdır. Görkəmli ictimai-siyasi xadim, millət vəkili Bahar
Muradova belə bir
kütləvi vətənpərvərlik tədbirinin Horadiz şəhərində keçirilməsinin
heç də təsadüfi
olmadığını qeyd edərək deyib ki, həqiqətən
də möhtərəm Prezidentimizin dediyi kimi, biz
Horadiz şəhərinin timsalında
dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan
Ordusunu, ulu öndər
Heydər Əliyevin siyasətini görürük.
Heç
kim işğal
altında olan digər ərazilərimizin
də Horadiz kimi azad ediləcəyinə, bərpa
olunacağına, yeni quruculuq
işlərinin başlanacağına, məcburi
köçkünlərimizin öz dədə-baba
yurdlarına tezliklə qayıdacaqlarına şübhə
etməməlidir. Çünki, müdrik və qətiyyətli Prezidentimiz elə bir
məqsədyönlü siyasət aparır ki, artıq dünya Azərbaycan
reallıqları ilə razılaşmağa məcburdur.
İstər Avropa ölkələrində,
istər Yaxın Şərqdə iqtisadi,
siyasi, hərbi və mənəvi böhran yaşandığı, Ermənistanın
iflasa uğradığı, çökdüyü bir
vaxtda Azərbaycandakı sabitlik,
davamlı iqtisadi inkişaf, qüdrətli və
qarşısına qoyulmuş hər
hansı bir döyüş
tapşırığını icra etməyə
qadir və hazır olan
Silahlı Qüvvələrin yaranması xalqın öz rəhbərinə inamını və milli təhlükəsizliyimizin təminatçısı
olan Azərbaycan Ordusuna
öz güvəncini daha da artırıb. Bu gün hamı bir amal, bir
məqsəd, bir bayraq altında birləşib. Bütün ölkə vətəndaşları
kimi füzulililər də Azərbaycan uğrunda, Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an müntəzirdirlər.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki tədbir iştirakçılarına
çatdırılıb. Müdafiə nazirinin bir neçə gün öncə hərbçilər
üçün tikilmiş
yeni yaşayış
binasının açılış
mərasimində dediyi
sözlər xatırlanaraq
əminliklə bildirilib
ki, biz düşməni
məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq
və yaxın müddətdə ərazilərimizi
işğaldan azad edəcəyik. Teatrlaşdırılmış kütləvi vətənpərvərlik
tədbirinin gedişi
zamanı tamaşaçiların
gözləri qarşısında
ötən əsrin
90-cı illəri canlandırılıb.
Ulu öndər Heydər Əliyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycan
Respublikasının ərazisinə
yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciəti
ilə xalqın milli mənlik şüurunun oyandığı
və ordu quruculuğunda yeni bir mərhələnin başlanıldığı bədii
vasitələrlə təqdim
olunub, irihəcmli monitorda Ulu Öndərin
cəbhə bölgəsinə
səfərləri, yerli
əhali və döyüşçülərlə görüşləri işıqlandırılıb.
Füzuli Dövlət Dram Teatrı aktyorlarının
ifasında “Hər şey ordu üçün,
hər şey qələbə üçün!”
ədəbi-bədii kompozisiyası
tamaşaçıların vətənpərvərlik hissini,
ölkə rəhbərinə
inamını və Vətən əsgərinə
güvəncini daha da artırıb. Döyüş texnikalarının
və şəxsi heyətin iştirakı ilə Azərbaycan Silahlı Qüvvələrinin
tarixində ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının
stadionda canlandırılması,
bu əməliyyat zamanı şəxsi rəşadət və şücaət nümunələri
göstərmiş müharibə
veteranlarının, qazilərin
alqışlarla qarşılanması,
eləcə də şəhid Milli Qəhrəmanların aktyorların
ifasında təqdimatı
tamaşaçıların böyük marağına
səbəb olub. Azərbaycanın Milli Qəhrəmanları Pəhlivan
Fərzəliyev, Rasim
İbrahimov, Seymur Məmmədov, Elxan Zülfüqarov, Faiq Rəfiyev və başqaları yenidən həyata qayıtsaydılar
yenə də öz canlarını Vətən uğrunda qurban verər, Qarabağ uğrunda candan keçərdilər,
deyiblər. Füzuli rayonunun Aşağı
Əbdürəhmanlı kəndi
uğrunda döyüşlərdə
gözlərinin nurunu
itirmiş, Paralimpiya və Birinci Avropa Oyunlarının çempionu İlham Zəkiyev paytaxtın Şəhidlər Xiyabanından
alovlandırdığı məşəllə stadiona
daxil olub. Ona Füzuli rayon icra hakimiyyəti başçısının
sərəncamı ilə
Füzulinin müdafiəsində
və gənclərin
hərbi vətənpərvərlik
tərbiyəsində xidmətlərinə
görə rayonun fəxri sakini adı verilib. İlk Avropa Oyunlarında qazandığı qələbəyə
görə İlham Zəkiyevin şərəfinə
ucaldılmış bayraqla
meydana daxil olan (bir neçə
ay öncə İlham
Zəkiyev xidmət etdiyi hərbi hissənin qonağı olmuş və həmin bayrağı tezliklə Füzulidə ucaltmaq arzusu ilə davamçılarına
təqdim etmişdir) xüsusi təyinatlıların
nümunəvi çıxışları
alqışlarla qarşılanıb.
Aparıcılar (Xalq artisti Pərvanə Məmmədova,
Əməkdar incəsənət
xadimi Abdulla Qurbani) Azərbaycan ordusunun güc və qüdrətindən söhbət
açıb, bölgənin
müdafiəsində dayanan
hərbi hissələrin
uğur və nailiyyətlərindən, düşmən
kəşfiyyat-təxribat qruplarının
qarşısının vaxtında
və layiqincə alınmasındakı xidmətlərindən,
ordu ilə xalqın birliyindən geniş bəhs ediliblər. Hərbçilər nizami addımlarla, qələbə əzmi ilə tamaşaçılar
qarşısından keçiblər.
Füzuli rayonundan həqiqi
hərbi xidmətə
çağırılmış, müxtəlif bölgələrdə
xidmət edən döyüş və mənəvi-psixoloji hazırlıqda
fərqlənən əsgərlərin,
xüsusi təyinatlı
təhsil müəssisələri
kursantlarının stadiona
daxil olması və onların çıxışları həm
tamaşaçılara, həm
də onların valideynlərinə xoş
anlar yaşadıb.
Məhəmməd Füzulinin (Əməkdar
mədəniyyət işçisi
Vaqif Vəliyev) stadiona daxil olması və onun “Artıq qisas vaxtı çatıb, qoşun çıxsın son döyüşə!”
çağırışı tamaşaçıların ayaqüstə
alqışı ilə
cavablanıb. Geniş ekranda
surəti görünən
və alqışlarla
qarşılanan Azərbaycan
Respublikasının Prezidentı,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
cənab İlham Əliyevin “Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü
bərpa etməkdən
ibarətdir. Mən əminəm
ki, güclənən
Azərbaycan buna da nail olacaq və bizim milli
bayrağımız Şuşada,
Xankəndidə dalğalanacaqdır.
Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü
öz işi ilə yaxınlaşdırmalıdır.
Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!” sözlərindən
sonra “Sənə inanırıq, ölkə
rəhbəri, sənə
güvənirik, Vətən
əsgəri!” kompozisiyası
təqdim olunub. Bütün iştirakçılar ayağa
qalxaraq bir daha Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər. Əsgər xoru “And içirik” mahnısını
ifa edəndə tamaşaçılar da onlara qoşulub. Tədbirin sonunda rayon rəhbərliyi
və qonaqlar belə bir möhtəşəm
tədbirin düşmənlə
təmas xəttində,
Horadiz şəhərində
reallaşmasına göstərdiyi
təşəbbüs və
köməyə görə
Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlıqlarını
bildirib və bu kimi kütləvi
hərbi-vətənpərvərlik tədbirlərinin böyük
əhəmiyyət kəsb
etdiyini vurğulayıblar.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2015.- 21-23 noyabr.- S.15.