Gənclərimiz vətənpərvər ruhda böyüyür
Sona Əlizadə: “Gənclər və
qeyri-hökumət təşkilatlatının həyata keçirdiyi layihələrin mütləq əksəriyəti
gənclərin vətənpərvərlik ruhunda
tərbiyəsinə yönəlir”
Bu ölkədə fəaliyyət
göstərən gənclər təşkilatlarının əksəriyyəti
gənclərin vətənpərvərlik ruhunda tərbiyə
olunmasına xüsusi önəm verir. Ayrı-ayrı təşkilatların
bu istiqamətdə həyata keçirdiyi layihələr, tədbirlər gənclərə
vətənpərvərlik hisslərinin
aşılanmasında müsbət təsir göstərir.
Belə təşkilatlardan biri də “Bizim Gənclik” İctimai Birliyidir. Sözügedən təşkilatın
sədri Sona Əlizadə ilə söhbətimizdə
“Bizim Gənclik” İctimai
Birliyinin bu istiqamətdəki
fəaliyyətindən danışdıq.
-Sona
xanım, bu gün Azərbaycan
gənclərinin vətənpərvərlik hissləri gənclər
təşkilatının rəhbəri olaraq
sizi qane edirmi?
-Desəm ki, tam qane edir, bu
doğru olmaz. Düzdür
gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik
hisslərinin artırılması
məqsədilə ölkədə
məqsədyönlü tədbirlər
görülür, müəyyən
addımlar atılır.
Təbii
ki, bu kimi
müsbət hallar gənclərimizin vətənpərvər
ruhda tərbiyə olunmasına öz təsirini göstərir.
Ancaq bir qədər yaxın tarixə, yəni müstəqilliyimizin
ilk illərinə nəzər
salsaq görərik ki, həmin dövrdə bu sahədə ciddi bir boşluq vardı. Sovetlər Birliyindən yenicə
ayrılmış Azərbaycanın
hansı tərəfə
istiqamət alacağı,
hansı addımı
atacağı məlum
deyildi. Təbii ki, belə bir vəziyyətdə Azərbaycan gənci də nə edəcəyini bilmirdi.
Sanki gənclər başsız, diqqətdən
kənarda qalmışdılar.
Onları bir araya gətirəcək, koordinasiya
edəcək hansısa
qurum, təşkilat yox idi. Digər tərəfdən ölkədə
ictimai-siyasi vəziyyətin
ağır olması,
sosial problemlərin gün-gündən dərinləşməsi,
baş alıb gedən işsizlik problemi Azərbaycan gəncini dolanışıq
dalınca Vətəndən
kənara üz tutmağa vadar edirdi. Lakin 1993-cü
ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
bütün sahələrdə
olduğu kimi gənclərlə iş sahəsində də ciddi dəyişikliklər
baş verdi,
onlara olan diqqət və qayğı artdı. Qısa müddətdə bu sahədə həyata keçirilən işlər,
görülən tədbirlər
bu vaxta qədər diqqətsiz, başsız qalan gənclərdə dövlətə
və onun prezidentinə inam hissi formalaşdırdı.
Artıq
Azərbaycan gənci dövlətin onun da qayğıları ilə maraqlandığının
fərqinə vardı.
Ümummilli lider Heydər
Əliyevin timsalında
özünə arxa, dayaq tapdı. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk
dövrdən gənclərin
himayədarı olaraq
sağlam düşüncəli
yeni nəslin yetişdirilməsini dövlət
və cəmiyyətin
mühüm vəzifəsi
hesab edib. Ümummilli lider dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin
iştirakının təmin
edilməsini vacib məsələlərdən biri
kimi elan etmişdi. Bu məqsədlə
Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə
1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin
forumunun keçirilməsi
təşəbbüsünü irəli sürdü.
Çox keçmədən,
2 fevral 1996-cı il tarixdə prezident Heydər Əliyevin iştirakı ilə müstəqil Azərbaycan gənclərinin
ilk forumu keçirildi.
1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər
gününün elan
edilməsi haqqında"
sərəncam imzaladı.
Ümummilli lider istər
Azərbaycan Gənclərinin
Birinci Forumunda çıxışı zamanı,
istərsə də ayrı-ayrı vaxtlarda gənclərlə keçirdiyi
görüşlər, onlarla
etdiyi söhbətlərdə
gənc nəslə vətənpərvər olmağı,
Vətənini, millətini
sevməyi tövsiyyə
edirdi. Azərbaycanın ordu quruculuğuna
ciddi diqqət ayıran Heydər Əliyev gənclərin bu prosesdə yaxından iştirakını
vacib hesab edirdi. Bu mənada ümummilli lider deyirdi: “1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və
hərbi quruculuq, ordu yaranması prosesi gedir. Mən bu gün
sizə çatdırmaq
istəyirəm ki, bu proses normal şəraitdə gedir,
biz buna nəzarət edirik və müstəqil Azərbaycanın
özünə layiq,
onun müdafiəsini təmin edən ordusu yaranır və yaranacaqdır. Bu sahədə üzərimizə
düşən vəzifələri
biz həyata keçiririk
və keçirəcəyik.
Ancaq üzərimizə düşən
vəzifələr çox
böyükdür. Məlumdur ki,
ordu gənclərdən
ibarətdir. İndi ordunun
90 faizini gənclər
təşkil edir.
Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci,
hər bir Azərbaycan övladını
orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Ordu mövzusu,
ordunun yaranması, formalaşması bizim bütün həyatımızda
əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi
bizim əsas vəzifələrimizdən biri
olmalıdır və
bu vəzifələri
biz ardıcıl surətdə
həyata keçirməliyik.
Ona görə də mən bunu gənclər
təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına qədər özünü
orduda xidmət etmək üçün hazırlamağı tövsiyə
edirəm”. Ümumiyyətlə, ümummilli lider hər zaman gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər
ruhda tərbiyə olunmasını vacib istiqamət sayırdı.
Elə bunun göstəricisidir ki, 1999-cu ilin fevral ayının 17-də
"Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq
hisslərinin yüksəldilməsi"
proqramı qəbul edildi. Sonrakı illərdə imzalanan
fəramn və sərəıncamlar, qəbul
edilən dövlət
proqramları gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların Vətənə sevgi hissinin artırılmasında
başlıca rol oynadı. Bu gün də eyni siyasət
Azərbaycan Respublikasının
Prezidenti, cənab İlham Əliyev tərəfindən davam etdirilir və hər ötən il bu sahədə yeni-yeni uğurlar, nailiyyətlərə
imza atılır.
-Necə hesab edirsiniz gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik
ruhunda tərbiyə olunmasında gənclər
və qeyri-hökumət
təşkilatlarının rolu nə dərəcədədir?
Onlar qeyd edilən istiqamətlərə kifayətqədər
diqqət ayırırlarmı?
-Ölkədə fəaliyyət göstərən gənclər, qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində məqsədyönlü işlər görürlər. Gənclər və qeyri-hökumət təşkilatlatının həyata keçirdiyi layihələrin mütləq əksəriyəti məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlir. Onu da qeyd etmək yerinə düşər ki, gənclər təşkilatlarının və QHT-lərin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsi üçün onlara stimul da verilir. Həm Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu müntəzəm olaraq gənclər təşkilatlarının bu tipli layihələrini maliyyələşdirir, onlara qeyd edilən istiqamətlərdə tədbirlər həyata keçirmək üçün müəyyən miqdarda maliyə vəsaiti ayırır. Gənclər təşkilatları və QHT-lərin də keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr öz növbəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Onu da diqqətinizə çatdırım ki, “Bizim Gənclik” İctimai Birliyi də fəaliyyəti dövründə gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məlumat üçün qeyd edim ki, “Bizim Gənclik” İctimai Birliyi 2006-ci il may ayının 26-da dövlət qeydiyyatına alınıb. Birliyin ali məqsədlərindən biri də məhz Azərbaycan gənclərini vətənə sədaqət və dövlətçilik prinsipləri ilə birləşdirmək, onların hüquqi cəhətdən maarifləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarətdir. Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat tərəfindən vətənpərvərlik, adət-ənənələrimiz, ədəbiyyatımız, tariximiz, ekologiya, narkomaniya, vətəndaş cəmiyyəti, insan hüquqları, gender məsələləri ilə bağlı bir sıra əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu layihələri həyata keçirməkdə təşkilata BMT İnkişaf Proqramı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi göstərib.
-Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər edərək
ön cəbhədə əsgər və
zabitlərlə görüşməsi, onları təltif etməsi,
eləcə də hərbi təlimləri izləməsi gənclərdə
vətənpərvərlik
hisslərinin artırılmasına nə dərəcədə
təsir göstərir?
-Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə gənclərə bir örnəkdir. Bu bir danılmaz faktdır ki, son illərdə gənclər arasında vətənpərvərlik hisslərinin aşağı səviyyədə olduğu müşahidə edilirdi. Gənclərimiz yad, xarici təsirlərə məruz qalır, onlarda Vətən, millət sevgisi demək olar ki, yox olurdu. Ancaq son bir neçə ildə Ramil Səfərov, Mübariz İbrahimov kimi Vətən övladlarının nümayiş etdirdiyi qəhrəmanlıq, eyni zamanda onlara verilən layiqli qiymət gənclər arasında vətənpərvərlik hisslərinin artmasına təkan verdi. Təbii ki, burada Ali Baş Komandan, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması, eyni zamanda misilsiz şücaət göstərərək onlarla erməni hərbiçini qətlə yetirən Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınaraq onun Azərbaycan ictimaiyyətinin iştirakı ilə dəfn olunması, şəhid Mübariz İbrahimova milli qəhrəman adının verilməsi öz-özlüyündə gənclərdə vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərdi. Bütün bunların məntiqi nəticəsidir ki, keçən ilin avqust ayında cəbhədə baş verən erməni təxribatı və bir neçə günlük hərbi əməliyyatlar zamanı yüzlərlə Azərbaycan gənci könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edərək cəbhə xəttinə getməyə hazır olduğunu bildirdi. Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir. Bu gün tam əminliklə deyə bilərik ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın mərd və vətənpərvər oğulları tezliklə işğal altında olan torpaqlarımızı erməni separatçılarından təmizləyəcək.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 26 noyabr.- S.15.