Milli mənlik şüuru
gənclərin
vətənpərvərlik hisslərinin tərkib
hissəsidir
Gənclərin milli şüurunun
formalaşması onların vətənpərvər kimi yetişməsində müstəsna rol oynayır. Ancaq etiraf edilməlidir ki,
hazırki qloballaşma şəraitində
milli şüurun
formalaşmasına təsir edən yad
elementlərin sayı kifayət qədərdir.
Hazırda
Azərbaycan xalqının milli şüuruna ciddi təsir
göstərən faktorlar arasında qloballaşma prosesi
xüsusi yer tutur. Bir çoxları hesab edirlər ki,
qloballaşmanın əsas ideyaları modernləşmə,
postmodern¬ləşmə, demokratiya, liberalizm və vətəndaş
cəmiyyətidir. Lakin bütün bunlar Azərbaycan gəncinin
təfəkkürün¬də yaxşı halda beynəlmiləl,
pis halda isə kosmopolit şüur formalaşdara bilər. Bu
ideyaların tətbiqi zamanı irqindən, dinindən
asılı olmayaraq bütün insanların hüquq və
azadlıqları önə çəkildiyi üçün
millilik arxa plana keçirilir. Xüsusilə, son zamanlar vətəndaş
cəmiy¬yəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti,
tolerantlıq anlayışlarının qloballaşma prosesinin
tərkib hissəsi kimi təbliği çox
düşündürücüdür. Qloballaşma prosesi
anlamında aldadıcı və zahirən müsbət
görünən (məsələn, fərdin
azadlığı millətin və dövlətin
azadlığında üstündür) ideyaların
içində şüurlarımıza yeridilən, ancaq milli
və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə
son dərəcə diqqətli olmalıyıq. Ona görə
də, Azərbaycanda qloballaşmanın geniş
yayıldığı, modern və vətəndaş cəmiyyətinin
qurulmasına çağırışlar edildiyi bir dövrdə,
islamçılıq və türkçülüyün də
nə qədər vacibliyi məsələsinin xüsusi maraq
doğurması təbiidir. Bəs, gənclərin vətənpərvər
tərbiyyəsinin formalaşmasında milli şüur nə
dərəcədə təsirə malikdir?
Ekspertlərin qənaətinə görə, milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr - sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi kimi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanları göstərmək olar. Bu, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənliyin əsasını insanın - hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətlərini qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlar bağlı olan bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qəlbinə hakim kəsilməlidir. Şübhəsiz ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, insana xas olan şüurun daxilində, özü də yüksək səviyyədə təzahür edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Milli mənlik şüuru ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı istiqamətində əhəmiyyətli rol oynadığını göstərir. Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir, onların əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir edir. Bu, eyni zamanda elmin, texniki tərəqqinin inkişafına yol açır. Uşaqların və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət kəsb edir. Məsələn, öz kökünə bağlılıq vətənin, xalqın tarixini dərindən bilmək, soykökünə hörmət göstərmək kimi meyarları özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür.
Mütəfəkkirlər hesab edirlər ki, milli ideya¬lar olmadan bir millətin var olması şübhə doğurur. Çünki millətin milli şüuru formalaşmadan populist və məntiqdənkənar şüarlarla nəyisə əldə etmək müşkül məsələdir. Xatırladaq ki, müstəqilliyimizin bərpasının ilk dövrlərində populist və məntiqdənkənar şüuarlardan uzağa getmək belə mümkün deyildi. Milli şüurun formalaşmasının vacibliyini cəmiyyətə çatdıra bilmədiyimiz üçün, yenidən milli ideyaların, yoxsa beynəlmiləl ideyaların vacibliyi məsələsi gündəmə gəldi. Bu günə qədər də həmin mübahisələr və disskusiyalar davam etməkdədir. Bu gün beynəlmiləlçilik özünü Azərbaycanda Qərbin, yaxud da Avropanın demokratik ideyaları şəklində büruzə verir. Eyni zamanda bizə qonşu dövlətlər də, bu və ya digər dərəcədə beynəlmiləlçiliyin müxtəlif variantlarını əldə bayraq edərək millətin şüuruna müəyyən mənada təsiri göstərirlər. Odur ki, ziyalılar və ideoloqlar gənclərin milli şüurunun formalaşması prosesində ehtiyatı əldən verməməlidirlər. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir. Azərbaycanda milli özünüdərk prosesi böyük bir tarixi yol keçmişdir. Milli ideologiya, milli kimlik, özünüdərk prosesində həyatını qurban verən insanlar məhz özlərindən sonrakı nəslin bu ülvi dəyərlərə sahib çıxmasını, onu qorumasını istəmişdilər. Məhz onların, ağır şərtlər altında, heç bir təhlükə və qorxudan çəkinməyərək millətin gələcəyini düşündükləri üçün bu mübarizəyə qoşulmuşdular. Bu missiyanın davam etdirilməsi isə gələcək nəslə bir vəzifə kimi ötürülmüşdür. Böyük və zəngin bir tarixi irsə sahib olan Azərbaycanda bu gün milli şüur, millilik, gənclərdə milli özünüdərk səviyyəsinə bir qədər fərqli prizmadan nəzər yetirmək lazımdır. Burada söhbət yalnız gənclərin patriotik hisslərə qapanma səviyyəsindən getmir. Məsələ daha ciddidir. Görəsən, bugünkü gəncliyin, əjdadlarımızın təcrübəsi olaraq, milli dəyərlərimizi gələcək nəsillərə çatdırmaq potensialı və missiyası vardırmı? Məsələ orasındadır ki, gənclərin vətənpərvər kimi formalaşmasında milli mənlik şüurunun inkişafı əhəmiyyətli dərəcədə rol oynayır. Əgər 24 ildir ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ düşmən tapdağı altındadırsa, deməli nə milli şüururn yetərincə formalaşmasından, nə də vətənpərvərlik hissinin lazımi səviyyədə olmasından danışmağa haqqımız yoxdur. Düzdür, hazırda gənclərin milli şüurunun inkişafı, eləcə də vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində kifayət qədər işlər görülür. Ancaq etiraf edilməlidir ki, hələ bi sahədə görüləsi işlər kifayət qədərdir. Həm milli şüurun inkişafı, həm də vətənpərcərlik hissinin yüksəldilməsi təkcə dövlətin deyil, cəmiyyətin bütün təbəqələrinin işi olmalıdır. Etiraf olunmalıdır ki, dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüuru aşılanmalıdır. Sözügedən zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə, xüsusən Qarabağın erməni əsarətindən xilas olmasına çatmaq çətin olmaz. Bu ifadəni dərindən təhlil etdikdə belə qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk ilk növbədə insanın öz tarixi kökünü, milli mənsubiyyətini, vətən tarixini bilmək və dərindən təhlil etmək bacarığını özündə ehtiva edir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir və bütün bunlar hansı əsaslara söykənir. Buna isə güclü, sistemli və məqsədyönlü maarifləndirmə nəticəsində nail olmaq mümkündür. Azərbaycan gəncliyinin sıralarında bəzi hallarda obyektiv və subyektiv səbəblərdən müşahidə olunan “özünüdərk” anlamına və onun doğurduğu milli dəyərlərə, vətəndaşlıq borcuna və tarixi köklərə müəyyən biganəlik və etinasızlıq cəmiyyətin birbaşa səyləri ilə aradan qaldırılmalı, bağçalarda, orta məktəblərdə, ali təhsil ocaqlarında “milli özünüdərk” anlamı mütləq olaraq mərkəzləşmiş və planlı şəkildə hər kəsə aşılanmalıdır. Tarixi dəyərlərin və milli mənsubiyyət elementlərinin daşıyıcıları olan gəncliyin qarşısında bu gün layiqli gəcələcəyin təmin edilməsi baxımından böyük vəzifələr durur. Odur ki, zəngin millət, firavan cəmiyyət və layiqli gələcək yönümlü əməllərimizin fərdiyyət şəklində və mütləq xarakterli kütləvi tədbirlərin hökumət səviyyəsində həyata keçirilməsinə yeni bir təkan verilməsi vacibdir. Məhz bu baxımdan, vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir insanın üzərinə ağır yük qoyur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 1 dekabr.- S.15.