Qəhrəmanlar
heç vaxt unudulmur!
Azərbaycan qəhrəmanlar yurdu,
igidlər məskənidir. Vətənin müqəddəsliyi
öz millətini, yurdunu, elini, obasını sevən hər
bir insan üçün əsas amal və arzudur. Azad və
müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən
uğrunda canından keçən qəhrəmanlar heç
vaxt unudulmur. Həmin qəhrəmanların
təbliği isə gənclərin vətənpərvərlik
ruhunun formalaşmasında müstəsna rol oynayır.
Onu da qeyd
edək ki, şəhidlərimiz qaranlıq keçmişimizdən
işıqlı sabahımıza boylanan azadlıq pöhrələri,
yüksəlişə, ucalığa can atan qəlb
dünyamızdır. Unudulmayan qəhrəmanlardan
biri də İsmayıllı rayonunun Pirəbilqasım kəndində
anadan olan Mahmudov Ərəstun İspəndi oğludur. Xatırlatmaq yerinə düşərdi ki, Pirəbilqasım
kəndi tarixi keçmişinə sadiq qalmasına görə
fəxr olunası kəndlərdən biridir. Məlumata əsasən
1918-ci il mart ayında erməni
silahlıları kəndə soxularaq kiçikdən
böyüyə kimi kənd əhalisinin hamısını
qoz ağacının altına yığaraq onları
öldürmək istəyiblər. Zərgəran
ermənilərindən biri kənd sakini Fətullah kişini
tanıyıb. Ona qohumlarını
götürüb kənddən çıxmasını
söyləyib. Ermənin dedikləri ilə
razılaşmayan Fətullah kişi belə
deyib: - Kənd əhalisi mənim qohum və əqrəbalarımdır,
öləcəyiksə hamımız bir ölək. - Ermənilər
belə bir vəziyyətdə kənd əhalisindən pul istəyiblər.
Kənddə kimsədə pul olmadığı
üçün haqqında əsas söhbət
açdığımız qəhrəmanımızın
ana babası olan Vahid kişi olan pulunu ermənilərə
verərək bir kəndi erməni cəlladlarından azad
edib. Məlumata görə, Pirəbilqasım kəndinin
adamları İkinci Dünya müharibəsi illərində
yaxın kənd və rayonlara buğda təminatında əlindən
gələn köməyi əsirgəməyib. Azərbaycan Respublikasının Milli Qəhrəmanı
olan Mahmudov Ərəstun İspəndi oğlu məhz bu kəndədndir.
Mahmudov Ərəstun İspəndi oğlu
1956-cı ildə fevral ayının 20-də
İsmayıllı rayonunun Pirəbilqasım kəndində
anadan olmuşdur. Milli qəhrəmanımız
orta məktəbi bitirdikdən sonra arzusuna çatmaq niyyəti
ilə Rusiyada Vıborq Texniki Aviasiya Məktəbinə daxil
olur və təhsilini bitirdikdən sonra vətənə
qayıdır. 1978-ci ildə Zabrat Mülki
Aviasiya birliyində bort mühəndisi işləməyə
başlayır. Xidməti zamanı o, Azərbaycan
Mülkü Aviasiya idarəsinin, rayon komsomol komitəsinin fəxri
fərmanlarına layiq görülmüşdür. O, həm
də Omsk və Kremençuk şəhərlərində
aviasiya ixtisasartırma kurslarını bitirmişdir. AN-2 təyyarələri Aİ-2 və Mİ-8
vertolyotlarını böyük məharətlə idarə
edirdi. Ərəstun Mahmudov 1988-ci il
Qarabağ münasibətləri başlayan zaman idarə etdiyi
Mİ-8 vertolyotu ilə Qarabağın mühasirə şəraitində
uçuşlar edir, dinc əhalinin xilası üçün
gecəli-gündüzlü çalışırdı.
Vertolyot komandiri Viktor Sereyagin, II pilot Səfa Axundov və
Ərəstun Mahmudov yaxşı bilirdilər ki, hər
uçuşda onları ölüm təhlükəsi
gözləyir. 1992-ci il yanvarın 28-də saat 16-20 dəqiqədə
Ağdamdan Şuşaya uçan, salonunda 40 nəfər olan
Mİ-8 vertolyotu Şuşa səmasında Xankəndi tərəfindən
atılan “Stinger” raketi ilə vuruldu. Ölümündən
sonra ona Azərbaycanın Milli Qəhrəman adı verildi.
Şəhidlər xiyabanında dəfn olundu.
Xatırladaq ki, Bakı şəhəri Nizami
rayonundakı 220 nömrəli məktəb-liseyi qəhrəmanımızın
- Ərəstun Mahmudovun adını daşıyır. Elə həmin məktəbdə də büstü
qoyulub. Qəhrəmanımız ailəli
idi, 3 övladı vardı. Milli qəhrəmanımız
haqqında məlumatı dinlədikcə bu məlumat
insanı çox təsirləndirir. Ərəstun
Mahmudov vertolyotu ilə öz kəndinə enərək kənd
əhalisi ilə görüşüb, onlarla həmsöhbət
olmuşdu. Ölümündən sonra
milli qəhrəmanımızın xatirəsinə hörmət
olaraq kənd sakinləri vertolyot endiyi yerə qoz ağacı əkiblər.
Xatırladaq ki, Milli Qəhrəmanımızın
oğlu Elnur Mahmudov atasının davamçısı olub.
Belə ki, Milli Aviasiya Akademiyasını bitirərək
atasının şərəfli peşəsini davam
etdirmişdir. Elnur Mahmudov Əfqanıstana
uçuşu zamanı terror təşkilatı olan taliblər
tərəfindən vurulmuş, bu günə kimi də itkin
düşmüşdür. Digər Milli Qəhrəman
Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il
aprelin 19-da Xocalı şəhərində anadan olub. Xocalı şəhər orta məktəbində hərbi
hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə
qədər yüksəlib. O, 1991-ci ildəXocalı
özünü müdafiə taborunun komandiri olub,
"Mixaylo" ləqəbi ilə tanınıb. O, rəhbərlik
etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdi kənd və
digər istiqamətlərdə qəhrəmanlıqla
vuruşub, düşmənin hərbi texnikalarını məhv
edib. Mehdi kənd əməliyyatı zamanı
düşmənin artilleriyası, "Alazan"qurğusu məhv
edilib, xeyli erməni öldürülüb, 10 nəfər əsir
götürülüb. Bu əməliyyata
görə ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-da düşmənlə
axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin
təhlükəsiz yerə çıxmasını təmin
edib. O, axırıncı gülləsinə qədər
döyüşüb, sonda qumbara ilə özünü
partladıb, 10 nəfərə yaxın ermənini də məhv
edib. Bakı şəhərində Şəhidlər
Xiyabanında dəfn edilib.Tofiq Hüseynov kimi qəhrəmanların
əziz xatirəsi xalqımızın qəlbində əbədi
yaşayır. 26 iyul Milli Qəhrəman
Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür.
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il
iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci
ildən başlayaraq Ağdamın Abdal-Gülablı,
Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar,
Əhmədavar kəndlərində düşmənə
qarşı müdafiə dəstələri yaradıb,
1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi
yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz,
Naxçıvanik və digər kəndlərin müdafiəsində
cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci
ilin martında Füzuli şəhərinin müdafiəsinə
köməyə gedib, düşmənə ağır zərbə
vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə
aldığı yaraların nəticəsində
dünyasını dəyişib. Bakı şəhərində
2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının
küçələrindən biri onun adını
daşıyır. Milli Qəhrəman İlham Müzəffər
oğlu Əliyev 1961-ci il mayın 5-də
Gədəbəy şəhərində anadan olub. O, milis
zabiti kimi 1990-cı ildən cəbhənin Qazax istiqamətində
ermənilərə qarşı döyüşlərdə
iştirak edib, qəhrəmanlıqla vuruşub. 1990-cı il
avqustun 19-da onun rəhbərlik etdiyi 11 nəfərlik dəstə
Aşağı Əskipara kəndinə soxulmuş erməni
yaraqlıları ilə qeyri-bərabər döyüşə
girib, düşmən ağır itki verərək geri
çəkilib, lakin qəhrəman komandir də həlak olub.
Gədəbəy şəhərində dəfn
olunub, şəhərdəki 1 saylı orta məktəb onun
adını daşıyır, məktəbin önündə
büstü qoyulub. Azərbaycan Respublikasının Milli
Qəhrəmanı Qasım Qara oğlu Rzayev 1970-ci il mayın 5-də Tovuz rayonu Əlibəyli kəndində
anadan olub. O, 1990-ci ildə könüllü
özünümüdafiə dəstəsinin tərkibində,
sonra isə Milli Ordunun sıralarında düşmənə
qarşı vuruşub, Əlibəyli, Muncuqlu, Koxa-Nəbi,
Ağdam, Hacalı kəndlərinin müdafiəsində fədakarlıq
göstərib. 1992-ci il fevralın 11-də
“Qan çanağı” deyilən yerdə kiçik bir dəstə
ilə düşmənin artıq qüvvəsinə
qarşı döyüşə girib, düşmənin 1
PDM-i və ondan artıq qüvvəsini məhv edərək
hücumun qarşısını alıb. 1992-ci il mayın 14-də növbəti
döyüş zamanı onun idarə etdiyi və mərmiatan
qurğu quraşdırılmış maşın
düşmən topları tərəfindən vurulub, o, qəhrəmanlıqla
həlak olub. Əlibəyli kənd qəbiristanlığında
dəfn edilib, Hacalı kənd orta məktəbi onun
adını daşıyır. Milli Qəhrəman Pərviz
Əbdüləhəd oğlu Səmədov 1970-ci il mayın 5-də Gəncə şəhərində
anadan olub. O, 1992-ci ilin fevralında könüllü olaraq
Ağdam bölgəsinə gəlib və kəşfiyyat
bölüyünün komandiri kimi fəaliyyətə
başlayıb. Şelli, Naxçivanik, Aranzəmin,
Pircamal kəndləri uğrunda gedən döyüşlərdə
sücaət göstərib. Onun dəstəsi
düşmənin çoxlu sayda sursat anbarı, strateji obyektləri
və canlı qüvvəsinin yerləşdiyi
sığınacaqları məhv edib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı
kəndi uğrunda güdən döyüşlərdə
düşmənin canlı qüvvəsini məhv edib, həmçinin
düşmən tərəfindən vurlmuş “Təcili
yardım” vertolyotunun ekipajını xilas edib. Lakin
özü də düşmən gülləsinə tuş gələrək
həlak olub. Gəncə şəhərində
dəfn edilib. Şəhərin
küçələrindən biri onun adını
daşıyır. Fəxr edə biləcəyimiz Milli Qəhrəman
Elşad Məmmədhənifə oğlu Yəhyayev
1966-cı il mayın 5-də Şəki
şəhərində anadan olub. O, milis leytenantı kimi
Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində
rəşadətlə vuruşub. O, 1992-ci il
iyunun 20-də Naxçıvanik kəndini düşməndən
təmizləmək məqsədi ilə keçirilən əməliyyatda
tağım komandiri kimi iştirak edib, əməliyyatda
iştirak edən digər hərbi dəstənin mühasirədən
çıxmasını təmin edib, özü isə qəhrəmanlıqla
həlak olub. Bakı şəhərində
Şəhidlər Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun
adını daşıyır, Bakıdakı 56 saylı məktəbdə
isə büstü qoyulub.şəhərində anadan olub.
O, milis leytenantı kimi Sırxavənd, Naxçıvanik,
Papravənd kəndlərində rəşadətlə
vuruşub. O, 1992-ci il iyunun 20-də
Naxçıvanik kəndini düşməndən təmizləmək
məqsədi ilə keçirilən əməliyyatda
tağım komandiri kimi iştirak edib, əməliyyatda
iştirak edən digər hərbi dəstənin mühasirədən
çıxmasını təmin edib, özü isə qəhrəmanlıqla
həlak olub. Bakı şəhərində
Şəhidlər Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun
adını daşıyır, Bakıdakı 56 saylı məktəbdə
isə büstü qoyulub.
Bəli, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Bizim hər birimizin ən böyük arzusu qələbədir. İşğal olunmuş torpaqlarımız, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Xalqımız inanır ki, qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bu torpağı xilas edəcəkdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 7 oktyabr.- S.15.