Gənclərin vətənpərvərlik ruhunda tərbiyə

edilməsi ən mühüm sahələrdən biridir

 

SSRİ-nin süqutundan sonra milli mənlik şüuru bir çox siyasətçilər üçün gözlənilmədən yüksək aktual əhəmiyyət kəsb etməyə başladı. Bir çox milli təsisatlar müxtariyyət və milli özünütəyinetmə yolunu tutdular. Bu dövrdə baş verən hadisələrin gedişi göstərdi ki, belə milli mənlik şüuru sosial tamlığı təmin etmədiyindən onun əsasında gerçək sosial ziddiyyətləri aradan qaldırmaq mümükün olmur. Nəticədə milli birlik əvəzinə keçmiş imperiyalarda islahatlar aparmaq cəhdləri uğursuzluqla nəticələndi və reallıqda bütün milli münasibətlər sisteminin zəifləməsinə aparan milli separatizm meylləri gücləndi. Ümummilli mənlik şüuru öz inkişafı gedişində heç də bərabər ölçülü olmayan çoxsəviyyəli və uzunmüddətli tarixi mərhələlərdən keçir.

Tarixi planda götürdükdə, milli mənlik şüurunun formalaşma prosesi adi, etnopsixoloji səviyyədə baş verir. O, bütövlükdə insan şüurunun sosial-psixoloji mexanizmlərinin baza əlamətlərinin formalaşması gedişində buya digər icmanın fərdi şüurunundabiz” və “onlarantitezi ilə qiymətləndirici mühakimlərin formalaşması və kök salması ilə bağlıdır. Biz” və “onlar” tandemindəki fərqlər ifadəli əlamətlər (xarici görünüş sifət quruluşu, inancetiqadlar,dini dəyərlər, sosial-iqtisadi həyat tərzi, dil, irqi əlamət, milli adət- ənənələr və s.), habelə hakimiyyət və idarəetmə sistemi, ideoloji baxış və doktrinalara əsaslanmaqla “onlar”ın həmişə pis, bizdən fərqli olan neqativ psixologiyaya malik olması barədə stereotiplərin yaranmasına səbəb olmuşdur

Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişisoykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən birimilli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurla birləşir, onun inkişafına təkan verir. Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini görür. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milliekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqs. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalqetnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı buya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Milli mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir

Günümüzdə gənclik bir xalqın gələcəyini, onun inkişaf yolunu müəyyən edən, cəmiyyətin ictimai-siyasi həyatında ön sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərimizin hər bir sahədə qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini, yüksəlişini, ictimai-siyasi potensialını təbliğ edən ən vacib meyarlardandır. Dövlətimiz də bu meyarı dəyərləndirərək gənclərimizdən diqqət və qayğısını əsirgəməyib, hər zaman onların yanında olaraq qabiliyyət və imkanlarını inkişaf etdirmək üçün lazımi göstərişlərini verib. Gənclərin dünyagörüşlü, fəal yetişməsində iştirak edən belə gənclərdən biri də “Mübariz Gənclər” İctimai Birliyinin sədri Bəhlul İsmayılovdur. Bəhlul İsmayılov deyir ki, rəhbərlik etdiyi birliyin əsas məqsədi, gənclərdə elmə və təhsilə olan marağın və eləcə də vətənpərvərlik ruhunun artırılmasına kömək etmək, gənclər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, sağlam həyat tərzinin formalaşdırılmasına kömək etməkdən ibarətdir. Ona görə də Birlik olaraq bir çox layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub. Təşkilat sədri bildirir ki, ümummilli lider Heydər Əliyev: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Siz müstəqil Azərbaycanımızı XXI əsrdə yaşadanlar, quranlarinkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edib, tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaqinkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır”, - deyərkən gənclərimizin firavan gələcəyinə böyük ümidlər bağlamış, onların hərtərəfli fəaliyyət göstərmələri üçün lazımi tədbirlər həyata keçirmişdi: “Bildiyiniz kimi 7 iyul 2011-ci il tarixində cənab Prezident İlham Əliyev “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu proqramın təsdiq edilməsi ölkəmizdə gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Həmçinin Gənclər və İdman Nazirliyi “Azərbaycan doğma diyarımdır” adlı gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri təşkil edir. Artıq  bir neçə ildir ki, mən də bu düşərgələrə rəhbərlik edirəm. Bu düşərgələrin əsas məqsədi, azərbaycançılıq məfkurəsinin təbliği və diyarşünaslığın inkişaf etdirilməsindən ibarətdir. Düşərgələrin keçirilməsində əsas məqsədlərdən biri də yeniyetmələri, gəncləri həqiqi hərbi xidmətə qismən də olsa hazırlamaqdır. Düşərgələrdə müxtəlif stolüstü oyunlar, idman bilik yarışları, sıra hazırlığı və. s. keçirilirdi. Bəhlul İsmayılov deyir ki, bu gün yeniyetmələrdə vətənpərvərlik hissini qənaətbəxş hesab etmək olar. Onun szləeinə görə, gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir: Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəbdə ictimai inkişaf qanunları şagirdlərə başa salınmalı, məktəbliləri xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində rayonlarımızın məktəblərində lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan “Cəsurlar” və “Şahinlər” hərbi idman oyunlarının, “Azərbaycan doğma diyarımdır” vətənpərvərlik yay istirahət düşərgələrinin keçirilməsi alqışalayiqdir. Uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Ümumiyyətlə, milli özünüdərk deyəndə, ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı əsaslara söykənir. Hazırkı dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclik var. Avropada və digər xarici ölkələrdə yaxşı təhsil alan, yüksək intellektə malik gənclər var ki, onlar milli mənlik şüurunu arzuolunan səviyyədə dərk edir. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncəsində, davranışında, fəaliyyətində yaşadan gənclərimiz çoxdur. Bu cür insanlar həqiqətən də böyük alqışa layiqdir. Onu da qeyd edim ki, mövcud olan bir sıra gənclər təşkilatları milli dəyərlərə hörmətlə yanaşanlar üçün bir məktəbdir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2015.- 20 oktyabr.- S.15.