Vətən sevgisi uşaqlara

davamlı şəkildə aşılanmalıdır

 

Gənc nəsil xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür

 

Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir.

Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bir millətin mövcudluğu üçün sağlam gəncliyinin olması vacib şərtdir. Bu gün Azərbaycanın ən ucqar rayonlarında belə ən müasir standartlara cavab verən idman zalları və qurğuları dövlətin maliyyəsi və dəstəyi hesabına vətəndaşların, əsasən də yeniyetmə və gənclərin istifadəsinə verilir. Həmçinin ölkənin bütün bölgələrində möhtəşəm, ən yeni idman texnologiyalarını özündə əhatə edən olimpiya kompleksləri tikilib istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq arenada, ən mötəbər yarışlarda əldə etdiyi idman uğurlarına görə idman ölkəsi imicini qazanıb. Ölkədə xeyli müddətdir start götürən və hər il daha əlamətdar uğurlarla yadda qalan olimpiya hərəkatı da bundan xəbər verir. Ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə artıq xeyli müddərdir ki, dövlət tərəfindən olduqca böyük diqqət yetirilir. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlarda Vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu gün fiziki inkişafla bağlı görülən tədbirlər sırasında idmanın inkişafına yaradılan hərtərəfli şəraiti qeyd etmək olar. Gənclərin düzgün inkişafında idmanın rolu böyükdür. Çünki idman həm gənclərin sağlam inkişafında böyük rol oynayır, həm də onları pis vərdişdən yayındırır. Dövlətçilik və müstəqillik bizim fəaliyyətimizin ideya əsası olmalıdır. Bu şərəfli missiyanın yerinə yetirilməsində dinindən, irqindən, etnik kimliyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan gənci öz məsuliyyətini dərk etməlidir. Çünki görüləcək bütün işlərin mahiyyətində dövlətçiliyimizin və müstəqilliyimizin daha da gücləndirilməsi dayanır. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Artıq inkişaf etmiş ölkəmizdə gənc nəslin milli mənlik şüuru tələb edir ki, özünü azərbaycanlı adlandıran şəxs Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə şərik olsun, xalqı ilə qaynayıb qarışsın. Azərbaycanda gənclərin inkişafı, onların gələcəyi baxımından məqsədyönlü siyasət həyata keçirilir. Aydın məsələdir ki, bütün bunların qarşılığında gənclik də öz potensialından istifadə edərək doğulduğu torpaq, yaşadığı ölkə, Vətəni üçün əlindən gələni əsirgəməməlidir. Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Xüsusən də Azərbaycan gəncinin vətənpərvər olması vacibdir. Hər bir Azərbaycan gənci bilməlidir ki, torpaqlarımızın 20 faizi işğal altındadır, məcburi köçkünlərimiz var. Belə olan halda, heç şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən yüksələcək. Necə ki, biz bunu müşahidə edirik. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Ona görə də ailə başçılarından tutmuş, müəllimə qədər hamı bunun fərqində olmalı, uşaqları bu ruhda tərbiyə etməlidirlər. Bu istiqamətdə görülən işlər sistemli xarakter almalıdır. Təsadüfi deyil ki, torpağa, Vətənə sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər Vətənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidir. Çünki Vətəni yaxşı tanımadan onu sevmək, ona dərindən məhəbbət bəsləmək çətindir. Vətən sevgisi uşaqlara davamlı və əsaslı şəkildə aşılanmalıdır. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarına, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb. Çünki yuxarıda qeyd olunan bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır. Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış “Gənclər siyasəti haqqında” Qanunda deyilir: Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır”. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Dövlətçilik və müstəqillik bizim fəaliyyətimizin ideya əsası olmalıdır. Bu şərəfli missiyanın yerinə yetirilməsində dinindən, irqindən, etnik kimliyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan gənci öz məsuliyyətini dərk etməlidir. Görüləcək bütün işlərin mahiyyətində dövlətçiliyimizin və müstəqilliyimizin daha da gücləndirilməsi dayanır. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Vətənpərvərlik yalnız öz millətinin dəyərlərinə aludəçilik demək deyil. Milli əxlaqımızın mühüm hissəsini təşkil edən islami dəyərlərə hörmət milli vətənpərvərlik tərbiyəsinin inkişafında xüsusi rolu olan bir amildir. Milli dəyərlərimiz, ilk növbədə, ana dilimizə hörmət və sədaqət ruhunda tərbiyənin mühüm tərkib hissəsidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 10 sentyabr.- S.15.