Qlobal dəyişikliklərin milli-mənlik

şüurunun inkişafına təsiri

 

Milli mənlik şüurunun inkişaf etdirilməsi hər zaman diqqət məkəzində olan məsələlərdəndir. Bir çox hallarda milli mənlik şüurunun inkişaf etdirilməsinə buya digər proseslər, siyasi, iqtisadi hadisələr daha da təkan verir, onu irəliyə aparır. Son illər ərzində bu istiqamətdə baş verən müsbət tendensiyaya məhz qeyd edilən proseslərin təsir göstərdiyi danılmazdır.

 

Psixologiya üzrə fəlsəfə doktoru, dosent,  Nuralı Çələbiyev qeyd edir ki, XX-XXI əsrlərdə siyasət, iqtisadiyyatsosial –mənəvi həyatda baş verən qlobal dəyişikliklər xalqların milli mənlik şüurunun oyanması və inkişafına güclü təsir göstərmiş, milli azadlıq hərəkatlarının baş qaldırılmasına səbəb olmuşdur. Milli oyanış dövrü paralel olaraq SSRİ-nin süqutuna doğru aparan etnik toqquşmalara, millətlərarası münasibətlərin pisləşməsinə, speratizm meyllərinin güclənməsinə səbəb olmuşdur: “Milli ideologiya xalqların özünüinkişaf və özünüaktuallaşdırma məqsədlərinə yönəlmiş cəmiyyətdə ictimai inkişaf qanunları əsasında meydana gələn üstqurum hadisəsidir. O, millətin mənəvi birliyinimilli maraqlarının prioritetlərini ehtiva edən baxışların, təsəvvürlərin, ideya və dəyərlərin sistemidir. İstənilən xalqın vahidliyinin, həmrəyliyinin və milli birliyinin inkişaf etdirilməsində vahid baxışlar sisteminə əsaslanan ümumiləşmiş ideologiyanın olması zəruridir.  Milli ideologiyaformulu sivil anlam səviyyəsində bəşəri dəyərlərlə uzlaşan sosiomədəni gerçəkliklərə zidd olmamalıdır. Bu anlayış müasir fəlsəfi, sosioloji, siyasis. anlamlarda müəyyən fərqli yanaşmalarla dəyərləndirilsə də, ümumilik təşkil edən əsas və ortaq cəhətlər bunlardır. Milli ideologiya millətin mənəvi vahidliyiümumiliyi prinsiplərinə və ictimai həyatın bütün sahələrində onun üstün maraqlarına əsaslanan baxışların, təsəvvürlərin və dəyərlərin sistemidir.

Milli-mədəni mövcudluğun dərk edilməsi və milli ideologiyanın formalaşması bir sıra mühüm komponentdən asılıdır. Buraya tarixi yaddaş, milli mənlik şüuru, mentalitet, milli mədəniyyət, din, inam amili, milli maraqlar, dövlət, geosiyası amillər daxildir”.

Ekspert deyir ki, hər bir millət genetik olaraq ulu əcdadlarından ona miras qalmış qan yaddaşının –milli hisslərin, milli xarakter və psixologiyanın, adət-ənənənin, bir sözlə milli mənlik şüurunun potensial daşıyıcısıdır: “Şüurun bir komponenti olan milli mənlik şüuruna Vətəni sevmək, tarixi keçmişə və soy kökə bağlılıq, öz dilinə və milli mədəniyyətinə hörmət, ehtirams.daxildir. İntellektual məhsul olan milli mənlik şüuru milli ideologiyanın əsas komponenti, onun təşəkkülü və formalaşmasının zəruri şərtidir. Öz xalqının rifahı naminə siyasi müstəqillik, mənəvi və mədəni tərəqqi, xalqın həyat şəraitinin praktik müdafiəsi və yaxşılaşdırılması, xalqın birliyinin təmin edilməsi, ərazi bütövlüyünün, iqtisadi resusların və mənəvi dəyərlərin müdafiə edilməsi milli mənlik şüurunun strukturunu yaradan əsas amillərdir. Milli mənlik şüuru vətənpərvərliklə qohumluq təşkil edən milli hisslərə istinad edir. Milli mənlik şüuruna əsaslanan milli ideologiya cəmiyyət həyatında özünü göstərən ziddiyyətli sinfiqrup maraqlarını nəzərə almadan cəmiyyətin müxtəlif təbəqələrinin harada yaşamasından asılı olmayaraq Vətən əxlaqı və təəssübkeşliyi əsaında birliyinin təmin edilməsini nəzərdə tutur. Mədəniyyət və siyasətin çoxcəhətliliyi milli mənlik şüurunun çoxformalı və çoxsəviyyəliyinin əsasıdır. Onun vasitəsilə hər bir millətin nümayəndəsi doğulduğu andan özünü onun bir hissəsi kimi dərk ediröz milli mədəniyyətinin daşıyıcısı olur”. Nuralı Çələbiyev bildirib ki, SSRİ-nin süqutundan sonra milli mənlik şüuru bir çox siyasətçilər üçün gözlənilmədən yüksək aktual əhəmiyyət kəsb etməyə başladı. Bir çox milli təsisatlar müxtariyyət və milli özünütəyinetmə yolunu tutdular:Bu dövrdə baş verən hadisələrin gedişi göstərdi ki, belə milli mənlik şüuru sosial tamlığı təmin etmədiyindən onun əsasında gerçək sosial ziddiyyətləri aradan qaldırmaq mümükün olmur. Nəticədə milli birlik əvəzinə keçmiş imperiyalarda islahatlar aparmaq cəhdləri uğursuzluqla nəticələndi və reallıqda bütün milli münasibətlər sisteminin zəifləməsinə aparan milli separatizm meylləri gücləndi”. Onun sözlərinə görə, ümummilli mənlik şüuru öz inkişafı gedişində heç də bərabər ölçülü olmayan çoxsəviyyəli və uzunmüddətli tarixi mərhələlərdən keçir: “Tarixi planda götürdükdə, milli mənlik şüurunun formalaşma prosesi adi, etnopsixoloji səviyyədə baş verir. O, bütövlükdə insan şüurunun sosial-psixoloji mexanizmlərinin baza əlamətlərinin formalaşması gedişində buya digər icmanın fərdi şüurunundabiz” və “onlarantitezi ilə qiymətləndirici mühakimlərin formalaşması və kök salması ilə ilə bağlıdır. Biz” və “onlar” tandemindəki fərqlər ifadəli əlamətlər (xarici görünüş sifət quruluşu, inancetiqadlar,dini dəyərlər, sosial-iqtisadi həyat tərzi, dil, irqi əlamət, milli adət-ənənələr və s.), habelə hakimiyyət və idarəetmə sistemi, ideoloji baxış və doktrinalara əsaslanmaqla “onlar”ın həmişə pis, bizdən fərqli olan neqativ psixologiyaya malik olması barədə stereotiplərin yaranmasına səbəb olmuşdur.  Milli mənlik şüuru insanın öz Vətəninə yalnız siyasihüquqi mənsubiyyətini deyil, həm də mənəvi bağlılığını ifadə edir. Vətəndaşın siyasi iradəsi və fərdi özünəməxsusluğundan asılı olmayaraq doğulduğu andan insanda anadangəlmə milli xarakterin baza əlamətləri olur. Uşaq öz həyatının birinci ilində “Mən” obrazına yiyələnir, əhatəsindəki insanların ona verdikləri ada cavab reaksiyası göstərir. 2-3 yaşlarında öz hərəkətlərinin nəticələrini başqa adamların hərəkətlərindən fərqləndirərək özünü fəaliyyət subyekti olan xadim kimi dərk etməyə

başlayır. 6-7 yaşlarında uşaqda özünüqiymətləndirmə qabiliyyəti, yeniyetməlik və gənclik yaşlarında fəal özünüdərketmə, həyati özünütəyinetmə və fərdi davranış üslubu formalaşmağa başlayır və bu mərhələ sosial-mənəvi qiymətləndirmənin formalaşması ilə başa çatmış olur. “Şüurun xarakteristikası təsbit olunmuş subyektobyektin, yəni insanın “mən”inə və onun “qeyri-mən”inə mənsub olanların aydın fərqləndirilməsindən ibarətdir. “Mən”in “qeyri-mən”dən ayrılması-hər bir adamın uşaqlıq dövründə keçdiyi bu yol insanın mənlik şüurunun formalaşması prosesində həyata keçir”. Nuralı Çələbiyev deyir ki, fərdin mənlik şüurü funksionalgenetik cəhətdən bir-biri ilə bağlı olan bir sıra funksiyaları yerinə yetirir. Bunlara fərdin özü haqqında informasiyanın əldə edilməsi,özünə emosional qiymətləndirmə münasibəti və davranışın özünütənzimi daxildir: “

İnsanın milli, etnikdini mənsubiyyəti onun üçün həmişə sosial mənsubiyyətindən üstün tutulmuşdur. Məhz buna görə də ümummilli liderimiz H.Ə.Əliyevin “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrini dahi uzaqgörənliklə söylənilmiş dəyərli fikirlər kimi qəbul edirik.

Zəmanəmizin böyük siyasi və dövlət xadimi, filosof və mütəfəkkiri olan Heydər Əliyevin irəli sürdüyüinkişaf etdiridiyi azərbaycanşılıq ideologiyası milli müstəqillik dövründə yaranmış ideoloji boşluğu nəinki bərpa etmiş, həm də milli dövlətçiliyin etibarlı təməli olmaqla dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm təminat yaratmışdır. H.Əliyevin millətlərarası həmrəylik konsepsiyasına əsaslanan bu ideologiya Azərbaycan dövlətçiliyin strateji proqramı və ideoloji əsasıdır. Ümummilli Lider Heydər Əliyev dövlətçiliyi və ərazi bütövlüyünü qoruyub saxlamaq, cəmiyyətin bütövləşməsi naminə azərbaycançılığı milli həmrəyliyin aparıcı amilinə çevirmiş və mükəmməl bir ideoloji konsepsiya səviyyəsində onun fəlsəfi və siyasi əsaslarını işləyib hazırlamışdır. Bu ideologiya Azərbaycan xalqının müxtəlif dövrlərdə müxtəlif adlarla, müxtəlif tərzdə təzahür edən ideoloji baxışlar sisteminin ümumiləşmiş əksidir.

Azərbaycançılıq ideyasının əsas məzmununu xalqımızın, milli-mənəvi dəyərlərinə hörmət, vətənə, torpağa bağlılıq duyğuları təşkil edir. Azərbaycançılıq milli özünüdərkin, etnik şüur, qan yaddaşı intibahının elmi-fəlsəfi və ideoloji ifadəsidir.

Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür. Heydər Əliyev ideyalarının həmişəyaşar olmasını təmin edən ən mühüm hadisələr sırasında onun nəzəri-ideoloji irsi dayanır”. Ekspert qeyd edir ki,  Azərbaycançılığın müasir dövrün əsas ideyası və ideologiyası olması məsələsi təkcə ölkəmizin milli hüdudları ilə bitmir. Bu ideya həm də Vətən hüdudlarından kənarda yaşayan soydaşlarımızı ümumi ideologiya-Vətən təəssübkeşliyi ətrafında birləşdirilməsi amalına xidmət edir: “Bu ideya təkcə ölkəmizin ərazisində yaşayan və ərazinin aborgen əhalisi olan azəri türklərinin deyil, həm də burada məskunlaşmış digər millətlərin və etnosların maraqlarına uyğundur. Azərbaycançılıq millətçilik və şovinizmdən fərqli olaraq Vətən qayəli sivil, demokratik, humanisttolerant ideologiyadır. Bu ideologiya çoxmillətli ölkə olan Azərbaycanda etnik birgəyaşayışa xüsusi önəm verir, milli azlıqların hüquq və azadlıqlarının qorunmasına hüquqi təminat yaradır. Ulu öndərin siyasi uzaqgörənliklə formalaşdırdığı bu mütərəqqi ideologiya milli təəssübkeşliklə vətənpərvərliyin sintezidir. O, hər hansı millətin azlıqda olan digər etnoslar üzərində hakim roluna deyil, bərabərhüquqlu birgəyaşayışa və güclü dövlətçilik amalına önəm verir. Azərbaycançılığın əsas qayəsi milli özünüdərk və milli mənlik şüuru əsasında milli mentallığı qoruyub saxlamaqdan, ayrı-ayrı etnosların mədəniyyətlərarası dialoqusintezi əsasında onları dövlətçiliyə bağlılığı və sədaqətini təmin etməkdən, separatçı və ekstremist meyllərinin kökünü kəsməkdən ibarətdir.

Bu gün azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanda dayanıqlı cəmiyyət və dövlətin formalaşması prosesinin ayrılmaz elementinə çevrilmişdir. Bu ideologiya cəmiyyətin və dövlətin inkişafı, siyasi sabitliyimilli maraqlarına təminat yaradan güclü ideologiyadır. Müstəqil Azərbaycanın indiki geosiyasi vəziyyəti və erməni təcavüzü ölkəmizdə azərbaycançılıq ideologiyasına əsaslanan milli razılıq konsepsiyasının gerçəkləşdirilməsi zərurətini irəli sürür”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 16 sentyabr.- S.15.