“Vətənpərvərlik sözdə

yox, əməldə olmalıdır”

 

“Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet istiqamətlərdən hesab edilir. Elə bu səbəbdəndir ki, istər dövlət, istərsə də qeyri-dövlət, gənclər və qeyri-hökumət təşkilatları səviyyəsində qeyd edilən istiqamətlərdə zəruru tədbirlər həyata keçirilir, məqsədyönlü işlər görülür. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, son illər gənclər arasında vətəpərvərlik hissləri daha da artıb. Ancaq müəyyən zaman kəsiyində yad təsirlərə. xarici dairələrin məkrli planlarının qurbanına çevrilən gənclərimiz də olur. Bu da gəncləri Vətən, millət sevgisindən uzaqlaşdırır. Bəs görəsən gənclərin milli mənlik şüurunun daha da inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı zəruri tədbirlərin görülməsinə ehtiyac var?

 

“Azərişıq” ASC-nin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Nicat Müslümov deyir ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik ideologiyası gənclərimiz üçün örnəyə çevrilib. Məhz buna görədir ki, vətənini sevən hər bir azərbaycanlı gəncin fəaliyyətinin ana xəttini bu ideyalar təşkil edir. Nicat Müslümov deyir ki, gənclərimiz Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə kifayət qədər bağlıdırlar.  Onun sözlərinə görə, gənclərimizin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda davamlı inkişafı vacib ünsürlərdən biridir. Ona görə də cəmiyyətin ictimai-siyasi həyatında intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrdə öz aktuallığı ilə diqqət çəkən və dövlətimizin xüsusi qayğısını tələb edən prioritet məsələlərdəndir. Gənclərdə vətənpərvərlik ruhunun hansı səviyyədə olmasına gəlincə isə Nicat Müslümov hesab edir ki, vətənpərvərlik sözdə yox, əməldə olmalıdır: “İnsanlar təkcə nəsil baxımından deyil, həm də vətənpərvərlik baxımından doğma olurlar. Azərbaycanın yeraltı sərvətləri bəllidir. Ölkəmizin yerüstü sərvətləri isə vətənpərvər insanlardır. Azərbaycan xalqının ən böyük sərvəti onun uğrunda canından keçən qəhrəman döyüşçüləridir. Bu, ona görədir ki, Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib. Elə buna görə də, Azərbaycan gənci cəmiyyətimizə öz töhfəsini daha çox bu ruhda ortaya qoyur. Bu gün Azərbaycan gənci birləşməyi bacarmaq əzmindədir”. Natiq hesab edir ki, bu gün Azərbaycan gənci vətənpərvərlik baxımından cəmiyyətimizə öz töhfəsini verə bilir. Nicat Müslümov deyir ki,   vətənpərvərlik ruhu həm də genetik daşıyıcısı olduğumuz soy-kökümüzdən bəhrələnir: “Azərbaycançılıq məfkurəsi, vətən-torpaq sevgisi gənclərin ideyalarının, arzularının qayəsini təşkil edir. Bu düşüncə və duyğunun sözlə ifadəsi bəzən çətin ola bilər. Amma hər bir Azərbaycan gəncinin ruhunda vətənə, torpağa sevgi sonsuzdur. Sözlə ifadəsi çətin olan hisslər çox vaxt daha qabarıq təzahür edir. Daha güclü rezonans effekti əks etdirir. Mübariz İbrahimov kimi! Bu gün Azərbaycan gənclərinin qəlbində eyni düşüncə mövcuddur – Azərbaycan sevgisi. Gənclərimizin beynində vətənpərvər ideyalar kök salıb. Müxtəlif sferalarda fəaliyyət göstərən, inkişafda olan gənclərimiz yüksək amallarla yaşayır. Onların prinsip və arzuları vətənpərvərlik ruhumuzdan bəhrələnir. Ordu, hərbi-müdafiə sahəsində və bütün sahələrdə vətənpərvər ruhla çalışan gənclərimiz fərəh doğurur. Elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi yöndə fəaliyyət göstərən gənclərimizlə fəxr edirik. Bu gün həmin işlər ölkəmizin hüdudlarından kənarda eyni ahənglə aparılır. Bu yöndə gənclərimizin rolu xüsusilə təqdirəlayiqdir”. YAP Gənclər Birliyinin üzvü qeyd edir ki, milli-mənəvi dəyərlərin təbliğində gənclərimizin ciddi səyi yüksək qiymətləndirilir. Onun sözlərinə görə, gənclərimiz dünyanın əhəmiyyətli ölkələrində müxtəlif təşkilat, birlik, qurumlar yaradır. Layiqincə təmsilçilik missiyası həyata keçirirlər: “Belə fəaliyyət çox vaxt şəxsi təşəbbüs və öhdəlikdən qaynaqlanır. Bu ideyaların müəllifləri məhz gənclərimizdir. Diqqət çəkən, önəm verməli olduğumuz məqamlar çoxdur. Milli şüurun, vətənpərvərlik ruhunun artırılması yönündə atılan bütün addımlar mütləq qeyd olunmalıdır. Son 20 ildəki tarixi reallıqlar müasir gənclərin düşüncəsində xüsusi yer tutur. Bu gün gənclərimizin yüksək vətənpərvərlik ruhunu əks etdirən dəyərlər hamımızı sevindirir. Təlim-tərbiyə, təhsil, əxlaq, vətənpərvərlik ruhunun yüksəlişi son dərəcə vacibdir. Odur ki, hər birimiz bu istiqamətdə davamlı və ardıcıl işlər görməliyik”. Nicat Müslümov gənclərdə milli-mənəvi dəyərlərə, vətənə sevgi olması üçün atılması vacid olan addımlar barədə danışıb. Bildirib ki, rəhbərlik etdiyi “Azərişıq” ASC YAP Gənclər Birliyinin təşkil etdiyi tədbirlərin mövzusundan asılı olmayaraq, vətənpərvərliklə bağlı müzakirələr olur: “Çünki vətənpərvərlik hər bir işdə əsas olmalıdır. Bu gün insanların vətənpərvərlik anlayışının düzgün formalaşması əsas məqsədlərdən biri olmalıdır. Qeyd etdiyim kimi sıralamanı düzgün aparmaq lazımdır. Öncə elm, təhsil sahəsində işimizi möhkəmləndirməliyik. Çünki biz vətən sevgisini əsasən siniflərdə, dərs sıralarında öyrənirik. Amma məktəbə qədər bu mövzuda elə də çox məlumatlandırılmırıq. Bu dövrə qədər olan zaman kəsiyi qısa olsa da çox önəmlidir. Valideyn düşünməməlidir ki, övladı hər şeyi məktəbdə öyrənməlidir. Uşaq məktəbdə elmə, biliyə yiyələnə bilər, amma vətənpərvərlik hissi ona anadan olduğu gündən aşılanmalıdır. Biz bu istiqamətdə ciddi maarifləndirmə işləri aparmalıyıq. Əgər uşaq dünyaya göz açanda bir qulağına azan, digərinə iqamə deyilirsə, təkrar-təkrar “Vətən” sözü də deyilməlidir. Sevindirici haldır ki, bu gün övladlarını milli, vətənpərvər ruhda tərbiyə edən ailələrimiz çoxdur. Artıq Azərbaycan elə dövrünü yaşayır ki, hər şey müsbətə doğru irəliləyir, mənfi hallar azalır. Bizə aid olan neqativ hallardan danışan zaman unutmayaq ki, bizim dostlarımızla bərabər düşmənlərimiz də var. Buna görə də hər bir mövzuda faktlara əsaslanaraq danışmaq düzgün olar. Bir məsələ həll olunacaqsa, bir problem çözüləcəksə bunu öz sərhədlərimiz daxilində həll edək. Hər kəsə bəlli olsun ki, bu torpağın hər qarışı toxunulmazdır, müqəddəsdir”. Nicat Müslümov vətənpərvərliyin artırılmasında azərbaycançılıq ideologiyası, milli adət-ənənələrimizin rolundan da söz açıb. O, hesab edir ki,  gənclərin müasir vətənpərvərlik ruhunun artırılması vacibdir: “Təməl prinsipləri ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq ideologiyası, eyni zamanda, xalqımızın milli-mənəvi dəyəri olmaqla yanaşı, gəncləri müasir dövrdə mənfi stereotiplərdən qorumağın mühüm vasitəsidir. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyimizin istinad yeridir. Vətənpərvərliyin artırılmasında milli adət-ənənələrimizin xüsusi yerirolu var. Adət-ənənələrimiz qlobal submədəniyyətlərlə inteqrasiyamilli dəyərlərimizin qorunması fonunda yeniləşən meyillərin müqayisəsi baxımından gənclərə öyrədilməlidir. Azərbaycançılıq xalqımızın milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyalar toplusudur. Azərbaycançılıq ideologiyası milli həmrəylik mənbəyidir”. Nicat Müslümov deyib ki, müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyyətləri və üstünlükləri var: “İqtisadisiyasi sistemin dəyişdiyi, yeni ideologiyaların və dünyagörüşünün təşəkkül tapdığı, qloballaşmanın və ona qarşı mübarizənin genişləndiyi bir şəraitdə gənclərin şüur və düşüncə tərzində, hadisələri və prosesləri dəyərləndirmə meyarında, mədəniyyətə və ümumiyyətlə, həyata baxışında yeni meyillərin formalaşması müşahidə olunur. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Bu ideologiyanın bazisində Azərbaycan mədəniyyətinin özülü dayanır”.

Nicat Müslümov deyir ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq hərbi təlimləri izləməsi, cəbhə xəttinə səfər edərək əsgər və zabitlərlə görüşməsi, onları təltif etməsi gənclər arasında vətənpərvərlik hisslərinin artmasına müsbət təsir göstərən amillərdəndir. Onun sözlərinə görə, Ali Baş Komandanın bu addımları Azərbaycan Silahlı Qüvvələrinə ruh yüksəkliyi yaradır, onların döyüş əzmini artırır: “Bu gün Azərbaycan Silahlı Qüvvələri tam döyüş hazırlığındadır. Ali Baş Komandan, cənab prezident İlham Əliyev müharibə əmri verəcəyi təqdirdə Silahlı Qüvvələrimiz böyük əzimlə döyüşə atılmağa, işğal altında olan ərazilərimizi erməni separatçılarından azad etməyə hazırdır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 19-21 sentyabr.- S.15.