Gənclərin vətənpərvər ruhda
tərbiyəsi Heydər Əliyevin gənclər
siyasətində
başlıca prioritet kimi
Azərbaycan 1991-ci ildə dövlət
müstəqilliyini bərpa
etdikdən sonra respublikamızda yeni nəslin yetişdirilməsi
kimi çox əhəmiyyətli bir problem gündəmə gəldi.
Məsələnin mürəkkəbliyi bunda idi ki, 70 illik
Sovet hakimiyyəti Azərbaycan xalqının tarixi
şüurunda müsbət meyllərlə yanaşı, bəzi
mənfi stereotiplərin formalaşmasına da səbəb
olmuşdu. Digər tərəfdən, Azərbaycan yenicə
müstəqilliyinə qovuşmuş ölkə olmaqla bərabər,
həm də yeni ictimai formasiyaya keçid prosesinin son dərəcə
çətin şərtləri altında
yaşayırdı.
Yeni Azərbaycan
Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva qeyd edir ki, bu
iki tarixi prosesin eyni vaxta
təsadüf etməsi vətəndaş tərbiyəsində
yeni ideoloji
doktrinanın ortaya
çıxmasını zərurətə çevirmişdi.
Bu doktrinanın müəllifi isə ümummilli lider, böyük şəxsiyyət, dahi rəhbər Heydər Əliyev oldu: “Heydər Əliyev hələ
sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikada
milli şüurun inkişafına,
xalqımızın tarixi ənənələrinin
və milli-mənəvi dəyərlərinin qorunmasına xüsusi diqqət yetirirdi.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi
Azərbaycanda milli-mənəvi intibah
prosesinin əsasını qoydu.
Ölkəmizin rəhbəri hər bir
addımı ilə bütün cəmiyyətə
nümunə göstərdi. Bu nümunə
əsl vətəndaş, həqiqi azərbaycanlı, böyük şəxsiyyət
obrazının ən mükəmməl cizgilərini ifadə
edirdi. Heydər Əliyevin ilk addımı bundan ibarət
oldu ki, o, rəsmi tədbirlərdə məhz Azərbaycan
dilində çıxış etməyə başladı. Bu, xalqın öz tarixi köklərini,
qayıdışını və milli-mənəvi dəyərlərinə
bağlılığını rəsmi səviyyədə nümayiş etdirən ilk
ciddi hadisə idi. Heydər Əliyevin azərbaycanlı gənclərin
ölkənin ictimai-siyasi həyatında
və dövlət idarəetmə strukturlarında fəal
iştirakının təmin olunması istiqamətlərində
də tədbirlər görmüşdü.
Böyük rəhbərin şəxsi təşəbbüsü
ilə respublikamızda yüzlərlə gənc keçmiş Sovetlər
İttifaqının ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alma imkanı əldə etmişdi.
Bu proses
1969-cu ildən başlayaraq
1980-ci illərin sonlarına
qədər davam etdi. Deyirlər ki, böyük
xalqı ancaq böyük insanlar, onu sevən, ömrünün mənasını
ona xidmət etməkdə görən
şəxsiyyətlər qaldıra
bilər. Ötən əsrin
70-ci illərində Heydər
Əliyev belə insanları axtarır, tapır, irəli çəkirdi. Məhz həmin
dövr ərzində
müdrik dövlət
başçısının uzaqgörən siyasəti
nəticəsində bu
gün yaşadığımız
müstəqil Azərbaycan
Respublikasinin iqtisadi və siyasi inkişafının təmin
edilməsi üçün
müstəsna rol oynayan mükəmməl milli kadr potensialı
formalaşdırıldı. Azərbaycanlı gənclərin yüksək
ixtisaslı kadrlar kimi yetişdirilməsi respublikamızın iqtisadi
potensialının artırılmasına,
xalqımızın dünya
arenasında, o cümlədən
ittifaq miqyasında böyük nailiyyətlər
əldə etməsinə
stimul yaratmaq məqsədi daşıyırdı.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan
gənclərinin milli
ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirirdi. O, hər çıxışında,
gənclərlə görüşlərində
bu məsələni önə çəkir, onlara xalqımızın milli-mənəvi dəyərlərinə
sadiq qalmağı tövsiyə edirdi. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik
etdiyi dövrdə bu sahədəki xidmətləri milli şüurun inkişafına
təkan verən mühüm bir mərhələnin əsasını
qoydu. Ötən əsrin 90-cı illərində müstəqilliyə
yeni qədəm qoymuş dövlətdə
yeni vətəndaş
tərbiyəsi kimi mühüm vəzifənin
yerinə yetirilməsi
bir çox ideoloji, siyasi, sosial-iqtisadi məsələlərin
həlli ilə bağlı idi. Milli potensialın konkret dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi
dövlətçiliyin qorunmasında
və inkişafında
əsas zəmin olduğu üçün
bu amil vətəndaş
tərbiyəsində də,
sözün həqiqi
mənasında, fövqəladə
rol oynadı. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası
milli tarixi təkamül prosesinin həqiqi istiqamətlərini
müəyyənləşdirən və Azərbaycan xalqının milli-mənlik
şüurunun formalaşmasında
yeni bir mərhələnin əsasını
qoymuş unikal konsepsiyaya çevrildi. Bu konsepsiya Azərbaycanda
milli dövlətçilik
ideologiyasının yaranmasına,
suveren dövlət təsisatının formalaşdırılmasına
və xalqımızın
tarixi yaddaşının
bərpasına xidmət
edən yeni ictimai münasibətlər
sisteminin bərqərar
edilməsinə gətirib
çıxardı. Çünki azərbaycançılıq, ilk növbədə doğma
yurdun tarixi ənənələrinə arxalanır
və ondan güc, qüvvət alır. “Hər bir milli və
dövlət ideologiyasının
məqsədi dövlətçilik
anlayışı ilə
bağlıdır”, - deyən
Heydər Əliyev azərbaycançılıq təli¬minin
birinci və aparıcı tərkib prinsipini “Öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli dövlətin sərhədləri daxilində
vətəndaşlar üçün
siyasi və iqtisadi baxımdan sabit həyat şəraiti yaratmaq” kimi müəyyənləşdirdi”.
Nurlana Əliyeva qeyd edir ki, Heydər
Əliyev tarixi proseslərin məntiqi ilə ortaya çıxan mövcud ictimai- siyasi situasiyanın diqtə etdiyi şərtləri dəqiq qiymətləndirməyi
bacarırdı və
elə buna görə də, milli ideologiyanın yaradılmasının mühüm
bir vəzifə kimi qarşıda dayandığını görürdü.
Onun həyata keçirdiyi tədbirlərin
uğurlu nəticələri
bir daha sübut edir ki, Heydər Əliyev adi siyasi xadim deyil
və onun hər bir siyasi
gedişi rəhbərlik
etdiyi xalqın milli mənafelərinin daim reallaşdırılmasına
xidmət edir: “Bu sahədə 1993-cü ildən
sonra əldə olunmuş nailiyyətlər
müdrik şəxsiyyətin
azərbaycançılıqla bağlı təlimlərinin
xalqımız üçün
mühüm əhəmiyyət
kəsb etdiyini təsdiqlədi. Heydər
Əliyev milli ideologiyanın təbliğinə
məktəblərdən başlamağı
tövsiyə edirdi: “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə
Azərbaycan xalqının
tarixinin tədrisinə
çox ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini,
öz tarixi keçmişini gərək
yaxşı bilsinlər.
Çünki mənəviyyatımız, gənclərin bugünkü
və gələcək
mənəviyyatı bununla
bağlıdır”. Yeni dövrün
yeni vətəndaşı,
birinci növbədə
Vətənini, torpağını
sevməli, Azərbaycan
dilini, ədəbiyyatını,
tarixini, coğrafiyasını
mükəmməl bilməli,
milli- mənəvi dəyərlərini qorumalıdır.
Bu cəhətlər sağlam vətəndaşın
yetişməsi, saf həyat tərzi, gələcək yaşayışı
üçün son dərəcə
zəruri amillərdir.
Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən
biri də yüksək səviyyəli
təhsil sisteminin bərqərar edilməsidir.
Buna görə də Heydər Əliyev vətəndaş
tərbiyəsində təhsilin
rolunu yüksək qiymətləndirir və intellektual gəncliyin yetişdirilməsini ən
mühüm məsələlərdən
biri hesab edirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə Azərbaycanda
təhsilin və elmin inkişafına dövlət qayğısı
nəzərəçarpacaq dərəcədə artmışdı.
Şübhəsiz ki, vətəndaş
tərbiyəsi, ilk növbədə
gənc nəslə
aid olan konseptual məsələ kimi səciyyələndirilir. Buna görə də Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi 34 il
ərzində gəncliyi
bir an belə diqqətdən kənarda qoymamışdır. Bu, yalnız gənclərin intellektual səviyyəsinin
yüksəldilməsi, onların
milli-mənəvi dəyərlərə
sədaqət ruhunda tərbiyə olunması ilə məhdudlaşmırdı.
Heydər Əliyevin siyasəti
gənclərin ictimai-siyasi
fəallığını və onların dövlət quruculuğunda
daha geniş miqyasda təmsil olunmasını da əsas məsələlərdən
biri kimi qiymətləndirirdi. Ümummilli liderimiz
vətənpərvər gəncliyin
yetişdirilməsinin vətəndaş
tərbiyəsi prosesində
başlıca prinsip kimi qəbul edilməsinə üstünlük
verirdi. Heydər
Əliyev deyirdi: “Vətənpərvərlik böyük
məfhumdur. Vətənpərvər gənclərin yetişdirilməsi
təkcə təhsil
müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədə başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində
davam etdirilir. Bütün cəmiyyətin, onun hər bir üzvünün
əməllərindən müsbət
yeniliklərlə yetkinləşir”.
1996-cı il fevral ayının 2-də
Azərbaycan Respublikası
Gənclərinin I Forumu
keçirildi. Bu forumda gəncləri narahat edən problemlər, onların qayğıları və çətinlikləri, qarşıda
duran vəzifələr
barədə ətraflı
fikir mübadiləsi aparıldı. Ümummilli lider
Heydər Əliyevin iştirak etdiyi bu forum Azərbaycan gəncliyinin həyatında
dönüş mərhələsi
oldu. Böyük
rəhbərimiz tədbirdəki
çıxışında bütün Azərbaycan gənclərinə öz
tövsiyələrini verdi,
onları milli dövlət quruculuğu işində daha fəal iştirak etməyə, vətənpərvər
şəxsiyyətlər kimi
formalaşmağa çağırdı:
“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının
gələcək yolu
kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü
həyatda fəaliyyətə
hazırlayarkən və
fəaliyyətə başlayıb
onu davam etdirərkən özü
haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir,
ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında da düşünməlidir”. Nurlana
Əliyeva bildirir ki, Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun
2001-ci il, “Azərbaycan
əlifbası və Azərbaycanda Bilik gününün təsis
edilməsi haqqında”
9 avqust 2001-ci il tarixli fərmanları və milli-mənəvi dəyərlərimizin qorunması
ilə bağlı 13
avqust 2001-ci il tarixli bəyanatı bu cəhətdən Azərbaycan vətəndaşının,
Azərbaycan ziyalısının,
xüsusilə müəllimlərin
qarşısında mühüm
vəzifələr və
böyük məsuliyyətlər
qoyur: “Geniş ictimaiyyətin rəğbətlə
qarşıladığı bu tarixi sənədlər
gənclərimizin vətənpərvərlik
tərbiyəsində müstəsna
rol oynayır. Bu fərmanlarda dilimizin
keçdiyi tarixi inkişaf yolu, onun dünyanın ən zəngin və ən mükəmməl bir dili olduğu xüsusi qeyd edilir”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2015.- 24-28 sentyabr.- S.15.