Milli mənlik şüuru:

Vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”

 

Dünya sürətlə qloballaşır. Ortaya çıxan ən kiçik hadisə belə medianın gündəmilə böyük qlobal problemə çevrilir. Regiondünyada baş verən müharibələr gəncləri radikallığa sürüyür. Pornoqrafik, qeyri-ənənəvi dinlərlə bağlı internet təbliğatı insanları milli-mənəvi dəyərlərindən uzaqlaşdırır. Milli kimliyini itirmədən, universal şəxsiyyətə sahib olmaq milli şüuru qoruyub saxlamaq iradəsinin göstəricisidir. Qlobal avropalaşmaq mövqeyini təbliğatını aparan qruplaşmalar degenrativ məntiqlə qloballaşmanı gerçəkləşdirəcəklərinə inanırlar. Lakin Vətən üçün milli könüllülük – millətin qəlbində qiyamətə qədər yaşayacaq bir özləm kimi varlığını davam etdirəcək bir dəyərdir. Şəxsinə “Biz türklər” xitabı ilə başqa mədəniyyətlərlə ünsiyyət qurmağı bacaranöz sivilizasiyasına heyranlıq hiss edən vətəndaşlar həmişə öz milli kimlik ləyaqətini müdafiə edəcəklər. Özünəməxsus bir mövqe ilə qloballaşanı milləti adına vurğulamaq avropalaşmaq  ideyası ilə fərqli ölçüdə kəsişir. Türklük şəxsiyyətinin milli şüur parametrləri avropalaşmaqamerikalaşmaq tezislərindən fərqli olaraq, irqçilik, etnikçilik və məzhəbçilik tezislərdən ibarət deyil. Bunun əksini iddia edənlər yanılırlar. Bunlar türkçülüyün qloballağını və ümumbəşəriliyini qısqananlardır. Vətəndaş öz ölkəsinə kənardan başqalarının nəzərləri ilə yox, öz gözlərilə baxmalıdır. Məsələnin əks mövqeyində dayana yalnız vətənpərvərliyi və millətsevərliyi, milli hissləri yoxa çıxarmağa çalışan zehniyyət ola bilər. Başqa heç kim! Azərbaycanın və türklüyün milli çərçivəsini dağıtmaq istəyən qüvvələr var. Onlar daxildə və xaricdədirlər. Etnikçilik, regionçuluq, separatçılıq, tribalizm və məzhəbçilik türk millətinin birliyini fərqli, yad dəyərlərlə əritməyə çalışırlar. Vətənpərvərlik və millətsevərliyi ölkəyə Qərb siyasi nizamını idxal etməklə məhv edilməyəcəyini yaxşı bilmək lazımdır. Çünki ingilislər də, fransızlar da, hətta millət kimi formalaşmamış amerikalılar da özlərini dünyanın ən ali irqi kimi bilirlər. Digər millətlərə isə sadəcə “qəbilə”, “tayfa” münasibəti bəsləyirlər. Yəni ki, özünü “avropalı” adlandırmaqla birinci sinif vətəndaş olmaq mümkün deyil. Qərbin siyasi və mədəni geometrlərində türk kimliyinin həndəsi forması nəzərə alınmır. İnkar edilir. Amma tarix bunun əksini sübut edir. Bunu qərblilər də bilirlər. Sadəcə tarixinin böyük bir hissəsini “işğaletmiş türk kimliyinin üzərindən xətt çəkmək tarixin təkərlərini özünə çevirmək istəyənlər üçün prioritetdir. Bunu görmək lazımdır. Halbuki biz türklər, öz tarixinə, mədəniyyətinə və vətəninə qarşı sədaqətiylə özünü isbat etmiş, tarix boyu millət anlayışının təməl olduğu bir konsepsiya yaratmışıq. Teymurilər, Ağqoyunlular, Səfəvilər, Osmanlı, Hun kimi imperiyalardan bizi çox da böyük tarix aralığı ayırmır. Millətlərin sabahları ya gənclərin müsbət düşüncələrilə işaqlanır, ya da qaranlıqda qalır. Bu prinsiplə hər kəsdən əvvəl yad düşüncələrin gənclərə hücum etməsi təsadüfi deyil. AtatürkünEy gənc nəsil, Cumhuriyyəti biz yaratdıq, onu yüksəldəcək və qoruyacaq qüvvə sizssiniz”, deyimi boş deyil. Yəni ki, keçən illər ərzində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi yönündə ziyalılarımızın, mediamızın gördüyü işlər lazımi yöndə qiymətləndirilməlidir. Gənclər yad dəyərlərə, dövlətçiliyi, milli şüuru zədələməyə çalışan qüvvələrə qarşı bir təşkilat olmalıdır. Həmişə öz milli kimliyinin müdafiəçisi rolunda olmalıdır. Gənclik dövlətin anti-imperialist zirehidir. Çünki Azərbaycan Milli Qurtuluş Savaşı ilə vətənpərvər təməllər üzərinə inşa edilmiş ölkədir. İmperialistlər tərəfindən qızışdırılan və dəstəklənən separatçı axını dayandırmağın yeganə açarı birlikdə mübarizədir. Qarşısına böyük məqsəd qoymuş xalqlar həmişə Vətənə borcun ona verdiyi məsuliyyət yolu ilə hərəkət edir. Müstəmləkəçiliyi, ədalətsizliyi, qlobal yoxsulluğu, fərdiyyətçiliyi, terrorizmi, istənilən qanlı aksiyaları müdafiə edən imperialistlər qarşısına çıxacaq başqa yol da yoxdur.  Artıq yad ideologiyaların suverenliyini müdafiə edən və imperializmə teknokrat yetişdirən düşüncə institutlarından imtina edilməlidir. İmperialist dövlətlərin və zərərli ideologiya axınının qarşısında dayanılmalıdır. Bunun üçün ən çətin şərt və vəziyyətlərdə milli şüurumuzu oyandıra bilərik. Yad ideologiyaların hücumlarına qarşı milli şüurun oyadılması və ölkəmizin qarışıq proseslərdən zərərsiz çıxması üçün ən adi simvolik xatırlatmalar da kifayətdir. Milli şüurun üzərindən xətt çəkmək isə kütləvi hal alarsa, bu cəmiyyətdə əxlaq böhranı yaradan fəlakətə çevriləcək. Diqqətli olmaq lazımdır.

 

Müasir dünya qlobal kəndə çevrilib

 

Qloballaşma müasir dünyanı tarixin heç bir mərhələsində olmayan vəziyyətə gətirib. Müasir dünya qlobal kəndə çevrilib. Tarixin heç bir dövründə informasiya bu qədər açıq, əlçatan, şəffaf, insanların ünsiyyət imkanları belə geniş olmayıb. Qloballaşma müəyyən problemlər yaradır. Problemlərdən ən mühümü milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır. Bu dəyərlərdən ən çox danışan toplumlardan biriyik. Milli-mənəvi dəyərlərdən ən mühümü ana dili və millətin ona münasibətidir. Bir millətin milli şüurunun səviyyəsi, milli-mənəvi dəyərləri qoruyub saxlamaq istəyi ana dilinə münasibətinə bağlıdır. Bizdə ana dilinə münasibətdə tarixdən gələn müəyyən çatışmazlıqlar var. Məsələn, Sovet dövrünün 80-ci illərinin sonuna kimi Bakı küçələrinin 45%-i erməni inqilabçıları, ziyalılarının adlarını daşıyırdı. Onların yalnız 22%-i azərbaycanlı adlarına sahib idilər. İndimental dəyərlərin qorunmasındakı mövcud problemlərin kökü Sovet dövrünə bağlıdır. Hələ də Azərbaycanda Sovet şüuru var. Bunun qarşısını almaq üçün ictimai miqyasda milliləşdirmə tədbirləri keçirməliyik. Küçə adlarında olan problemlər aradan qaldırılmalıdır. Şəhərdə müxtəlif dillərdə reklam lövhələri asılıb. Regionlarda bununla bağlı rəsmi qərar qəbul edilib ki, bütün reklamlar birinci növbədə ana, sonra başqa dillərdə olmalıdır. Əgər reklamlar başqa dildə olarsa da ana dilinə nisbətən hərflərin həcmi daha kiçik olmalıdır. Praktika Bakı şəhərində də tətbiq olunmalıdır. Problemlərin digər ucu insanların təhsilinə bağlanır. Millətin inkişafı onun təhsili ilə bağlıdır. Məsələn, Azərbaycanda türk liseylərini bağladılar. Bir tərəfdən bunu təqdir edirəm. Həmin liseylərdə çalışan müəllimlərin əksəriyyəti, oxuyan şagirdlərin hamısı azərbaycanlılar, təkcə direktoru Türkiyədən idi. Əgər türk liseylərini bağlayırıqsa, ya ona bərabər, ya da üstün alternativlər təşkil olunmalıdır. Vətənşdaşın təhsili daha güclü olmalıdır. Müasir dünyada inkişafın önündə o ölkələr gedir ki, onların güclü universitetləri var. Universitetləri zəif olan ölkə və regionlar inkişafın gerisində olurlar. Dəyərlərin qorunmasında əsas vəzifələrdən biriKİV-in üzərinə düşür. Mediada ana dilinin qaydaları, üslubu qorunmalıdır. KİV xalqın tarixi kimliyi, milli-mənəvi dəyərlərlə bağlı ciddi, ardıcıl, sistemli konseptual əsaslı təbliğat aparmalıdır. Xalqın tarixinin ən şərəfli məqamları, şəxsiyyətləri təbliğ olunmalıdır. Tarix milli mənliyin ən vacib komponentidir. Tarixindən uzaq düşmüş, onu yaxşı bilməyən istənilən xalq inkişaf edə bilməz. Atatürk deyirdi ki, tarix bir millətin nələr bacardığını və nələr bacaracağını göstərən bələdçidir. Həmişə tarixcahan qarşısında məsuliyyətli olmaq lazımdır. Bütün xalqların dövlət qurmaq və müstəqil olmaq imkanları yoxdur. Dünyada 10 000-dən çox xalqetnik qrup, 200-dən çox dövlət var. Bizim xalqın da ən böyük üstünlüyü müstəqil dövlətinin olmasıdır. Müstəqillik əldə etməklə Azərbaycan tarixinin ən böyük nailiyyətini qazandı. XIX əsrin 70-ci illərindən sonra Harribaldi İtaliyanı birləşdirəndə ölkənin o vaxtki baş naziri deyirdi ki: “Biz İtaliyanı qurduq, indi italyan millətini yaratmaq lazımdır”. Bu fikir bizim bu günümüzə də aiddir. Biz dövlətimizi qurmuşuq, amma millətdə milli şüurun yükslədilməsilə bağlı probmelər var. Bu problemlərin üzərinə getmək lazımdır. Bu sahədə birinci vəzifə ziyalıların üzərinə düşür. Ziyalılar mənsub olduğu xalqın bioqrafiyasını yaradan insanlardır. Bir xalqın tərcümeyi-halında yaradıcı ziyalılarının böyük rolu var. Onlar təbliğ olunmalı, tanıdılmalıdırlar. Vaxtilə cəmiyyətdə həmişə ziyalıların fikirlərinə istinad olunurdu. İndisə ictimai rəy öz funksionallığını itirir. İctaimai rəy çox halda nəzərə alınmır. Bu doğru deyil. Ziyalılar millətin inkişafında böyük rol oynayırlar. Əgər biz bu gün dünyəvi dövlətdə yaşayırıqsa, bu bizim ziyalıların xidmətləridir.

 

İnternetləşmə və milli dəyərlər

 

İnternetləşmə dövründə milli-mənəvi dəyərlərin qorunması çətindir. Bu gün Azərbaycana ideya bir ərazidən gəlmir. Dünyanın bütün istiqamətlərindən informasiya selinin içərisindəyik. Bu informasiyaları emal etmək, onlardan faydalanmaq, zərərlərindən mühafizə olunmaq milli təhlükəsizlik məsələsidir. Ölkənin milli təhlükəsizliyinin qorunmasında informasiya təhlükəsizliyinin çox böyük rolu var. İnternetdə istənilən məlumat ola bilər. Amma ölkənin təbliğat strukturları vətəndaşın üzərində dominant rol oynayırsa o, heç bir halda o internetin zərərli təsirlərinə məruz qala bilməz. Bunun üçün təhsildə sağlam vətəndaş yetişdirilməlidir. Təhsildən sonra bu sahədə ən əhəmiyyətli vasitə KİV-dir. Belə bir deyim var ki, XXI əsrdə Şeytan qələmin içində gizlənib. İnternetin ortaya çıxmasından sonra ənənəvi KİV-in təsirləri bir qədər zəifləsə də vətəndaş şüurunun formalaşmasında böyük rolu var. Ona görə də bu sahədə peşəkarlığa üstünlük verilməlidir. Cəmiyyətin ən böyük problemlərindən biri peşəkarların az olması ilə bağlıdır. Məsələn, bunun qarşısını almaq üçün Jurnalistikanın ən istedadlılarını dünyanın ən yaxşı ali təhsil məktəblərinə göndərmək olar. Qassep adlı ispan filosof deyirdi ki, ictimai rəy cazibə qanunu kimidir, kim ictimai rəylə hesablaşmırsa, heç vaxt uğur qazana bilməz. İctimai rəylə hesablaşmaq, onu daha sağlam istiqamətlərə yönəltmək dövlətin əsas vəzifəsidir. Əvvəlcə KİV peşəkar səviyyəyə çatdırılmalı, peşəkar jurnalistlərin çalışmasına imkan yaradılmalıdır. Peşəkarlıq olmayan yerdə problemlər olacaq.  75 ölkədə aparılan araşdırmanın nəticəsinə görə, inkişafın önündə o toplumlar gedir ki, onun üçün insan amili əhəmiyyətlidir. İnkişaf üçün təbii ehtiyaların çoxluğu vacib deyil, insan ehtiyatının çoxluğu vacibdir. İnkişafdan geri qalan ölkələr buna əhəmiyyət vermirlər. Geridə qalmamaq üçün rəqabətə davamlı cəmiyyət qurmaq istəyiriksə, oxumalıyıq. Məsələn, ölkənin ailə strukturları böhranlı vəziyyətdədir. Qurulan ailələrin böyük əksəriyyətində boşanmalar var. Düzdür, dünyanın bütün ölkələrində ailələr problemə çevrilib. Amma Azərbaycanın ən böyük milli dəyərlərindən biri ailənin qorunması, müqəddəs sayılmasıdır. Dədə Qorqud eposunda türk kişisi qadınına “halalım” deyə müraciət edir. Çox əhəmiyyətli məqamdır. Bizi milli-mənəvi dəyərlərimizi qorumaq üçün bunları qorumalıyıq. Bunun üçün ana dili və ailə strukturunun qorunması, eyni zamanda oxumaq lazımdır.

 

“Azərbaycançılığın təbliği və xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsində KİV-in rolunun artırılması”  

 

Olaylar.- 2014.- 7 yanvar.- S.15.