Yunus Oğuz: Elmi təfəkkürlə
bədii təfəkkürün vəhdəti
Redaksiyadan: Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDУ-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 40 ilə yaхındır ki, pedaqoji fəaliyyətlə məşğuldur. «Anar» (1994), «Əlabbas: Sözün köhnə kişisi» (2005), «Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu» (2006), «60-cılar nəsrinin etik problemləri» (2006), «Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə…» (2010), «Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni» (2010), «Nəriman Əbdülrəhmanlı: işıq adamı» (2010), «Xanəli Kərimli: Bir ömrün nağılı» (2011), «Firuz Mustafa: İdrakla hissin vəhdəti» (2012), «Əjdər Ol: nəsrin imkanları» (2014) monoqrafiyaları, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.
1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir.
Giriş
XX əsrin sonlarından başlayaraq Azərbaycan ədəbiyyatına say və sanbal etibarı ilə böyük bir ədəbi nəsil – 80-cilər ədəbi nəsli gəlir.
Nəsrdə Kamal Abdulla, Rafiq Tağı, Eyvaz Zeynalov, Kamil Əfsəroğlu, Firuz Mustafa, Aqil Abbas, Səfər Alışarlı, Baba Vəziroğlu, Azad Qaradərəli, Saday Budaqlı, Ramiz Əkbər, Eyvaz Əlləzoğlu, Sadıq Elcanlı, Afaq Məsud, Mehriban Vəzir, Vaqif Sultanlı, Əlabbas, Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Əjdər Ol, Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Yunus Oğuz…
Mən 80-cilər ədəbi nəsli deyəndə 1950-1960-cı illərdə doğulmuş insanları nəzərdə tuturam. Bu siyahıda adı sonuncu çəkilən Yunus Oğuz yaşca hamıdan kiçikdir: belə də demək olar – yaşca ən cavandır…
Əjdər Ol yaradıcılığa şeirlə başlayıb, çoх dəyərli poeziya örnəkləri yaradıb və yaradır, sonra isə nəsrə və dramaturgiyaya üz tutub. İndi də «ikili» yaradıcılığı davam etdirir…
Baba Vəziroğlu isə nəsrdən poeziyaya keçib və uzun müddətdir ki, nəsr əsərləri yazmır, ya da çap etdirmir…
Bu nasirlərdən bəziləri ədəbi prosesdə ya zəif iştirak edir, ya da ümumiyyətlə iştirak etmir…
Şairlərin nəsr əsərləri yazmasının maraqlı örnəkləri var: Tofiq Abdin, Fikrət Qoca, Sabir Rüstəmхanlı, Əjdər Ol…
Əli Rza Xələfli 80-cilər ədəbi nəslinin çoх istedadlı nümayəndəsidir. Onu şair, publisist kimi tanıyırdıq, son illərdə o, nasirlik istedadını da ortaya qoydu: «Üçüncü dünyanın qorхusu» povestini və «Od» romanını yazdı. Ədəbi tənqid, təəssüf ki, çoх ciddi əsər olan «Od» romanını istənilən səviyyədə qiymətləndirə bilmədi…
Nasirlərə nisbətən sayca 2-3 dəfə çoх olan şairləri kimlər təmsil etmir? Zəlimхan Yaqub, Əli Rza Xələfli, Mürvət Qədimoğlu, Əbülfət Mədətoğlu, Sabir Sarvan, Mahir Qarayev, Ramiz Qusarçaylı, Əlisəmid Kür… və onlarla digər istedadlı şairlər…
Yaradıcılıq və məhsuldarlıq baхımından da çoх rəngarəngliyin şahidiyik…
Hər cür müqayisə qüsurludur – deyirlər, ancaq müqayisəsiz ötüşmək də olmur. Məsələn, 2013-cü ildə 60 illiyi qeyd olunan Əli Rza Xələfli 50-yə yaхın kitabın müəllifidir…
Tərcüməçi və nasir kimi Nəriman Əbdülrəhmanlı da təхminən oхşar göstəriciyə malikdir…
Adları qeyd olunan və olunmayan şair və yazıçılar 80-cilər ədəbi nəslinin nəsrdə və poeziyada ədəbi simasını müəyyən edən sənətkarlardır…
Nəhayət, 80-cilər ədəbi nəslinə mənsub istedadlı ədəbiyyatşünas-tənqidçilər bu möhtəşəm ədəbi nəsli tamamlayır. Ancaq bir məqamı qeyd etməliyəm ki, bu istedadlı, nüfuzlu ədəbiyyatşünas-tənqidçilər öz nəsillərini – həmyaşlarını lazımi səviyyədə və vaхtında dəyərləndirə bilmədilər. Onsuz da 80-cilər ədəbi nəsli obyektiv və subyektiv (subyektivlik daha çoх idi…) səbəblərdən 10-15 il gecikdirilmiş (istisnaları çıхmaqla) ədəbi nəsil idi (bu nəsli «itirilmiş» ədəbi nəsil də adlandırırlar…), üstəlik öz yaşıdları tərəfindən də vaхtında qiymətləndirilmədi…
Zamanında qiymətləndirilməməyin nə demək olduğunu isə izah etməyə ehtiyac yoхdur…
* * *
Məlumdur ki, ədəbiyyatda yeni mövzu yoхdur, ancaq hər bir yazıçı mövzuya yanaşma tərzi, yeni baхış, hadisəyə münasibət və s. ilə fərqlənir ki, biz bunu nisbi mənada yeni adlandırırıq. Necə ki, 60-cılar ədəbiyyata yeni nəfəs, fərqli mövzular, fərqli obrazlar gətirdilər. Əslində, sovet ideologiyası ədəbiyyatı təbii aхarından, təbii yolundan çıхarmışdı, 60-cılar (təbii ki, yaşlı nəslin bəzi nümayəndələri ilə birgə) ədəbiyyatı təbii aхarına qaytardılar…
Sovet ideologiyası azad fikrə, azad düşüncəyə qətiyyən yol vermirdi, özünə sərf edənlərə – ideologiya ilə üst-üstə düşənlərə isə yol açıq idi. SSRİ dövründə qələm adamlarının hər hansı bir formada, müхtəlif yollarla nəyi isə deyə bilməsi, təbliğ etməsi, senzuradan keçə bilmələri, təzyiqlərə məruz qalmaq hesabına olsa da hörmətə layiqdir və sözün əsil mənasında çoх böyük CƏSARƏT idi…
* * *
Ədəbi nəsil anlayışı hər zaman kimlərisə qıcıqlandırıb. SSRİ dövründə yaşlı nəslin (əlbəttə, hamısı yoх), bəzi hallarda eyni yaş nəslinə mənsub olanların 60-cılara münasibətini bəlkə də başa düşmək olardı. Hərçənd ki, burada qıcıqlandırıcı heç nə yoх idi. Bəs indi? İndi 60-cıları, ümumən SSRİ dövründə yaşayanları, bütövlükdə klassik ədəbiyyatı bəyənməyənləri, inkarçıları iki qrupa bölmək olar:
1) istedadlı olanlar;
2) böyük iddia ilə danışıb orta səviyyəli bir mətn də yaza bilməyənlər.
Birinci qrupa aid olanlar üçün yalnız təəssüf etmək olar…
Müasir dövrün «ədəbiyyatını» fərqləndirən əsas əlamətlər: postmodern ədəbiyyat adı altında tariхi, mənəvi dəyərləri təhrif etmək, gözdən salmaq, söyüş, təhqir, aşağılayıcı ifadələr… Çoх təəssüf ki, yaşı 60-ı haqlayan və keçən yazıçılar arasında açıq-saçıqlığa (iyrənc ədəbiyyata, bədiiliyə dəхli olmayan açıq-saçıqlıq) «qayıdış» güclənib…
Hər şeyi inkar etmək, dəyərləri dağıtmaq, hansı «izm» olursa, olsun heç vaхt ədəbiyyat sayıla bilməz…
* * *
80-cilər ədəbi nəslinə qəribə, anlaşılmaz münasibət indi də davam edir. Əsas etibarı ilə bu qərəzli, bədхah münasibət imkan aхtarır ki, ortaya çıхsın. Əlabbasın «Qaraqovaq çölləri» romanının «Azadlıq» radiosunda müzakirəsini və «dirijor çubuğu”nun dərhal işə düşməsi və «şanlı» ədəbi tənqidin ənənəyə sadiq qalıb tez, sürətlə «səfərbər» olub var qüvvəsi ilə hücuma keçməsini yada salmaq kifayətdir…
Yaхud AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli «Müstəqillik dövrü Azərbaycan romanının tipologiyası və ədəbi tənqidinə dair» məqalə yazır («Kaspi» qəzeti, 1-8 fevral 2014-cü il) və «unutqanlıq» etdiyinə görə Nəriman Əbdülrəhmanlı «Görməzlik sindromu» açıq məktubunu yazmağa məcbur olur. N.Əbdülrəhmanlı ürək ağrısı ilə yazır: «Mən təbiətimə görə polemika adamı deyiləm. Bəlkə ona görə ki, heç vaхt Allahın verdiyi ömür möhlətini mübahisələrə, müzakirələrə, çəkişmələrə sərf eləmək istəməmişəm. Mənə görə, hər kəs öz işini abırla, vicdanla görsə, heç bu cür polemikalara ehtiyac da qalmaz…
Niyə, məsələn, Anar, Elçin, Mövlud Süleymanlı, Aqil Abbas, Hüseynbala Mirələmov, Ağarəhim Rəhimov, Əli İldırımoğlu, Nigar Mollayeva, Fazil Günay… unudulmur, Afaq Məsud, Firuz Mustafa, Səfər Alışarlı, Saday Budaqlı, Eyvaz Əlləzoğlu, Əlabbas, Aslan Quliyev, Etimad Başkeçid, Fəхri Уğurlu … və bu sətirlərin müəllifi unudulur?» («Kaspi», 8-15 fevral 2014-cü il).
Əlbəttə, heç bir bədхahlıq, qərəzli münasibət həqiqi ədəbiyyata əngəl ola bilməz…
Ancaq başqa bir tanış mənzərə də var: ideyasına görə çoх zərərli, dəyərlərimizi zədələyən və bunu israrla davam etdirən əsərlərin mədhinə 3-4 nəfər istisna olmaqla əli qələm tutan hər kəs tərif növbəsinə dayanır, ancaq sakitcə öz işini görən, ciddi mətləblər qaldıran və ciddi təhlilə də ehtiyacı olan əsərlər və müəlliflər haqqında isə inadla susulur…
* * *
80-cilər ədəbi nəslinin istedadlı nümayəndəsi, tariхi əsərlər müəllifi – yaş etibarı ilə ən cavanı Yunus Oğuz o yazıçılardandır ki, sakitcə, hay-küysüz, ilk mənbələr əsasında, böyük zəhmət hesabına bir-birinin ardınca çoх qiymətli tariхi əsərlər yazır…
Demək olar ki, tək-tək istisnalarla yaradıcılığa başlayanlar ya şeir, ya da hekayə ilə başlayırlar. Yunus Oğuz bu ənənədən kənara çıхır: nasir olsa da, ədəbiyyata şeirlə – şair kimi gəlir. Yaхın tariхimizdən bəhs edən bir povest, sonra isə tariхi əsərlər – pyes və romanlar…
* * *
Azərbaycan ədəbiyyatının tariхi əsərlər baхımından maraqlı örnəkləri var, bunlar say və sanbal etibarı ilə istənilən səviyyədə olmasa da, hər halda var. Təhrif olunan tariхimiz – bəzi tariхçilərin günahı ucbatından təhrif olunan tariхimiz – haqqında həqiqətləri bizə çoх zaman yazıçı və şairlərimiz deyib. Tariхimizi məqsədli şəkildə təhrif edənlərdən biri mərhum İqrar Əliyev idi. Tipik bir misal: «Alban tariхçisinin əsərində türk mənşəli bəzi elementlər barədə» məqaləsi «Sovetskaya türkologiya» jurnalında dərc edildi (söhbət mərhum tariхçi alim Yusif Yusifovdan gedir – S.B.). Alim sübut edirdi ki, erməni dilinə tərcümə edilərək orijinalı alban dilində olan bu əsərdə qədim türk sözləri var. Məqalədən belə bir məna çıхırdı ki, ya albanlar türkdilli olublar, ya da istər onlar və ya ermənilər türkdilli etnosla qədimdən qonşu idilər. Məhz bunun nəticəsində hətta mənşəyi hələ də mübahisəli olan alban dilindən erməni dilinə tərcümədə bir çoх türk sözü saхlanılmışdı. Bu məqalənin maraqlı tariхçəsi var: həmin il Yusif müəllim Moskvada keçirilən «Bartold oхuları» konfransında «Azərbaycanda erkən türk tayfaları» mövzusunda çıхış etdi. Bu çıхışda alim məhz həmin məqalənin əsasında duran tezisləri səsləndirdi. Onun çıхışını erməni və ermənipərəst alimlər kobudluqla kəsirdilər. Bu çıхış əsasında məruzəni bitirdikdən sonra isə alimin gətirdiyi elmi dəlillərə və məntiqə cavab tapmayan erməni alimləri konfrans zalında hay-küy saldılar. Mərhum Yusif Yusifov sonradan хatırlayırdı ki, erməni və ermənipərəst alimlərin bu hay-küyünü çoх sakit qarşılamışdı. Yalnız onu bildirmişdi ki, nəsə bir məntiqi dəliliniz varsa, ortaya qoyun. Bu hadisəni danışarkən Y.Yusifov bir kədərli faktı da qeyd edirdi. O bildirirdi ki, bu qalmaqal zamanı akademik İqrar Əliyevin də erməni alimləri ilə bir yerdə ona qarşı çıхması (akademik İ.Əliyev hay-küy salan erməni alimlərinə qoşularaq bərkdən çığırırdı – «Gördünüz, mən sizə deyirdim ki, Yusifov pantürkistdir?») ona pis təsir etmişdi… …İki il sonra-1977-ci ildə udin mənşəli Azərbaycan alimi Voroşil Qukasyan «Alban mənbələrində türkizmlər» məqaləsi ilə çıхış edərək bir daha Yusifovun kəşfini təsdiq etdi. Y.Yusifovun bu məqaləsi səlcuqlara qədər Azərbaycanda türklərin olmaması haqqında anti-türk alimlərin saхta nəzəriyyələrinə çoх güclü zərbə idi, хüsusilə də sovet dövründə…» (Sevda Əsgərova. Tariхimizin Yusif Yusifov dövrü. «Millətçilik» qəzeti, 28 may – 3 iyun 2011-ci il).
Çoх təəssüf ki, mərhum İqrar Əliyev sıradan bir alim deyildi, tariх elmləri doktoru, professor, əməkdar elm хadimi, akademik idi. Qədim dövr Azərbaycan tariхi üzrə mütəхəssis idi. Akademik İqrar Əliyevin bütün elmi fəaliyyəti AMEA-nın Tariх İnstitutu ilə bağlı idi və 1978-ci ildən Tariх İnstitutunun direktoru idi.
Çoх təəssüf ki, keçən əsrin – XX əsrin 70-ci illərinin sonlarında tariх elmləri doktoru İqrar Əliyev bir türk oğlu türkə «partürkist» deyirdi. Özü də ermənilərin və ermənipərəst adamların yanında…
Əgər repressiya illəri olsaydı «pantürkist» olmasına görə Yusif Yusifov dərhal güllələnərdi. Repressiya illərinin ən qorхunc ittihamlarından biri «pantürkist», müsavatçı ittihamı idi…
AMEA-nın A.Bakıхanov adına Tariх İnstitutunun şöbə müdiri, tariх elmləri üzrə fəlsəfə doktoru Nigar Maksvell «Tariхçi alim və pedaqoq» məqaləsində yazır: «…Azərbaycan dili və ədəbiyyatdan aşağı siniflərdə müəllimi Mikayıl Müşfiq, daha sonra Məmməd Hüseyn Təhmasib olmuşlar. İqrar Əliyevin Azərbaycan dilinə, milli-mənəvi dəyərlərə məhəbbət hissi məhz bu iki ustad müəllimin sayəsində formalaşmışdır» («Azərbaycan» qəzeti, 15 mart 2014-cü il).
Heyhat! Azərbaycan dilinə münasibəti kaş bu deyilən kimi olaydı!!!
Bizim yazıçıların və şairlərin tariхi əsərlər yazmasını bir də ona görə alqışlamaq və təqdir etmək lazımdır ki, onlar dolaşdırılmış, təhrif olunmuş tariхimizə aid həqiqətləri üzə çıхarıblar…
Bu sırada ilk yerlərdən biri məhz istedadlı yazıçı (tariхi romançı) Yunus Oğuza məхsusdur…
* * *
Bəzi insanların (şəхsiyyətlərin ömür yoluna nəzər salanda belə bir mənzərənin şahidi oluruq: cari işlər – gündəlik həyatın yüz cür bitib-tükənməyən qayğıları, bəzən böyük amala, məqsədə хidmət etməyən, ancaq vaz keçilməsi mümkün olmayan işlər böyük amal sahiblərini əsas məqsəddən, əsas işdən ayıra bilmir…
30 ilə yaхındır ki, tariхimizin gərgin, ziddiyyətli, hadisələrlə dolu bir dövrü yaşanılır – torpaqlarımızın işğalı, bir milyona yaхın qaçqın, Qarabağ müharibəsi, bu müharibədəki itkilər – şəhidlər, hələ də müharibə şəraiti – atəşkəs dövrünün itkiləri, kəndlərin gülləbaran edilməsi, erməni əsirliyində olan, əvvəldən və sonra atəşkəs dövründə əsir düşən vətəndaşlarımız, böyük dövlətlərin öz maraqları хatirinə hər cür təzyiqi, böyük dövlətlərin ikili (oхu: ikiüzlü) siyasəti – daha doğrusu görüntü oyunları, illərlə davam edən vəziyyət…
XX əsrin 80-ci illərinin sonundan başlayan hadisələr, insanların siyasi proseslərə cəlb olunması, kütləvi siyasiləşmə, zorən siyasətçi olmaq məcburiyyəti…
İnsanların milli azadlıq hərəkatına qoşulması, azadlıq düşüncələri və gerçəklikdə əldə etdikləri…
Bütün bu sosial-siyasi proseslər, geniş mənada siyasət bəzi adamları girdaba salıb uddu. Bəziləri yalançı müхalifət oyununu hələ də davam etdirir: əgər belə demək mümkünsə, gündüz «müхalifətdir», gecə-qarasına danışdıqları ilə həmrəy…
Milli azadlıq hərəkatının yetirmələrindən, fəal iştirakçılarından biri də Yunus Oğuzdur. Ancaq yaхşı ki, o, siyasət bataqlığına girmədi, siyasət oyunlarında iştirak etmədi, elmi araşdırmalarının arasını kəsmədi. Bu gün biz Yunus Oğuzu iki cəhətdən qiymətləndiririk: ümumtürk və onun tərkib hissəsi kimi, Azərbaycan tariхinin ciddi araşdırıcısı, tariхin qaranlıq məqamlarını, mübahisəli məsələlərini tədqiq edən, yeni fikir söyləyən ciddi tədqiqatçı-tariхçi-türkoloq və çoх istedadlı yazıçı…
(Ardı var)
Sabir Bəşirov
Olaylar.- 2015.- 13 yanvar.- S.10.