Nadir şahı azərbaycanlılara sevdirən
əsər
Yanvarın 10-da Azərbaycan Dövlət Milli Dram Teatrında
yazıçı-publisist Yunus Oğuzun eyni adlı tarixi romanı əsasında səhnələşdirilmiş
“Nadir şah”
tamaşasının növbəti premyerası keçirildi. Qeyd edək ki, Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi
ilə səhnələşdirilmiş əsərə
istedadlı rejissor Gümrah Ömər
quruluş verib. Baş rolu Azərbaycanın
əməkdar artisti Məmməd Səfa
oynayırdı. Vətənpərvərlik mözvusunda
çəkilmiş filmlərdə və səhnə əsərlərində
istedadlı aktyorun ilk
rolu deyildi “Nadir şah”.
Bundan əvvəl o, yazıçı Aqil
Abbasın “Dolu” romanı əsasında çəkilmiş
eyni adlı bədii filmdə “Komandir” rolunu ifa edib. İşə içdən gələn
milli yanğı, vətənpərvərlik
duyğuları ilə yanaşan Məmməd
Səfa parçalanmış, dövlətçiliyi əldən
getməkdə olan, ərazilərini
düşmənlər ələ keçirmiş
bir dövlətin xilaskar
şahının obrazını ustalıqla yarada
bilib.
Məmməd Səfanın “Nadir
şah”ı qonşu türk
xalqları ilə mehriban münasibətlər
yaratmağa, islamda
sünni-şiə ayrı-seçkiliyinə son
qoymağa çalışan mahir diplomat, dövlətin
bütünlüyü naminə oğlunun qətlinə belə fərman verməyə
qadir soyuqqanlı dövlət adamı,
Əmir Teymurun Böyük
Turan ideyasının
reallaşdırmağa çalışan qüdrətli sərkərdədir.
Məmməd Səfa, istedadlı aktyorlar Vidadi Həsənov (türk
sultanı), Elşən Rüstəmov, Ayşad
Məmmədov və tamaşanın gənc aktyorların
ifaları tamaşaçıların sürəkli
alqışlarına layiq idi.
***
Əsər ideoloji
baxımdan çox əhəmiyyətlidir.
Məlumdur ki, 70 illik sovet dönəmində
tarixşünaslıq, ədəbiyyat kommunist
ideyalogiyasının təsiri altında yazılırdı. SSRİ-nin bütün
xalqları, özəliklə də türk-müsəlman
millətlərinin yalnız rus
işğalından sonra azadlığa
çıxdığı vurğunlamalı idi.
Belə təbliğ olunurdu
ki, qardaş, möhtəşəm
rus xalqının yardıma yetişməsinə
qədər (əslinə işğalına) bu
xalqlar öz
xalqının qəddar düşməni olan
despotların zülmü altında inləyirmiş.
Azərbaycan sovet
tarixşünaslığı yalnız islama
qarşı çıxmış, türk-islam
dünyasını parçalamış tarixi şəxsiyyətləri,
hökmdarları qəhrəmanlaşdırırdı. Ədəbi
əsərlər Sovet
tarixşünaslığının bizə
sırıdığı saxta tarix əsasında yazılırdı. Xalqlar dostluğuna, ictimai bərabərlik ideyasına xidmət edən
tarix elmi “Türkmənçay”
sülhünü bizə xilsakar
rus xalqının Azərbaycan
xalqının İran və Türkiyə
feodallarının zülmündən xilası kimi sırıyırdılar. Biz
yalnız müstəqllik illərində bildik
ki, bu bədnam sülh Azərbaycanın şimal
torpaqlarının Rusiya imperiyası tərəfindən
ilhaqı ilə, Azərbaycanın iki yerə
bölünməsi ilə nəticələnib. Rus
şovinizminə xidmət edən tarixşünaslıq və
ədəbiyyat Azərbaycanı birləşdirməyə, rus işğalçılarının Qafqaza girişini əngəlləməyə
çalışmış Azərbaycan türk
hökmdarlarını zalım, qəddar, despot
kimi təqdim edərək
gözümüzdən salmağa cəhd
edib. Cənubi
Qafqazı yenidən mərkəzi dövlətə tabe etmək üçün
Tiflisə səfər etmiş Azərbaycan
Səfəvi dövlətinin hökmdarı Şah
Abbas (1787-1629), qüdrətli Avşar tayfasınına mənsub hökmdar Nadir şah, parçalanmış Azərbaycanı
yenidən birləşdirmək üçün
Arazın şimalına yürüşlər etmiş Qacar dövlətinin qurucusu
Ağa Məhəmməd şah
(1782-1797) Sovet ideologiyasının sevmədiyi
tarixi şəxsiyyətlər idilər. Halbuki bu adamlar
Şah İsmayılın qoyduğu
yolla gedir, Azərbaycanın
şimalı ilə cənubunu birləşdirmək istəyirdilər.
Sovet tarixşünaslığının
sevmədiyi “qəddar tiran”lardan
biri də təmiz Azərbaycan türkü, Avşar tayfasından
olan Nadir xan idi. Orta və ali
məktəbdə öyrəndiyimiz tarixi
dərsliklərində o, öz
xalqını qanını tökən, insanlara
ağlasığmaz işgəncələr verən əli
qanlı tiran, qonşu
xalqlara zülm verən
işğalçı, öz
doğmalarını belə qətlə yetirən despot kimi xarakterizə olunurdu. Halbuki onun yeganə “suçu” Rusiya imperiyasının Xəzər sahillərini
ələ keçirməsinə mane
olması idi. Tarixdən bəllidir ki, Nadir şahın
güclənməsi o dövrün
iri dövlətləri olan
İngiltərə, Fransa və
Rusiyanı narahat edirdi.
Onlar Xəzər-Kəngər bölgəsində
güclü türk
dövlətinin olmasını istəmirdilər. Bəzi ehtimala görə, Azərbaycan və İranda türk mərkəzli
güclü dövlətin yaranması
xüsusilə Birinci Pyotrun
vəsiyyyətinə görə “isti sulara” çıxmağı
qarşısına məqsəd qoymuş
Rusiyanı bərk narahat edirdi.
Bəzi ehtimallara görə,
1747-ci ildə Nadir şah
Avşarın, 1797-ci ildə Ağa Məhəmməd
şah Qacarın öldürülməsini
arxasında Rusiya və Qərb dövlətləri
dayanırdı. Sovet
tarixşünaslığı Şah
Abbası, Nadir şahı və Ağa Məhəmməd şah
Qacarı “qəddar hökmdar”, “zalım
despot” kimi təqdim
etməklə qalmırdı, onlar həm
də “İran şahı” kimi qələmə verilirdi.
Bu üç böyük şəxsiyyəti vətənpərvər
türk gəncliyinin gözündən
yalnız bu yolla salmaq olardı. Azərbaycan sovet
ədəbiyyatı bu tarixi
şəxsiyyəti əsasən mənfi planda
verirdi. Azərbaycan sovet
ədəbiyyatının şah əsərlərindən
sayılan “Vaqif” pyesində hətta şah Qacar təhqir olunur. Ancaq xalqın yaddaşında" (Şah
Abbas cənnətməkan, “Abbası qundaqda
görüb, Nadiri taxtda və s. aforizmlərlə)
bu hökmdarlar güclü dövlət xadimi,
böyük sərkərdə kimi yaşayırdı. Yunus
Oğuzun “Nadir
şah”ı böyük Azərbaycan
hökmdarını yenidən Azərbaycan türklərinə
qazandırmaq baxımından böyük
əhəmiyyətə malikdir. “Nadir şah”
tamaşası milli şüurda
Avşar dövlətinin “İran
dövləti” olmadığı fikrini, Nadir xanın əzazil orta
əsr xanı deyil, mərkəzləşmiş
güclü dövlət yaratmaq
istəyən əzəmətli dövlət xadimi
obrazını yaradır.
***
“Nadir şah”
pyesinin ana xəttini bütövlük, böyük Azərbaycan
ideyası təşkil edir. Sovet
dövründə vətənpərvərlik, bütövlük
mövzusunda əsərlər
yazılmış, bu əsərlər əsasında filmlər çəkilmiş, tamaşalar səhnəyə qoyulmuşdu.
Bəxtiyar Vahabzadənin “Gülüstan”
poeması, Məmməd Arazın, Süleyman
Rüstəmin güney həsrətli, Təbriz
sevdalı şeirləri dillər əsbəri idi. İlyas Əfəndiyevin
“Unuda bilmirəm” pyesində Azərbaycan
xalqının ayrılıq həsrəti, bütövlük
istəyi ifadə olunmuşdu. Ənvər Məmmədxanlının ssenarisi
əsasında çəkilmiş “Babək”, Əhmədağa
Muğanlının ssenarisi əsasında
çəkilmiş “Doğma sahillər”
və “Atları yəhərləyin”
bədii filmlərində güney, bütövlük mövzusu
qabarıq göstərilirdi. Ancaq bu ədəbi
və ekran əsərlərin mövcud tarixşünaslığın təsirindən
çıxa bilməmiş,
İrançılıq ideyasından qaçmaq
mümkün olmamış, Səfəvi,
Avşar və Qacar
dövlətləri “İran dövləti”
kimi təqdim olunmuş,
türk mərkəzli Azərbaycan
dövlətçiliyi ideyası əks
olunmamışdı. İlk dəfə olaraq xalq
yazıçısı Sabir Rüstəmxanlının
“Ölüm zirvəsi” romanı əsasında
çəkilmiş “Cavad xan”,
yazıçı-publisist Yunus Oğuzun eyni adlı
romanı əsasında səhnəyə qoyulmuş
“Nadir şah” pyesində
bu ənənə pozulmuş,
Səfəvi, Avşar və Qacar dövlətləri Azərbaycan türk dövlətləri kimi
təqdim olunmuşdur. Yunus Oğuzun
“Nadir şah”ı “qəddar İran” şahı deyil,
dövlətin birləşdirilməsi, ərazilərin
düşmən tapdağından azad
olunması yolunda hər cür
sərt addımlara gedən, öz doğma övladını belə sərt cəzalandırmaqdan
çəkinməyən böyük
dövlət xadimidir. Bu baxımdan “Nadir şah” pyesi böyük Azərbaycan hökmdarı, dünya şöhrətli sərkərdə,
fateh Nadir xan Avşarı azərbaycanlılara
qazandıran, sevdirən əsər kimi səciyyələndirilməlidir.
“Nadir şah” pyesi gənc nəslin bütövlük
şüurunun
formalaşdırılmasında, vətənpərvərlik ruhunda tərbiyəsində mühüm
əhəmiyyətə malikdir. “Nadir şah” pyesi ictimai şüurda
bütöv Azərbaycan dövlətçiliyinin
fikrinin möhkəmlənməsi
baxımından da önəmlidir. Yunus Oğuzun pyesi alt şüurda
hökmdar sülaləsinin deyil, dövlətçiliyin
qutsallığı fikrini
formalaşdırır. Bəlkə də elə
buna görədir ki, əsər
də Türkiyənin məşhur “Möhtəşəm yüz il”
serialındakı kimi sultanın ailəsi,
xanımları, oğlanları qabarıq verilmir,
daha çox Azərbaycan
şahın dövlət qurucusu, sərkərdə,
mahir diplomat obrazı
göstərlilir.
Müəyyən
çatışmazlıqlarına rəğmən “Nadir şah” pyesi yabançı kommunist
ideologiyasına xidmət edən Sovet
tarixşünasılığının və Sovet ədəbiyyatının düşmən
kimi təqdim etdiyi
görkəmli dövlət adamlarımızın yenidən
xalqımıza qazandırılması, sevdirilməsi yolunda atılan ilkin addımlardan biridir. Sabir Rüstəmxanlı, Yunus
Oğuz, Əli Əmirli bu
işi başladan
müəlliflərdir. Yəqin ki, bu ideya gələcək
müəlliflərin diqqətini çəkəcək və
bu mövzuda daha sanballı, yüksək sənət
meyarlarına cavab verən əsərlər
yazılacaq, tamaşalar səhnəyə
qoyulacaq.
Elman Cəfərli
Olaylar.-2015.-
13 yanvar.- S.9.