"Dəbistan" jurnalının bir
nömrəsinin
biblioqrafiyası
Həsən bəy,
Allah sənə rəhmət eləsin!
"Dəbistan" Azərbaycan
uşaq mətbuatının ilkidir. "Dəbistan" fars sözüdür, " ibtidai məktəb,
mədrəsə" deməkdir. "Dəbistan"ın
ilk nömrəsi 1906-cı ilin aprel ayının
16-da çıxmışdır.1906-cı ildə "Dəbistan"
17 dəfə yeni nömrələri ilə oxucuları
mütaliəsinə təqdim olunmuşdur. 1907-ci il
yanvarın 14-də 18-ci nömrəsi çıxandan sonra
""Dəbistan" yanvarın 26-dan yeni nömrə ilə çıxmışdır:
26 yanvar 1908 -ci il,N 1
07 fevral
1908 -ci il, N 2
21 fevral
1908- ci il, N 3
06 mart
1908- ci il, N 4
26 mart
1908 -ci il, N 5
06 aprel
1908- ci il, N 6
26 aprel
1908- ci il, N 7
04 iyun
1908-ci il, N 8
İyunun 4-də -8-ci (24) nömrəsi
çıxandan sonra "Dəbistan" öz
fəaliyyətini dayandırmışdır. 28 noyabr
1907-ci ildə Həsən bəy
Məlikzadənin (Zərdabinin-N.N.) vəfatından sonra "Dəbistan"nın ehyası
(yenidən bərpası-N.N.) üçün müəllimlərdən 15 nəfərlik bir heyət təşkil olunmuş,
onların xitabnaməsi
"İrşad" qəzeti vasitəsilə (N5,1908-ci
il) oxuculara
ünvanlanmışdır.
15 nəfərlik
müəllim heyətinin xitabnaməsi “İrşad” qəzetində
çap olunandan iki ay sonra - 1908-ci il martın 10-da "Dəbistan"ın məxsusi bir nömrəsi ilə oxuculara
çatdırılmışdır. Bu nömrə bütövlükdə
Həsən bəy Məlikzadəyə həsr
olunmuşdur.
8
aylıq fasilədən sonra "Dəbistan"nın bu nömrəsinin meydana gəlməsinin
səbəbi jurnalın sonuncu nömrəsinin sonuncu-16-cı səhifəsindəki bir yazıdan
məlum olur.
Mətləbdən xali
olmadığı üçün oxucuları “Dəbistan”jurnalının
yaradıcı heyəti ilə
tanış etmək istəyirəm.
"Dəbistan"ın naşiri və
redaktoru Əlisgəndər Cəfərzadə (14 otyabr 1875-ci il-
28 yanvar
1941-ci il) idi. O,1887-1890-cı illərdə
Bakıda rus-tatar məktəbində oxumuş,1897-ci ildə
mötəbər müəllimlərindən təşkil
olunmuş xüsusi komissiya qarşısında imtahan verərək,
türk dili ( Azərbaycan dili-N.N.) müəllimiyinə əsas
verən şəhadətnamə almış, Bakının
bir sıra məktəblərində ibtidai məktəb
müəllimi işləmişdir. Müəllim işləyə-işləyə
"Nəşri-maarif
cəmiyyəti"ndə katib( 1906-1918), Azərbaycan
Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin
müdiri (1920-1924)vəzifəsində
çalışmışdır. Təəssüf ki,
Ə.Cəfərzadənin Azərbaycan Xalq Maarif
Komissarlığındakı böyük maarifçilik fəaliyyəti hələ öz elmi təddiqini
tapmamışdır. Təkcə bu faktları yada salaq ki,Ə.Cəfərzadə komissarlıqda işləyərkən
"Maarif" adlı uşaq
jurnalın yaradıcılarından biri kimi təhsil
tariximizdə bu gün belə əhəmiyyətini itirməyən
əzəmətli işlər
görmüşdür.
“Dəbistan
“ jurnalında Məhəmmədhəsən
Əfəndizadənin
(1886-1918) xidmətləri də yaddan
çıxmamalıdır.
Əli bəy Hüseynzadə
1906-cı il aprelin 27-də "Həyat" qəzetinin 91-ci
nömrəsində dərc etdirdiyi "Molla Nəsrəddin"
və "Dəbistan"
adlı məqaləsində
millətin tərəqqisi yolunda
məktəb təhsilinin vacibliyindən söz
açırdı.
Dövlət
idarələrində çoxlu sözü keçən
dostlarının olmasına baxmayaraq, Əlisgəndər Cəfərzadə
"Dəbistan"
jurnalını nəşrinə
razılıq almaq
üçün bir
sıra çətinliklərlə
qarşılaşır. O,
Bakı şəhər rəisinə yazdığı ərizəsində müsəlman
məktəblərində təhsil
alanlar üçün
vaxtaşırı nəşr olunan mətbu orqanın
olmadığını xatırladır və müsəlman uşaqları
üçün Azərbaycan
dilində "Dəbistan" adlı müsəvvər(şəkilli)
bir jurnalın nəşrini
faydalı hesab edirdi.
Nəhayət,"Dəbistan"ın
nəşrinə icazə verilir.
"Dəbistan"
başlığı altında - onun iki həftədə bir
dəfə nəşr olunan, millətin tərəqqi və təkamülünə
xidmət edən müsəvvər (şəkilli-N.N ) jurnal idi. Jurnalın idarəxanəsi
Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki
binasında yerləşirdi.
Həsən bəy Zərdabinin
jurnalda çap olunmuş yazılarından, təbiət
mövzusunda yazdığı elmi-populyar oçerklərindən
bu günün biologiya və zoologiya müəllimləri
çəkinmədən istifadə edə bilərlər.
"Tarixi-təbii" başlıqlı bu
yazılar məktəb yaşlı uşaqların
dünyagörüşünün daha mükəmməl
şəkildə formalaşdırılmasında mühüm
rol oynaya bilər.
Jurnal təlim-tərbiyə işində ailəyə
kömək məqsədi ilə "Valideynə məxsus vərəqə" adlı əlavə
ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə
olunması haqqında valideynlərə tövsiyələr
verilirdi. Jurnalın ilk sayının
baş məqaləsində valideynlərə müraciətdə
bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən
faydalı olan məqalələrin, hekayələrin, tapmaca və
bilməcələrin oxunması uşaqlar üçün
çox faydalıdır.
"Dəbistan" jurnalında dövrün
tanınmış ziyalıları və
yazıçılarının imzalarını görmək
mümkün idi.
Redaksiya heyəti jurnal dilinin sadə, xalqa yaxın
olmasına çalışır, dil haqqında məqalələr
dərc edir, çap olunan əsərlərdəki əcnəbi
sözlərə aid lüğət və hər nömrəyə
dair mündəricat verirdi.
"Dəbistan"ın naşir və redaktorları Azərbaycanın
məktəb tarixində özünəməxsus yeri olan
ibtidai sinif müəllimləri Əliisgəndər
Cəfərzadə (1875-1941) və Məhəmmədhəsən
Əfəndizadə (1886-1918) idi. Bir müddətdən
sonra naşir və redaktorluq işini Ə.Cəfərzadə
təkbaşına görür. "Dəbistan"ın
ətrafına bir çox ziyalı adamların, məktəb
müəllimlərinin toplanması bu mətbu orqanı
aydınların tribunasına çevrilir.
H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət,
M.Hadi kimi görkəmli işıqlı fikir
adamlarının "Dəbistan"dakkı
çıxışları dərginin əhəmiyyətini
xeyli artırmışdı.
İki
illik fəaliyyəti
dövründə "Dəbistan" jurnalı
maddi problemlərlə üzləşir. Ə.İ.Cəfərov artıq
bağlanmaq ərəfəsində olan jurnalın
axırıncı sayında yazırdı: "Oxucular, bəllidir ki, jurnalın axırıncı
nömrəsi artıq gecikir. Mən işimi
lazımi səviyyədə aparıram, bütün müsəlman
əhalisi mənim işimə deyil, "Dəbistan"ın
artıq qaçılmaz olan ölümünə, vəfatına
acıyırlar. Bütün müsəlman cəmiyyəti
dərin yuxudadır, hərəkətsizdir və çox baha
da olmayan qəzeti almağa qadir deyildi”.
***
Oxuculara
“Dəbistan”ın 1908-ci ildəki birinci, xronoloji baxımdan 25-ci nömrəsinin biblioqrafiyasını təqdim
edirik.
Birinci səhifədə
jurnalın adı rus və ərəb əlifbası ilə
yazılmış, nömrəsi(9-cu
nömrə) ərəb rəqəmi ilə göstərilmişdir.
Jurnalın bu nömrəsi 1326-cı il səfərül
müzəffər ayının 20-də(
miladi təqvimlə 10 mart 1908-ci il-N.N,)
çıxmışdır.
II səhifədə mərhum Həsən bəyin son mənzilə yola salınma mərasiminin
bir anı foto şəkli vasitəsilə
tarixə düşmüşdür. Şəklin altında
bu sözlər yazəlmışdır:”Daş körpü tərəfdən
alınan mərhum Həsən bəyin təşiyyeyi-cənazəsinin
mənzərəsidir”. Şəklin sağ tərəfindəki
yazıdan məlum olur ki, bu şəkil “Dəbistan” məcmuəsinin 9-cu
nömrəsinə əlavədir”.
III səhifə məcmuənin ənənəvi səhifəsidir. Üç
şəkil kollaj edilmiş, baba və nəvə (rəssam
P.M.)üzlərini yeni üsullu məktəbin
atributlarına –dəftər,qələm,qlobusa (rəssam
V.S) tutaraq, məscid tərəfdəki
evlərindən məktəbə gedirlər. Bu səhifədəki ”uşaqlara məxsus iki həftədə
nəşr olunan,əbnayi-millətimizin tərəqqi və təkamülünə
xidmət edən müsəvvər türk jurnalıdır”
sözləri də çox mətləbləri yada salır.
Bu səhifədəki ilk yazı Ə.İsgəndərin qələmə
aldığı
“Təracümül-əhval”dır.İkinci
yazı Həsən bəyin təşiyeyi-cənazəsi
haqqındadır.Müəllifi ”S” imzası ilə göstərilib.
Sonrakı yazı “Həsən bəyin türk
millətinə xidmətləri”adlandırılmışdır.
Müəllifi F.Ağazadədir. Sonuncu yazı “Dil millətin həyatına vasitədir”. Müəllifi
S.Əbdürrəmanbəyzadədir. Dörd yazının hər
biri Həsən
bəy Məlikzadənin mənalı və şərəfli
həyatını müxtəlif cəhətlərdən əks
etdirən yarımbaşlıqlara
bölünmüşdür.
Məcmuənin ikinci məqaləsi mərhum
Həsən bəy Məlikovun
noyabrın 29-da son mənzilə yola salınması
haqqındadır:təşyi cənazəsi. Məqalə “S” imzası ilə
yazılmışdır. Bu imza, çox güman ki, Həsən
bəyi yaxından tanıyan , hələ 1890-cı illərdən
onunla əqidə və məslək dostu olan Sultan Məcid Qənizadənindir.
Bu yazı Həsən
bəy Məlikzadəyə göstərilən xalq məhəbbətinin
əyani sübutudur. Cənazənin qabağında təqdim
olunan şu şeylər əllərdə tutulmuşdu:
1)Gimnaziya
müəllimləri tərəfindən mərhumun əl ilə çəkilmiş
böyük şəkli
2)Bakı
müsəlman müəllimləri tərəfindən
gümüş cildli albom üzərində qııl çərçubə
içində mərhumun təsviri
3)”İrşad”
qəzetəsi tərəfindən gözəl çiçəklər
ilə bəzənmiş çarçubə1875-ci ildə nəşr
olunan “Əkinçi” qəzetəsinin bir nömrəsi
4)”Dəbistan”məcmuəsi
tərəfindən cəmaətə paylanmaq
üçün əlahiddə vərəqlərdə mərhumun rəsmi
5)Bakı
müsəlman dram dəstəsi tərəfindən məxmər üstündə gümüşdən
qayrılmış sənayei-nəfisənin əlaməti olan lira.
...Cənazə müsəlman
arasında görünməmiş təntənə və dəbdəbə
ilə Qasım bəy məscidinə
aparıldı. Orada iramayi-giram mərhumun namazını əda
etdilər.Namazdan sonra cənazəni məscidə aparıb,
orada xətmi-Quran olununca həyətdə
natiqlər nitq söyləməyə başladılar...Mərhumi
–möhtərəmi dəfn etmək üçün Bakının yavuqluğunda olan Bibiheybətə arardılar.
Böylə vücudun türbəsi ziyarətgahi-irfan
olacağı şübrəsizdir”.
“Dəbistan”ın
9-cu nömrəsindəki üçüncü məqalənin
müəllifi müəllim Fərhad Ağazadədir. Məqalədə Həsən bəyin
türk millətinə etdiyi xidmətlərindən, müəllimlik
fəaliyyətindən,müsəlman
teatrının ,”Cəmiyyəti-xeyriyyə”nin banisi
olmasından,mühərrir və qəzet sahibi olmasından ətraflı
söz açılır.
“Dəbistan”ın
9-cu (10.03.1908-ci il) nömrəsindəki”Dil millətin həyatına
bir vasitədir” məqaləsinin müəllifi Süleyman bəy
Əbdürrəhmanbəyzadədir. Cəmi 7
abzasdır.
Jurnalın sonundakı “Dəbistan” şirkətinə dair” yazıda “Dəbistan” məcmuəsinin
düşdüyü çətinliklərdən, onun nəşrini davam etdirmək yolunda
aparılan böyük işlərdən söz
açılır.
Sonda şirkətə
daxil olanların siyahısı verilmişdir.
Göründüyü kimi, “Dəbistan”ın sonuncu
nömrəsi bir qrup milli
ziyalılarımızın maddi vəsaiti ilə
çıxmış, onlar öz müəllimlərinə
- Həsən bəy Zərdabiyə
öz ləyaqət və
ehtiramlarını bildirmişlər.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının
əməkdar müəllimi,
Olaylar.- 2015.- 13 yanvar.- S.8.