Vətənpərvərliyin
təbliği üçün
telekanallar ciddi iş
görməlidir
Tərlan
Eyvazov: “Çünki hazırda ən çox izləyici
kütləsini televiziyalar yığıb”
Azərbaycanda gənclərin milli mənlik süurunun inkişaf etdirilməsi və və
vətənpərvərlik hisslərinin artırılması
ilə bağlı maarifləndirmə tədbirləri
aparılır. 90-cı illərin əvvəlləri ilə
müqayisədə bu gün
bu prosesə daha geniş yer ayrılıb,
gənclərin maarifləndirilməsi üçün
kifayət qədər şərait yaradılıb. Azərbaycanda
yetişən gənc nəslin də yaradılmış bu imkanlardan istifadə etməsi
vacibdir.
Bu gün Azərbaycanda 100-ə yaxın gənclər
təşkilatları var ki, həmin təşkilatlar öz üzvləri ilə
yanaşı, ölkədəki gənclərin də milli mənlik
şüurunun inkişafına və vətənpərvərlik
hisslərinin artırılmasına diqqət yetirir, gənclərdə
vətənpərvərlik hisslərinin yüksəlməsinə
çalışır. Əslində, bu proses
Azərbaycanda 90-cı ilin əvvəllərindən
başlansa da, həmin
vaxtlarda şəraitsizlik bu
cür təbliğatların
aparılmasına, yüksək səviyyəyə çatdırılmasına
mane olurdu. Ümummilli lider Heydər
Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Azərbaycanın inkişafı ilə
yanaşı, gənc nəslin inkişafına da böyük diqqət ayırdı və Azərbaycan
gəncinin aktiv fəaliyyətinə
şərait yaratdı. Bu gün
bu sahəyə daha böyük diqqət artırılmaqdadır
və Azərbaycan gəncinin özünü
dərk etməsinə daha geniş
şərait yaradılıb. Amma, bu şəraitdən daha geniş istifadə etmək vacibdir.
Müharibə şəraitində yaşayan
Azərbaycanda Azərbaycan gənclərinin vətənpərvərlik
hissi daha çox olmalıdır.
Ölkədə gənclər
üçün normal
şərait yaradıldığı halda
gənclərin milli mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinin
artırılması ilə bağlı görülən
işlər qənaətbəxşdirmi? Bunun
üçün hansı tədbirlər
görülməlidir?
“Qorqud”
Araşdırmalar Mərkəzinin rəhbəri, ehtiyatda olan zabit Tərlan Eyvazov hesab edir
ki, bu sahədə əvvəlki
illərə nisbətən inkişaf var. Tərlan Eyvazov deyir ki, əvvəlki illərdə
bu sahədə vəziyyət qənaətbəxş
deyildi. Amma, hazırki
dövrdə irəliləyiş mövcuddur:
“Son illərdə kütləvi informasiya vasitələrində, ictimaiyyətdə,
birinci növbədə isə dövlətin
orduya, Silahlı Qüvvələrə böyük ümidi var. Bu da
ictimaiyyətdə vətənpərvərlik hissinin
artmasına səbəb olur. Bu ilk növbədə
dövlətin orduya
qayğısının nəticəsidir. Dövlətin
orduya diqqəti, ordunun
silahlandırılmasına diqqətin artırılması, hərbçilərin
məişət şəraitinin
yaxşılaşdırılması, əsgərlərə
qayğının artırılması, əsgərlərin təsərrüfat
işlərindən uzaqlaşdırılması, bu işlərə mülki
şəxslərin cəlb edilməsi, zabitlərə mənzillərin
verilməsi, hərbçilərin maaşlarının
artırılması, əsgərlərin sırf döyüş hazırlığına cəlb
edilməsi bu məsələdə böyük rol
oynayır”. Tərlan Eyvazov deyir ki, son
vaxtlarda Ali Baş Komandanın və müdafiə nazirinin hərbçilərə düşmənə
layiqli cavab verməsi
barədə tapşırıq verməsi də Azərbaycan ordusu ilə yanaşı ictimaiyyətdə də
ruh yüksəkliyi yaradıb: “Yəqin ki, sonuncu vertolyot
hadisəsini xatırlayırsınız. Bizim
hərbçimizin düşmən vertolyotunu
vurmasından sonrakı vəziyyət ictimaiyyətin, gənclərin
orduya olan
inamını, vətənpərvərliyini bir
daha artırdı”. Tərlan Eyvazov deyir ki,
son illər Səfərbərlik üzrə
Dövlət Xidmətinin gördüyü
müsbət işlər də gənclərdə vətənpərvərlik
hisslərini artırıb: “Son illər orduya qeyri-sağlam
çağırışçıların
aparılmaması,
çağırışçıların ciddi
yoxlanılması təqdirəlayiq məsələlərdəndir”.
Mərkəz rəhbəri
deyir ki, buna baxmayaraq bu sahədə bəzi problemlər
qalmaqdadır və bu da
vətənpərvərliyin artırılmasına müəyyən
təsirlər edir: “Qanunda
nəzərdə tutulduğu kimi, 17 yaşlı
çağırışçıların cəlb olunması,
onların fiziki və hərbi
hazırlığının artırılmasında nöqsanlar hələ də var.
Bu problemlər tam aradan qaldırılmalıdır”. Tərlan Eyvazov deyir ki,
bu gün orta məktəblərdə hərbi
hazırlıq, vətənpərvərliyin təbliği var: “Orta məktəblərdə
bu cür tədbirlərin
keyfiyyətinin artırılmasını müşahidə edirik. Bu istiqamətdə
görüləsi işlər çoxdur.
Bunlardan biri də onillik təhsildən onbirillik
təhsilə keçməsində baş
verib. İndi orta məktəbi bitirən
oğlanların hərbiyə
hazırlanmasına çox az vaxt qalır. Bu da bir
növ diskomfort
yaradır. Bu prosesdə çağırış
yaşının 19-20 yaşa
qaldırılması məqsədəuyğun olardı. Bu mənim fikrimcə öz
effektini verərdi. Çünki,
orta məktəbi bitirən oğlanlar sinif
oturacağından birbaşa hərbiyə
yollanır, onların hərbiyə hazırlanmasına, özünü hazırlamasına imkan olmur. Bu da
çağırışçıların mülki
həyatdan hərbi həyata adaptasiyasında çətinliklər
törədir. Amma. Orta
məktəb məzununun hərbiyə hazırlanmasına
müəyyən vaxt olsa,
məncə bu problem aradan qalxar”.
Tərlan Eyvazov deyir ki,
bu cür halların aradan qaldırılması gənclərdə
hərbi vətənpərvərliyin artmasında yüksək
dönüş yaradar.
Telekanallarda bayağı
verilişlər yox,
vətənpərvərlik proqramları hazırlanmalıdır
Ekspert deyir ki,
bu sahədə əsas maarifləndirmə
vasitəsi ölkə televiziyalarıdır və telekanallar öz fəaliyyətində
bu sahədə ciddi dönüş yaratmalıdırlar.
Telekanalların ictimaiyyəti maarifləndirməsini vacib sayan Tərlan Eyvazov deyir ki,
gənclərin milli mənlik süurunun inkişaf
etdirilməsi və vətənpərvərliyin
artırılmasında televiziyaların rolu
böyükdür: “Bu
sahədə görəcəyimiz işlər çoxdur.
Çoxdur ona görə
ki, gecə-gündüz kommersiya
adlandırılan və ancaq şoularla məşğul olan,
ən çox izləyici toplayan
telekanallarımız bu məsələyə
çox az diqqət yetirir. Düzdür, bir tərəfdən telekanallar
azaddır. Amma, digər tərəfdən
onlara bu məsələ
ilə bağlı tapşırıqlar vermək olar. Əslində, bu sahədə
təbliğat telekanalların öhdəliyi olmalıdır. Telekanallarda professional səviyyədə
vətənpərvərlik proqramları
hazırlanmalıdır. Daha bayağı
verilişlər yox. Telekanallarda
bayağı verilişlər, şoular nə
qədər maraqlı ola bilər?
Maraqlı ola bilər, amma
bu qədər də yox.
Hər şeyi ifrat dərəcədə
etmək lazım deyil. Bu
boyda problem ola-ola, torpaqlarımızın 20 faizi 25 ildən artıq işğal
altında olduğu halda,
vətənpərvərlik proqramlarını nəyinsə xətrinə
etmək düzgün deyil.
Bu sahədə telekanallar
ciddi tədbirlər görməlidir. Milli Televiziya və Radio Şurası bu məsələyə
ciddi müdaxilə etməlidir. Bu sahəyə telekanallar ciddi diqqət yetirməlidir. Gənc nəsilin
vətənpərvər yetişməsi, milli
mənlik şüurunu inkişaf
etdirmək üçün
telekanalların üzərinə böyük
vəzifə düşür. Çünki hazırda ən çox
izləyici telekanallardadır. Telekanallar
yalnız ordu günü,
respublika günü və
digər bayram günlərində deyil, vətənpərvərliklə
bağlı gündəlik verilişlər hazırlamalıdır.
Telekanallarda bu təbliğat
yüksək sahədə qurulmalıdır, bu
sahəyə peşəkarlar cəlb edilməlidir”.
Orta məktəblərdə
vətənpərvərlik
təbliğatına yüksək şərait yaradılıb
Orta məktəblərdə vətənpərvərliyin
təbliği ilə bağlı görülən işlərə
gəlincə isə Tərlan Eyvazov deyir ki, sovet
dövrü ilə müqayisədə
hazırki dövrdə bu təbliğat zəifdir:
“Düzdür, hazırki vaxtlarda bizim orta məktəblərdə bu
istiqamətlərdə görülən işlərlə maraqlanmağa o qədər
də şərait yaradılmır. Çünki,
əvvəlki kimi, hər istəyən
şəxs, hərbi təşkilat və hərbi ekspert bu məsələ
ilə maraqlanmaq üçün
məktəblərə buraxılmır. Amma,
məlumata görə, 10 il əvvəllə
müqayisədə, məktəblərdə də bu istiqamətdə təbliğat güclü aparılır. Bu
sahədə irəliləyiş var. Amma, yenə də bu irəliləyişlə
kifayətlənmək olmaz. Bütün
məktəblərdə istər Təhsil Nazirliyinin,
istərsə də digər aidiyyəti təşkilatların
xətti ilə müxtəlif kabinələr, o
cümlədən də hərbi kabinetlər yüksək səviyyədə yaradılıb və bütün lazımi avadanlıqlarla təmin
oliunub. Qaldı ki vətənpərvərlik
dərslərinin təşkilinə, o
artıq həmin məktəbin rəhbərliyi və kollektivinin təşkilatçılığından
asılıdır. Ola bilər ki, təbliğat aparan
müəllim yaxşı zabit olsun, amma yaxşı pedaqoq olmasın. Bu məsələlərə
də diqqət yetirmək lazımdır”.
Ailələrdə vətənpərvərliyin
təbliği ailə büdcəsindən asılıdır
Ailələrdə vətənpərvərliyin
təbliğinə gəlincə isə mərkəz rəhbəri
bu məsələdə ailənin maddi gəlirinin də əsas rol
oynadığını iddia edir. Onun sözlərinə
görə, ailədə övladın vətənpərvər
böyüməsi üçün ilk növbədə həmin ailənin
dolanışığı normal
olmalıdır: “Statistikaya baxsaq, Azərbaycanda ailələrin gəlirlərində
artım var. Əgər ölkənin pul gəlirləri artırsa, insanların da sosial rifahı
yaxşılaşmağa doğru gedir. Bu birinci
məsələdir. Əgər ailənin gəliri azdırsa,
onun vətənpərvərliyi normal yaşayışı olan
ailənin vətənpərvərliyi ilə bir
ola bilməz. Dövlətin imkanı varsa, vətəndaş bu
imkanlardan yararlanırsa, həmin vətəndaşın
ailəsində də vətənpərvərlik təbliğatı
inkişaf edəcək. Son
illərdə gəlirlərin artması, insanların şəraitinin
yaxşılaşması ailədə böyüyən
uşağın da vətənpərvərliyinə,
inkişafına müsbət tədsirini göstərir. Və digər tərəfdən, gənc görəndə
ki, hansısa ata üzünü televiziya
kameralarına tutub yüksək ruhla “Oğlum Vətən
yolunda şəhid olub”
deyir, bu söz həmin gəncdə vətənpərvərlik
ruhunu yüksəldir. Bu cür sujetlərə baxanda insan
qürurlanır. Azərbaycanlı valideyn
erməni valideynlərdən fərqli olaraq
övladının vətən yolunda
şəhid olmasından qürur duyur. Bu gün
azərbaycanlı valideyn
övladının ön cəbhədə
olması ilə fəxr edir, daha əvvəlki kimi
övladını ön cəbhədən
yayındırmaq üçün müxtəlif
vasitələrdən istifadə etməyə
çalışmır”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 14 yanvar.- S.11.