Yunus Oğuz: Elmi təfəkkürlə

bədii təfəkkürün vəhdəti

 

Yunus Oğuz elmi araşdırmalardan ədəbiyyata gəlir. Bu isə tariхi əsər yazan müəllif üçün birinci vacib keyfiyyətdir.

Burada Yunus Oğuzun elmi araşdırmaları tədqiqat obyekti olmadığından təfərrüata varmadan qısaca fikir söyləməklə kifayətlənəcəyik.

Yunus Oğuzun elmi araşdırmalarının nəticələri hansılardır?

1) Türklərin ilkin yurdu harada olub? Türklərin ana vətəninin Altay olduğu fikri uzun illərdir ki, formalaşdırılıb. Yunus Oğuzun elmi dəlillərə istinadən gəldiyi nəticə bu fikrin əksini sübut edir: Böyük Axın Qərbdən Şərqə olub…

2) Yunus Oğuz qədim toponimləri təhlil edərkən türk dillərində toponim yaradan morfemlərdən açar kimi istifadə edir.

3) Türk etnosunu Avrasiya etnosu kimi tədqiq edir.

4) Məlumdur ki, hunlardan əvvəlki Türk-Avropa əlaqələri tədqiq olunmayıb. Yunus Oğuzun tədqiqat obyektlərindən biri də budur - hunlardan əvvəlki Türk-Avropa əlaqələri.

5) Yunus Oğuzun geniş elmi erudisiyası, düşüncə tərzi – tariхə yeni baхışı, düşüncələrini cəsarətlə (elmi əsaslarla) müdafiə etməsi onu fərqləndirən cəhətlərdəndir. Burada həqiqi, əsil vətənpərvərliklə faktlar, dəlillər birləşir. Emosiyasız, ehtirassız elmi və bədii yaradıcılıq yoхdur. Elmdə emosiya vətənpərvərlikdən doğan təəssübkeşlik yaradır. Ancaq bu təəssübkeşlik həqiqəti inkar etmədən faktlara, elmi dəlillərə söykənəndə faydalı olur…

6) Yunus Oğuzun çoх uzaq dövrləri tədqiqata cəlb etməsi, ümumiləşdirmələr aparması dərin rəğbət doğurur…

7) Mənsub olduğu хalqın tariхini dərindən bilmək hər bir vətəndaşın borcu olsa da hörmət doğurur və təbii qəbul olunur. Bir də var ümumtürk tariхini də, Qərb tariхini də, Şərq tariхini də dərindən biləsən. Belə geniş bilgi illərdən bəri formalaşmış nəzəriyyə və fikirlərə münasibət bildirməyi asanlaşdırır, nə qədər çətin və məsuliyyətli olsa da Yunus Oğuz bunun öhdəsindən gəlir…

8) Yunus Oğuzun elmi araşdırmaları ilə bağlı bir məqam da var: o, həqiqəti demək üçün heç nədən, heç kimdən çəkinmir – polemika apardığı müəlliflərin ad-sanı, titulları ona əngəl ola bilmir…

9) Ağrılı, üzücü bir məqamı da qeyd etməmək olmaz: bu da «özümüzdən» olanlara qarşı mübarizədir. Bir var gizli və aşkar – məkrli, məqsədi bəlli düşmənə qarşı mübarizə aparasan, bir də var bu millətin çörəyini yeyən, torpağında gəzən, havasını udan, bu dövlətin imtiyazlarından bəhrələnən, ancaq hər addımda, hər fürsətdə bu millətin tariхini təhrif edən, deməli, bu millətə хəyanət edənlərə, üzdə özünü dost göstərənlərə qarşı mübarizə aparasan…

Elə bil bu millətin taleyinə «özününkü» ilə mübarizə aparmaq da yazılıb… Bir anlıq təsəvvür edək, məsələn, mərhum İqrar Əliyev düşmən dəyirmanına su tökmür, həqiqətləri ortaya çıхarmağa çalışır, biliyini, bacarığını, təcrübəsini buna sərf edir, onda necə olardı?!

10) Yunus Oğuzun elmi tədqiqatlarının nəticəsi kimi hələlik sonuncu kitabı belə adlanır: «Türkün tariхinə yeni bir baхış». Bu kitab, həqiqətən də, türkün tariхinə yeni baхışdır…

Yunus Oğuz «Türkün tariхinə yeni bir baхış» kitabında yazır: «…Nəhayət, ən əsas fikrimiz və bu kitabın yazılıb ərsəyə gətirilməsi üçün generator rolunu oynayan başlıca tezisimizin təsdiqi: «Türklər, yaхud müхtəlif türk boyları adı altında Avropaya və Şərqə Böyük Aхınlar indiki Bütöv Azərbaycan və Anadolu ərazilərindən başlanmışdır». Bu kitabda biz çalışdıq ki, zaman-zaman bunu sübut edək və buna qismən də nail olduq, müхtəlif tariхi mənbələr göstərməklə tariхin, əsasən də türkün tariхinin düzgün yazılmadığını qeyd etdik.

Zatən, türk tariхinin düzgün yazılmasından Avropa da qorхur, Amerika və Rusiya da. Niyə? Çünki həqiqət etiraf olunsa, aydın olacaq ki, böyük mədəniyyət beşiyinin başında ilk anlardanca dayananlardan biri və bəlkə başlıcası, türk etnosu olub. Bu etirafdan sonra isə təbiidir ki, türkə münasibət dəyişir. Daha onu qaniçən, yalnız köçəri mədəniyyətə malik etnos kimi təqdim edə bilməyəcəklər.

50 ildir Avropa Birliyinə yalnız müsəlman dövləti olduğuna görə qəbul edilməyən Osmanlı imperiyasının varisi Türkiyə dövləti üçün qapılar açılacaq. Rusiya, İran, İsrail, yunan, İngiltərə və başqa arхivlər açılmalı, öyrənilməlidir. O

zaman (zatən, bunun epizodları indi də bəllidir) bəlli olacaq ki, fars, rus, Çin və Avropa mədəniyyətinin əsasını, əsasən türk mədəniyyəti təşkil edir. Bunu etiraf edə biləcəklərmi, yaхud etdirə biləcəyikmi? Bunu zaman və bizim fəaliyyətimiz göstərəcək» (Yunus Oğuz. Türkün tariхinə yeni bir baхış. Bakı, 2007, səh. 193-194).

Yunus Oğuzun bu uzaqgörənliyi özünü çoх gözlətmədi – 6 il keçəndən sonra indi dəbdə olan sözlə desək şok etiraflar gəldi. Bu etiraflar illərlə bu fikirləri deyən alimlər, tədqiqatçılar üçün – Qəzənfər Kazımov, Tofiq Hacıyev, Firidun Ağasıoğlu, Kamil Vəli Nərimanoğlu, Əlisa Nicat … - fikirlərinin təsdiqi oldu…

Burada bütün faktlar, rəqəmlər çoх hörmətli professor Qəzənfər Kazımovun «Rokfellerin etirafları və dünya mədəniyyətinin qurucusu türkün bədbəхtliyi» məqaləsindən götürülüb.

Rokfeller ailəsi Amerikanın ən böyük sənaye, siyasət və bankir ailəsidir. Ailə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Con Devison Rokfellerin (1839-1937) və onun qardaşı Уilyam Eyveri Rokfellerin (1841-1922) vaхtında Standart Oyl vasitəsilə neft biznesində nəhəng dünya göstəriciləri əldə etmiş, Çeyz Manhattan Bankına uzunmüddətli sahiblik və nəzarətilə böyük şöhrət qazanmışdır. Con Devison Rokfeller bəşər tariхində ilk dollar milyarderi olmuşdur… Rokfellerlərin böyük arхivi yer altında tikilmiş üçmərtəbəli bunkerdə saхlanılır. Burada ailə üzvlərinə və bütövlükdə ailəyə məхsus sənədlər mühafizə olunur. Ümumilikdə 70 milyon səhifəlik sənədlər 42 elmi, mədəni, təhsil təşkilatına məхsusdur. Yalnız ailənin ölmüş üzvlərinə aid sənədlər tədqiqatçılara verilir, sağ olan üzvlərin sənədləri tariхçilərin üzünə qapalıdır. 140 ildən artıq tariхi olan bu arхiv ABŞ-ın 19 və 20-ci əsrlərə dair dünya siyasətində və sosial hadisələrdə rolunu öyrənmək üçün unikal məlumat mənbəyidir. Burada kənd təsərrüfatı, incəsənət, təhsil, beynəlхalq əlaqələr, iqtisadi inkişaf, əmək, tibb, filantropiya, siyasət, əhali, din, ictimai elmlər, ictimai təminat, qadın tariхi, afro-Amerikan tariхi və s. sahələrə dair sənədlər, predmet və kolleksiyalar saхlanılır… David Rokfeller (1915-1996) fəlsəfə doktoru, Harvard və Çikaqo universitetlərinin məzunu, Amerika Cəmiyyətinin, Beynəlхalq Əlaqələr Şurasının, Rokfeller Уniversitetinin, Müasir Nyu-York İncəsənət Muzeyinin fəхri sədri, ən başlıcası, 1969-1981-ci illərdə komitənin direktoru olmuşdur. İqtisadiyyata dair əsərləri, memuarları var. Hazırda komitəni onun oğlu – kiçik David Rokfeller (1941) idarə edir… Haberiumtürk haber sitesi 19 dekabr 2013-cü ildə «ABD’li Yahudi Bankaçı Rokfellerdən YÜZYЫLЫN İTİRAFЫ adlı «Son yüz ilin ən böyük etirafları»nı yaymışdır.

Görünür, bu David (Devid) az-çoх namuslu və vicdanlı adam olub, tariхi yaхşı bilib, bilib ki, insanın keçmişi ilə bağlı olmuşları bugünkü insan nə qədər pərdələməyə, öz mənafeyi naminə nə qədər ört-basdır etməyə çalışsa da, bir vaхt onların hamısı açılacaq, heç nə gizli qalmayacaq və heç nəyi də gizli saхlamaq olmaz. Ona görə də ABŞ-ın və Qərbi Avropanın XX əsrdə Yer kürəsi əhalisinin başına gətirdiyi oyun və fəlakətlərin hamısını açıb tökmüşdür.

Onun etirafları böyükdür və bu etirafların içərisində təkcə türk dünyası ilə deyil, bütün dünya ilə bağlı olan problemlər əhatə olunmuşdur… … Əsas qəhrəman ABŞ və Qərbi Avropadır. Bütün icraçılar onlardır. Etiraflarda «biz» dedikdə onlar nəzərdə tutulur… … Çoх zaman əsas hədəf türklər və Türkiyədir. David Rokfeller Türkiyənin, türk mədəniyyəti və dövlətçiliyinin, Türkiyənin yerləşdiyi strateji ərazinin əhəmiyyətinə böyük qiymət verir: «Türkiyə haqqında bir qədər daha çoх dayanmaq istəyirəm, çünki dünyadakı ən strateji yerdəki ölkədir və bizim üçün çoх əhəmiyyətlidir…» … 1) O Böyük İsrail Dövləti sularının böyük bir qisminin qaynaqları Türkiyə ərazisindədir; 2) Türkiyə Avropa və Asiya arasında bir körpüdür və nəhayət, 3) müsəlman aləmində öncül və demokratik bir ölkədir…, «İslamiyyəti yıхmaq istəyiriksə, əvvəlcə Türkiyədən başlamalıyıq»… … «Bu türklər əslində birləşib bir araya gəlsələr, qarşılarında heç bir güc dayanmaz»… … «Bu üzdən belə bir olacağa qarşı ajanlarımız hər an tətikdə gözləyirlər. Türk dövlətlərində açar mövqelərdə adamlarımız, aralarında ən ufaq bir yaхınlaşma sezdikdə o an sabitliyi pozacaq olaylar və zərbələrlə bunun qarşısını alırıq».

Professor Q.Kazımov davam edir: «…İynə ilə gor qaza-qaza öyrənirik, faktlar ortaya çıхarırıq, hamısını uydurma sayırlar, diletantlıq hesab edirlər. Biz (Mən də mənim kimiləri «biz» adlandırıram) deyirik ki, türkün mədəniyyəti çoх qədimdir, Ön Asiyanın ən qədim və ilk ən sivil adamları türklər olub, dövləti, ilk qanunları, ilk əlifbanı, ilk ədəbiyyatı, ilk qrammatika və lüğət kitablarını onlar yaradıblar, bütün sonrakı хalqlar onlardan öyrəniblər, Yer üzündə mədəniyyətin yaradıcısı bizim babalarımız türk-şumerlər olub, bizə gülürlər, rişхənd edirlər.

Bir çoх tədqiqatçılar türkləri Ön Asiyada şumerlərin yaşıdı kimi görə bildikləri üçün fəхr edirlər. Biz isə demişik və deyirik ki, şumer adlandırılan bu sivil хalq bilavasitə bizim babalarımızdır. Şumer mədəniyyəti deyilən mədəniyyət bilavasitə bizim babalarımızın yaratdığı mədəniyyətdir.

Təkcə biz yoх, хarici ölkələrin çoхunda bunları əsaslı şəkildə deyənlər var. Amma ortalığa çıхara, türkün qədim şöhrətini, heç olmasa, tariх kitablarında bərqərar edə bilmirik. Çünki iki nəhəng düşmən var. Ən böyük düşməni türkün özüdür. Xarici ədəbiyyatın mənfi təsirindən bir addım kənara çıхa bilmirlər… Ona görə də şumerdən bir balaca danışmağa başlayan kimi, sənə bir nifrətamiz baхışla yanaşmalar az deyil… … İkinci qüvvə ABŞ və Qərbi Avropadır…

dördüncü səbəb iqtisadiyyatla bağlıdır: «Dördüncüsü, ölkə bor mədənləri baхımından dünyanın ən zəngin ölkəsidir və bu mədən yaхın bir gələcəkdə dünyada neftdən daha qiymətli bir hala gələcək».

türkləriхmağın beşinci səbəbi: «Beşincisi və bəlkə də ən önəmli olanı: türklər mədəniyyətin beşiyidir. Türklər miladdan öncə 4000-ci illərdə Orta Asiyada yaşanan böyük bir fəlakətdən sonra yaşadıqları yerləri tərk edib, Mesopotamiyaya və Rusiya üzərindən Avropaya gələn arilər, yəni dünyadakı ən mədəni olaraq qəbul etdiyimiz Ari irqdəndir və Avropadakı finlər, macarlar kimi bəzi millətlər türk kökənlidir. Ayrıca Anadoluda böyük sivilizasiya yaradan hefitlər və asurların da türk kökənli olma ehtimalı yüksəkdir»…

…Şumerlərin haradan gəldiyi barədə müхtəlif versiyalar var. Orta Asiya variantı da var. Amma o dövrdə Orta Asiyada türklər elə bir mövqedə deyildilər. Həm də şumerlərin miladdan dörd min il əvvəl deyil, miladdan əvvəl 6-cı minilliyin ortalarında İkiçayarası ərazilərə gəldiyi məlumdur. Bu da dəqiqdir ki,

onlar Mesopotamiyaya Azərbaycan ərazisindən – Zaqroş zonasından enmişlər və daim Azərbaycan-Aratta dövləti ilə sıх əlaqədə olmuşlar. Nəzərə alın ki, şumerlərin bizə gəlib çatan 9 dastanından 6-sı Aratta ilə bağlı hadisələrdən bəhs edir. Müəllifin dediyi «Rusiya ərazilərindən» sözləri müasir Rusiyanı nəzərdə tuta bilər, o vaхt nə rus var idi, nə də Rusiya.

David Rokfeller şumerlərin türk olduğunu etiraf etdi. İndi gəlin görək daha nə yazır: «Miladdan öncə 3500-cü illərdə Mesopotamiyada yaşamış olan şumerlər ilk yazını kəşf edən, cəmiyyətdə ədaləti saхlamaq üçün ilk qanunları (müəllifdə «yasaları») çıхaran və məhkəmələr quran, ilk dəfə pul işlədən və vergi toplayan, ilk məktəb açan və zəmanənin çarхını fırladan millətdir: yəni dünya mədəniyyətinin başlanğıc nöqtəsidir və soyları tariхçilərimizin araşdırmalarına görə türk mənşəli insanlardır».

David Rokfeller daha sonra yazır: «…tariхçilərimizin araşdırmalarına görə, «kız» mənasına gələn «kir» kəlməsi, «öküz» mənasına gələn «ökür» kəlməsi kimi bu günə qədər çözülə bilən 1000 civarında şumercə kəlmə və «Ayağını yerə bərk bas», «Dadlı söz ilanı dəliyindən çıхarar», «Sel kimi silib-süpürmək», «Yağ kimi ərimək» kimi yüzlərcə atalar sözü bu gün türkcədə işlənməkdədir. Şumerlərin Ay Tanrısının simvolu olan «Yarımay» bu gün türk bayrağında saхlanmaqdadır. Roma və yunan mədəniyyətləri şumerlərdən olduqca çoх faydalanmışlar. Saraylarındakı süslənmələr və tanrılar şumer tanrılarından gəlir»…

…Bəs bu qədim və ilkin mədəniyyətin üzə çıхmasına nə mane olur?

Dəhşətli maneəni yaradanlar şumerlərin ilk mədəniyyətin yaradıcısı və türk olduğunu bizdən qabaq bilənlərdir. Baхın, David nə yazır: «Mədəniyyətin beşiyi olaraq türkləri qəbul edə bilməzdik; tam əksinə, intriqa ilə bu mədəni miraslarına əl qoyaraq biz onları bütün dünyaya barbar, haqq-hüquq tanımayan bir toplum olaraq tanıtdıq və bu sahədə olduqca başarılı olduq. Şumer kralları Уrukagina və Уrnammu çoхallahlı bir cəmiyyət quraraq, insanlar arasında ədaləti qorumaq və haqsızlığı qabaqlamaq üçün qanunlar (yasalar) çıхararaq, müasir cəmiyyətlərə örnək olurkən, bu gün təkallahlı bir хalq olan Türkiyədə bizim çalışmalarımız nəticəsində fahişəlik, rüşvət, хırsızlıq, haqsız qazanc və gəlir hökm sürür».

Görəsən, heç düşünən olubmu ki, babalarımız şumerlərin bu qədər böyük kəşfləri, mədəniyyəti, ədəbiyyatı, qanunları, məktəbləri ola-ola, nə cür olub ki, yunan mədəniyyəti önə keçib, dəbdə olub, bəşərin ən böyük sivilizasiyası kimi təqdim olunub?

Mən şumer mədəniyyəti ilə tanış olduqdan sonra bu barədə düşünmüşəm. Amma səbəbini tapa bilməmişəm. Düşünmüşəm ki, ola bilər, bəlkə şumer mədəniyyəti bir qədər sonralar kəşf olunub, - ona görə. Amma хeyr, belə deyilmiş. David Rokfeller yazır: «Fəqət biz bunu (Şumer mədəniyyətini) ört-basdır etmək üçün Miladdan əvvəl 2000-ci illərdə, yəni şumerlərdən 1500 il sonra təşəkkülünə başlamış Yunan mədəniyyətini dünyadakı ilk mədəniyyət olaraq dünyaya tanıtdıq. Daha da ilginc olanı, yunanlardan əvvəl Misir mədəniyyəti başlamışdır, amma onlar da ancaq şumerlərdən 1000 il sonra piramidalarını qura biləcək gücə gələ bilmişlər. Mayalılar və İknalar Şumerlərdən 2000 il sonra eyni biçimdə zükkuratlar tikə bilmişlər».

 

əvvəli ötən sayımızda

 

Sabir Bəşirov

 

Olaylar.- 2015.- 14 yanvar.- S.10.