“Şəhidlərimizin
həyat yolu
gənclərimizə
örnək olamalıdır”
Əkbər Qoşalı: “Gənc nəsil Müstəqil Azərbaycanın inkişaf yolunu öz həyat yolu bilməlidir”
Müsahibimiz Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalıdır.
- Əkbər bəy, bu gün yetərincə ictimai birliklər, şəbəkələr, gənclər təşkilatı... var. Sizcə vətənpərvərlik yönümündə nə dərəcədə düzgün yönləndirmələr gedir?
-
Əlbəttə, gənclər-idman siyasətini həyata
keçirən mərkəzi dövlət idarəetmə
orqanının (AGİN) fəaliyyət göstərdiyini, bu fəaliyyətin 20 ili
aşdığını, onlarla gənclər
təşkilatının mövcudluğunu,
habelə 3 il bundan
öncədən başlayaraq Azərbaycan Prezidenti yanında Gənclər Fondunun, ondan da öncə Azərbaycan Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının yaradıldığını nəzərə
alsaq, düzgün
yönləndirmə barədə danışmağa bir xeyli əsasların olduğunu görərik. Yüz min
manatlarla, deyərdim, milyonlarla
dövlət vəsaitinin xərcləndiyi bir
işdən nəticə hasil olmasaydı
təəcüblü olardı. Məmnunluqla deyə bilərik
ki, Müstəqil Azərbaycan Dövlət
Gənclər Siyasəti özlüyündə bir model halını
alıb. Ayrıca, onu da unutmuş deyilik ki,
xalqımızın, gənc nəsillərin önəmli bölümü milli mənəvi
dəyərlərin mahiyyətini idrak edən,
bizi fərqli qılan, necə deyərlər,
bizi biz edən nəsnələrin
fərqindədir. Klassik
maarifçi-demokratlarımızın, fikir
adamlarımızın sözləri ilə desək, biz Şərqliyik, Türkük,
Müsəlmanıq, Qafqazlıyıq – bax,
bu sifət(lər)lə doğulduq,
bu doğuluş şəklinin
də haqqını tanımalıyıq. Həmin klassik maarifçi-demokratlarımızın, fikir adamlarımızın Azərbaycan
bayrağını göy-qırmızı-yaşıl
boyalı, ay-ulduzlu görməsi də təsadüfi
deyildi...
Yeri gəlmişkən, üçboyalı
qutsal bayrağımız
özlüyündə gəncliyimizin yönlənməsi üçün bir rəhbər,
yol göstərəndir!
Şəhidlərimizin,
qəhrəmanlarımızın həyat-mübarizə yolu da bir
yolgöstəricidir gənc nəsillərimiz üçün.
Gənc nəsillərimiz
ümummilli lider Heydər
Əliyevin gəncliklə bağlı düşüncələrini,
fikirlərini öyrənməli, “Müstəqil Azərbaycanın
inkişafını öz həyat yolu bilməlidirlər”...
- Siz uzun müddət gənclər təşkilatlarında, Gənclər İdman Nazirliyində çalışmış, habelə Silahlı Qüvvələrimizin zabiti kimi gənclərlə işləmisiz. Necə bilirsiz, müxtəlif ailələrdən gələn uşaqları, gəncləri tərbiyə etmək nə dərəcədə mümkündür?
- Tərbiyəyə ehtiyac varsa, o öz mümkünlüyünü
bir şəkildə diqtə edir. Pis “tərbiyə”, “tərbiyə
metodu” yoxdur, yetər ki, tərbiyəçi işi
korlamasın – pis olmasın...
Əlbəttə,
çətinliklər mövcud olub, olacaq da...
ancaq çətinlik varsa,
illa da
çıxış yolu da
var – gərək sən o
yolu, o
çıxışı görəsən... Bir
daha demək istərdim ki,
kainatda, cəmiyyətdə “yox yoxdur!” – axtarsan-arasan o
çıxacaq, o yol özünü illa da göstərəcəkdir...
- Sizcə, uşaqlar üçün hazırlanan layihələrdən cəmiyyətin təxminən neçə faizi yararlana bilir?
- Bunu
demək çətindir. Həyata keçirilən
layihələrin sonucları ilə bağlı donorlara verilən hesabatlara
baxan yetkili şəxslər
bu barədə daha dolğun bilgi verə bilərlər
yəqin. Şəxsi müşahidələrimdən
çıxış edərək, deyə bilərəm ki, bu faiz
göstərcisi nə qibtəediləcək, nə də
faciə sayılacaq dərəcədə olmamalıdır. Hər
keçən il bu faiz göstəricisi daha da yaxşılaşır deyə ümid edirəm. Bilirsiz,
hər normal həyata keçirilən
layihə özü bir
dəyər daşıyır. “Gənc- Təşkilat-Donor-Toplum-Təşkilat-Gənc-Toplum”
geri dönüşlü
“layihə hərəkət qrafiki” illa da bir
fayda(lılıq) yaradır, iz buraxır, perspektiv vəd
edir...
Təbii, biz hər şeyi QHT-Donor münasibətlərindən asılı hesab etmirik. Uşaqlarla bağlı digər dövlət idarəetmə institutları da var. Özəlliklə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşən görəvlər, Komitənin hüquqları, həyata keçirilən işlər daha çox üşağa, daha çox problemə əl uzatmaq üçün mövcud olan şansları ifadə edir. Təhsil Nazirliyinin, digər dövlət orqanlarının uşaqlarla bağlı struktur vahidləri də ötən illər ərzində xeyli təcrübə yığıblar.
- Bəs, necə bilirsiz, gənclərin belə layihələrə qoşulması nə səviyyədədir?
- Gənclərin layihələrə qoşulması, layihənin toplum üçün nə dərəcədə açıq olmasından, KİV-lə işin səviyyəsindən, Layihə yönəticilərinin çalışmalarından və s. asılıdır... Əlbəttə, layihənin, ərəb demiş, “mətn-mündəricatı” da bu yöndə az önəm daşımır. Gənc “nəyə?-haraya?-nə üçün?-necə?” gediş düsturunu bilməlidir...
- Əkbər müəllim, Siz bu işlərlə nə zamandan məşğulsuz?
- Belə deyək,
peşəkar olaraq, 1995-96-cı illərdən...
Ancaq ondan qabaq da,
hələ tələbəykən ictimai-siyasi
çalışmalarda bulunmuş, öz yazı-pozumuzla, təşkilatçılığımızla,
düşüncə-fikir-lərimizlə, nəhayət qurduğumuz ictimai təsisatlarla
ictimai-mədəni mühitimizin
qidalanması, gənc nəslin – o zamanlarçün həmyaşıdlarımızın
düzgün, sağlam
yöndə təşkilatlanması və s. baxımından
çalışmalarımız olub. Yenə
ərəbin sözü olmasın, “əməli
fəaliyyət sahəsi” geniş olan, üfüqü geniş olan insan, enində-sonunda aradığını bulur. Necə deyərlər, varsa
– yararlan, yoxsa – yarat!..
Nəhayət, daha yeni, daha
üfüqlü – üfüqügeniş
bir çalışma alanı yaratmaq istəyimiz bizi
Bakı-Ankara-Türküstan (Qazaxıstan)
“üçbucağı” üzrə hərəkətə gətirib
çıxardı, 1998-ci ilin
payızı başlarkən, düşüncələrimiz məhsul
verdi: Xoca Əhməd
Yasəvi yurdunda Dünya
Gənc Türk Yazarlar
Birliyi (DGTYB) quruldu...
- DGTYB bugünə qədər hansı layihələrə imza atıb? –bu barədə də danışardız, lütfən.
- Çoxsaylı layihələrimiz olub. Qabaqlar DGTYB layihələrinin yönəticisi mən özüm olardım. Son iki layihədə DGTYBli gənclər artıq yönətici olaraq da özlərini doğrultdular. Sizə deyim, indi layihə icra etməyə nə var? – hər kəs bir “layihə” tasarlayıb, girir meydana... Bizim Birliyin çalışma həyatının böyük bir bölümü sırf ictimai əsaslarla, könüllülük prinsipi ilə, daha dəqiq desək, donor olmadan, maddi dəstək olmadan keçib... Milli donor institutlarımız yaranandan bəri isə güncəl bildiyimiz, daha öncələr ürəyimiz istəyən kimi gerçəkləşdirə bilmədiyimiz ideyaları layihələşdirməyə çalışdıq. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi gənc istedadların üzə çıxarılması, onlara dəstək göstərilməsi, Türk Dünyasının mədəni birliyinə töhfələr verilməsi, ədəbiyyat təsərrüfatının canlandırılması, yeni nəşrlərin işıq üzü görməsi, ictimai fikrin qidalandırılması və s. yönündə bir neçə layihəmizə dəstək verib. Öz mənəvi dəstəyini əsirgəməyən Azərbaycanda Atatürk Mərkəzi, habelə TÜSİAB, ATİB, Gəncliyə Yardım Fondu, ABAİ İB, BAMF, Milli QHT Forumu kimi qurum və quruluşlara da təşəkkür borcumuz var.
- Həyata keçirdiyiniz layihələri göz önündə tutaraq, uğurlarınız varmı? – deyə soruşmaq istərdim.
- Uğurlar,
əlbəttə var. DGTYB-nin
16 yaşı var,
çalışmalarımız hər il
daha da böyüyüb...
– demək, bu Birliyin
çalışmalarına sosial sifariş mövcud olub. Pozitiv düşünmüşük,
ümidli olmuşuq...
bir yazar olaraq, Azərbaycan-türk insanı olaraq, yaxşılıqlar etmək, gözəlliklər
yaratmaq qəlbimizdə kök
atıb – elə həmişə qəlbimizdə, beynimizdə
olub deyə... uğur
(uğur qazanmaq hissi) bizə
doğmadır. Biz, sevinci
bölüşüb
çoxaltmağı, kədəri bölüşüb
azaltmağı bacarırıq. Uzun sözün qısası, bu
dediklərimiz bizim bir
çox layihələrimizin uğurlu olmasının “niyə”sini, “necə”sini,
başqa sözlə, anlamını,
mahiyyətini göstərir... Bu uğurun göstəricisi,
ünvanımıza gələn çoxsaylı məktublar...
təltiflər... DGTYB-yə üzvolma, işbirliyi qurma istəkləri
ilə süslənir...
- Bu baxımdan istər ailələrə, istərsə də cəmiyyətə nə iradınız var?
- Tereza
Ananın bir sözü
var, deyir – “Mən
müharibələrin əleyhinə deyiləm, Sülhün le-hinəyəm!” – Onun sözü olmasın,
biz də irad tutmuruq, bir işin
qulpundan yapışırıq, bir yerdən başlayıb, bir
iş görmək, bir
yarar sağlamaq (fayda göstərmək), yara
sağaltmaq istəyirik. – Elə bil, toplumbiliciliyi – cəmiyyətşünaslıqdır,
sosial ekologiyadır, mənəvi-psixoloji
həkimlikdir bu... Ailələrimiz, toplumumuz millətimizin ən yaxşı
yönlərini, gələnəyini yaşatdıqca hər şey gözəl olacaq.
– Bunlar ictimai fəaliyyətə
də keçəcək, gənclərimizin həyatına da köçəcək... sonucda,
necə deyərlər, çiçəkləyəcək, məhsul
verəcək...
- Razı qaldığınız məqamlar necə?
-
Uşaqlarımızın, gənclərimizin xarici
dillərə, idmana, informasiya-kommunikasiya
texnologi-yalarına marağı yaxşıdır. Bu maraq milli-vətənpərvərlik
duyğularından keçdikdə, onlarla
süs-ləndikdə... daha üfüqügeniş olur,
daha dərin məzmun daşıyır...
- Tərbiyəvi önəmli daha nələr etmək olar, Sizcə?
- Dövlətimizin
QHT-lərlə, gənclər siyasəti ilə bağlı
konserpsiyaları, uyğun dövlət
proqramları, ümumən dövlətin yanaşma
tərzi bir modeldir,
örnəkdir. Yeni nəsillərimiz millətimizin, döv-lətimizin
mənafeyini öz mənafeləri bilməli,
ümumilli liderimizin
yuxarıda dediyimiz sözlərinə
qayıtsaq, Müstəqil Azərbaycanın inkişaf
yolunu öz şəxsi
inkişafları ilə birgə təsəvvür etməli,
irəli baxmalı, uğur
qazanmalıdırlar. Bununçün
mövcud fürsətlər dəyərləndirilməlidir.
Olaylar.-
2015.- 15 yanvar.- S.13.