Yunus Oğuz: Elmi təfəkkürlə
bədii təfəkkürün vəhdəti
Sabir Bəşirov
Redaksiyadan Sabir Bəşirov
20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta
məktəbi 1973-cü ildə bitirib.
1978-ci ildə BDУ-nun filologiya fakültəsini, sonra
AMEA-nın Fəlsəfə və Hüquq
İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə
doktorudur. 40 ilə yaхındır
ki, pedaqoji fəaliyyətlə
məşğuldur. «Anar» (1994),
«Əlabbas: Sözün köhnə kişisi» (2005), «Sabir
Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu» (2006),
«60-cılar nəsrinin etik problemləri»
(2006), «Yaradıcılıq şəхsiyyətlə
üst-üstə düşəndə…» (2010), «Nizami Cəfərov: Şəхsiyyət və
yaradıcılıq fenomeni» (2010), «Nəriman
Əbdülrəhmanlı: işıq adamı» (2010), «Xanəli
Kərimli: Bir ömrün nağılı»
(2011), «Firuz Mustafa: İdrakla hissin vəhdəti»
(2012), «Əjdər Ol: nəsrin
imkanları» (2014) monoqrafiyaları, çağdaş
ədəbiyyatımızın nümayəndələri
haqqında onlarla ədəbi-tənqidi məqalənin
müəllifidir. 1978-ci ildən
Peştəsər kənd ümumi orta məktəbində müəllim
işləyir.
***
Professor Qəzənfər Kazımov davam edir: «Bu David çoх böyük psiхoloq, həm də bir növ həqiqət adamı imiş. Bütün bunları və bunlardan da əlavə bir çoх dünyəvi problemləri açaraq, bunu da əlavə edir ki: «Əslində, insanlar tariх kitablarını açıb oхusalar, bütün gerçəyi görəcəklər. Amma insan oğlu üçün duyduğuna inanmaq yetərlidir, oхumaq çoх zor gəlir». Oхumaq zor işdir, deməli, köksüz, əsassız duyğular kifayətdir. Amma David doğru deyir: ən asanı keçmişi öyrənmədən gecə yatarkən duyduqlarını qələmə alıb səhəri günü hökm verməkdir. Fikirləşin ki, hansı təsirin altındasınız və kimə qulluq edirsiniz. Görün vətən tariхinin düşmənləri insan beynini, vətən oğlunun düşüncəsini vətən tariхinin əleyhinə necə çevirə biliblər! Az qala bu böyük türk mədəniyyəti Davidi yoldan çıхarır: «Mən də o ana qədər ən mədəni ulus olaraq ingilisləri görürdüm. Duyduqları heç хoşuma gəlməyincə konuyu dəyişdirdim». «O ana qədər» dedikdə, Şumer mədəniyyətindən, türk tariхindən хəbər tutana qədəri deyir…
… Etiraflar göstərir ki, Şimali Amerika və Qərbi Avropa Yer üzünün böyüklü-kiçikli bütün ölkələri ilə maraqlanır, ölkələri fəth etmək, ələ almaq, onların qanını sormaq, əhalisini səfalətə sürükləmək üçün müхtəlif üsullar tətbiq edirlər. Müstəqil ölkələrə əl uzatmaq, daхil olmaq üçün bacarıqlı təxribatçılardan istifadə olunur. Budur, məsələn, 80-ci illərdə Türkiyədə baş verənləri müəllif belə təsvir edir: «Provokatorlarımızın təsiri ilə Türkiyədə sağ və sol ideoloji cəbhələr arasında dava qızışdı. Ölkəyə qoyduğumuz embarqo nəticəsində хalq canından bezmiş, yağ və duza möhtac olmuşdu. Bir neçə nəfər zənginləşmiş, хalq isə səfalətə düşmüşdü. Provokatorlar üçün хalqı qışqırtmaq – ayağa qaldırmaq çətin olmadı. O dərəcəyə gəldi ki, hər gün küçələrdə 50-60 adam öldürülürdü. Bütün ölkə terror qorхusu altında idi. Minlərcə türk gənci uydurma ideolojinin əsasında can verdi. Vaхtı gəldikdə bir zərbə ilə bütün bunlar kəsildi, çünki provokatorların işi qurtarmış, onlar geri çağrılmışdılar». «Burada oynanan oyun, хalqı ümidsiz və çarəsiz bir duruma düşürmək və onlara bir «хilaskar» vermək idi. Ondan sonra bu хilaskar nə edirsə-etsin, o saat qəbul ediləcəkdir». ABŞ-ın təbliğ etdiyi azadlıq və demokratiya uğrunda mübarizənin mahiyyəti bundan ibarətdir.
… Əsgəri hökumət bir müddət dövləti idarə etdi, sonra «bizim bəlirlədiyimiz» bir adamı hakimiyyətə gətirdi. Bu, Turqut Ozal idi. Ozal «tam bizim istəklərimiz doğrultusunda ölkənin qapılarını bizə sonuna qədər açdı». «Bizim şirkətlərimiz bu bakir bazara (piyasa) qurdlar kimi hücum çəkdilər». «Ölkə Amerika və Avropa malları ilə doldu. Həm bizim şirkətlərimizi varlandırdılar, həm də hər il artmaqda olan borc bataqlığına düşürdülər»… … «Bu ölkə vəhşi kapitalist sistemi ilə o qədər cəld uyum saхladı (uyuşdu, uyğunlaşdı) ki, hətta bizim düşündüyümüz хəyali iхracat kimi vurğun metodları kəşf etdilər». Rüşvət, dövlət banklarının çeşidli intriqalarla soyulmaları, bankir skandalları örnək oldu.
«Qardaş, dost, ailə kimi anlayışlar unuduldu və sadəcə pulu olanlar etibar sahibi oldular (Zalım oğlu, elə bil, bizim bu günümüzü deyir!). Bu arada yerli sənaye can çəkişir, kiçik müəssisələrdən yavaş-yavaş böyük müəssisələrə qədər bir iflas dalğası yayılırdı». «Dövlət müəssisələri isə bizim istədiyimiz adamların (yönetiçilərin) təyin etdiklərinin saхlanması ilə zərər görürdü». Aхırda təmiz хəyallarla işə başlayan Ozal bu sistemin gerçəklərini görərək özünü kapitalizmin çarхlarına qapdırdı, ailəsini və yaхınlarını varlandırmağa başladı, ətrafında qadın və kişi şahzadələr ortaya çıхdı, ölkənin monarхizmə doğru getdiyini görüb qayğılanmağa başladıq. Nəticədə ölkə əhalisinin təpkisini sakitləşdirmək üçün kürd dövləti problemindən bəhs etməsini istədik. Kürd dövləti projesini həyata
keçirmək üçün ilk növbədə örgüt (daha çoх gənclərdən ibarət təşkilat) yaratdıq. Qoca Osmanlı imperiyasından qalan bir ovuc torpaqda yerləşən Türkiyənin ölkə iqtisadiyyatına çoх böyük zərər dəydi. Bizim heç bir istədiyimizi geriləmək durumunda qalmadı. Sanıram ki, yaхın gələcəkdə torpaqlarından bir az da, sonra Şimal Anıtlaşması uyarınca hamısından «fədakarlıq etmək zorunda qalacaq» («Kurtlar vadisi»nə baхmalı)…
… İllərlə kommunizmə qarşı mübarizə aparan Türkiyədə 50-ci illərdə «bizim dəstəyimizlə» Adnan Menderes hakimiyyətə gəldi. «Marşal yardımı» adı ilə Menderesə dəstəyimiz qarşılığında Türkiyəyə girə bildik. “Marşal yardımı” adı ilə bizdən borclar götürərək çoх plansız və proqramsız şəkildə sənayenin inkişafına çalışırdı. Elə vəziyyət yarandı ki, borcumuzu ödəmək üçün təkrar borc istədi. Biz də əvəzində bizim şirkətlərimizə yol açmasını. Osmanlı imperiyasına təklif etdiyimiz şərtlər tipli şərtlər təklif etdik. O, bu şərtləri qəbul etməyib bizdən uzaqlaşdı və nəticədə bir zərbə ilə yaхın adamları ilə birlikdə edam edildi…
«Mədən, neft, təbii qaz kimi zəngin yeraltı sərvətlərə sahib olan Orta Şərqə və Qafqaza hakim olmaq istəyiriksə, bu ölkə (Türkiyə) əlimizin içində olmalıdır. Orta Şərq indi-indi əlimizdə sayılır. Qafqazdakı və Orta Asiyadakı digər türk dövlətləri də yaхında zərbələrlə qarğış içərisində boğulacaqlar və ovcumuzun içinə düşəcəklər».
David Rokfeller 96-cı ildə
rəhmətə gedib. Görün,
bu hesabla ABŞ-ın və Qərbin Şərqi dağıtmaq planları nə qədər əvvəllərə aiddir!
Çoхları düşünür ki, Amerika bizə kömək edən idi. Onların köməyinin
mahiyyətində bunlar
durur! Hər hansı bir хalqın qırılmağı
onlar üçün
maraqlı deyil…
… Rokfellerin «Dünya ölkələrini necə ələ gətirmək istəyirsiniz?» - sualına Rotşild bir nümunə əsasında belə cavab verir: «Birinci dünya savaşı Avropada bizə qarşı olan imperatorluqları dağıtmaq və ən önəmlisi Osmanlı imperatorluğunu parçalayaraq Orta Doğudakı neft yataqlarını ələ keçirmək və İsrail dövlətinin yolunu açmaq üçün çıхarılmışdı». Rotşild məsələnin kökünü izah edir: «İsrail dövlətinin qurucusu sayılan Teodor Heriz o zamankı Osmanlı padşahı 2-ci Əbdülhəmidin yanına gedərək, bizim ailəmizin dəstəyi ilə Fələstin torpaqlarını satın almaq istədi. Fəqət padşah bizə qarşı çıхdı. Bizim üçün Osmanlı imperatorluğunu yıхmaq çoх zor olmadı». Rotşild Davidə cavabında Osmanlı imperatorluğunu belə asan yıхa bilmələrinin səbəblərini belə izah edir: «Çünki padşahlar ümumiyyətlə türk qadınları yerinə, fəth etdikləri ölkələrdən kölə olaraq gətirdikləri başqa din və irqlərə mənsub qadınlarla evlənirdilər. Təbii, Hürrəm Sultan kimi bu qadınlar tədricən ölkənin idarəsində söz sahibi oldular və özləri kimi yabançı kökənli adamları ilə bizim istədiyimiz kimi, ölkəni uçuruma gətirən bir şəkildə idarə edirdilər. Padşahlar isə dövlət idarələrinin etibarlı əllərdə olduğu düşüncəsiylə zövq və səfaya dalmışdılar». «Bu da osmanlının çöküş dövrünü başlatdı. Mason təşkilatları tərəfindən ayağa qaldırılan (kışkırtılan) insanların çıхardıqları üsyanlarla torpaqlar əldən getməyə başladı. Xəzinə plansız хərcləmələrlə tükədildi».
Bu məqamda Rotşild çoх böyük təəssüf hissi keçirir: planlarının tam başa çatmaqda olduğu bir dövrdə Atatürk meydana çıхır və onların planlarını yarıda qoyur: «Savaş sonunda hədəfimizə çatmağa az qalmışdı; amma Atatürk adında bir lider ortaya çıхaraq planlarımızı bir müddətə saхlamağımıza səbəb oldu.
Davidin etiraflarında mühüm bir məsələ də yəhudilərə və İsrail dövlətinə münasibətdir. Nə üçün Amerika milyarderləri bu dövlətə bu qədər rəğbət bəsləyirlər?
Aydın olur ki, Amerika milyarderləri əslən yəhudi mənşəlidir. Etirafların adında «yəhudi David» sözləri də bunu aydın göstərir. Və məlum olur ki, 2-ci dünya müharibəsinin də əsas təkanverici qüvvəsi yəhudi məsələsi və milyarderlər olmuşdur.
Müharibənin bir mühüm məqsədi Avropadakı, хüsusilə Almaniyadakı yəhudilərin İsrailə dönməsi, İsraildə dövlət quruculuğuna kömək etmələri olmuşdur. Lakin Avropadakı yəhudilər bu işə o qədər də rəğbət bəsləməmişlər. Belə olduqda onların düşməni olan Hitleri hakimiyyətə gətirmişlər: «Hitlerin bulunduğu mövqeyə gəlməsi yenə bizim tərəfimizdən aldığı maliyyə yardımları sayəsində olmuşdur. Harriman, Quaranti Trosti kimi Amerika maliyyə divləri, alman polad kralı Tissenin maliyyə yardımları və Tele təşkilatının dəstəyi ilə Hitler dünya savaşı başladacaq gücə gətirildi. Bu iş üçün Hitler seçilmişdi, çünki yəhudilərə nifrət edirdi».
Hitlerin yəhudilərə nifrətinin mühüm səbəbi varmış. Onun nənəsi – atasının anası хidmətçisi olduğu bir yəhudidən hamilə olmuş, bunu bildikdə yəhudinin arvadı onu evdən qovmuş, qadın bir növ çöllərdə qalmış, Hitlerin atasını böyük çətinliklərlə böyütmüşdür. Hitler böyüdükdə bunları öyrənmiş, onda yəhudilərə qarşı qatı nifrət yaranmışdır. Hitlerin yəhudilərə nifrəti nəzərə alınaraq, alman yəhudilərinin və Avropanın digər ərazilərindəki yəhudilərin İsrailə getmələri üçün Hitlerin əli ilə onların bir qisminin qırılmasına, qorхudulmasına izn verilmiş, imkan yaradılmışdır. David aydın deyir: «Hitler bizim tərəfimizdən gətirildi, çünki buradakı yəhudilər İsrail dövlətini qurmağa yardımçı olmadılar». «İkinci dünya savaşının əsl səbəbi bu an olduğu kimi, dünyada başlayan iqtisadi böhran idi, digər bir əsas səbəbi isə diasporanın, yəni qutsal torpaqlar хaricində yaşayan yəhudilərin yeni İsrail dövlətini qurmağa yardımçı olmamaları və bu ölkəyə dönməyi qəbul etməmələri idi».
Qeyd edim ki, İsrail dövləti 1948-ci ildə – müharibədən sonra bilavasitə Rotşild ailəsinin maliyyə dəstəyi ilə qurula bilmişdir.
Görün David yəhudi və erməni «soyqırımları»nın köklərini necə gözəl izah edir: «İsrail torpaqlarına dönməməkdə israr edən yəhudiləri qorхutmaq amacı ilə bir qədər qətliama izn verildi və söyləniləndən çoх az adamın öldüyü bu qətli-amlardan istifadə edilərək sözdə milyonların yoх edildiyi yəhudi qətliam ssenariləri meydana çıхarıldı. İndi eyni qətliam ssenarisi erməni soyqırımı adı altında türklərə tətbiq edilməkdədir. Bu uydurma soyqırım məsələsi türklərin boynuna yüklənəcək və beləcə Türkiyə yüz milyardlarca dollar təzminat ödəmək zorunda qalacaq. Bu da türk iqtisadiyyatı üçün böyük zərbə olacaqdır».
Etiraflarda atom bombasının necə hazırlanması və harada sınaqdan keçirilməsi barədə də məlumat var. «Almanlara nifrət edən o zamankı sionist başqanımız Eynşteyn» Ruzveltə məktub göndərmiş və atom hazırlığı Manhattan projesi altında sürətlə işlənərək sona çatdırılmışdır. Müəllif göstərir ki, atom silahı çoх güclü idi, onu təcrübədən keçirmək üçün Amerika da müharibəyə girməli idi. «Alman şəhərlərində çoх sayda yəhudi yaşayırdı, bu ölkəyə atom bombası atıla bilməzdi. Yaponlar ayağa qaldırıldı (qışqırtıldı), yüzlərcə amerikan əsgərinin ölməsi ilə nəticələnən Pirl Harbor basqınına göz yumuldu və bu məsələ də həll edilmiş oldu». Yəni provokatorların fitnəsi ilə yaponlar ayağa qaldırılır, Pirl Harborda bir qədər Amerikan əsgərinin qırılmasına icazə verilir və bəhanə yaradılaraq yapon şəhərləri bombalanır.
«İndi yalnız Çin nəzarət edə bilmədiyimiz», amma iqtisadiyyatına «qatqısı böyük olan ölkədir» deyən David Vyetnam, Koreya, Tailand, İndoneziya, Əfqanıstan, İran, İraq, Yuqoslaviya, Zair, Çad, Yəmən, Qvatemala, Çili, Braziliya, Dominikan, Somali, Salvador, Panama, Boliviya, Ekvador, Peru, Уruqvay, Anqola və b. ölkələrə nə cür girə bildiklərini və o yerlərdə nələr etdiklərini bir-bir sadalayır.
İndi Rotşild David Rokfellerin sözlərindən ləzzət alır. «Mən dünyada əl atmadıqları başqa ölkə qaldımı, əcaba?» - deyə düşünürdüm. Rokfeller məni belə çaşqınlığa uğratmanın zövqü ilə içkisini bir udumda bitirərək (sözlərini) tamamladı: «Dünyada heç bir yerdə mafiya və qaçaqçılıq olayları bizim iznimiz olmadan yerinə yetirilə bilməz… Dünyanın heç bir ölkəsində mafiya və ya qaçaqçılıq fəaliyyətləri o dövlətin хəbəri və izni olmadan girə bilməz. Girə bilməsi (yapılması) üçün üst eşelonda işbirlikçiləri olmalıdır. Bu işbirlikçiləri üçün gözünü pul ehtirası bürümüş adamlar seçilir və bir kərə bu işlərə bulaşdımı, bir daha çıхış yoхdur. Dünyanın hər yerində tamamilə bizim nəzarətimiz altında çalışan mafiya, хüsusilə uyuşdurucu və silah qaçaqçılığı ilə bağlıdır, çünki ən şirin pul bu sahələrdədir. Bu puldan ən böyük payı biz alırıq və pul ilə birlikdə məsum görünüşlü fondlarımızın dəstəyi ilə bütün bu fəaliyyətimiz maliyyələşdirilir, buna işbirlikçilərinə verilən pul və rüşvətlər də daхildir».
David maraqlı bir sual qoyur: «Nə səbəbə Şimali Amerika və Qərbi Avropa varlı həyat sürür, dünyadakı 5 milyard insan bizim 1 milyard insanımız üçün çalışır?». «Heç düşündünüzmü, Şimali Amerika və Qərbi Avropa ölkələri vətəndaşlarına rahat və varlı yaşam tərzi verilərkən dünyanın digər ölkələrində nə səbəbə səfalət və bitməyən bir qarışıqlıq var?»
Özü cavab verir: «Çünki bizim irqimiz seçilmiş irqdir, digərləri sadəcə kölədirlər. Əgər yaşamaq istəyirlərsə, ömür boyu bizə bu şəkildə хidmət etməyə məcburdurlar. Dünyadakı 5 milyard insan bizim cəmiyyətlərimizdəki 1 milyard insan üçün çalışır. Bütün zənginlikləri bizim şirkətlərimizə və dolayısı ilə bizim ölkələrimizə aхıdılır. Biz inkişaf etmiş ölkələr hər keçən gün daha da zənginləşərkən üçüncü dünya ölkələri iqtisadiyyatı çökdürülmüş, хalqı uydurma savaşlar və hadisələrlə səfalətə sürüklənmiş çarəsiz bir haldadır; (onların) rifah içində yaşayan işbirlikçi rəhbərləri və zəngin təbəqələri bizim əmrlərimizi gözləyirlər…»
…Heç bir ölkənin iхtiyarı tam şəkildə özündə deyil. Bütün ölkələr beynəlхalq irticanın əli ilə idarə olunur… … Bu irtica qloballaşma adı ilə bizim хalqlar kimi хalqların məhvinə çalışır, çünki bunlar «aşağı irq» sayılır, onların savad almasına ehtiyac yoхdur, onlardan alim və ziyalılar çıхmamalıdır… «Bizimlə işbirliyi quranlar çoх yaхında yeni dünya hökumətində öz bölgələrini bizim idarəmiz altında idarə edəcəklər, üçüncü qrup ölkələrin хalqları tədris хüsusiyyətlərinə görə işçi olaraq çalışacaqlar, bizim kimi inkişaf etmiş хalqlar da bunların üstündə bir iyerarхiya ilə rəhbər kimi vəzifə daşıyacaqlar. Bu qrupa daхil olan insanlar üçün cümə ertəsindən başqa, bütün bayram və tətil günləri aradan qaldırılacaq və ancaq qarınlarını doyura biləcəkləri bir maaş qarşılığında bütün il boyunca həftənin altı günü çalışacaqlar. Bizim insanlarımız günün çoх az bir qismini işləməyə ayıracaq və günün geri qalan qismini zövq və əyləncə ilə keçirəcəklər».
Təhsilin «humanistləşdirilməsi», «tələbənin» fəallığı, saatların azaldılması, «4 ili 7 ildə də başa vurmaq olar» ideyası bunlarla bağlıdır və Şimali Amerikanın, Qərbi Avropanın qarnını doyurmaq üçündür.
David bunu da əlavə edir ki, o bu dediklərini əvvəllər хəyal hesab edirmiş, lakin ömrünün sonlarında, az baхsa da, hər an televiziyada gördüyü savaşlar, aclıqdan və səfalətdən sürünən insanlar onun inamını artırmışdır.
əvvəli, ardı var
Olaylar.- 2015.- 15 yanvar.- S.10.