Biz öz milli-mənəvi

dəyərlərimizə sadiqik”

 

(əvvəli ötən sayımızda)

 

 “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik,

bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri

yaşadırıq və bizim gücümüz də bundadır”

                                                            

İlham Əliyev

 

Hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin ümdə qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pakali dəyərləri müəyyən edir. Bu ənənə və dəyərlər biri-birilə çulğaşaraq həm də xalqların məfkurə və düşüncə sisteminin, dünyagörüşünün parlaq təcəssümü kimi meydana çıxır.

Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar da tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş, ülvi və saf ideallara sarsılmaz bağlılığı ilə daim özünəməxsusluqlarını qoruyublar. Şərqə məxsus mütərəqqi adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin mənəvi mədəniyyətimizdəki uğurlu harmoniyası həm də milli təfəkkürümüzdə fərqli dünyagörüşləri və mədəniyyətləri bir araya gətirir.

Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq göstərir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soy-kökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını paksağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti pedaqogika elminin tanınmış nümayəndələrinin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.

Məktəb və pedaqoji fikir tarixinin görkəmli nümayəndələri, tanınmış tədqiqatçı-alimlər – Hümeyir Əhmədov və Piralı Əhmədovun həmmüəllifliyi ilə “Təhsil” nəşriyyatında  çapdan çıxmış “Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi” kitabı təkcə pedaqogika elminin inkişafına deyil, bütövlükdə müstəqillik illərində cəmiyyətimizdəki ictimai münasibətlər sisteminə mühüm töhfə kimi qiymətləndirilə bilər. Pedaqogika elmləri doktoru, professor Zahid Qaralovun elmi redaktorluğu ilə çapdan çıxmış bu kitab dərin tərbiyəvi-estetik və fəlsəfi məzmunu, sistemliliyi, real həyat həqiqətlərinə əsaslanan fakt zənginliyi və elmi səviyyəsi ilə diqqəti cəlb edir. Kitabın birinci fəslində gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin nəzəri-praktik əsasları, ikinci fəslində isə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin imkanları və yolları araşdırılıb.

Əsl ziyalı və vətənpərvər təəssübkeşliyi ilə qələmə alınmış və çoxşaxəli, gərgin araşdırmaların nəticəsi kimi ərsəyə gəlmiş bu kitabda pedaqoji təlim-tərbiyənin elmi-nəzəri və praktik əsaslarına toxunulub, gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüurda möhkəm intişar tapmasında Azərbaycan xalqının zəngin adət-ənənələrinin, mental dəyərlərinin rolu önə çəkilib. Keçid dövrünün bəzi ziddiyyətli və neqativ prosesləri fonunda gənc nəslin yüksək mənəvi-əxlaqi dəyərlər, ali milli və bəşəri ideallar əsasında düzgün tərbiyə olunması, kamil şəxsiyyət kimi yetişməsi baxımından pedaqoji fəaliyyətin düzgün təşkili, habelə bu sahədə geniş maarifləndirmə işinin aparılması məsələləri “Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi” kitabının əsas ideya məzmununu təşkil edir. Əsəri daha cəlbedici və oxunaqlı edən cəhət müəlliflərin pedaqoji təlim-tərbiyə işi ilə bağlı irəli sürdükləri obyektiv elmi mülahizələrin real həyat həqiqətlərinə əsaslanması, həyatiliyidir. Əsərdə xalqımızın əsrlər boyu formalaşmış mütərəqqi və zəngin mənəvi irsinə istinad edilməklə, müdrik adət-ənənələrin tərbiyəvi-psixoloji təsiri düzgün olaraq önə çəkilib. Güclü tərbiyəvi-psixoloji təsirə malik olan bu kitabı oxuyan hər kəsin gözləri önündə istər-istəməz layiqli azərbaycanlı ailəsi, onun zəngin mənəvi dəyərləri canlanır.

Pedaqoji elmlər namizədləri Hümeyir Əhmədov və Piralı Əliyev haqlı olaraq qeyd edirlər ki, sosial-tarixi baxımdan milli dəyərlərin qorunması və gənc nəslə aşılanması problemi cəmiyyət üçün həmişə aktual olub. Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soy-kökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Tədqiqatın aktuallığı müasir tərbiyə sistemində gedən yeniliklərlə bağlıdır. Müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yeniləşməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir. Bu baxımdan kitabda tərbiyənin ümumi sosial funksiyası, məqsəd və vəzifələri, qanunauyğunluqları, eləcə də əsas prinsipləri əksini tapmışdır. Kitabda dərin elmi tədqiqatların ümumiləşmiş nəticəsi olaraq belə bir fikir qabarıq önə çəkilir ki, milli soy-kökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir. Şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin rolu böyükdür. Azərbaycanlı milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilməklə, müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil edir. Həmmüəlliflər şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında məktəblə ailənin əlaqəli sistemi haqqında da maraqlı mülahizələrlə çıxış etmişlər.

Kitabın ikinci fəslində ayrı-ayrı əxlaqi kateqoriyaların mahiyyəti konkret faktlar əsasında açıqlanıb, onların əsasında tərbiyənin təşkili imkanları nəzərdən keçirilib. Əsərdə gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və şücaət, mərdlik, təmizlik, halallıq, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsinin yolları və metodologiyası açıqlanıb. Müəlliflər haqlı olaraq təlim-tərbiyə işinin təşkilində islam əxlaqının da rolunu xüsusi önə çəkib, məktəblilərin dünyagörüşündə islam dəyərlərinin xüsusi rol oynadığını vurğulayıblar. Bütün bu əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunur, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilir. Kitabda gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu da önə çəkilir. Eyni zamanda vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına – Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilir.

Hümeyir Əhmədov və Piralı Əliyevin böyük zəhmət hesabına ərsəyə gətirdikləri “Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi” adlı kitab müasir dövrümüzdə mənəvi-əxlaqi normaların bütün səviyyələrdə qorunmasını təbliğ edən, cəmiyyəti kamilliyə çağıran sanballı tədqiqat əsəri kimi praktik təsir gücünə malikdir.

Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi ucun onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdrlar. “Oz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər hec vaxt vətəninə, xalqına ogey munasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, kecmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.

Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi ümummilli lider Heydər Əliyevin məruzə və cıxışlarında həmişə qururla soylənilirdi. Heydər Əliyev gostərirdi ki, milli mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Son illərdə xalqımızın milli adətənənələrinə biganəlik halları haqlı olaraq xalqın, xususilə ziyalıların etirazına səbəb olub. Bu etiraz və narazılıqlar haqqında mətbuatda cıxışlar milli-mənəvi dəyərləri qorumaq cağırışına cevrildiyi bir vaxtda mərhum prezident, umummilli liderimiz Heydər Əliyev bir sıra məqamlara aydınlıq gətirmiş, goruləcək işlərin perspektivini muəyyənləşdirmişdi: “Fursətdən istifadə edərək, bir-iki məsələyə toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz oz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi butun iistiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan kecmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın oz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun boyuk sərvətidir. Hec vaxt iki xalq bir-birinə bənzəməz. Hec vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın ozunə, oz tarixi koklərinə, əcdadları tərəfindən yaradılmış milli, mənəvi dəyərlərinə bağlılığı boyuk amildir. Bizindi dunyanın mutərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə tərbiyələndirməliyik”

Burada birinci novbədə torpaq, dil, ocaq, əcdad, ovlad və qadınla bağlı şərəf, ləyaqət və namus ənənələrini nəzərdə tutmaq lazımdır. Muasir AvropadaAmerikada bir sıra xalqların milli faciə, qlobal fəlakət kimi yaşadığı muasir əxlaqi demoqrafik bəlalara (ailə-nikah-nəsil bohranı, alkoqolnarkoman-nihilizm sərxoşluğu ilə bağlı ifratlara) qarşı ən yaxşı sipər təbii-insani, milli tarixi sərvətləri muqəddəs tutub qorumaq, gələcək ucun də zədəsiz saxlamaq olmazdımı?! Təəssuf ki, belə sərvətlərə munasibətdə də həssaslığın lazımi səviyyədə olmadığı hallara rast gəlirik.

Mustəqil Azərbaycan dovlətinin mədəniyyət siyasətinin həyata kecirilməsində əsas cətinliklərdən biri də qloballaşmadır. Mustəqilliyə qədəm qoymuş gənc bir dovlət ucun qloballaşma adı altında milli-mənəvi dəyərlərinin sıxışdırılması, onun məhvinə gətirib cıxara bilər. Qloballaşma beynəlxalq aləmdə labüd olan bir proses kimi həyatımızdan yan kecə bilməz. Bir şərtlə ki, bu prosesdən umumi inkişafımız ucun səmərəli istifadə edə bilək.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 16 yanvar.- S.11.