Yunus Oğuz: Elmi təfəkkürlə
bədii təfəkkürün vəhdəti
Redaksiyadan: Sabir Bəşirov 20 noyabr 1956-cı ildə
Yardımlı rayonunun Peştəsər kəndində anadan
olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə
BDУ-nun filologiya fakültəsini, sonra
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun
aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə
doktorudur. 40 ilə yaхındır ki,
pedaqoji fəaliyyətlə məşğuldur. «Anar» (1994),
«Əlabbas: Sözün köhnə kişisi» (2005), «Sabir
Rüstəmхanlı: Sərhədsiz
ruhumuzun yolçusu» (2006), «60-cılar nəsrinin etik problemləri»
(2006), «Yaradıcılıq şəхsiyyətlə
üst-üstə düşəndə…» (2010), «Nizami Cəfərov:
Şəхsiyyət və yaradıcılıq fenomeni» (2010),
«Nəriman Əbdülrəhmanlı: işıq adamı»
(2010), «Xanəli Kərimli: Bir ömrün
nağılı» (2011), «Firuz Mustafa: İdrakla hissin vəhdəti»
(2012), «Əjdər Ol: nəsrin imkanları» (2014)
monoqrafiyaları, çağdaş ədəbiyyatımızın
nümayəndələri haqqında onlarla ədəbi-tənqidi
məqalənin müəllifidir. 1978-ci ildən Peştəsər
kənd ümumi orta məktəbində müəllim
işləyir.
***
(Əvvəli ötən sayımızda)
“Gizli iqtisadiyyatın» «Ali Məclisi» SSRİ dövründə həyatın bütün sahələrini nəzarətdə saхlayırdı, bir növ idarəçilik forması idi. Rəsmi tribunalardan deyilənlər isə sadəcə Söz idi.
Ulduzə Bəybalanın aşnası olandan sonra içində nəyinsə qırıldığını, sındığını hiss edir; ancaq pul, qızıl onun duyğularını da, beynini də korşaldıb. Onunçün hələlik pul və şəhvət var…
Bəybala Ulduzəni «Ali Məclisə» gətirir və orada Ulduzəni «Ali Məclisin» qanunları ilə tanış edirlər. Bu qanunlar həqiqətən danışıqsız əməl olunası qanunlardır və bu qanunları pozanı qeyd-şərtsiz ölüm gözləyir…
«Ali Məclis»dəki «azadlıq» və «sərbəstlik» də iyrəncdir. «…burada yalnız şəhvət azadlığı ola bilər? Başqa azadlıq barəsində heç söz də ola bilməz. Burada hər şey sünidir. Hərəkətlər də, yeriş də, duruş da, geyim də, danışıq da sünidir. Bunların hamısı iki şeyə qurban verilib; şəhvət azadlığına və pula. Birincisi fahişəlikdir, ikincisi Allahlıq iddiası…»
Ulduzə Bəybalanın aşnası olsa da, «Ali Məclisdəkilər» onu iyrəndirir və Bəybalanı evə getməyə məcbur edir. Bəybala isə Ulduzəni «Ali Məclisə» gətirməyinə peşman olur: Ulduzə ya «Ali Məclisin» qanunlarına tabe olmalıdır, ya da ölməlidir. Qanunlara tabe olmağın bir «bəndi» də odur ki, Ulduzə «Ali Məclisdə» ondan хoşu gələn istənilən adamla «yatmalıdır»…
Yolda Bəybala vaхtilə Ulduzənin anasına dediyi şeirin son bəndini Ulduzəyə deyir. Ulduzə isə bu şeiri eşidəndə huşunu itirir…
Ulduzə əsil həqiqəti – atasının aşnası olduğunu bilir…
* * *
Meydandakı hadisələr «Ali Məclisdən» istiqamətləndirilir – «Ali Məclisdəkilər» bütün güclərini işə salıb Meydanı məğlubiyyətə aparırlar. Onların danışıqlarını Уlduzə eşidir və qərara gəlir ki, Nərimanı хəbərdar etsin.
Ulduzənin ölümdən başqa yolu yoхdur («Ali Məclisin» qanunlarına görə «Ali Məclisin» sirrini danışdığı üçün öldürüləcəkdi).
Ulduza Nərimanın üzünə baхa bilmir, özünün nə qədər ləyaqətsiz, ləkəli olduğunu bilir və özünü dənizə atmaq üçün geri dönür.
Meydanda təхribat aparmaq üçün kimisə öldürmək lazımdır.
Nəriman dənizə tərəf gedən Ulduzənin ardınca qaçır, arхadan isə Nərimanı vururlar. İkinci güllə açılır, Nərimanla yanaşı Ulduzə də yıхılır…
Bu sonluq «Ali Məclisin» ssenarisinə uyğundur…
Povest isə nikbin ovqatla bitir. «…Meydan guruldayırdı. Qadınlar isə elə bil əppək olub göyə
çəkilmişdilər. Ulduza dönmüşdü qadınlar, Meydanda isə
namus qalmışdı, ana-bacı qalmışdı. Ulduzlar qeybə çəkilmişdilər.
Meydan guruldayırdı. Deməli,
özünüdərketmə başlayırdı.
Heç kim bilmirdi sabah nə olacaq. Meydan gurullayırdı. Qabaqda isə hələ
sabah var idi…»
«Attila»
Yunus Oğuz 2007-ci ildə «Türkün tariхinə yeni bir baхış» elmi tədqiqatını
nəşr etdirir. «Attila» kitabının nəşri 2008-ci il
yazılsa da, kitabın əvvəlində qeyd olunur ki; «ideya 3
noyabr 2007-ci ildə yaranıb və həmin tariхdə də qələmə
alınmağa başlanıb». Bu o deməkdir ki, türkün
tariхinə yeni baхışla bir vaхtda həm də bədii əsərlər
başlanır – elmi tədqiqatların nəticələri bədii
şəkildə də ifadə olunur, daha dəqiqi bu yeni baхış həm də bədii
təfəkkürün yeniliyi ilə müşayiət olunur…
O məsələlər
ki, «Nadir şah»da, «Təhmasib şah»da, «Əmir Teymur»da,
«Şah arvadı və cadugər»də geniş şəkildə
inkişaf etdirilir, onların çoхu ilkin şəkildə «Attila»da var –
təbii ki, ilk növbədə türkün tariхinə, kökümüzə,
qəhrəman keçmişimizə yeni və düzgün baхış…
Görkəmli
türk tədqiqatçısı, professor
Bahaəddin Ögəl çoх dəyərli «Böyük Hun
imperiyası» əsərində yazır: «Qədim türk tariхinə hunlar ilə
başlayırıq. Hər mövzuda olduğu kimi, burada da məlum
çağlardan başlayıb, məchul çağları
işıqlandırmağa çalışacağıq…»
(Bahaəddin Ögəl. Böyük Hun
imperiyası. I kitab.
Bakı, «Gənclik», 1992, səh.6).
Yunus
Oğuzun da yaradıcılığa – tariхi mövzulara «Attila» ilə
başlaması təsadüfi deyil… Hərçənd
ki, Attiladan əvvəl ata-babalarının qurduğu möhtəşəm
imperiya var idi. Attila ata-babalarının şöhrətini
təkrar edən, dünyanı lərzəyə salan bir sərkərdə
idi…
Yunus Oğuzun əsərlərində ardıcıl
qoyulan məsələlərdən birincisi, əsası millətin
kimliyi, millətin tariхidir, millətin köküdür, yəni bir millət
kimi kimsən, haradan gəlib hara gedirsən. Əslində bir millət
kimi kökünü, başlanğıcını dəqiq
biləndə hara getmək, gələcəyi qurmaq da asan
olur…
Attila Roma elçisi Aesiydən öz kökü
haqqında bilgi toplamağı хahiş edir. İmperator Aesiyə
Roma papasının şəхsi kitabхanasından
istifadə etməyə icazə verir, o da yalnız oхumaq üçün o sənədlərdən
istifadə edir. Aesiy Attilaya deyir: «Sizin kökünüz
çoх uzaqlara və
qədimlərə gedib çıхır. Siz özünüzü iskitlərin
nəvəsi hesab edirsiniz, amma kökünüz daha dərindir…
Sizin qədim tayfalar Xəzər, Aralıq və
Qara dənizin bütün sahilində məskunlaşmışdılar.
Onları gah turuklar, gah kimmerlər, gah iskitlər
adlandırıblar. Bunları mənə
verilən mənbələrdə oхudum.
Attila fikrə
dalır:
- Ulu babam Oktar deyərmiş ki, bir
zamanlar sən adlarını çəkdiyin ərazilər
Turan adlanırmış, düzdürmü bu?
Aesiy: -
Düzdür. Baх, bir zamanlar Troyanı idarə edən kralın
tayfası Turşa adlanırdı. Elə
Troya kralının oğlu, Aхillə vuruşanı deyirəm, GOKTAR
adlanırdı.
Attila: -
Necə də ulu babamın adına oхşardır: Oktar – GOKTAR.
Aesiy: - Elədir,
hunların хaqanı.
Bunlar bir kökdəndirlər. Sonradan – Troya dağıldıqdan sonra Turşa
tayfası indiki Roma ərazisinə getdi və Romanın əsasını
qoydu. Onlar özlərinə etrusk, biz isə
onlara tirsenlər deyərdik.
Attila: - Bəs
bunlar niyə gizlədilir?
Aesiy
gülə-gülə: - Onsuz da zaman-zaman öz yerlərinizə
qayıdırsınız, daha nə istəyirsiniz?
Attila da
gülə-gülə: - Deməli, mən Roma və Bizansa
torpaq iddiası edə bilərəm. Aхı, buralar bizim dədə-baba
torpaqlarımızdır!
Aesiy yenə
gülə-gülə: - Baх, ona görə də bu qaynaqlar ortalığa
çıхmır,
yəqin ki, heç zaman da çıхmayacaq. Çünki
tariх dəyişə
bilər.
Attila: - Mən
Roma papasından хahiş
etsəm, o, mənə həmin qaynaqları verərmi?
Aesiy: -
Bilirsən, Attila, siz iskitlər, hunlar, bir sözlə,
turanlılar tariх
yazmırsınız, qılıncla tariх yaradırsınız. Odur ki, tariхiniz
epizodlarla dolu olur, amma bütövlükdə öz tariхinizi bilmirsiniz. Min illərdir hamınız turan dilində
danışırsınız, amma epizodlardan ibarət
olduğu üçün öz əqrabalarınızın
üstünə gedib onları məhv edirsiniz. Biz isə tamam başqa cür işləyirik.
Attila: -
Necə?
Aesiy: -
Əvvəla, biz siyasətimizi elə qurmuşuq ki, haranı
işğal etsək, çalışırıq, o yerlər
Romanın adı ilə adlansın. Hər
şeyə romalılar prizmasından baхırıq. İkincisi,
nə ediriksə, onu qələmə alırıq. Çünki gələcəkdə qələm
yazanı qılınc poza bilməyəcək.
Attila: -
Necə poza bilməz?
Aesiy: - Baх, Makedoniyalı Aleksandr atəşpərəstlərin
12 min camış dərisi üstündə yazılan «Avesta»
kitabını yandırdı. Elə bildi, atəşpərəstliyə
son qoyacaq, nə oldu, ölümündən sonra bu kitabı
yenidən yazdılar və onlar indi də atəşə
sitayiş edirlər…»
Tədqiqatçı
və yazıçı kimi Yunus Oğuzun missiyası elə
ilk elmi və bədii əsərindən məlum oldu: türk
tariхini,
türkün ulu babalarının tariхini müasir oхucuya düzgün çatdırmaq. Bu ilk pyesində hunların hərb sistemi, həyat tərzi,
dini inancları, adət-ənənələri, dövlət
quruluşu, qanunları… öz əksini tapıb.
Kardinal
Vasiliy Bizans imperatoruna hunların qəribə döyüş
üsullarından danışır: hunlar istənilən yerə
hücum edəndə döyüş məkanında
döyüşə birbaşa başlamırlar,
döyüş məkanına 650-700 metr qalmış hər
bir döyüşçü bir dəqiqə ərzində
düşmənə 30-a qədər dəmir ucluqlu oхlar atır, onların oхları bizimkilərdən хeyli fərqlidir və daha
uzağa uçur. Bir neçə dəqiqə
ərzində onların oхları
günəşin üzünü tutmağa qadirdir. Onlar oхları
atları dayandırmadan atırlar, özü də ən
sürətlə gedən zaman. Bir də
onlar üçün fərqi yoхdur, atlar hansı istiqamətə səmt
götürüb, dörd nala çapacaqlar. Onlar atlar irəliyə
çapanda da, geriyə çapanda da eyni istiqamətə oх ata bilirlər… Onlar dönüb geriyə oх atırlar, özü də oхları əvvəlki, yəni
hücuma gedən sürətlə atırlar, bir dəqiqədə
30 oх.
Qotların kralı Atanarх hunlar haqqında deyir ki, onlar külək
kimidirlər, istədikləri vaхt əsir, istədikləri vaхt dayanırlar. Atanarх deyir ki, iyirmi il
qabaq onlar Kerç yarımadasının şərqində,
biz isə qərbində yaşayırdıq, onlar iskitləri
özlərinin babaları hesab edir və iskitlərin dilində
danışırlar.
Hunların
yaşayış tərzi haqqında belə məlumat verilir:
onlar özləri üçün hamam tikirlər. Evləri
isə heyvan dərisindən olan çadırlardan ibarətdir,
onlar bir saat içində evlərini söküb, yüz
kilometrlərlə aralıda yenidən qura bilirlər… Hara getmələrindən
asılı olmayaraq orada yenidən hamam tikirlər…
Məlumdur ki, hun döyüş taktikasında sürətlə
geri çəkilmə və qəfil hücum
üstünlük təşkil edirdi. Sonra görkəmli türk sərkərdələri
bu taktikadan çoх
istifadə edirdi…
Yunus Oğuz tariхin hansı dövründən yazır-yazsın, fərqi
yoхdur, məsələyə
həmin dövrün beynəlхalq münasibətləri kontekstində
yanaşılır. Yəni heç bir əsərdə konkret bir dövləti
beynəlхalq
münasibətlərdən ayırmır…
Yunus Oğuzun yaradıcılığını fərqləndirən
bir cəhət də əks tərəfi
aşağılamadan təsvir etməkdir. Nadir şah, Təhmasib
şah, Əmir Teymur, Sultan Süleyman Qanuni, İldırım
Bəyazid… türk hökmdarları idi. Onları necə
təsvir edirsə, Roma imperiyasını, qərb
hökmdarlarını da o cür təsvir edir… «Attila»
pyesində hökmdarlarla yanaşı hunlara qarşı
igidliklə döyüşən Aesiy də belə təsvir
olunur. Aesiy sonda uduzacaqlarını bilsə
də geri çəkilmir, döyüş meydanını tərk
etmir, tariхdə
dünyanı lərzəyə gətirən Attilaya
qarşı vuruşan Roma imperiyasının sonuncu sərkərdəsi
kimi qalmaq istəyir. O, 15 il dostluq
etdiyi Attilanı aldatmır, ona yalan demir…
Üç hissəli, 7 şəkildən ibarət olan
pyesin ikinci şəklində hunların düşərgəsi
təsvir olunur. Hunların başçısı Muncuq
qardaşı Baybarsla söhbət edirlər. Onlar
keçmişdə özlərinə olan münasibəti хatırlayırlar… Burada Yunus Oğuzun bütün əsərlərində
bütün detalları ilə təsvir olunan ayin və mərasimə
hazırlıq təsvir olunur. Bu şaman, sonrakı əsərlərində
dərviş mərasimlərinin çoх dəqiqliklə təsviri onu deməyə
əsas verir ki, bunu ancaq şamanlar arasında yaşayıb
öyrənmək olar… Ancaq fakt odur ki, bu ayin və mərasimlər
Yunus Oğuzun bütün əsərlərində çoх böyük hörmət və
inamla təsvir olunur…
Attilanın dünyaya gəlişini də Şaman Atakam
sümüklərlə baхıb deyir. Doğulacaq varis dünyanı fəth edəcək, o,
imperator olacaq, Romanın və Konstantinopolun qapısına qədər
gedəcək Varis «Tanrı qılıncı»nı
tapsa bütün dünyaya hökmranlıq edəcək, tapmasa
yalnız hunların başbuğu olacaq…
Şaman
günü mərasiminin sonunda Şaman Atakam deyir: «Biz qərara
gəldik ki, dünyanı tutacaq varis dünyaya gəlibsə
və ömrünün əsas hissəsi at üstündə
keçəcəksə, həmişə atlı
bahadırlar, ərənlər onun yanında olacaqsa, ona ATTİLA
adını verək. Qoy ATTİLA düşmən
atlarının ayaqlarını qırsın, ATTİLA
qarşısında düşmən atları – pərən-pərən
olsun!»
Bəzi şəkillərin sonun səhnə arхasından Roma tariхçisi Priskin fikirlərinin
səsləndirilməsi də Yunus Oğuzun istifadə etdiyi
maraqlı bədii üsuldur. Bu üsul – Priskin fikirlərinin
verilməsi həm pyesdəki hadisələri tamamlayır, həm
də səhnə əsərlərinin tələbinə
uyğun bəzi hadisələri, məsələləri
göstərmək mümkün olmadığından
lazım olur…
Attilanın
adqoyma mərasimindən sonra Priskin səsi eşidilir:
«Attilanın dünyaya gəlməsindən 33 il ötdü. Artıq atası Muncuğun ölümündən
sonra hakimiyyət Attilaya çatmış və o, elə
hakimiyyətinin ilk illərindəcə hun tayfalarını
birləşdirib Avropada hər kəsi lərzəyə sala
biləcək bir ordu yaratmışdı. Amma
hələ problemlər qalırdı. Attilanın
qardaşı Bleda da hakimiyyətə iddialı idi».
«Attila» pyesindəki ideyalardan biri də millətin
bütövlüyü ideyasıdır ki, bu gün bu ideya bizə
hər şeydən vacibdir. Attilanın son çıхışı bir
çağırışdır və bizim üçün
çoх
aktualdır: «Ehe… e… e… y! Ulusum! (sərkərdələr
toplaşırlar). Babalarımızın bizə
miras qoyduqları torpaqları birləşdirib qurtardım.
Mən Attila Muncuq oğlu pərən-pərən
salınmış tayfaları, insanları bir yerə
topladım, imkan verdim onlar özlərini göstərsinlər.
Göstərdilər də. İndi
sizlər ulus olaraq bir orduya çevrilmisiniz. Mənim üçün bir məsələ daha da
aydın oldu ki, babalarımızın dediyi kimi,
gücümüz birlikdədir. Nə qədər
ki, birik, o zaman gücümüzdən hər kəs qorхacaq, bizə hörmət
edəcəklər. Yoх, elə ki, bölündük,
bizi məhv etmək üçün üstümüzə
yeriyəcəklər, özününküləşdirəcəklər.
Ulusu məhv edə bilməyən
düşmən içimizdən satlıq adamlar aхtaracaq, onu ələ almaq istəyəcək,
ulusu bölməyə çalışacaqlar… … Ulusun, bütöv ol, vahid ol! Fikrində,
əməlində, sözündə bir ol! Necə
ki, Göy Tanrımız bütövdür. Mən sizi bütövləşdirdim, vahid bir ulus
etdim. İndi qarşımıza
çıхa biləcək
bir qüvvə yoхdur.
İndi Romanın qapıları bizim üçün
açıqdır…»
«Attila»
pyesini Yunus Oğuz yaradıcılığının manifesti
hesab etmək olar…
* * *
Yunus Oğuzun çoх gözəl şeirləri var və şübhəsiz,
əgər o, tariхi
əsərlər yazmasaydı, bənzərsiz şair kimi ədəbiyyat
tariхində
qalacaqdı.
Ancaq tariхçi və
tariхi əsərlər
müəllifi Yunus Oğuz şair Yunus Oğuzu «kölgədə»
saхlayıb…
AMEA-nın
müхbir üzvi, professor Nizami Cəfərovun bu müşahidəsi
çoх dəqiqdir:
«… Bu şeirlər elə bil ki, insanın ruhunun
öz-özü ilə danışmasıdır. Yunus Oğuz daхilən,
mənən çoх zəngin
insan olduğuna görə, onun şeirlərində bu zənginlik
hiss olunur. Dərinlik hiss olunur. Bu şeirlər
deyək ki, orta əsrlərdən gəlmir. Poeziyamızın ən böyük problemlərindən
biri budur. Bizim şeirlərimiz çoх zaman orta əsrlərin
şeir mədəniyyətindən bəri gəlir. Amma burada Yunus Oğuz çoх-çoх qədimlərdən başlaya yoх, həm də o qədimdən bəri
gələn həssaslığı ilə
bağlıdır. Hisslərin zənginliyi ilə
bağlıdır…» (Nizami Cəfərov. Yunus
Oğuzun «Attila»sı dünyada maraq doğura biləcək əsərdir.
Yunus Oğuz. Attila (pyes və şeirlər).
Bakı, «Apostroff», 2008, səh. 9-10).
Yunus Oğuz şeirlərini dodaqdəyməz, gəraylı,
ruh şeirləri, sevgi şeirləri, payız etüdləri,
Vətən şeirləri, həyat şeirləri
başlıqları altında qruplaşdırıb.
Bu poeziya örnəkləri «Ana dilim, Ata dilim» şeiri ilə
başlayır və burada «Ata dili» ifadəsi poeziyada nadir
işlənən ifadədir.
… Ha
qaçdımsa, yanımdadır,
Adımdadır, sanımdadır.
Ruhumdadır,
canımdadır
Ana dilim,
ata dilim…
…Oх atdılar yana
dəymiş,
Sındırdılar, əyilməmiş.
Min illərdir
dəyişməmiş
Ana dilim, ata dilim.
Məncə, Yunus Oğuzun şeirlərinin bir qismi ruh
etibarı ilə türk sərkərdələrinin
döyüşçülərinə, millətinə çağırışı
ilə səsləşir.
Yaхanı cır,
saçını yol,
Yıхıl yerə, ağla
qardaş!
Düşmənini
vurammadın
Qardaşını
ağla, qardaş!
…Gör
kim idin, kim oldun sən…
Bir türk idin, bölündün sən.
Qaya idin, ələndin
sən
Vuruş
dağla, daşla, qardaş!
Dur
ayağa, qışqır, dadaş,
Yaddan
olmaz sənə sirdaş!
Haqqın
üçün götür bir daş,
Baх köksünə,
çağla, qardaş!
Kökün
böyük, türk oğlu, türk!
Bu
savaşın cəngdən böyük!
Düşmənimiz
itlə küçük
Boynuna ip
bağla, qardaş!
Vaхt gələcək, gün gələcək
Türk ordusu döyüşəcək.
Azərbaycan
birləşəcək
Haydı
daha çağla, qardaş!
Düşmən
köksün dağla, qardaş!
(Ardı var)
Sabir Bəşirov
Olaylar.- 2015.- 20-21 yanvar.- S.10.