20 Yanvar- şərəf və qürur günümüz

 

SSRİ-nin süquta uğraması ərəfəsində ermənilər və onların Kremldəki havadarlarının uzun illərdən bəri Azərbaycana qarşı hazırladıqları fitnə-fəsadlar xalqın səbr kasasını doldurmuşdu. Erməni ideoloqları tərəfindən hazırlanmış planın tərkib hissəsi olaraq 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, cəmi bir il sonra isə SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarənin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeciliyindən cıxarılması prosesinə start verilmişdi.

Artıq azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatcılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin heysiyyatına toxunmuşdu. Buna baxmayaraq ermənilərin Moskvada oturmuş ağaları Azərbaycan xalqını cəzalandırmaqdan ötrü fürsət axtarırdı. Məhz bu axtarış həm ermənilərə, həm də keşmiş SSRİ rəhbərliyinə sərfəli idi. Çünki Moskva onun itaətindən çıxmaq üzrə ölan bir xalqı cəzalandırmaq, əyalətdə öz idarə üsul-idarəsini bərqərar etmək, ermənilər isə iddia etdikləri Azərbaycan torpaqlarının ələ keçirmək niyyətində idilər. Beləliklə, 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ kecirməsi, Naxcıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, Xalq Hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti oz əlinə alması, 1990-cı il óànvarın 13-15-də Dövlət Təhlukəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi. Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı cıxan Azərbaycan xalqını cəzalandırmaq ucun Qanlı Yanvar qırğınını torətdi.

O da sirr deyil ki, 20 yanvar faciəsinin reallaşdırılması məqsədilə gizli və amansız bir plan hazırlanmışdı. Belə ki, 1989-cu ilin yayından etibarən Moskvanın Bakıya əlavə qoşun hissələri göndərməsi ucun Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetini sədri Ayaz Mutəllibovun, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyanickonun, Azərbaycan SSR daxili işlər nazirinin birinci muavini Viktor Âàrannikovun imzası ilə SSRİ hökumətinin rəhbərlərinə şifrəli telefonoqramlar gondərilmişdi. İstintaq müəyyən etmişdi ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, QalaNasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi quvvələrin, əməliyyatlara rəhbərlik etmək ücün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

   15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbacov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 20-də saat 00.00-dan etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul vermişdir. Müəyyən edilmişdir ki, bu fərmanı imzalamaqla kecmiş SSRİ-nin rəhbəri M.Qorbacov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur.

Yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupurespublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat catdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nun, o cumlədən Salyan kazarmasının giriş-cıxış yolu kəsilmişdi. Xalq Cəbhəsinin bəzi liderləri əhaliyə dağılmağı, bəziləri isə müqavimət göstərməyi məsləhət gorurdu.

Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata kecirmişdilər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən cıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika cox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən kücəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Bakıya yeridilən qoşun kontingenti qapalı düşərgələrdə saxlanılırdı. Onlarla əhali ilə unsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, “islam fundamentalistləri”, “pantürkistlər” Azərbaycanda sovet hakimiyyətini ələ keciriblər, ona gorə də onları məhv etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli ickilər vasitəsilə qızışdırılaraq, şəhərə hücum edən əsgər və zabitlər qadına, qocaya, körpəyə, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş acmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər ici insanlarla dolu minik maşınlarını əzib kecirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqcular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Müəyyən olunmuşdur ki, "Mülkisiyasi hüquqlar haqqında" 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdır. Kutləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 05.30-da radio vasitəsilə Bakı şəhər komendantı V. Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00.00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan, və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant cıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata kecirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdir. Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı gunlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftcalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqcular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Lakin bu qanlı qırğına baxmayaraq, Azərbaycan xalqının sındırmaq, onun iradəsini qırmaq mümkün olmadı. Əksinə, Azərbaycan xalqı daha da mətinləşdi, daha da möhkəmləndi. Odur ki, 20 yanvar faziəmizdən çox şərəf və qürur günü kimi xatırlanmalıdır.

 

Alim

 

Olaylar.- 2015.- 20-21 yanvar.- S.6.