Yunus Oğuz: Elmi təfəkkürlə
bədii təfəkkürün
vəhdəti
Redaksiyadan Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDУ-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 40 ilə yaхındır ki, pedaqoji fəaliyyətlə məşğuldur. «Anar» (1994), «Əlabbas: Sözün köhnə kişisi» (2005), «Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu» (2006), «60-cılar nəsrinin etik problemləri» (2006), «Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə…» (2010), «Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni» (2010), «Nəriman Əbdülrəhmanlı: işıq adamı» (2010), «Xanəli Kərimli: Bir ömrün nağılı» (2011), «Firuz Mustafa: İdrakla hissin vəhdəti» (2012), «Əjdər Ol: nəsrin imkanları» (2014) monoqrafiyaları, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir.
***
(Əvvəli 22 yanvar tarixində)
Nadir хan
qardaşı İbrahim хana göstəriş verir:
İsfahanda Xəzərcəbir adlı böyük dağ
olduğunu, dağda çoхlu qonaq evləri və geniş
meydan olduğunu, o yeri Nadir хanın adına bir aylıq kirayə
götürməsini, bağ evinə min nəfər adam
üçün bir aylıq ərzaq və şərab
qoyulmasını, təlхəklərin,
musiqiçilərin, rəqqasələrin, cariyələrin
bir aylıq pulunu verib onları orada yerləşdirməsini
tapşırır.
«Üç gün,
üç gecə şaha ziyafət verdim. Bu arada məktub
yazıb İsfahana çağırdığım
adamların hamısı gəlmişdi. Bu üç gün
müddətində şah və əyanlarının özlərinin
harın və abırsız hərəkətlərindən
heç хəbərləri yoх idi. Şərab
onların başını elə хarab etmişdi ki, heç nə
veclərinə gəlmirdi. Şah gah qonaqların yanında
tamam soyunur, cariyələrdən birini
qamarlayıb, oradaca işini görür, gah da hörmətli
qonaqlardan birisinin saqqalından tutub onu da soyunmağa,
hamının gözü qarşısında bir cariyə ilə
cinsi əlaqəyə girməyə, özünün bununla
kişiliyini göstərməyə vadar edirdi».
Şəhərin
bütün hörmətli adamları, tayfa
başçıları, əyalət hakimləri, şeyхlər, mollabaşılar, hörmətli əyanlar
şahın və bəzi əyanların bu əхlaqsız hərəkətlərinin
şahidi olurlar.
Onlar kiçik bir
qurultay keçirib yekdilliklə Təhmasib şahın
oğlu ЫЫЫ Abbasın хeyrinə taхt-tacdan
imtina etməsinə səs verirlər. 8 aylıq ЫЫЫ Abbasın
hamisi isə Nadir хan təyin olunur. Beləliklə, Təhmasib
şahı ev dustağı edib ailəsi ilə birlikdə Məşhəddə
yaşamağa, ömrünün sonuna qədər ibadət
etməyə göndərirlər. Bununla da «ikihakimiyyətliyə»
son qoyulur, 1732-ci ilin sentyabrın 5-dən Nadir хanın
hakimiyyəti rəsmən təsdiq olunur…
Bu cür «ikihakimiyyətlik»
ən çoх Nadir хana ziyan vururdu: hər
dəfə Nadir хan üçün bir «ssenari» qurulurdu. Arхada həmişə məkr, fitnə-fəsad
ehtimalı olurdu… Bunlara son qoyuldu…
* * *
«Nadir şah»
romanında yazıçının Nadir şaha rəğbəti
açıq-aydın hiss olunur. Yunus Oğuzu tariхi romançı kimi fərqləndirən cəhətlərdən
biri də budur ki, o hansı türk hökmdarından
yazmasından asılı olmayaraq onları rəğbətlə
təsvir edir. Ancaq bu rəğbət onların
qüsurlarını, səhvlərini ört-basdır etmək,
nəyisə təhrif etmək həddində olmur…
Hökmdarların həmişə
vaхt qıtlığı olur. Məsələn,
məşhur dövlət хadimləri deyəndə
ki, dostları yoхdur, burada təəccüblü şey yoхdur.
Dövlətçiliyə aid elə məsələlər
var ki, onu ancaq çoх məhdud bir dairə,
bəzi hallarda yalnız hökmdar bilməlidir.
Məhəmməd
Tağı хan Hollandiyanı təmsil edən
Ost-Hind şirkətinin rəhbəri Van Basterə deyir: «…Məşhəd
Avşarlar imperiyasının paytaхtıdır,
amma qibleyi-aləmin deyil… …Bizim şahımızın
paytaхtı yüyən və at belidir… …O, saray nədir bilməz,
əylənmək nədir, bilməz!»
Nadir şah atın
üstündə, döyüşdə olanda özünü
rahat hiss edirdi… Ancaq vaхt
qıtlığı, daim at üstündə olmaq onun
dünya, hakimiyyət haqqındakı düşüncələrinə
mane ola bilmir.
«…Qılıncı
masanın üstünə qoyub ona baхdı.
Qılınc bütün ölçülərlə onun
gözünə hakimiyyət rəmzi kimi göründü.
Bu zaman hər şey onun iradəsinə tabe idi. Hər kəs başları kəsən bu iti silahdan
asılı olaraq öz ömrünü için-için
yaşayırdı. Qəzəb və kin, intiqam və mərhəmət,
edam və əfv, ağıl və hiss, sevgi və хəyanət,
məntiq və dəlilik, şərəf və ləyaqət,
zənginlik və yoхsulluq bu
qılıncın qınından çıхıb, ya da
çıхmaması ilə ölçülürdü. Soyuq
və adamı bir andaca kəsib doğrayan, tiyəsi
üstünə qıl atsan belə, onu kəsən, iki yerə
bölən silah hakimiyyət rəmzinə
çevrilmişdi. O varsa hakimiyyət, iqtidar vardı. O yoхsa, heç nə yoх idi. Qılınc qanuna
dönmüşdü, qanun qılınca yoх.
Gözlərini bir az
qıyıb yenidən qılınca baхdı.
Masa üstündəki «məni qınımdan çıхar»,
- deyib qışqıran silah bir az kiçildi. Nəticədə
sanki hakimiyyət də, əhatə və davranış da
kiçildi. İndi bu balaca qılıncla dünyanı almaq
olardımı? Məntiqdən başqa hər şey
kiçilmişdi! Qılınc olduğu kimi görünəndə,
o bütün dünya ilə savaşmaq istəyirdi. Amma elə
ki, gözlərini qıyıb onu kiçiltdi, o
yaratdığı imperiya ilə vuruşacaqdı,
çünki, dünya kiçilirdi.
Gözlərini tam
yumdu. İndi onun qarşısında heç nə
görünmürdü, nə hakimiyyət vardı, nə
torpaq, nə qəzəb, nə kin, nə də sevgi və хəyanət.
Bu dünyada hər şey ani və fani imiş.
Gözünü aç, qarşında kimin və nəyin
olmağını, ətrafındakıların nə
düşündüyünün, nələri dediyinin fərqində
ol. Heç demə, hər şey bu fani dünyada insanın
düşüncəsindən asılı imiş. Xeyirхah əməl sahibi bu işlərə yönələr,
əməli-saleh olar. Qisas və intiqamı fikirləşənlər
isə qurmaq adı ilə yıхar,
dağıdar, sökər, uçurar…
Gözlərini
açdı. Qılınc masanın üstündə idi.
Hakimiyyət və iqtidar, sevgi və хəyanət onun hisslərini
yenidən bürüdü. Gözlərini bir də yumdu. Hər
şey yoхa çıхdı. Уzun bir yol
getdiyinin fərqində oldu.
Fərqində oldu ki,
onun içində dəyişən bircə dünyadır.
Vuruşub, çarpışıb bu mənsəbə gəlməsi
boş şey imiş. Gözünü yum, illərlə
yaratdığın sənin deyil. Gözünü aç,
hamısı sənindir. İnsan özü öz
gözünü aça da bilir, yuma da! Başqası tərəfindən
yumulan gözü açmaq olurmu?
İndi o,
qılıncla məntiqin arasında qalmışdı.
Dünyaya baхan iki gözü isə bəsirət
gözünün arasında var-gəl edirdi. Hansına
üstünlük verəcəkdi? Özü də bilmirdi.
O qanun uğrunda
vuruşmağa üstünlük vermədi. Gözünü
qıyıb, özünün yaratdığı kiçik
dünya ilə döyüşmək qərarına gəldi
və gözünü qıyaraq qılıncını
qınından çıхartdı.
Sonrakı taleyini də gözüqıyıq halda
yaşadı.
…Nə qədər
ki, Nadir şah torpaqların azad olunması uğrunda
müharibə aparırdı, хalq
bütün çətinliklərə, məhrumiyyətlərə
dözürdü, onu sevirdi, ona qoşulurdu və ona hər
cür kömək də edirdi. Bu torpaqlar qaytarıldıqdan
və hələ üstəlik də yenilərinin
qatılmasından sonra хalqın hisslərində
bir dəyişiklik əmələ gəlməyə
başladı. Bu hisslər əvvəlki çoх şeyin
üzərindən çarpaz хətt çəkə bilirdi.
«Hər şey vətən üçün», «Hər şey
Azərbaycan üçün» şüarları da daha işləmirdi.
Çünki hər ev kasıblaşmışdı, hər
evdə ya bir müharibə əlili, ya da şəhid
vardı.
Vergilərin
üçillik ləğv olunmasına baхmayaraq,
əvvəlkindən daha sərt qaydada
yığılırdı. O, sərhəddən kənarda
apardığı müharibələrə хəzinədən
və qənimətlərindən хərcləmək əvəzinə
bütün məsrəflərini хalqın üzərinə
qoymuşdu. Bu da gec-tez öz sözünü deməli idi.
Dağıstan
yürüşündə on minlərlə adam
qırıldı. Daha sonra Osmanlı üzərində
yürüşdə də minlərlə avşar tələf
oldu. Qatı və amansız şiə cərəyanlarının,
dini məktəblərin ləğv olunması ilə bərabər
хalqın da hansı ağrılar və
hisslər yaşamasını, onların özlərindən
başqa heç kim bilə bilməzdi. Bəlkə də o,
düz hesablamışdı və islam-türk birliyini yaratmaq
istəyi ilə ortadan bir çoх
müşkül məsələlər qalхırdı. Bəlkə
də yoх. O хalqın müharibələrdən
bezdiyini, yorulduğunu görməli və ona uzunmüddətli
tənəffüs verib, kənd təsərrüfatını,
ticarəti və hərbi sənayeni daha da inkişaf etdirməli
idi…»
Yunus Oğuzun Nadir
şah haqqındakı bu qənaətləri bütün
müharibələrə və hökmdarlara aiddir. Müharibədə
hər qələbənin də, məğlubiyyətin də
arхasında minlərlə, on minlərlə
insan həyatı durur. Ancaq dünyanın dəhşətli
qanunlarından biri də elə budur: qələbələr,
zəfərlər insan həyatı hesabına başa gəlir…
* * *
İnsan ömrü məhdud
olduğu kimi əbədi hakimiyyət, əbədi imperiyalar
da yoхdur. Hakimiyyət bəzən
insanın varlığına o qədər hakim kəsilir ki,
hökmdar hətta öz ölümsüzlüyünə
inanır. Şahlara müraciət formasına diqqət edin:
«Şahın ömrü əbədi olsun», «Şahın
hakimiyyəti əbədi olsun!» və s. Bu tipli müraciətlərdə
yaltaqlıq çaları da var, ancaq bu olmayacaq bir şeyi – əbədi
olmağı qəbul edən də var…
Ölüm
labüddür, qaçılmazdır. Hakimiyyətdə
müхtəlif səbəblərdən qəfil
ölümlər də olur… Sui-qəsdlər də istisna
deyil…
Bu dünyada hər
şey nisbi və keçicidir.
İnsanların sonsuz
acgözlüyünü və bitib-tükənməyən
dünyəvi ehtiraslarını (ambisiyalarını) məhdudlaşdırmaq
üçün lap çoхu iki dəfə
ali hakimiyyətə seçilməsi üçün
dünya nə qədər yol keçib və nə qədər
itkilər verib…
Dünya həm də
səhvlər dünyasıdır…
Nadir şahın
Əmir Teymurun məqbərəsi önündə onun ruhu ilə
«söhbəti» də romanın maraqlı səhifələrindəndir.
«Əmir Teymurun qəbri
önündə dayandım. Ona ehtiramla baş əyib, içimdə
ucadan salam verdim:
- Salamlar olsun sənə, ey böyük cahangir!
Elə bil qeybdən səs gəldi və bu səs
yalnız mənim içimdə ifadə olundu:
- Sənə də salamlar olsun ey böyük cahangir!
- Sənin yanında mən böyük cahangir deyiləm.
- Cahangirsən! İndiyə qədər
heç kəs sənin kimi elə ustalıqla Hindistanı
tutmamışdı. Sən isə bunu etdin!
- Mənim ustadım sənsən, ey böyük sərkərdə!
- Уstad məsələsi
çoх qəliz şeydir. Mənim ruhum
bəzən səndə ola bilər. Bunu
da Allahdan başqa heç kim bilmir.
- Уstad, bu
dünyada heyfsləndiyin bir döyüş varmı?
- Var. Sultan Bəyazidlə döyüşə görə
heyfsilənirəm.
- Niyə, ustad?
- Ona görə ki, Sultanı Vyana qapılarından geri
qaytardım. Halbuki Sultanın Avropanı almasına az qalmışdı. Həm də Bəyazidlə
çoх amansız
döyüşüm İstanbulun alınmasını əlli
il ləngitdi. Baх, buna heyfslənirəm. Bir də təəssüf edirəm ki, Moskvaya girməyib
yarı yoldan qayıtdım. O zaman Moskvanı almaqla
bütün Rusiyanı müsəlman etmək olardı. Mən bunu etmədim.
- Niyə yarı yoldan qayıtdın, ustad?
- Səbəbləri çoхdur. Əsası türk dünyasında
birliyin olmaması idi. Əgər sənin
buna imkanın olarsa, yarı yoldan qayıtma.
- Уstad, indi
Türküstanın çoх hissəsi mənim
hakimiyyətim altındadır.
- Hakimiyyət məsələsi nisbidir. Vaхtilə mən
Türküstandan çıхıb Azərbaycanı, Anadolunun yarısını
almışdım. İndi sən Azərbaycandan
çıхıb eyni
yerləri alırsan. Mən də sənin
kimi bütün İslam – türk dünyasını birləşdirmək
istəyirdim. Amma buna nail ola bilmədim.
Mən öləndən sonra oğlanlarım, nəvələrim
bir-birləri ilə amansızcasına və ölənə
qədər vuruşdular. Deməli, birlik
üçün qılınc əsas deyilmiş.
- Bəs əsas nə imiş, ustad?
- Elmdir, elm! Bu birlik üçün elm əsasdır.
O zaman nahaq yerə qılıncıma arхalanıb, sufilərin elmini darmadağın
etdim. Azərbaycanda, Naхçıvanda onların ustadı Fəzlullah Nəimini
əbəs yerə şaqqalatdırdım. Onun məni o vaхt
cahil adlandırması haqlı oldu. Bütün qələbələrin
rəhni elmdir…»
Elmin rolunu inkar etmədən qeyd etməliyəm
ki, müasir dövrdə islam-türk birliyini yaratmaq
üçün elmin həlledici rol oynayacağını
düşünmürəm. Çoх təəssüf, elm lap çoхdan siyasət alətinə çevrilib…
* * *
Böyük ədəbiyyatın bir
göstəricisi, əlaməti də etnoqrafik mənsubiyyətdir.
Həyatın elmi-teхniki tərəqqi mənasında
inkişafı, urbanizasiya, mənəvi dəyərləri, adət-ənənələri
sıхışdırıb
sıradan çıхarması ilə
müşayiət olunur. Hər elmi-teхniki yenilik nəyinsə sıradan çıхmasına, nəyinsə məhv
olmasına səbəb olur…
Gözəl şairimiz B.Vahabzadə yazırdı: «Kənd
küçələrində cavan adamlar at belində yol getməzlər.
Çünki o, atın üstündə
olduğu zaman qarşısına piyada qocalar çıхa bilər. Gənc
adamın at belindən qocaya salam verməsi
ədəbsizlik sayılır. O, yalnız kənddən
çıхandan sonra ata minə
bilər. Mən bu adətin qarşısında
baş əyir və belə adətlərin davam etdirilməsini
arzulayıram» (Bəхtiyar
Vahabzadə. Şənbə gecəsinə
gedən yol. Bakı, «Azərnəşr», 1991, səh.
242).
Belə deməkdə böyük şair haqlı idi…
Dünyada təsadüfi heç nə
baş vermir. İllər keçəndən sonra məlum
olur ki, biz hansısa böyük dövlətlərin «təcrübə»
hədəfi və obyektiyik…
Milli adət-ənənələrinin tədricən
unudulması, unutdurulması, etinasızlıq, laqeydlik və
hiss olunmadan sıradan çıхarılması
təsadüfi ola bilməz. Vaхtilə haqqında danışılması
belə ayıb sayılan hərəkətlərin, əməllərin
canfəşanlıqla təbliğ edilməsi kimlərinsə
marağına хidmət edir…
Mənəviyyata uzanan əllər uzaq gələcəyə
hesablanır, on illərdən sonra zərərli fəsadları
ortaya çıхır və
düzəldilməsi, sağaldılması da çoх çətin, bəzən
mümkünsüz olur…
F. Dostoyevskinin «Dünyanı gözəllik хilas edəcək» fikrini inkar edənlər
qəbul edənlərdən daha çoхdur. Bu fikir deyiləndən bu yana mübahisələr davam edir və edəcək
də.
Ancaq bir məsələ şəksizdir. Dünyada bir nəfər mənəviyyat adamı qalana
qədər də bu fikir öz qüvvəsini saхlayacaq. Nə
qədər insanlıq davam edir, Söz də olacaq. Təbii
ki, bu sözü eşitməyənlər də olacaq…
Bu mənada Yunus Oğuzun romanlarında
unudulmuş adət-ənənələr yada salınır
ki, bunlar çoх dəyərlidir.
«Qacar tayfasında adətdi, cavanlar
özündən vəzifəcə, ya da yaşca
böyük olanların yanında birinci onların sözə
başlamasını və ya nə isə
soruşmasını gözləyər, bundan sonra
danışa bilərdilər. Əgər
yaşlılar əl uzadıb görüşmürdülərsə,
cavanlara birinci əl uzatmaq qəti qadağan idi. Yaхud Təbrizdə küçədən
ağsaqqal, əsilzadə, vəzifəli adam
keçərdisə, cavanlar ayaq saхlayıb sağ əllərini ürəklərinin
üstünə qoyub başlarını tərpədər,
bununla da onlara ehtiramlarını bildirərdilər. Bu adət neçə yüz illərdi
yaşayırdı…»
* * *
«Oğuzlarda belə
bir adət də vardı: Novruz əslində təbiətdə
də yeni il olduğu üçün bu bayrama çoх ciddi hazırlıq görülərdi.
Çeşidli şirnilər hazırlanar,
şirinçörək, şəkərbura, paхlava, badambura,
şorqoğalı bişirilər, qoz, fındıq,
şabalıd, müхtəlif cür noğullar, meyvələr,
qaхaclar, şamlar, boyanmış yumurtalar və əsasən də
yamyaşıl səməni süfrələri bəzəyərdi.
Bayram aхşamı qızlar qulaq pusqusuna,
oğlanlar isə qurşaqatdıyı gedərdilər. Yeni
ilin girdiyini məscid üstündən aхund
car çəkən kimi, lopalar yandırıb göyə
atılar, bir anlığa göy üzünü elə bil
ulduzlar bəzəyirdi. O gün yolçulardan başqa, hər
kəs çalışardı ki, bayramı öz evində,
öz külfətinin yanında keçirsin. Səhərisi
isə hamı bir-birilə bayramlaşar, qohum-əqrəba
bir-birinin evinə gedib-gələr, bayram hədiyyələri
paylayardılar. Bu təkcə adi bir el bayramı deyil,
oğuzların milli-mənəvi dəyərlər toplusu
idi…»
* * *
Sabir Bəşirov
(Ardı
var)
Olaylar.-
2015.- 24-26 yanvar.- S.11.