Peşəkar insan
Şair, dramaturq, tərcüməçi
Adil Babayev ( 1925-1977)
Azərbaycanın XX əsr ədəbiyyatının
görkəmli nümayəndələrindən
biri kimi tanınan Adil Qafar oğlu Babayev 1925-ci il
yanvar ayının
27-də Naxçıvan şəhərində
anadan olmuşdur. Şair-dramaturq 30-a yaxın kitabın
müəllifidir. Azərbaycan poeziyasında
sovet janrının inkşafı bilavasitə
onun adı ilə bağlıdır.
1945-ci ildə Səməd Vurğun gənc Adilin yazdığı “Çinar”
şeirinə yüksək
qiymət verərək
ona şeir ithaf etmişdi. “Şair, nə
incədir rübabın
sənin” misrası ilə başlayan məşhur şer “Mənim arzum” adlanır. “Kommunist”
və “Bakinski raboçi” qəzetlərində
dərc olunun bu şeir gənc
şairin gələcək
həyat və yaradıcılığında mühüm rol oynamışdır.
Adil Babayevin yaradıcılığı
çoxşaxəlidir. Onun pyesləri Azərbaycan Milli Dram Teatrında (“Dağlar qızı”), Gənc Tamaşaçılar
Teatrında (“Yarımçıq
şəkil”), Naxçıvan
Musiqili Dram teatrında
( “Yarımçıq
şəkil”), Musiqili
Komediya teatrında (“Qız görüşə
tələsir”) Sumqayıt
Dram teatrında (“Mənim
məhəbbətim” və
“Ən xoşbəxt adam “) müvəffəqiyyətlə
tamaşaya qoyulmuşdur.
Adil Babayev peşəkar tərcüməçi
kimi də məhsuldar fəaliyyət
göstərib. Azərbaycan oxucusu Robindranat Taqorun, Nekrasovun, Lermontovun, Puşkinin, Qarsia Lorkanın,Pablo Nerudanın, Vladimir Sokolovun,
Yan Raynisin, Taras Şevçenkonun, David Kukuldinovun
və başqa görkəmli qələm
ustalarının poeziya
nümunələri onun
tərcüməsində öz
ana dilində tanış olmuşdur. Adil Babayev tərcüməçilik
fəaliyyətində səhnə
əsərləri də
xüsusi yer tutur. Y.Osnon və V.Vinnikovun “Hind gözəli”, Tsau Yunun “Tufan” , Nodar Dumbadzenin “Darıxma,ana” əsərləri
Milli Dram Teatrında, Şota Mirolavanın
“Tbilisi nəğməsi” Musiqili
Komediya Teatrında, M.Petruyeskonun “Ölümünü
görmüş adam”
Ağdam Dövlət
teatrında oyna-nılmışdır.
Adil Babayev tarixi mövzularda yazdığı poemaları
ilə də məşhurdur. Bunların arasında “Memarın məhəbbəti”, “Qız
qalası, “Babəkdən
sonra”, “Yanıqlı gülüşlər”, “Qartal
qanadları” əsərlərini
ayrıca qeyd etmək lazımdır. Səid Rüstəmov, Ağabağı Rzayeva, Şəfiqə Axundova, Süleyman Ələsgərov,
Tofiq Bakıxanov, Nəriman Məmmədov, Ramiz Mirişli, Sevda İbrahimova, Oqtay Rəcəbov, Ələkbər Tağıyev,
Faiq Sucəddinov, Eldar Mansurov, Mobil Babayev kimi görkəmli
bəstəkarlarımız Adil Babayevin sözlərinə 200-dən çox
mahnı bəstələnmişdir.
Zeynəb Xanlarova, İslam Rzayev, Mirzə Babayev, Fidan Qasımova, Baba Mirzəyev, Mobil Əhmədov,
İlhamə Quliyeva,
“Qaya” kvarteti, “Sevil” ansamblı, Flora Kərimova, Nəzakət Məmmədova, Akif İslamzadə, Aygün Kazımova və başqa tanınmış
müğənnilərin ifasında
indi də müxtəlif efirlərdə
səslənir.
Adil Babayein yaradıcılığı
barədə Səməd
Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Məmməd Cəfər, Osman Sarıvəlli, Məmməd
Rahim, Abbaz Zamanov, Cəlal Məmmədov, Məsud Əlioğlu, Cəlal Abdulayev, Nəkir Nəbiyev, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəxtiyar Vahabzadə, Həbi Xəzri, Xəlil Rza, Nəriman Həsənzadə və başqa görkəmli ziyalılarımız, nüfuzlu
tənqidçilər müxtəlif
vaxtlarda dövrü mətbuatda, elmi əsələrdə mətbuatda
münasibət bildirmişdir.
Onun poeziyası və teatr yaradıcılığı
mövzusunda üç
namizədlik dissertasiyası
yazılmış və
monoqrafiya şəklində
nəşr olunmuşdur.
Adil Babayev 1977-ci ildə uzun sürən ağır xəstəlikdən
sonra ömrün 52-ci
baharında Bakı şəhərində vəfat
etmişdir.
Adil Babayevin
xatirəsini əbədiləşdirmək
məqsədilə Bakı
və Gəncə şəhərlərində iki
küçəyə, Naxçıvan
Müxtar Respublikasında
Mərkəzi Uşaq
kitabxanasına şairin
adı verilmişdir.
Olaylar.- 2015.- 28 yanvar.- S.12.