Bizi ağrıtmağa haqqın yox idi, şair!
Bəzən başlamaq çətin olur.
Bunların hamısı yeniliklərlə bağlıdır. Keçmişin yaratdığı
alışqanlıqları təzələr qabağına
qatıb selləmə aparanda daha bir çətindir,
qarşısına çıxamaq.
Alışqanlıqdandır, nədəndir bilmirəm, amma şair üçün çox
darıxdıq. Bu qədər sevənin
varkən getmək niyə? İnsanları
tanımaq olmur. Sevgidən
danışanların, ömrünü
eşqə, işıqların müxtəlif rəng ahəngdarlığına
həsr edənlərin bəzən səni saymayacaq
qədər qəddar olduğunu
görürsən. İnsanlar zatən,
etibarsızdılar.
Lakin elələri var ki, səni saymayacaq,
düşünməyəcək qədər arxasını
çevirib getməsinə yanırsan. Hisslər oyuncaq deyil axı. Alışqanlıqdandır, nədəndir
bilmirəm, amma çox
qəddarsan, şair. Elə getdin ki, arxanca
danışılacaq ağır yüklü
sözlər buraxdın. Qalaraq bizləri susdura bilərdin. İndi daha rahatsan,
ağrımırsan. Allahdan istəmişdin,
göndərmədi və bilirəm ki, sonda darıxıb özün
getdin. İndi
ağrımırsan. Amma bir
şeyi unutdun axı.
Bizi. Bizləri ağrıtmağa
haqqın yox idi. Gedəcəkdinsə,
sevdirməyəydin. Üzünü heç görmədiyi atasına 17 ildən sonra qovuşmuş yetim kimi soyuq
baxardıq gedişinə. Aramızda olmamağını, hiss etməzdik.
Yenə də
müsahibə üçün qapına
düzüləcəklər. Daha
yaxşısından olsun deyə, yenə
də səndən müsahibə istəyəcəklər.
Getməyini unudub qapını vurub soruşacaqlar: – Vaqif Səmədoğlu
evdədir? “Getdi” sözünün
silləsinə ağrıyacaqlar. O “getdi”
sözünün yalanlığına ovunub qapı önündə məskən salacaqlar. Özlərini aldadacaqlar,
şair.
Bir gün ölüm xəbərsiz gələrsə, onu dayandırmaq üçün
bir yerə yığılardıq.
Əvvəlcədən xəbərləşərdik.
Əzrayılın axtardığı bir
can idisə, yaşamağa
layiq olmayanların ünvanına göndərərdik.
Qatil olardıq. Tanrıya qarşı gəlmək
deyil bu. Əsla! Bizim də gülməyə haqqımız var.
Bəlkə, bu hadisə hansısa bir
yazıçının yeni novellasıdır.
Biz də oradakı obrazlar.
Hə, mütləq belədir. Başqa cür ola bilməz. Belədir.
Novella insanlar üçün daha
maraqlıdır. Hamı gözlənilməz sonluqla
bitən əsərləri daha çox sevir. Sənin də
gedişin o
novellanın kulminasiya nöqtəsidir. Və
sonda qayıdacaqsan. Elə bilirdin,
bizdən gizlədə biləcəksən? Yox,
düşündüyün qədər də
sadəlövh deyilik. Bunu
səni tanımayanlara qandıra bilərsən. Bizə də
yox, şair.
Mənsur
Olaylar.- 2015.- 29 yanvar.- S.11.