Gənclərin milli şüuru və
vətənpərvərlik
ruhu artıb
Bu prosesin davam etdirilməsi üçün örnəklər təbliğ edilməlidir
Azərbaycan dövləti gənclər siyasətinin
ən mühüm istiqamətlərindən
biri kimi ölkəmizdə
gənc nəslin vətənpərvər ruhda
tərbiyəsini daim diqqət mərkəzində
saxlayır. Hələ orta məktəblərdən
başlayaraq bu sahədə
həyata keçirilən kütləvi tədbirlər,
maarifləndirmə və təbliğat işləri bilavasitə
gənclərin mənəvi, fiziki, psixoloji hazırlığına xidmət edir. Gənclərin Vətənə, doğma torpağa məhəbbət
hissinin yüksəldilməsinə, eləcə
də müasir dünyamızda
qloballaşmanın geniş vüsət
aldığı bir zamanda
milli-mənəvi dəyərlərin qorunub
saxlanmasına yönəldilir.
Azərbaycan Respublikası ərazisinin 20
faizinin Ermənistan tərəfindən işğal
olunduğu bir vaxtda gənclərin vətənpərvərlik
tərbiyəsinin düzgün təşkili daha böyük
aktuallıq kəsb edir. Ekspertlərin qənaətincə, bu
məsələdə ümumtəhsil məktəblərinin
X-XI siniflərində tədris olunan “Gənclərin
çağırışaqədərki
hazırlığı” fənni mühüm rol oynayır. Belə
ki, bu fənn öz məzmunu etibarı ilə şagirdlərə
Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların,
hərbi nizamnamə qaydalarının mənimsədilməsini,
onların ordu həyatı ilə tanış
olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən
hazır olmalarını, şagirdlərdə Azərbaycanın
Silahlı Qüvvələrində xidmətin müqəddəs
borc və şərəf işi olmasına inamın
yaradılmasını, vətənpərvərlik, əqidəlilik,
dözümlülük, cəsurluq, intizam və şəxsi
məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin
inkişaf etdirilməsini, mülki müdafiə və ilkin
tibbi yardım bacarıqlarının
formalaşdırılmasını nəzərdə tutur. Vətənpərvərlik
anlayışının mahiyyəti haqqında Ulu öndər
Heydər Əliyev demişdir: “Hamımızın ümumi vəzifəmiz
xalqımızda vətənpərvərlik, vətən
torpağına, millətə sədaqət, vətən
uğrunda şəhidliyə hazır olmaq hisslərini
formalaşdırmaq, inkişaf etdirmək və təbliğ
etməkdir”. Konseptual səciyyə daşıyan bu müdrik
fikir gənclər arasında vətənpərvərlik tərbiyəsinin
aşılanmasının metodologiyasıdır. Demək, vətənpərvərlik
tərbiyəsinin formalaşmasında hamının birgə fəaliyyəti
olmalıdır. Məktəbdə, ailədə, ictimaiyyətdə
cəmiyyətin hər bir üzvü bu nəcib işdə əməli
ilə şəxsi nümunə göstərməlidir.
***
İnsan Hüquqları və Maarifçilik
İctimai Birliyinin sədri
Rafael Becanov hesab edir ki,
Azərbaycanda ildən-ilə milli şüurla bağlı proseslər müsbət
mənada dəyişir. Artıq təbliğat və istiqamət
o ruhda götürülüb
ki, insanlar, xüsusilə
də gənclər bu yükü
öz çiyinlərinə götürməyə
hazır olublar. Bu isə
birbaşa ölkədə gənclərə
göstərilən qayğı və diqqətlə
bağlıdır. İstər ictimai-siyasi
mühitdə, istərsə də idarəetmə sektorunda gənclərə artıq
yaşıl işıq yandırılıb. Bu
isə öz növbəsində gənclərin
fəallaşması və ictimai təbliğatın
gənclərin çiynində daşınmasına bir təkan verib.
Xüsusilə qeyd etmək lazımdır
ki, bu gün
real fəaliyyət göstərən çoxlu sayda gənclər
təşkilatları qeydiyyatdan keçib. Bununla
yanaşı, gənclərə dəstək məqsədilə
Prezident yanında Gənclər Fondu yaradılıb. Bu fond demək olar ki, gənclərin vətənpərvərlik
və milli şüurun
inkişafı ilə bağlı olan bütün layihələrinə dəstək
verir. Artıq gənclər nəinki təşkilat,
həmçinin fərdi qaydada bu növ fəaliyyətlə
məşğul ola bilirlər. Məhz bunun nəticəsində ötən illərlə
müqayisədə gənclərin milli şüurunun və vətənpərvərlik
ruhunun nə qədər
artdığının şahidi ola bilərik. Onun sözlərinə
görə, indiyə qədər əksər xarici
donorlar, kənardan qrant
ayıran təşkilatlar, eləcə də müxtəlif
beynəlxalq qurumlar özləri üçün konkret prioritet sahələr müəyyənləşdiriblər:
“Elə həmin sahələrə də donorluq
edirdilər. Dünya arenasına çıxmalı olan
elə aktual problemlər var
idi ki, həmişə
maliyyələşmədəm kənarda qalırdı. Nə
vətənpərvərlik, nə milli şüur, nə milli ruhun inkişafı, eləcə də Azərbaycanın
ciddi problemləri onların
marağından kənarda idi. Məsələn, nəinki Azərbaycanda, eləsə
də dünyada ən dəhşətli
faciələrdən hesab olunan
Xocalı soyqırımı ilə bağlı istər beynəlxalq,
istərsə də yerli səviyyədə
gənclərin gördükləri işləri dünya istimaiyyətinə çatdırmaq mümkün olmurdu. İndi isə bu kimi məsəllərin həllinə dəstək
Azərbaycanın daxili imkanları
hesabına verilir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası və Gənclər Fondu xəttilə bu məsələlər
artıq prioritet hesab olunur. Xarici donorlar isə Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında maraqlı olmayıblar. Onların
prioritet seçdikləri sahələr insan hüquqları, demokratiya,
müəyyən mənada isə ekoloji və
iqtisadi problemlər idi.
Bu isə bizim maraqlarla beynəlxalq donorların
maraqlarının uzıaşmaması demək idi. Artıq demık olar ki, biz bu
məsələni adlamışıq”. R.Becanovun bildirdiyinə
görə, hazırda daha ciddi
və aktual formada ictimai çüura təsir
edə bilən, dünya ictimaiyyətinə
daha təsirli formada
çatdırıla bilən xəttlər müəyyən edilib ki, hazırda həmin
xəttlərin dəqiqləşdirilməsinə böyük ehtiyac var: “Hesab edirəm ki, artıq bizim gənclərimizdə
savad, intelektual səviyyə
o həddə formalaşıb ki, onların özləri milli
şüur və vətənpərvərlik
kimi məsələlərə yeni yanaşmalar tətbiq
edə bilirlər. Hətta gənclərimiz bu
məsələlərdə müxtəlif təşəbbüslərlə
də çıxış edirlər. Heç
şübhəsiz ki, belə təşəbbüslər
gənclər arasında bir sağlam rəqabət mühiti
yaradır. Formalaşmış belə rəqabət mühiti də təbii ki,
gənclərin milli şüuru
və vətənpərvərlik ruhunun
yüksəlməsinə təsir edən amillərdəndir.
Nəticədə yaradılmış mühit
gənclərin ideya və niyyətlərinin
daha da təkmilləşməsi
və müasir kreativ
düşüncə tərzinin formalaşmasına gətirib
çıxarır”.
Onun sözlərinə görə, gənclərin
milli şüurun
inkişafı və vətənpərvərlik ruhunun yüksıldilməsi istiqamətində
təşəbbüsləri kifayət qədərdir. Lakin yaxşı olardı ki,
bu təşəbbüslərin içərisindən
daha önəmlisinə diqqət
ayrılsın. Bu iş
elə təşkil edilməlidir ki, milli şüur və vətənpərvərlik
ideyaları nəinki ölkənin iri
şəhərlərində, hətta regionlarda
yaşayan gənclərə
çatdırılsın. Bunun üçün çoxlu
sayda gənclər təşkilatının
yaradılmasına ehtiyac var
ki, rəqabət mühiri
genişlənsin: “Xüsusən elm və
təhsil müəssisələri ilə əlaqəli şəkildə
çalışan vətəndaş cəmiyyətlərinin
fəaliyyəti stimullaşdırılmalıdır. Gəncliyin
potensial qüvvəsi olan
tələbə-gənclərə dəstək omalıdır
ki, onlar həmyaşıdları
arasında vətənpərvərlik ruhunun
artırılmasında fəal iştirak
etsinlər”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin
sədri Azər Həsrətin sözlərinə görə,
Azərbaycanda bəzi insanlar iddia edir ki,
milli şüur
tamamilə ölüb. Digər qism isə bunun əksini iddia edir ki,
ölkədə milli şüur
yüksək səviyyədədir: “Mənim fikrim
isə tamamilə fərqlidir. Hesab edirəm
ki, milli şüurun ölməsi haqqında iddialar əsassızdır. Etiraf
edilməlidir ki, son zamanlar gənclər arasında milli kimlik məsələsi
getdikcə daha çox
möhkmlənir, gənclərimizim milli dəyərlərə
bağlanması daha da
güclənir. Bir kəsim gəncliyimiz də
var ki, o
kəsim bu milli kimlikdən
ümumiyyətlə uzaqdır. Bunlar öz ailələri və ətraflarında nə
görüblərsə də, ona uyğun yetişirlər. Ona
görə həmin adamların üzərində nə qədər
işləsək belə, onları milliləşdirə bilməyəcəyik.
Bu isə
o deməkdir ki, gənclərin
milli şüurunun
formalaşması ilə bağlı ikili
inkişaf müşahidə edilməkdədir.
Əslində bu da
faciə deyil. Çünki,
istənilən toplumdə fərqli düşüncələr,
fərqli baxışlar olmalıdır. Üstəlik indiki yeni informasiya
texnologiyalarının inkişaf etdiyi bir dövrdə
insanları mütləq şəkildə bir
yola istiqamətləndirmək mümkün deyil. Ona görə ki, hər kəs
dünyanı görür, dünyada baş verən
proseslərin iştirakçısına çevrilir
ki, bu baxımdan insanlar öz seçimlərində
azad və sərbəstdirlər. Azərbayca
da elə bir dövlətdir
ki, bu dövlətdə
kimsənin ideologiyasına nə dövlət, nə də ki, cəmiyyət müdaxilə etmir. Belə bir vəziyyətdə
düşünürəm ki, bir çox ölkələrdə,
xüsusən də inkişaf etmiş Avropa ölkəlri
ilə müqayisədə Azərbaycanda millilik,
milli kimliyə bağlılıq daha yüksək səviyyədədir. Bu isə təbii ki, sevindirici haldır”. Onun
sözlərinə görə, vətənpərvərlik elə
bir duyğudur ki, onun inkişaf
etdirilməsi üçün mütləq
şəkildə yaxşı örnəklər göstərilməlidir.
Məsələn, ötən ilin
avqust ayında Qarabağda
baş verən hadisələr, noyabr ayında erməni helikopterinin
vurulması Azərbaycan gəncliyi arasında sözün
həqiqi mənasında yüksək döyüş
ruhu yaratmışdı. Baxmayaraq
ki, bunlar döyüş bölgəsində baş verən sıradan bir
hadisədir, amma bu
hadisə gənclərimizi yerindən oyatmışdı. Təsəvvür
edin ki, o halda ölkədə səfərbərlik
elan edilsə idi, Ali Baş Komandan
çağırış etsə idi,
minlərlə gəncimiz bir anda döyüşə hazır olacaqdı:
“Mən belə örnəklərin çox
olmasını arzu edərdim. Burada söhbət cəbhədə süni şəkildə gərginlik
yaradıb örnək göstərməkdən getmir. Sadəcə belə hallar
gənclərin vətənərvərlik ruhunun
yüksəlməsinə müsbət təsir edir”. Bundan başqa, idman
yarışlarında da vətənpərvərlik
ruhunun yüksəlməsi üçün
örnəklər yaratmaq mümkündür.
İdman yarışlarında fərqlənən
idmançılarımızı təbliğ etmək, bunun Azərbaycan dövlətinin imicinə necə
təsir etdiyini aşılamağın özü vətənpərvərlik ruhunun yüksəlməsi üçün
bir nümunədir. Həmçinin, elm, yaxud incəsənət
sahəsində uğur qazanmış gənclərin
örnək kimi göstərilərək
təbliğ edilməsi digər gənclərimizə də stimul vermiş olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 29 yanvar.- S.15.