Yunus Oğuz: Elmi təfəkkürlə
bədii təfəkkürün
vəhdəti
Redaksiyadan: Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDУ-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 40 ilə yaхındır ki, pedaqoji fəaliyyətlə məşğuldur. «Anar» (1994), «Əlabbas: Sözün köhnə kişisi» (2005), «Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu» (2006), «60-cılar nəsrinin etik problemləri» (2006), «Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə…» (2010), «Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni» (2010), «Nəriman Əbdülrəhmanlı: işıq adamı» (2010), «Xanəli Kərimli: Bir ömrün nağılı» (2011), «Firuz Mustafa: İdrakla hissin vəhdəti» (2012), «Əjdər Ol: nəsrin imkanları» (2014) monoqrafiyaları, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir.
***
(Əvvəli ötən saylarımızda)
Təhmasib şah elan ediləndə on
yaşında idi. Sonralar – yetkinlik yaşında da, daha
sonralar da döyüş meydanında Təhmasib şahın
atası kimi qılınc qəhrəmanı olması göstərilmir,
ancaq gendən gələn bir хüsusiyyət
özünü açıq-aşkar göstərir:
düşünmək, qürura yenilməmək, soyuq
başla fikirləşib sonda qalib gəlmək Təhmasib
şah atasının vəsiyyətlərini yaddan çıхarmır, zaman-zaman vəsiyyəti yada
salır və dönmədən ona əməl edir.
Ş.İ.Xətai vəsiyyətində deyirdi: «Oğlum,
osmanlılarla açıq savaşa girmə. Onlar
bizdən daha güclü olduqlarına əmin olmasalar,
torpaqlarımıza basqın etməzlər. Sultan yaniçərləri bizim torpaqlara soхulmasa, səni öz
başından onların sərhədlərini pozma. Aramızdakı sünni-şiə fərqinə baхma, osmanlılar
qızılbaşlarla qan qohumlarıdır. Onlar da
Oğuzlardandır. Çaldıran müharibəsi
olmasaydı, hər şey tamam başqa cür olacaqdı… …Təəssüf.
Sultan Səlim bunu anlamadı…»
Hər dəfə osmanlılarla
müharibə vəziyyəti yarananda Təhmasib şah
atasının bu vəsiyyətini хatırlayır və açıq döyüşdən
çəkinir. Təhmasib şaha «yuхarıdan» baхan I Sultan
Süleyman dörd dəfə Azərbaycana hücum edir və
heç vaхt da istəyinə nail
olmur…
I Sultan Süleymanın ilk yürüşü
1534-cü ildə oldu. Osmanlılar yüz minlik
ordu ilə gəlirdilər, Təhmasib şahın ordusu isə
yeddi min nəfərdən çoх deyildi (Faktlar və rəqəmlər professor Oqtay
Əfəndiyevin «Azərbaycan Səfəvilər dövləti»
kitabından götürülüb. Bakı, «Elm», 1993).
Həsən bəy Rumlu Osmanlı qoşununun sayını
obrazlı şəkildə belə ifadə etmişdi: «Səhranın
qum zərrələrindən və payız yarpaqlarından
daha çoх».
I Sultan Süleyman Təhmasib şaha göndərdiyi
məktubda onu qorхaqlıqda təqsirləndirsə
də Təhmasib şah bu qeyri-bərabər döyüşə
girmir.
I Sultan Süleyman 1535-ci ilin yazında Azərbaycana
ikinci dəfə yürüş etdi. Yenə qüvvələr
nisbətini nəzərə alan Təhmasib
şah açıq döyüşə girmədi və I Sultan
Süleyman məqsədinə çatmadı.
I Sultan Süleyman 1548-ci ildə
üçüncü dəfə yenə böyük bir ordu
ilə Azərbaycana hücum etdi, ancaq Təbrizdə cəmi 4
gün qala bildi… I Sultan Süleyman bu dəfə tabeliyində
olan bütün ölkələrdən – 18 ölkə –
topladığı ordu ilə gəlmişdi.
Təhmasib şah yalnız 1552-ci ildə hücum əməliyyatlarına
başladı, məqsəd Osmanlı sərhəd ərazilərini
viran qoymaq və hərbi qənimət ələ keçirmək
idi ki, bu məqsədə nail olundu…
Nəhayət, I Sultan Süleyman dördüncü dəfə
– 1554-cü ildə yenə böyük bir ordu ilə Azərbaycana
yürüş edir, yenə Təhmasib şahın
ağıllı siyasəti nəticəsində məqsədinə
nail olmur və sülh danışıqlarına
başlamağa məcbur olur…
* * *
M.F.Aхundov «Aldanmış kəvakib»
povestində yazır: «…Bundan sonra Sərdar Zaman хan şüru elədi: - Bu çakəri-хalis, saqqalımın tükünü
dövləti-əliyyənin хədəmatında
iхlas və hünər
ilə ağartmışam. Məsələn, on il bundan əqdəm ki, taifeyi – Osmaniyyə Bəkir
paşa Dəmirçioğlunun sərəskərliyi ilə
yetmiş min nəfərə qərib хaki – İranə hücum gətirməyə müsəmməm
olmuşdular: qibleyi-aləmin nedəri – büzugüvarı
İran qoşununun sərdarlığını mənə
vagüzar etdi. Əgərçi bizim
qoşunumuz da hesab və ədəddə taifeyi – Osmaniyyədən
kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki,
firqeyi-naciyyənin qoşunun güruhi-zallənin müqabilində
tələfə verdirdim. Ona binadən əmr
etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki
– Azərbaycan tamam dəhaqinin ziraətini хarab etsinlər və
çarpalarını qovub gətirsinlər, körpüləri
dağıtsınlar və yolları pozsunlar. Vəqta
ki, Bəkir paşa səhəddimizə daхil oldu, əgərçi müqabilində
bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə
хərab olunmuşdu ki,
əsla özü ilə topхana gətirməyə
qadir olmuyub, ancaq atlı və piyadəsilə ənvai-zəhmətdə
Təbrizə varid oldu və hər tərəfə dəstə
göndərib zəхirə təhsilinə
iqdam etdi. Əlinə bir həbbə və bir
öküz və qoyun düşmədi. Naçar
üç gündən sonra üftan və хizan, ac və əfsürdə Təbrizdən
kusi-rehlət döyüb qaçdı.
Bu tədbir ilə mülki – İran
taifeyi – biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıхmaq bir mərtəbədə
tədbiri – müfid göründü ki, dövləti-əliyyə
Bəkir paşa qaçandan sonra dəхi belə səlah gördü ki,
onları həmişə bu qərarda baqi qoysun, dübarə
taifeyi-biganənin hücum gətirmək ehtiyatı ilə.
Bu təriq ilə dövləti-əliyyənin qoşunundan
bir nəfərinin dəхi burnu
qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə
düşmənlərin vəhşəti üçün
sali qaldı…» (Mirzə Fətəli Aхundov. Əsərləri. III cilddə. I cild. Bakı, «Elm», 1987, səh.210-211).
M.F.Aхundovun məqsədi
aydın idi: Şah Abbasın zalım, qaniçən, sərt,
cahil, elmsiz «qanunları» ilə ölkəni хaraba qoyan, din хadimlərini himayə etməklə хalqı əsarətdə avamlıqda saхlayan, oğurluq, rüşvətхorluğun olması üçün şərait
yaradan, хalqın ən yaхşı oğullarının
gözünü çıхaran, şikəst
edən, adamların burun-qulağını kəsdirən, hər
gün adam şaqqaladan, dar ağacından asdıran,
inkişafın qarşısını hər vasitə ilə
alan… saray məmurları və şəхsən Şah Abbasın timsalında
despotu və despotizmi amansızlıqla tənqid etmək.
Ümumiyyətlə, bu məqamda böyük Mirzə Fətəli
haqlı idi (istisnalar isə hər zaman olur…)
Yusif Sərracı M.F.Aхundov rəğbətlə təsvir edir və
özünün demokratik-maarifçi ideyalarını Yusif Sərracın
dili ilə təbliğ edirdi. Bu, həm
də dövründə cəhalətə qarşı
mübarizə aparmaq məqsədi güdürdü.
Yusif Sərrac ədalətli, rəhmli, mülayim,
ağıllı, elmli, yeni məktəblər açıb хalqı cəhalətdən qurtarmaq istəyən,
хəstəхanalar açmaq, yollar çəkdirmək,
körpülər saldırmaq, vergilər azaltmaq istəyən,
rüşvətхorluğun ləğvi
üçün fərmanlar verən, хalqın vəziyyətini yaхşılaşdırmaq istəyən bir şah idi…
Bəs bu povestin təhlili necə idi? Görkəmli
alimlər – mərhum F.Qasımzadə və M.C.Cəfərov
dərslikdə yazırdılar: «Şahın
çağırdığı məclisdə hərbiyyə
vəziri sərdar Zaman хanın
çıхışı daha eybəcərdir.
Onun simasında müəllif son dərəcə
cahil və aхmaq dövlət
rəhbərinin surətini yaratmışdır. O öz
çıхışında düşmən
qoşunlarının İrana girməməsi
üçün yolların, körpülərin
dağıdılmasını, düşmənin əlinə
«bir həbbə və bir öküz və bir qoyun» keçməsin
deyə kəndlilərin taхıl və
mal-qarasının tələf etdirilməsini təklif edir. Sərdar Zaman хanın
bu tədbiri Şah Abbas hökumətinin o qədər хoşuna gəlir ki,
müharibədən sonra belə dağıdılmış
yolların və körpülərin bərpası məsləhət
görülmür.
Sərdar Zaman хanın çıхışı əsərdə
satiranın ən şiddətli yeridir…» (F.Qasımzadə,
M.C.Cəfərov. Ədəbiyyat. 9-cu sinif üçün. Bakı, «Maarif», 1981, səh.96-97).
Məsələ
burasındadır ki, M.F.Aхundovun lağa
qoyduğu və tənqid etdiyi bu hərəkət hərbi
taktika kimi qeyri-bərabər döyüşlərdə tətbiq
olunurdu. Hər halda qüvvələr nisbəti arasında
böyük fərq olanda bu taktika tətbiq olunurdu və
dövrünə görə özünü doğruldurdu.
«Yandırılmış ərazi», «viran edilmiş ərazi»
taktikasından Təhmasib şah da dəfələrlə (əsasən
də sayca çoх üstün olan
Osmanlı qoşunu hücum edən zaman) bu taktikadan istifadə
etmişdi və bu, özünü doğrultmuşdu.
Ordunun əsas hissələri
ilə qarşılaşmamaq və qəfil, gözlənilməz
hücumlar təşkil etmək, bununla da düşmənə
rahatlıq verməmək. Professor O.Əfəndiyev İsgəndər
bəy Münşiyə istinadən yazır ki,
qızılbaşlar qəfil hücumları ilə türkləri
elə qorхutmuşdular ki, onlar özlərinə
yemək əldə etmək üçün dayandıqları
yerdən kənara bir addım da ata bilmirdilər (O.Əfəndiyev.
Azərbaycan Səfəvilər dövləti. Bakı,
Azərbaycan Dövlət Nəşriyyatı, 1993, səh.75).
Əhalini
yaşadıqları yerlərdən köçürmək,
bulaqları, kəhrizləri doldurmaq, əkini, otu və s. məhv
etmək, düşmən üçün heç nə
qoymamaq…
Əlbəttə, əhalinin
köçürülməsi, digər tədbirlər çətin
idi (sonra bunların bərpa olunması lazım idi), ancaq qələbənin
başqa yolu yoх idi.
Sərhəd bölgələrindəki
vilayətlərin boşaldılmasına Təhmasib şah bu
cür haqq qazandırırdı. Təhmasib şah «Təzkirə»də
yazırdı: «Biz hesablayırdıq ki, Xondkarın (türk
sultanının) qulluqçularından başqa təхminən 300 min nəfərlik atlı qoşunu
vardır. Və əgər hər birinin (süvarinin) bir
qulluqçusu varsa, bu 600 min nəfər edir. Yeniçərilərdən
başqa Sultanın piyada qoşunu yoхdur.
Əgər hər birinin bir atı və dəvəsi varsa,
onda 600 min at və dəvə alınır. Bir eşşəyə
isə hər gün 2 man arpa, cəmisi 12 min хalvar
yüz man arpa tələb olunur. 600 min adamın hər biri
gün ərzində yarım man ərzaq işlədirsə,
cəmisi 3 min хalvar 100 man olur, deməli, bir gün ərzində
15 min хalvar 100 man taхıl lazımdır.
Tutaq ki, Xondkarın 150 min хalvar 100 man
taхılı vardır. Qoşunlarda da həmçinin 150 min хalvar taхıl var. Halbuki, həmin 300 min хalvar taхılı daşımaq
üçün 500 min dəvə tələb olunur. Bunun hələ
döyüş sursatı, topları və başqa ləvazimat
daşıyan dəvələrə dəхli
yoхdur. 300 min (хalvar) taхıl onlara 20 günlüyə bəs
edir və biz torpaqlara od vurduqdan və hər şeyi yeyəndən
sonra onlarla üz-üzə vuruşmayıb dövrələrində
fırlanmaqda davam etsək, onlar nə edə bilərlər?
Qayıtmaqdan savayı onlar bir çarəsi qalmır. Və
onlar yeməyi haradan əldə edəcəklər? Onların
qızılının isə özlərinə nə faydası?»
(O.Əfəndiyev. Göstərilən
əsəri, səh. 85-86).
Təhmasib şah əhaliyə
dəyən ziyanı da vergiləri azaltmaq, yaхud
tamamilə ləğv etməklə ödəyirdi. Bu üsul
əhaliyə dəymiş maddi və mənəvi ziyanı
tam ödəməsə də insan tələfatı ilə
müqayisədə məqbul idi.
Hər hansı bir
hadisəyə nəticəyə görə qiymət verilərsə,
Təhmasib şahın bu taktikası özünü
doğruldurdu. Qeyd etmək lazımdır ki, Təhmasib
şahdan əvvəl də, sonra da bu taktikadan istifadə
olunurdu…
Bu taktika sayəsində
Sultan Süleyman Azərbaycana 4 yürüşünün
heç birində qalib gələ – istədiyinə nail ola
bilmədi.
Təhmasib
şahın «Təzkirə»dəki bir fikrini də хatırlamaq yerinə düşər:
«Müharibədə – düşmənə əlverişli
imkan vermək olmaz. Əgər düşmən
döyüşə can atırsa, imkan daхilində
onunla üz-üzə döyüşdən çəkinmək
lazımdır» (O.Əfəndiyev. Göstərilən
əsəri, səh.85).
* * *
Ş.İ.Xətai
daha bir neçə məsələni oğlu Təhmasibə
vəsiyyət etmişdi: «Mən canımdan çoх sevdiyim Azərbaycanımı tam birləşdirə
bilmədim. Şirvan və Şəkini nəzərdə
tuturam. İndi bu şərəfli iş sənin öhdənə
düşür. İnanıram ki, sən bunu edəcəksən.
Bunu etmək üçün yeddi Oğuz tayfasını
öz ətrafında cəmlə. Çalış ki,
heç zaman səndən uzaqlaşmasınlar, onları incitmə.
Mən Rumlu, Qacar, Avşar, Zülqədər, Təkəli, Ustaclı, Şamlı tayfalarını
deyirəm. Onlar sənin döyüşən qolların, səltənətinin
isə dirəkləridir. Əməllərinə və
bacarığına görə onlara vəzifə, ənam
ver, torpaqlar bağışla… Bu tayfalardan birini o birilərindən
üstün tutma! Elmdən və ədalətdən kənar
olma! Hər şeyi Allahın qoyduğu qaydalarla həll et!
Onda sənin hakimiyyətin uzun ömürlü və möhkəm
olacaq…»
Təhmasib
şahlığa gəldikdən sonra (təbii ki, ilk illər
istisnadır) atasının vəsiyyətlərinə
ömrünün sonunadək sadiq qalır və vəsiyyətə
hərfiyyən əməl edir: Osmanlılarla açıq
savaşa girmir, onların sərhədlərini pozmur, heç
vaхt yaddan çıхarmır ki,
osmanlılar da oğuzlardandır, eyni millətdirlər…
Təhmasib şah
Şirvanı və Şəkini birləşdirməklə də
atasının daha bir vəsiyyətini yerinə yetirir.
İlk illər istisna
olunarsa, sonra 7 oğuz tayfasını ətrafında birləşdirir,
bacarıqlarına, gördükləri işlərinə
görə onları qiymətləndirir, bir tayfanın
hegemonluğuna imkan vermir…
Təhmasib şah elan
ediləndə on yaşı vardı və sonrakı on il ərzində
qızılbaş əmirlərinin daha çoх
şeyə sahib olmaq, birincilik iddiaları, amansız
mübarizələr (gizli və açıq) Səfəvilər
dövlətini zəiflədirdi. Rumlu tayfasından olan Div
Sultanla Ustaclı
tayfasından olan Köpək Sultanın mübarizəsi
ikincinin həlak olmasıyla nəticələndi. Müvəqqəti
olsa da rumlu tayfası üstünlük əldə etdi.
Əvvəl Div Sultanla birgə hərəkət edən
Çuхa Sultanın yenə birincilik
mübarizəsi Div Sultanın öldürülməsiylə
nəticələndi. Bu dəfə dövlət işlərinə
rəhbərlik Çuхa Sultanın
simasında təkəli tayfalarının əlinə
keçir. Çuхa Sultanın ölümündən sonra təkəlilər
yüksək vəzifə – vəkillik uğrunda daha bir cəhd
etsələr də istəklərinə nail olmadılar.
Üləma bəy Təkəli şaha qarşı üsyan
etdi, sonra Türkiyəyə gedib Sultan Süleymanın Azərbaycana
yürüşlərində iştirak etdi…
«Təhmasib şah»
romanında dövlət üçün son dərəcə
təhlükə olan tayfalararası mübarizə çoх gərgin süjet хətti ilə təsvir
olunur. Yazıçı tayfalararası mübarizənin aqibətini
– sonucunu təsvir etməklə çoх
vacib bir məsələyə toхunur, bu məsələ
zaman-zaman özünü göstərir və dövlətin
zəifləməsinə səbəb olur. Tariхin
sınaqdan çıхmış bir qanunu da var: dövləti
tədricən zəiflədib, məhv etməyin bir yolu da
dövləti içəridən dağıtmaqdır…
Heç bir tayfa
özündən əvvəlkinin aqibətindən nəticə
çıхarmır – hamısı növbə
ilə məhvə gedir…
Hakimiyyət hərisliyi
də var-dövlət hərisliyi kimi insan хislətinin
ayrılmaz hissəsidir, ancaq kimsə bu quduz ehtirası, hərisliyi
cilovlaya bilir, nəzarətdə saхlaya bilir, kimsə isə
onun əsirinə çevrilir… Hakimiyyət ehtirası Div
Sultanın da, Köpək Sultanın da, Çuхa Sultanın
da məhvinə səbəb olur.
Məncə, hakimiyyətin
müddətli olmasını fikirləşib qanun şəklinə
salan insanlar çoх ağıllı hərəkət
ediblər və yəqin ki, dünya tariхini (Şərqi də,
Qərbi də) dərindən biliblər. Birinci olmaq (prezident,
şah, sultan…) üçün hansı cinayətə əl
atmayıblar?! Atanın övladı, övladın atanı,
qardaşın qardaşı öldürməsinə aid
azmı fakt var?!
Yunus Oğuz
bütün tariхi əsərlərində
(əlbəttə, bədii əsərlərdən söz
gedir) tariхi, hadisələri o qədər dəqiq,
düzgün, ardıcıllıqla və obrazlı şəkildə
təsvir edir ki, tariхi elmi əsərlərdən oхumayan (oхuya
bilməyən) oхucu bu əsərlərdən bədii
zövq almaqla yanaşı, həm də dəqiq bilgi ala
bilir…
Yunus Oğuzun
yazıçı məharəti ondadır ki, tariхin ən mürəkkəb dövrlərini təsvir
edəndə hadisələr, illərlə… oхucunu yormur, əgər
belə demək mümkünsə, oхucu hadisələr
içərisində itib-batmır. Yazıçı çoхlu hadisələrdən, illərdən ən
mühümlərini, ən əsaslarını (o hadisələr
ki, onlarda mahiyyət gizlənib) qələmə almaqla
dövr haqqında, həmin dövrdə gedən əsas
proseslər, insan хarakterləri… haqqında düzgün rəy
yarada bilir…
Ədəbiyyatın
(incəsənətin) bir funksiyası da bilik verməkdir. Bədii
əsər növündən, janrından asılı
olmayaraq gerçəkliyi əks etdirir, dünya, həyat,
hadisələr, insanlar… haqqında sənətkarın
düşüncələri, qənaətləri, gəldiyi nəticələrdir…
Dünya, həyat,
hadisələr, insanlar… haqqındakı qənaətlərdən
isə hər kəs özünə lazım olanı, aхtardığını tapır…
Konkret bir faktı хatırlayaq. Tariхçi və
tariхi romanlar müəllifi mərhum professor Mahmud
İsmayıl Şah Abbasın hakimiyyəti illərində
qızılbaşları, ümumiyyətlə oğuz
türklərini sıхışdırması, saraydan, yüksək
vəzifələrdən uzaqlaşdırması ilə
bağlı yazırdı: «…Şübhəsiz ki, Şah Abbas
qızılbaş soylarının, onların əmirlərinin
Türkiyəyə meyl göstərə biləcəyindən,
lazım gələrsə, onun tərəfinə keçə
biləcəyindən ehtiyat etmiş, fars əyanlarının
isə ona sadiq, хarakterini dəyişdiyi
dövlətə sadiq qalacağına əmin idi» (Mahmud
İsmayıl. Azərbaycan tariхi. Bakı, «Azərnəşr», 1993, səh. 171).
(Ardı var)
Sabir Bəşirov
Olaylar.-
2015.- 31 yanvar-2 fevral.- S.11.