Turizmin inkişafına
nə mane olur?
Ölkəyə turustləri necə
cəlb etmək olar?
Prezident İlham Əliyev Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
strukturunun təkmilləşdirilməsi haqqında
imzaladığı sərəncamdan sonra ölkənin turizm
sahəsində həyata keçiriləcək islahatlar
gündəmə gəldi.
Dövlət
başçısının sərəncamında “Azərbaycan
Respublikasının Mədəniyyət Konsepsiyası”na
uyğun olaraq, mədəniyyət sahəsində şəffaf
və səmərəli idarəetmə sistemi
formalaşdırmaq və Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədilə
qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyinin
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsi yaradılsın. Artıq sərəncama
uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin
aşağıdakı regional idarələri yaradılır.
Maraqlıdır, bəs Azərbaycanın turizm potensialı
hansı səviyyədərir və bundan nə dərəcədə
səmərəli ostifadə olunur? Əvvala onu xatırladaq
ki, dövlət başçısının məlum sərəncamından
dərhal sonra Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin iclasında “Turizm haqqında” yeni qanun layihəsinin
ilkin variantı müzakirə edilərək bir sıra dəyişikliklər
edilib. Xatırladaq ki, “Turizm haqqında” qanun 1999-cu ildə qəbul
olunub ki, bu qanun artıq müasir dövrün tələblərinə
cavab vermir. Buna görə də “Turizm haqqında” yeni qanun
layihəsinin hazırlanması məsələsi gündəmə
gəlib. Millət vəkili, Əmək və sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli deyib ki, “Turizm
haqqında” qanunun qəbulundan 17 il keçib: “Hazırda bizim əlimizdə
dünyanın bir çox ölkələrinin - Qazaxıstan,
Belarus, Rusiya və digərlərinin qanunları var. Yeni qanun
layihəsinin hazırlanması ilə əlaqədar
işçi qrupu yaratmışıq və ölkələrin
təcrübələrini öyrənmişik. Milli Məclisin
spikerinin dəstəyi ilə materiallar işçi qrupu tərəfindən
işlənib hazırlanıb”. Azərbaycanda turizmin
böyük potensialının olduğunu deyən H.Rəcəbli
bildirib ki, Azərbaycanda 2001-ci ildə 80-dən çox
mehmanxana var idisə, indi onların sayı 400-ü keçib:
"Bu gün ölkəmizdə 223 muzey, 29 teatr, 6300 tarixi
abidə, 27 qoruq var. Turizm potensialı böyükdür, eyni
zamanda çatışmayan məsələlər də var.
Ölkəmizdə yolların tikilməsinə baxmayaraq, bəzi
ərazilərdə hələ də yol yoxdur. Hotellərin
tikilməsinə baxmayaraq, ucuz hotellərin sayı azdır.
Görülməsi vacib olan işlərimiz görülənlərdən
qat-qat çoxdur”. Komitə sədri deyib ki, Azərbaycanda da
Rusiyada olduğu kimi məktəb turizmi yaratmaq olar: “Bu gün
daxili turizmlə bağlı böyük işlər
görülüb. Türkiyə Rusiya bazarından geri çəkildikdən
sonra boşluqlar yaranıb. Bu boşluqları doldurmaq
üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
mühüm işlər görülür. Oradakı turistlərin
10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə
nail ola bilərik".
Turizm Fondu yaradılır
Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsinin
Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov
bildirib ki, Azərbaycanda turizm fondlarının
yaradılması nəzərdə tutulur. Nazirlik rəsmisi
qeyd edib ki, Azərbaycanda bu günədək
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən
vəsaitlərin və digər formada xarici investisiyaların həcmi
turizm sahəsində nəzərdə tutulan məsələlərin
həllinə nail olmağa kifayət etmir. Ona görə də
turizm fondlarının və daha cevik maliyyə mexanizmlərinin
yaradılması, bu mexanizmlərin dövlət tərəfindən
tənzimlənməsi lazımdır. O deyib ki, turizm
infrastrukturunun yaradılması çox vacib məsələlərdən
biridir: “Regionlarda yollarla, infrastrukturlarla bağlı layihələr
həyata keçirilir. Lakin Azərbaycanı həmişə
nümunə kimi göstərdiyimiz Türkiyə, İtaliya,
İspaniya kimi tirizm ölkəsinə çevirmək istəyiriksə,
mütləq müəyyən turizm və rekreasiya zonaları
yaradılmalıdır. Həmin zonalara dövlətin dəstəyi
ilə birdəfəlik maliyyə vəsaitləri cəlb
olunmalıdır. Həm yerli, həm də xarici
investorların köməyindən istifadə edərək yataq
yerlərinin sayını maksimuma çatdırmalıyıq.
Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlərin
tənzimlənməsi yollarından biri yataq yerlərinin
sayının çox olmasıdır. Bununla bağlı
infrastruktur üçün dövlət idarəetmə tələbləri
məsələsini ortaya qoymuşuq. Bu məsələ turizm
sahəsində xidmətin keyfiyyətinin
yaxşılaşmasına yardım edəcək”. M.Qəhrəmanov
deyib ki, ölkənin mövcud turizm potensialının, xidmətlərin
həm yerli, həm də xarici səviyyədə
tanıdılması, yəni reklam məqsədləri
üçün idarəetmə formatında turizm
bürolarının yaradılması
planlaşdırılır. Həmin bürolar regionlarda turizm
xidməti sahələrinin formalaşmasına, onun təşviqi
işinin gücləndirilməsinə təsir göstərəcək.
Bununla yanaşı, layihədə turizm informasiya mərkəzlərinin
şəbəkəsinin genişləndirilməsi, onların
müasir dövrün tələblərinə cavab verən
formada qurulması məsələsi ortaya qoyulub. O, qeyd edib ki,
“Turizm haqqında” yeni qanun layihəsində turizm növləri
- sağlamlıq, sosial, ekoloji, ekstremal, kənd-yaşıl
turizmi ayrıca qeyd edilib: “Lakin bu o demək deyil ki, bu gün
Azərbaycanda yalnız həmin turizm növləri var. Azərbaycanda
turizmin çox geniş növləri var. Lakin digər ölkələrin
təcrübəsi və Ümumdünya Turizm Təşkilatının
tövsiyələrinə görə, bu turizm növlərinə
dövlət dəstəyinin vacibliyini nəzərə alaraq,
onları qanun layihəsinə salmışıq”.
Yersiz müdaxilə, yoxsa süni qiymət
artımı?
Azərbaycan
Turizm və Menecment Universitetinin (ATMU) rektoru Cəfər Cəfərov
isə bildirib ki, ölkənin turizm sektorunun yüksək səviyyədə
inkişaf etməməsi buraxılan səhvlərlə
bağlıdır: “Turizm sektorunda səhvlərə yol
vermişik. Dənizin çəpərlənməsi, mənzərəli
və turizmə xidmət edə biləcək ərazilərin
zəbt olunması bizi bu günə gətirib
çıxarıb. Bəzən bizdə elə təəssürat
yaranır ki, turizm işini yalnız bir dövlət orqanı
görməlidir. Bu məsələdə hökumətin
koordinasiyalı fəaliyyəti olmalıdır. Yəni bu sahədə
hökumət müvafiq olaraq qurumlarası koordinasiya
şurası yaratmaldır. Qoruqların, milli parkların
istifadəsi ilə bağlı çoxlu problemlər var.
Bakı kimi dəniz imkanları olan şəhər ondan
lazımi səviyyədə istifadə edə bilmir.
Abşeron yarımadasına gələn qonaqları hara
aparmaqda çətinlik çəkirik. Bu problemlər həll
olunmadan biz bu qanunu qəbul etsək belə “saqqal
darağı” olacaq. Həll olunması mümkün olan
problemlərin həlli üçün müəyyən
dövlət orqanlarına səlahiyyət verilməlidir.
Qorxmadan, çəkinmədən turizmin təşfiq
qanunlarına getmək lazımdır”. Rektor qeyd edib ki, ilkin
dövrdə maddi baxımdan büdcədə çətinlik
yarana bilər, amma sonda bu addımlar qat-qat artıq qazanc gətirə
bilər. “Qanunsuz yoxlamalar dayandırıldıqdan sonra yeni
mövsümdə turizm obyektlərinin sahibləri yersiz
müdaxilələrin olmayacağına ümid edirlər. Bu
günə qədər daxili turizmin bu günə qalmasına
səbəblər nə olub? Mövsüm
başlamamışdan gəlib sahibkarların, turizm obyektlərinin
başlarının üstün kəsdirirlər ki, pul ver.
Sahibkar da məcbur şəkildə ondan alınan qanunsuz pulun
əvəzi kimi qiyməti artırır”.
Kadrlar xarici ölkələrdən gətirilir
Mütəxəssislər
hesab edirlər ki, Azərbaycanda turizm sahəsini inkişaf
etdirməkdən ötrü bir sıra işlərin
görülməsinə ehtiyac var. Məsələn, bu
gün Azərbaycanda restoranlardakı qiymətlər xarici
turistləri dəhşətə gətirir. Millət vəkili
Araz Əlizadə hesab edir ki, Azərbaycanın turizm sektorunun
bu günə düşməsinə səbəb odur ki, bu sahə
birbaşa olaraq Mədəniyyət və Turizm Nazirliyinin
koordinasiyasında deyil. Hansısa şəxslərin pulu varsa,
qeyri-qanuni yerlər alır, istədiyi otelləri tikdirir və
ürəyi istədiyi qiyməti də qoyur:
“İştahamız çox böyük olduğu
üçün bu gün otel tikənlər yalnız 5 ulduzlu
otellər tikirlər. Heç kəs 2-3 ulduzlu otellər tikmək
istəmir. Nazirlik ölkədə hansı regionların turizm
üçün lazım olduğunu müəyyən etməlidir.
Oradakı torpaqlar hansısa şəxslər tərəfindən
alınıbsa belə, o şəxslərdən dövlət
torpaqları geri almalıdır”. Deputat otellərə nəzarət
və tənzimlənmə funksiyasının şəxslərə
deyil, Mədəniyyət və Turizm Nazirliynə verilməli
olduğunu bildirib: “Mədəniyyət və Turizm Nazirliyinə
otellərin qiymətlərinin tənzimlənməsi səlahiyyəti
verilməlidir. Bu qeyri-leqal səlahiyyətlər bəzi şəxslərdən
alınmalıdır. Bazar iqtisadiyyatı quldurluq
iqtisadiyyatı demək deyil. Ulduzları yalandan otellərə
yapışdırmağa son qoyulmalıdır. Bu gün
regionlarda 3 və 4 ulduzlu otellərə baxsaq görərik ki,
onların göstərdiyi xidmətlər heç o ulduzlara
uyğun da gəlmir”. Araz Əlizadə turizm fakültələrini
bitirən gənclərin işsizlikdən ofisiantlıq
etdiyini bildirib: “Bizim çox səriştəli Turizm
İnstitutu var, orada savadlı kadrlar hazırlanır. Amma baxaq
görək ki, bu gün Bakıda 5 ulduzlu otellərdəki
menecerlər kimlərdir ? Menecer Türkiyədən,
adminstrator Almaniyadan, idarəçi İngiltərədən.
Bəs onda biz axı niyə bu universiteti yaratmışıq?
Otellərdə xidmətləri nizama salmaq üçün
xarici mütəxəssislər gətirirlər. Bizim bu
gün cavanlar, gənclər işsizdirlər. Turizm sahəsini
bitirən ali təhsilli gənclərin çoxu gedib ofisiant
işləyir. Axı niyə? Biz öz xalqımıza
hörmət etməliyik”.
Alim
Olaylar.- 2016.- 5 aprel.- S.11.