Vətənpərvərliyin təbliği
sistemli şəkildə
aparılmalıdır
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onların vətənpərvərlik
ruhunda tərbiyəsi hər zaman başlıca prioritetlərdən hesab edilib. Bunun
üçünsə ilk növbədə
bağçalar və məktəblərdə
işin aparılmasına diqqət yetirilib. Düzdür, adıçəkilən müəssisələrdə
bu istiqamətdə aparılan işlər
nəticəsində Azərbaycan gənci kifayət qədər
vətənpərvər ruhda böyüsə
də, lakin etiraf etmək
lazımdır ki, hələ də müəyyən
nöqsanlar mövcuddur.
Mövcud problemlərin aradan
qaldırılması üçünsə hələ də
orta məktəblərdə bu istiqamətdə işlərin görülməsi
vacib sayılır.
Ekspertlər hesab edirlər ki, ilk növbədə gənclərin təlim və tərbiyəsi ilə məşğul olan pedaqoji heyətin vətənpərvərlik keyfiyyətləri yoxlanılmalı və yüksəldilməlidir. Müəllim heyəti şagird və tələbələr üçün nümunə rolunu oynayır. Buna görə də həmin heyətin özlərinin bu sahədə məqbul biliklərə malik olması və gördüyü işə vicdanla yanaşması təmin edilməlidir. Bu məqsədlə müəllimlərə vətənpərvərlik və dövlətçilik mövzularında xüsusi treninqlər və kurslar keçirilməli, onlar mütəmadi olaraq bu istiqamətdə attestasiya olunmalıdırlar. Bu sahədə ixtisaslaşmış pedaqoji kadrların hazırlanması da zəruridir. Vətənpərvərliyin təbliği müxtəlif vasitələrlə həyata keçirilə bilər. Bunlardan biri də intelektual oyunlardır ki, bu zaman vətənpərvərlik mövzusu gənclərin beynində əbədi həkk olunur. Bu işdə Qeyri-Hökumət təşkilatlarının rolu əvəzedilməzdir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihə həyata keçirib. vurulub. Layihədə Beyləqan şəhərindəki Gənclər Mərkəzində keçirilən “Qarabağ intellektləri” adlı final yarışında Beyləqan, Xocavənd, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Laçın rayonlarının 16 komandası iştirak edib. Tədbirdə layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, Bərdə rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Aydın Qasımov və başqaları çıxışlarında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Yarış “Nə? Harada? Nə zaman?” formatında davam edib. Gərgin mübarizə şəraitində keçən yarışda Bərdənin “Xanqaraqoyunlu” komandası birinci, Xocavəndin “Albedo” komandası ikinci, Xocavəndin “Tuğ” və Tərtərin “28 May” komandaları isə üçüncü yerlərə layiq görülüblər. Yeri gəlmişkən mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf inkişaf etdirilməsi bu vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-in üzrərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Son illərdə QHT-lər tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliğilə əlaqədar olaraq bir sıra layihələr və tədbirlər həyata keçirib. Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə zidd hallara qarşı mübarizədə və tərbiyəvi əhəmiyyəti yüksək olan məsələlərə həmişə həssaslıq və ictimai fəallıq göstərmişlər. Həmçinin onlar daimi olaraq bu sahədə mövcud olan qusurları ictimai əhəmiyyətini nəzərə alıb bu problemləri önə çıxarmaq cəhdində bulunublar. Kimliyindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bu gün bütün QHT-lər məhz milli-mənəvi dəyərləri qorumalı və onu daim təbliğ etməlidirlər. Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər milli qəhrəman, şəhid ailələri, mədəniyyət və milli adət-ənənələrimizi təbliğ edən qurumlardır və işini də məhz bu istiqamətdə qurur. Bütövlükdə bu qrup QHT-lərin fəaliyyətində vətəndaşaları milli-mənəvi dəyərlər sisteminin qorunmasında gördüyü işi də yüksək qiymətləndirmək olar. Bununla bərabər QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almlıdırlar. Bunlardan əlavə QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında, milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir . Bir məsələni də qeyd etmək lazımdır ki, QHT-lər barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada da milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlərin də öz əksini tapıb. Qeyd etməkliyik ki, bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihlər icra etməkdədirlər.Vətənpərvərliyin təbliğinin teatr tamaşalarında da əksini tapması müsbət qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, belə təbliğat vasitəsi gəncləri daha çox özünə cəlb edir. Teatrşünas Məryəm Əlizadə vurğulayıb ki, vətənpərvərlik mövzusunda olan tamaşalar həmişə teatrın repertuarında olan mövzudur: “Mən elə hesab edirəm ki, vətənpərvərlik mövzulu tamaşalar teatrın repertuarda özünə başqa yer tutur və vətənpərvər mövzuda hazırlanmış tamaşalar çoxdur. Amma vətənpərvərlik mövzusunda hazırlanan tamaşalar başda və əbədi olmaldır. Mənə elə gəlir ki, bizim teatrlarımız buna sadiqdir. Vətənpərvərlik mövzusunda hazırlanan tamaşalar tamaşaçılara təsir edə və inadıra bilir. Peşəmlə bağlı teatrlara tez-tez gedirəm və görürəm ki, tamaşaçılarımız teatra qayıdıb. Tamaşaçılarımız da vətənpərvər mövzulu tamaşaları yaxşı qarşılayırlar və ondan təsirlənirlər. Bütün əsərlərin mövzusunda vətənpərvərlik dayanır. Ola bilməz ki, əsər yazan hər hansı yazıçı vətənpərvərlik hissindən məhrum olsun”. Mütəxəssis hesab edir ki, gənclərin vətənpərvər ruhda böyüməsi üçün bu tipli tamaşalar hər zaman hazırlanmalıdır: “Vətənpərvərlik mövzusunda hazırlanan tamaşaların xüsusi vaxtı yoxdur və bütün vaxtlarda repertuarda belə tamaşalar olur. Tamaşaçılar tərəfindən də alqışlarla qarşılanır. Gənclər müharibəni görməyiblər və o hadisləri də elə təqdim etmək lazımdır ki, onlar tariximizi yaxşı bilsinlər və tamaşadan nəisə götürsünlər. Bizim teatrda işğal günlərində xüsusi proqramalar, tədbirlər olur. Məsələn, 20 Yanvar faciəsi və Xocalı soqrımı ilə bağlı tamaşalar hazırlayırıq. Vətənpərvərlik mövzusunda olan tamaşalar vaxtından asılı olmayaraq həmişə olmalıdır. Ümumiyyətlə, vətənpərvərlik deyəndə belə başa düşürük ki, orada mütləq müharibə, ana vətən, vətənə sevgi, canından keçmiş qəhrəmanlarımızın sücaiəti göstərilməlidir. Teatrın, tamaşanın əhəmiyyəti gənclərin vətənpərvər böyüməsinə kömək edir. Yəni vətənpərvərlik ana xətt kimi tamaşalardan keçməlidir, istər böyük obrazlarda, istərsə də kiçik obrazlarda. Birbaşa insanlara ünvanlı tamaşalar olmalıdır. Məsələn, Xocalı soyqrımına həsr edilmiş çoxlu tamaşalar hazırlamışıq, o tamaşalar yalnız həmin gün deyil, başqa vaxt da oynanılır”. Müharibə şəraitində olan dövlətin gənclərində vətənpərvərlik duyğusunun olması olduqca vacib şərtdir. Vətənpərvərliyin təbliği və daha çox aşılanması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsi üçün hərbiyə olan maraq və diqqət artırılmalıdır. Bunun üçün mütləqdir ki, “Vətən” anlayışının daha dərindən başa düşülməsinə geniş imkanlar və zəruri şərait yaradılmalıdır. Orta məktəblərdə “Gənclərin çagırışaqədərki hərbi hazırlığı” (GÇH) fənni icbari təhsil müddətində (1-9-cu sinif) keçirilsə bütün gənclər bu fənni mənimsəyə bilər (Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni hal-hazırda 10-11-ci siniflərdə tədris olunur), çünki bəzi şagirdlər icbari təhsildən sonra təhsillərini davam etdirmirlər və ya peşə, orta-ixtisas məktəblərinə qəbul olurlar. Nəticədə onlar hərbi hazırlıq fənninə yiyələnə bilmirlər. Bütün bunları nəzərə alaraq GÇH fənninin icbari təhsil müddətində tədris olunması daha məqsədəuyğundur. Eyni zamanda hərbi dərslər üçün orta və ali məktəblərdə xüsusi otaqların ayrılması və lazımi ləvazimatlarla təmin olunması gəncdə fənnə marağı daha da artırar və dərsin daha yaxşı mənimsənilməsinə imkan yaradar. Vətənpərvərliyin təbliğini ən yaxşı həyata keçirə bilən insan öz Vətənini sevən və bu Vətən üçün döyüşmüş olan insandır. Bunu nəzərə alaraq, orta məktəblərdə və ali məktəblərdə gənclərin Qarabağ müharibəsi veteranları ilə görüşü vətənpərvərliyin təbliği və aşılanması üçün ən yaxşı üsul sayıla bilər. Müharibə zamanı baş verən hadisələri bunları yaşamış birindən eşitmək gənclərə vətən anlayışının daha yaxşı dərk etmələrinə imkan yaradar. Bununla yanaşı gənc hərbiçilərin iştirakı ilə orta və ali məktəblərdə tədbirlərin keçirilməsi şagird və tələbələrdə hərbiyə olan marağı artırar. Müasir gəncin hərbi sahəni seçməsi digər gənclərə və yetişməkdə olan gəncliyə nümunə olar. Gənc nəslin nümayəndələrinin vətənpərvər yetişməsi dövlətimizin hərbi sahədə əsas gücünə çevrilə bilər. Vətəni sevmək və qorumaq hissi gəncdə formalaşsa fərarilik və hərbidən yayınma halları demək olar ki, minimuma endirilər. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm basmış Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 6 aprel.- S.15.