Region gəncləri vətənpərvər

ruhda tərbiyə olunur

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmsı məqsədilə yerli icra hakimiyyətləri səviyyəsində müvafiq addımlar atılır, tədbirlər həyata keçirilir. Məhz yerli icra hakimiyyətlərinin həyata keçirdikləri həmin tədbirlər region gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.

 

Belə tədbirlərdən biri də Suraxanı rayonunda keçirilib. Suraxanı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların və gənclərin qatıldığı tədbirdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, aprelin 2-də gecə saatlarından etibarən Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlartoppulemyotlardan atəşə tutub, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilib. Rayon rəhbəri ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsini və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsini ordumuzun mühüm qələbəsi kimi dəyərləndirib. Xüsusi vurğulanıb ki, ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhid Elxan Həsənovun həyat yoldaşı Fatma Həsənova, Qarabağ müharibəsi veteranı, 1993-1994-cü illərdə Suraxanı batalyonunun komandiri olmuş Oqtay Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı rayon Veteralar Şurasının sədri Eldar Rüstəmov, Bülbülə Veteranlar Şurasının sədri Mirzəağa Quliyev, Əmircan məscidinin axundu Rəhim Kərimov , Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov, YAP Suraxanı rayon Gənclər Biliyinin üzvü Emil Lətifov çıxış ediblər. Tədbiri yekunlaşdıran İlqar Abbasov xüsusi vurğuladı ki, 2016-cı il aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaq. Azərbaycan Respublikasının Sonda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət qəbul edilib.

Ağdam rayonunda da gənclərin vətəpərvər ruhda tərbiyə olunması istiqamətində müntəzəm olaraq tədbirlər keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Quzanlı qəsəbəsində Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər. Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Qəhrəman Şirin Mirzəyevə həsr edilmiş “Diqqət mən 301-əm” adlı sənədli film göstərilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, ağdamlıların Vətənimizin müdafiəsi uğrunda göstərdiyi fədakarlıqlarından danışıb, müharibə şəraitində yaşayan Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışıb. Bildirib ki, Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Dövlət Xidməti ordu ilə xalq arasında körpü rolunu oynayır. Milli Məclisin deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğunda görülən işləri yüksək qiymətləndirib. Bildirib ki, qələbə qazanmaq üçün döyüşə hazır olmalıyıq. Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli dövlət müstəqilliyinin qazanılmasında və qorunmasında xalqımızın mübarizliyindən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ordumuzun qələbəsi ilə nəticələnəcəyinə inamını ifadə edib. Sonra şəhid ailələrinin üzləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar. Tədbir konsert proqramı ilə davam edib.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha bir tədbirini Nizami Rayon İcra Hakimiyyəti ilə birgə keçirib.

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkədə gənclərin vətənpərvər, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmasına çox böyük əhəmiyyət verildiyini nəzərə çatdıraraq, vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığını, apardığı mübarizədə onda inam hissini gücləndirdiyini söyləyib. Həmçinin xalqımızda Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda canından keçməyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etmək üçün müharibə şəraitində belə tədbirlərin keçirilməsinin gənclərin məhz vətənpərvər ruhda böyüməsinə xidmət göstərdiyini vurğulayıb. Sonra Rayon İcra Hakimiyyətinin başçısı A.Qasımov aprel ayının 2-dən Ermənistanın növbəti silahlı təxribatını xatırladaraq bildirib ki, Azərbaycan Ordusunun qəhrəman əsgərləri, zabitləri düşmənin bu təxribatının qarşısını layiqincə alaraq, düşmənə tutarlı cavab vermiş, təmas xəttində mövqe üstünlükləri əldə etmişordumuzun bu uğuru düşməndə qorxu hissi yaradıb. Bu qələbə əlbəttə ki, Azərbaycan ordusunda xidmət edən gənclərə hərbi xidmətə çağırışadək dövrdə aşılanan düzgün vətən sevgisidir. Bu gün Ordumuzun uğurlarının gənclərdə yaratdığı ruh yüksəkliyini onların könüllü olaraq döyüşə getməyə hazır olduqlarını Milli Orduya göstərdikləri dəstəkdən görmək olur. Çıxışının sonunda A.Qasımov şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərə Allahdan rəhmət, yaralılara şəfa diləyərək bu qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxış edərək, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, görülmüş işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırıb. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər gördüyünü bildirərək, “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirlərin artıq bütün Azərbaycanı əhatə etdiyini söyləyib. Tədbirdə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov çıxış edərək, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribatın Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldığını və daha əlverişli hərbi mövqelərə malik olduğunu, təmas xəttində Azərbaycan Ordusunun üstünlüyünün daha da möhkəmləndiyini söyləyib. O, həmçinin son günlər Ermənistanın törətdiyi bu təxribata beynəlxalq təşkilatların münasibətindən də söz açıb. Tədbirdə çıxış edən

“Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycanın igid, cəsur oğulları və qeyrətli qızlarının həmişə vətənpərvər olduğunu, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına vermədiyini, Vətən naminə canlarını qurban verməkdən çəkinmədiyini söyləyiblər. Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə alması istiqamətində görülən işlərə, tədbirin yüksək təşkilatçılığına və dəstəyə görə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova xatirə plaketini təqdim edib. Eyni zamanda şəhid Vəliyev Rəhim Allahverdi oğlunun həyat yoldaşı Nəcibə Vəliyeva “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə”, Qarabağ müharibəsi veteranı Heydər Rəhimov “Vətən uğrunda xidmətlərinə görə”, 220 saylı məktəb-liseyin hərbi müəllimi Mübariz Məmmədov “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində və hərbi vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə görə və 201 saylı məktəbin 11c sinif şagirdi Rəfi Tağızadə “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyətlərinə görə” mükafatlandırılıblar. Tədbirə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışı ilə yekun vurulub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 15 aprel.- S.15.