Qəhrəman və vətənpərvər
şəhidlərimiz
Aprelin ilk günlərində təmas xəttində
qeydə alınan erməni təxribatında sonra
başlanan aktiv hərbi
əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin
də bir neçə əsgər və zabiti böyük qəhrəmanlıq
göstərərək şəhid oldu. Torpaqlarımızın
bütövlüyü uğrunda
gedən döyüşlərdə yüksək qəhrəmanlıq
göstərərək şəhid olmuş
Vətən oğulları sırasında aprelin
2-də Mi-24 helikopterinin vurulması nəticəsində
şəhid olmuş cəsur
pilotlarımız da vardı. Onlardan biri də mayor Təbriz Musazadə idi.
Məlumat üçün qeyd edək ki, Təbriz
Musazadənin də olduğu Mi-24 helikopteri aprelin 2-də təmas
xəttində gedən döyüşlər zamanı ermənilər
tərəfindən vurulub. Helikopter quyruğundan vurulduğu üçün
Təbriz və onun pilot
dostları döyüş
meydanından sağ çıxmaq
imkanına malik olublar.
Lakin onlar havadan düşmənin qərargahını görüb və helikopteri
erməni qərargahı üzərinə yendirərək
canları bahasına onlarla ermənini məhv
etməyə müvəffəq olublar.
Mayor Təbriz Musazadə 1981-ci ildə Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində anadan olub. O, 4-cü sinfi bitirənə qədər rayondakı rusdilli məktəbdə təhsil alıb. Daha sonra isə Bakıya gəlib və orta məktəbi burada bitirib. Təbriz Musazadə hələ orta məktəb illərindən hərbi sahəyə böyük maraq göstərib. Təbriz uşaqlıqdan fərqli olub. Yaşıdlarında vətənə olan hədsiz sevgisiylə seçilərmiş. Məhz bu maraq Təbrizi hərbi təhsil almağa meyilləndirir. Təbriz Musazadə1996-1999-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Liseyi bitirdikdən sonra Təbriz hərbi təhsilini davam etdirməyi qərarlaşdırır və 1999-2003-cü illərdə o, H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alır. Təbriz 2003-cü ildə həmin məktəbi təyyarəçi pilot ixtisası ilə bitirir. O, qısa müddət ərzində mayor rütbəsinədək yüksəlir. Təbriz hələ hərbi məktəbdə oxuduğu illərdə torpaqlarımızın ermənilər tərəfindən işğal olunması ilə barışmır, torpaqlarımızın azad edilməsi istiqamətində mübarizə aparılmasını zəruri sayırdı. Hərbi məktəbdə oxuduğu illərdə yay tətilində doğulub boya başa çatdığı Dmanisiyə gedən Təbriz yaşıdları, kənd camaatı ilə görüşlərdə Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda mübarizədən danışır, hərbçi kimi Vətən uğrunda döyüşə hazır olduğunu bildirir və gəncləri bu mübarizəyə səsləyirdi. Əsl vətənpərvər olan Təbriz Musazadə övladlarını da vətənpərvər böyüdürdü.. Hər işdən gələndə övladları Təıbrizi hərbi salamla qarşılayarmışlar. “Sən düz salam vermədin, qəbul etmirəm” deyərmiş. Uşaqlar təzədən salamlayarmışlar onu. Şəhidin iki oğlu var: Tayfun və Onur.
Aprelin 2-də gedən döyüşlərdə şəhid olan pilotlarımızdan biri də Urfan Vəlizadədir. Ürfan da uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. O, həmişə deyərdi ki, biz torpaqlarımızı mütləq azad etməliyik, Dağlıq Qarabağ problemini bizdən sonrakı nəsillər üçün saxlaya bilmərik. Necə olursa-olsun, canımız, qanımız bahasına olsa belə, torpaqlarımızı azad etməliyik. Biz öz torpaqlarımızı heç kəsə verməyəcəyik. Urfan Vəlizadə hətta toy gününü də vaxtı ilə iyunun 26-sı, Azərbaycan Silahlı Qüvvələri Gününə salıbmış Bu ilin 26-da isə Urfanın ailə həyatı qurmasının 10 ili tamam olacaqdı. Urfanən əsgər və hərbiçi dostlarının qəhrəman şəhidimiz haqqında söylədikləri də təsdiq edir ki, şəhid Vətən oğlumuz əsl qəhrəman olub. Onlar könüllərdə taxt qurduqları kimi Vətənin tarixinə də adlarını qızıl hərflərlə yazdılar. İnşallah bütün torpaqlarımız işğaldan azad olunacaq, onların xatirəsinə o gözəl torpaqlarımızda abidələr qoyulacaq və o gün şəhidlərimizin ruhu şad olacaq. Baş leytenant Bəkir İsmayılov da aprelin 2-də gedən döyüşlərdə Mi-24 helikopterində həlak olub. Kürdəmir rayonunda dünyaya göz açan şəhid İsmayılov da gənc yaşlarından hərbi sahəyə yiyələnərək Heydər Əliyev adına Ali Təyyarəçilik Məktəbibi bitirib. Torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olan Bəkir İsmayılovla anadan olduğu Kürdəmir rayonunda böyük xalq izdihamı və sevgisi ilə vida mərasimi keçirilib.
Erməni təxribatı nəticəsində düşmən gülləsinə tuş gələn Vətən oğullarından biri də şəhidimiz Orxan Həmidovdur. Orxan Lələ Təpə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Orxan torpaqlarımızı azad etmək uğrunda vuruşarkən hər an şəhid ola biləcəyinin fərqindəydi. Məhz, buna görə də ala biləcəkləri ağır xəbərdən ailəsinin sarsılmasını istəmirdi. Orxan Həmidov işğal altında olan torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşür, düşmənə layiqli cavab verir və şəhidlik zirvəsinə ucalır. Əlvan Hüseynov da aprelin əvvəllərində qəhrəmanlıq göstərərək şəhid olan oğullarımızdandır. Əlvanın ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Əlvan hər zaman bundan danışarmış. Əlvanla eyni rayondan olan şəhidlərimizdən biri də Səyyar Quliyevdir.
Mirsalam Cəfərov da ermənilərlə döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizdəndir. Onun ən böyük arzusu Şuşanı azad edib, ən hündür qalasna Azərbaycan bayrağını sancmaq idi. Mirsalam da uşaq yaşlarından hərbi sahəyə diqqət ayırır bu sahə ilə maraqlanır. Hərb sənətinin dərinliklərini öyrənmək üçün yorulmadan oxuyur, öyrənir, çalışırdı. Qısa zamanda qeyrət göstərb, öz üzərində çalışaraq, hərb sahəsində peşəkar kimi tanınmağa başlamışdı. Mirsalam Cəfərov Tovuzun Ermənistana çox yaxın kəndlərindən sayılan Bayramlıda doğulmuşdu. Hərbiçi olub ön cəbhədə xidmət etməyi məktəb yaşlarından qarşısına məqsəd qoymuşdu. Məktədəki şəhidlər lövhəsinə diqqətlə baxdığını görən müəlliminin “Mirsalam, nə fikrə getmisən?” sualına “Müəllim, şəhidlərimizin qanını almalıyıq. Mən onların qanını almaq üçün yaşayacam, döyüşəcəm!” -, cavabını verəndə o hələ azyaşlı uşaq idi. Sonra hərb sənətinn sirlərini öyrənməyə yollandı, arzusunun ardınca. Arzusundan isə nəinki heç vaxt vaz keçmədi, əksinə, bu arzu onun ən böyük xəyalına və amalına çevrildi. Mirsalam tələbəlik illərində yazırdı ki, hər kəsin içində ən böyük saydığı bir arzusu olur. Mənim də ən böyük arzum torpaqlarımızı işğaldan azad etməkdir. Bunun üçün yaşayacam və bu yolda şəhid olsam, özümü ən xoşbəxt insanı hesab edərəm. Ailəsinə də hər zaman “Mənimlə qürur duyacaqsınız!” -,deyirmiş. Ömrünün 4 ilini - 1992-96-cı illərdə döyüş bölgələrində keçirən atasına “Mən sizdən daha yaxşı döyüşəcəm, torpaqlarımızı işğaldan azad edib, geri alacağıq”, deyərmiş. Sonuncu dəfə martin 21-i danışıb ailəsiylə. Qismət olsa, aprelin 7-də ad günümə gələcəm, görüşərik deyib. Amma özü gələ bilməsə də onun şəhidlik, qəhrəmanlıq məqamına çatması xəbəri gəldi. Şəhid Mirsalam elinə-obasına doğum günündən düz 4 gün sonra gəldi. Bütün el-oba qarşıladı şəhidini o gün. Xəbəri eşidən hər kəs “Halal olsun sənə, övlad!” -, dedilər. Onu son mənzilə yola salmağa gələnlərin sayı-hesabi yox idi. Mirsalamın valideynləri Vətən qarşısında ailəsinin başını uca etdyi üçün oğulları ilə qürur duyur, fəxr edirlər. Təki Vətən sağ olsun. Mirsalamın igidliklərindən ağızdolusu, fəxrlə danışdı döyüş yoldaşları. Böyük qəhrəmanlıqlar göstərib, düşmənə necə layiqli cavab verib Mirsalam. O, müasir dövrün qəhrəmanlarındandır. Vətəni necə sevmək nümunəsi, örnəyidir onlar. Qəhrəman bir oğul olmaqla yanaşı, həm də gözəl insan idi Mirsalam.
Cəbhədə baş
verən erməni təxribatı nəticəsində şəhid
olan oğlullarımızdan biri də qəhrəman hərbçi, dəyərli
Vətən övladı Elnur Əliyevdir. Elnur
Əliyev 10 il əvvəl Tovuz
istiqamətində ön cəbhədə
xidmət edirdi. O, dəyərli hərbiçi
olmaqla bərabər, eyni
zamanda gözəl insan
idi. Elnur Vətənini
dəlicəsinə sevən bir vətəndaş
idi. Həyatını hərbi sahəyə
bağlayan Elnur
Əliyev bu sistemdə mayor
rütbəsinə qədər yüksəlmişdi. Elnurun ən ümdə arzusu
işğal altında olan
torpaqları azad etmək idi.
Elə bu vəzifə, məqsəd üçün də qulluq
edirdi. Əvvəllər Tovuz
istiqamətində xidmət çəkən Elnur
Əliyev sonradan xidmət yerinin
Fizuli istiqamətinə dəyişmişdi.
Yenə də ön cəbhədə
Vətənini qoruyur,
torpaqlarımızın işğaldan
edilməsi arzusu ilə
yaşayırdı. İnsanlarımız Enur
Əliyevi daha çox
əsgərlərini xilas etmək üçün özünü
qumbaranın üstünə ataraq şəhid
olan dəyərli bir
hərbiçimiz kimi daha
yaxından tanıdı. Qəhrəman bir
hərbçi, gözəl insan əziz
şəhidmiz mayor Elnur
Əliyev. Elnurla bir
yerdə döyüşən əsgər və hərbiçilərin
hamısı qəhrəman şəhidimizin necə mərd,
qəhrəman bir hərbiçi, gözəl
insan olduğunu qeyd edir. Onun
Vətənini dəlicəsinə sevən bir
oğul olduğunu
vurğulayırdılar, onu necə qəhrəmanlıq
örnəyi qoyduğundan ürək dolusu danışırdılar. Elə
bu səbədən digər şəhid
oğullarımız kimi Elnur
Əliyevin də qəhrəmanlığı
uşaqlarımız, gənc nəslimizə öyrədilməli,
kütləvi informasiya vasitələri onun haqqında, qəhrəmanlığı
haqqında daha çox
yazılar hazırlamalı, sənədli filmlər çəkilməlidir.
Çünki o
qəhrəmanlığı ilə örnək bir Vətən övladıdır. Elnur Əliyevin ömrü
demək olar ki, ön cəbhədə
keçmişdi. Vətən üçün
hər an şəhid olmağa hazır bir insan idi. Hələ 1993-cü ildə yaşadığı
ərazi ermənilər
tərəfindən işğal
olunanda Elnur bu itki ilə
barışmırdı. O, bu səbəbdən həyatını
hərbi ilə bağlamaq qərarı vermişdi. Çünki ən böyük
arzusu Vətən torpaqlaırını, ata
yurdunu, evini düşməndən azad
etmək idi. İllər əvvəl Tovuzda ön cəbhədə xidmət etdiyi zaman da Elnur
bu hisslərlə yaşayırdı. Elnurun vətənpərvərliyi
qardaşı Amidi də hərbiçi olmağa meyilləndirmişdi.
Qardaşının ardınca Elnur
Əliyevin bacısının
həyat yoldaşı
da hərb peşəsinə yiyələnmişdi.
Vətəni işğaldan
azad etmək üçün.şəhid Elnur
Əliyev Lələ Təpədə qəhrəmanlıqla
döyüşüb və
əsgərlərini xilas
etmək üçün
canını qurban verib. Onunla bütün millətimiz
qürur duyur. İnşallah qanları yerdı
qalmayacaq və inanırıq ki, torpaqlarımız tamamilə
işğaldan azad olunanda onların ruhu da sevinəcək.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2016.- 20 aprel.- S.15.