Aprel qəhrəmanlarının
vətənpərvərlik səlnaməsi
Aprel qəhrəmanları Azərbaycan
gəncləri üçün əsil vətənpərvərlik
nümunəsinə çevriliblər. Artıq şəhidlərimizin
göstərdikləri qəhrəmanlıqlar dillər əzbəri
olub. Belə igid
oğulların keçdiyi həyat yolunun ictimaiyyətə
çatdırılması isə bizim boynumuza düşən vəzifələrdəndir.
Beləliklə, ailənin tək övladı olan
Kamran Şirəliyev 1994-cü ildə
Bakının Suraxanı rayonunda anadan olub.
Mərdəkanda yerləşən Hacı Zeynəlabdin Tağıyev adına 125 nömrəli orta məktəbi 9-cu sinifdən bitirərək təhsilinin 101 nömrəli peşə məktəbində davam etdirib. Təhsili ilə bağlı hərbi xidmətə də gec yollanan Kamranın taleyində şəhidlik zirvəsinə ucalmaq varmış. Və bir də onun vətən uğrunda canını tapşırmadan öncə göstərdiyi şücaətinə görə qürur duyan nümunəvi valideynləri müsahibim oldular. Kamranın atası Faiq Şirəliyev oğlunun necə bir övlad olduğunu tam səmimiyyəti ilə danışırdı. Elvira Şirəliyeva isə övladı haqqında danışarkən ana ürəyindəki nisgil ilə bərabər fəxarəti də gizlətmirdi. Yanımızda əyləşən şəhidin dotları o cümlədən onun nənənləri və yaxın qohumlar bu gəncin mülki həyatda da mərd və dürüst bir insan olduğunu təsdiqlədilər. İnsanı cəbhədə tanıyarlar. Kamran 9 aylıq xidmət yolunun bir hissəsini Gəncədə və daha sonra Göygöldə yerləşən N saylı hərbi hissədə keçsə də 4 günlük savaş başlamamışdan bir müddət əvvəl o və digər əsgər yoldaşları Ağdərə rayonu ərazisinə təyinat almışdılar. Belələliklə xidməti səlnaməsinin davamını Ağdərədə yazdıran gənc qəhrəmanımızın bu səlnamasi qızıl kəlmələrlə sona çatdı... Elə komandirləri də onun mərdliyindən danışarkən yorulmadan əsaslı açıqlamalar verirdilər: "yoldaşlarının yanında olan, sakit, təmkinli və qoçaq gənc idi”. Eləcə də "Dostcanlısı sülhsevər simalı əsl Azərbaycan övladı idi” deyə qəhrəmanımızın yaxın qohumları bildirib. Anası Elvira xanım deyir ki, bir neçə gün əvvəl, yəni şəhid övladını torpağa tapşırandan sonra bəzi tanınmış şəxslər onlara baş çəkib. Millət vəkili Qənirə Paşayevanın ziyarətini xüsusi vurğulayan Elvira xanım ailəsinə dəstək olan bütün insanlara minnətdarlığını bildirib. Ağır gündə Kamranı yad edənlərin təşəbbüsünün onda fərəh hissi yaratdığını söyləyir: "Mən heç bir anaya övlad itkisi arzu ertmirəm, o vətəni uğurunda öz borcunu yerinə yetirərkən həyatını tapşırıb, övladım şərəfli yolda haqqa qovuşdu. Ancaq bilirəm ki, bu hadisə yaddaşımızada ömürlük iz qoyacaq”. Atası Faiq bəy cənab prezidentin son çıxışında səsləndirdiyi bir fikiri vurğulayaraq bildirdi ki, nə düşmənin nə də bizim övlad itkisini yaşamağımızı istəmirəm. Biz də sülh istəyirik, istəmirik müharibə olsun. Hər bir valideyin övladının şəhid olmasına qürur hissi ilə yanaşmalıdır ancaq onun itkisini ömür boyu ürəyində ağrı kimi yaşamağı haqq etmirlər. Çox istərdik ki, torpaqlarımız tezliklə geri alınsın, əgər bu savaş meydanı alışmağa başlamışdısa gərək elə də davam edəydi. Müharibədə onsuz da itkilər olur, səngərlər məzarlığa dönəcəksə, torpaqda qan izləri artacaqsa bu bizim 20 faiz parçamızın geri alınması üçün xərclənir. 25 ildir atəşkəsə göz yumuruq, səbr edirik ancaq bununda bir sonu olacaq”. Kamran Şirəliyev Suraxanı rayonunda yerləşən Yeni Suraxanı qəsəbə qəbirsanlığında babası Baxış Şirəliyevin məzarının yanında dəfn olunub.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının təşkilati dəstəyi ilə torpaqlarımızın azadlığı uğrunda döyüşərək qəhrəmancasına şəhid olmuş “Azərbaycan Bayrağı” ordenli Nazim Abdullayevin anım tədbiri isə daha möhtəşəm olub. Anım mərasimi şəhidin dəfn olunduğu II Şəhidlər xiyabanında keçirildi. Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar və rayon ictimayyətinin nümayəndələri iştirak etdilər. Mərasimi giriş sözü ilə açan Laçın rayonunun tanınmış ağsaqqal ziyalısı Qəzənfər Hüseynov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. QMƏVŞ İB-nin Laçın rayon şöbəsinin sədri Babək Aslanov, rayonun parlamentdə təmsilçisi, deputat Mahir Abbaszadə, keçmiş Laçın polis taborunun komandiri Çingiz Abbasov Karabakhmedia.az saytının rəhbəri Ramil Cəbrayıl şəhidin döyüş yoldaşları Nəriman Hüseynov və başqaları Nazim Abdullayevin həyat və döyüş yolundan danışdılar. Nazimlə birgə 1993-1994-cü illərdə Horadiz –Cəbrayıl-Füzuli istiqamətindəki gərgin savaşlarda iştirak etmiş, Qarabağ qazisi Babək Aslanov qəhrəmanın son döyüşünü belə xatırladı:” Bu gün Nazimin ruhu şaddır ki, 22 il öncə uğrunda şəhid olduğu Lələtəpə yüksəkliyi aprelin əvvəlində Millli Ordumuzun rəşadətli oğulları tərəfindən azad edilmişdir. Rəhmətlik bu yüksəkliyi azad etmək uğrunda aparılan bütün əməliyyatlarda öndə gedirdi. Yadımdadır ki, sonuncü döyüşdə, şəhid olmamışdan cəmi 10-15 dəqiqə öncə Nazim torpağı ovcunda sıxib öpərək “Hamı bilsin, biz bu torpaq uğrunda şəhid olmağa gəlmişik!” - dedi...”. Bu günlər üçün diqqətəlayiqdir ki, Nazim Abdullayevin son döyüşü düz 22 il öncə Horadiz və ətraf məntəqələr üçün təhlükə törədən Lələtəpə yüksəkliyi uğrunda olmuşdur. O vaxt əldə edilə bilməyən həmin yüksəklik bu il aprlin 2-5-də ordumuzun erməni birləşmələrinə qarşı uğurlu əks-hücumları nəticəsində azad edilmişdir.Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq Laçın rayon polis batalyonuna daxil olur. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri, eləcə də Horadiz qəsəbəsi və ətraf məntəqələrin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşduğuna görə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 18 dekabr 1993-cü il tarixli 77 saylı fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Laçın rayon polis şöbəsinin polis nəfəri Abdullayev Nazim Xanlar oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir. 1994-cü il aprelin 21-də Füzuli rayonunu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edərək, qəhrəmancasına həlak olur. Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib. Subay idi.
Qəhrəman hərbçi, dəyərli Vətən övladı mayor Elnur Əliyevin adı hər kəsə tanışdır. Millət vəkili Qənirə Paşayeva deyir ki, onunla Tovuzda dəfələrlə görüşmüşdük. Tovuz istiqamətində ön cəbhədə xidmət edirdi 10 il əvvəl. Dəyərli hərbçi, gözəl insan, Vətənini dəlicə sevən bir vətəndaş idi mayor Elnur Əliyev. Sonra xidmət yerinin Füzuli istiqamətində dəyişdini duydum. Və yenə də ön cəbhədə Vətənini qoruyur, torpaqlarımızın işğaldan edilməsi arzusu ilə yaşayırdı. İnsanlarımız onu haqqında 7 gün əvvəl əsgərlərini xilas etmək üçün özünü qumbaranı üstünə ataraq şəhid olan dəyərli bir hərbçimiz kimi daha geniş tanıdı. Qəhrəman bir hərbçi, gözəl insan əziz şəhidmiz mayor Elnur Əliyev! Qəhrəman qardaşımızın ailəsini Füzulidə ziyarət edib, şəhidimizə Allahdan rəhmət, əziz ailəsinə səbr dilədik. Ailəni ziyarətdən öncə "Lələ Təpə"nin işğaldan azad etmək üçün döyüşdə iştirak etmiş əsgər və hərbçilərimizlə söhbət etmişdik. Hamısı mayor Elnur Əliyevin necə mərd, qəhrəman bir hərbçi, gözəl insan, Vətənini dəlicəsinə sevən bir oğul olduğunu vurğulayırdılar, onu necə qəhrəmanlıq örnəyi qoyduğundan ürək dolusu danışırdılar. Onun qəhrəmanlığı uşaqlarımızı öyrədilməli, KİV-lərimiz onun haqqında, qəhrəmanlığı haqqında daha çox yazılar hazırlamalı, sənədli filmlər çəkilməlidir. Çünki o qəhrəmanlığı ilə örnək bir Vətən övladıdır. Ömrü ön cəbhədə keçmişdi. Dəyərli qardaşımın ailəsinə bir gün başsağlığına gedəcəyim ağlımdan keçməsə də, onun Vətən üçün hər an şəhid olmağa hazır bir insan olduğunu bilirdim hər zaman. Dədəli kəndindəndir Elnur şəhid qardaşımız. Evləri 1993-cü ildə işğal olunmuşdu. Anasını tez itirmişdi. Sonra atasını. Evin böyüyü idi. Həyatını hərbi ilə bağlamaq qərarı verdi. Çünki ən böyük arzusu Vətən torpaqlaırını, ata yurdunu, evini düşməndən azad etmək idi. İllər əvvəl Tovuzda ön cəbhədə xidmət etdiyi zaman onunla söhbətlər zamanı onun bu müqqədəs arzu üçün yaşadığını hiss etmək çətin deyildi. Qardaşını Amid bəyi da hərbçi olmağa meyilləndirmişdi. Qardaşı, bacısının həyat yoldaşı onun ardınca hərb peşəsinə yollanmışdılar. Vətəni işğaldan azad etmək üçün. Şəhid qardaşımız Elnur Əliyev "Lələ Təpə"də qəhrəmanlıqla döyüşüb və əsgərlərini xilas etmək üçün canını qurban verib. Onunla bütün millətimiz qürur duyur. İnşallah qanları yerdə qalmayacaq və inanırıq ki, torpaqlarımız tamamilə işğaldan azad olunanda onların ruhu da sevinəcək. Şəhid qardaşımızın mərd, mətanətli xanımı həyat yoldaşımla qürur duyuram Vətən sağ olsun sözləri ilə hamımız üçün bir mərdlik, mətanət örnəyi idi. Mərd qürurlu xanımı və atasına layiq övlad olacaq 2 oğlunu bizə əmanət edib getdi əziz şəhid qardaşımız. Uşaqlar sanki 7 gündə 7 il böyüyüblər. Hər ikisi, Elvin də Elxan da biz hərbi məktəbdə oxuyacağıq, hərbçi olub atamızın qanını alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik - deyirlər. Dəlicəsinə sevdikləri atasından ayrılmaq onlar üçün çox ağır olsa da qəhrəman bir şəhidin övladı olduqlarının da fərqindədirlər. Allah sizi qorusun. gözəl balalarımız və şəhidimizin əziz xanımı. Qarşınızda baş əyirik. Başımızın tacısınız hər zaman. Nur içində yatsın şəhidimiz.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 23-25 aprel.- S.15.