Təbii kimyəvi terapiya
Sarımsağın
möcüzəvi faydaları
Kənd Təsərrüfatı
Nazirliyindən verilən məlumata görə, sarımsaq
sağlamlıq üçün böyük əhəmiyyəti
olan bitkidir. Sarımsaq bizim eradan 3-4 min il əvvəl Misir,
Yunanıstan, Çin, İtaliya xalqlarına məlum olmuşdur.
O, dağ bitkisi olaraq yabanı halda bitmiş, sonralar xalq tərəfindən
mədəniləşdirilərək, yeni sortlar
yaradılmışdır. Bütün tərəvəz
bitkilərindən tərkibində quru maddənin (35-42%)
çox olması ilə fərqlənir. Bundan başqa B,C,D,
B1, B2, PP vitaminləri, efir yağları, fitonsidlər olub,
7,9% zülal və başqa mineral maddələr vardır. Onun
tərkibində fitonsidlərin, efir yağlarının,
mikrobları öldürən bakterisidlərin kifayət qədər
olması ondan təbabətdə geniş miqyasda istifadə
edilməsinə imkan yaradır. O, damarlarda qanın hərəkətini
sürətləndirir, skleroz, soyuqdəymə, qanqrena kimi
qorxulu xəstəliklərin qarşısını alır, mədə
şirəsini artırır, qidanın yaxşı həzm
olunmasına müsbət təsir göstərir.
Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü
təsərrüfat ilində Azərbaycanda 2402 hektar sahədə
sarımsaq əkilmiş, cəmi 20248,8 ton məhsul istehsal
edilmiş, hektardan məhsuldarlıq 84,5 sentner
olmışdır. Respublikamızda sarımsaq bitkisinin 2 yerli
tezyetişən Cəlilabad və Qusarçay sortları
respublikada rayonlaşdırılmışdır. Sarımsaq
bitkisi strukturlu, qidalı, kifayət qədər nəmliyi olan
torpaqlarda əkilməlidir. Sarımsaq əkiləcək sahə
payızda 27-30 sm dərinlikdə əsas şum, əkindən
qabaq isə üzdən şum edilməlidir. Şum qabağı
hər hektara 40-50 ton çürümüş peyin,
3-4 sentner superfostat verilir. Fosfor gübrəsinin
payız əkinində verilməsi bitkilərin soyuğa
davamlılığını artırır, məhsulun keyfiyyətinə
müsbət təsir göstərir və soğanaqların
uzun müddət saxlanma qabiliyyəti yüksəldir. Birinci yemləmə ilk əsl yarpaqlar, ikinci yemləmə
soğanaqlar əmələ gəldikdə,
üçüncü isə ikincidən 15-20 gün sonra
verilməlidir. Respublikanın torpaq-iqlim
şəraitindən asılı olaraq sarımsağın
sentyabr-oktyabr aylarında əkilməsi məqsədəuyğundur.
Cəlilabad sortunun hər hektarından 2800-3000
kq, Qusarçay sortundan isə 2400-2500 kq yüksək
reproduksiyalı əkin materialı almaq olar. Sarımsağın geniş yayılmış xəstəlikləri
yalançı unlu şeh (perenosporoz) və dib
çürüməsidir. Bu xəstəliklərə
qarşı mübarizədə müasir tələb olunan
funqisidlərdən istifadə edilir. Bir hektar sahədə
sarımsaq yetişdirilməsinə 15942 manat xərc çəkilmiş
1 kq toxumun maya dəyəri 1,37 manat təşkil
edir.
Faydası
Sarımsağın tərkibində olan yağ (Oleum allicine) 1944-ci ildə J.Cavallito və J.Bailey adlı iki alim tərəfindən kəşf edilmişdir. Bu iki alim əldə etdikləri yağa Allicin adını veriblər. Bu yağ elə bir qiymətli davadır ki, 1 milliqramı 15 OE penslinə bərabərdir.mYaşadığımız mühit, təəssüflər olsun ki, mikroblarla zəngindir, yəni həyatımızın bütün sahələrində mikroblarla üz-üzə gəlirik, amma güclü xəstəliklər və epidemiyalar yaranmır. Bunun səbəbi sarımsaqdır. Sarımsaq bizi təkcə mikrob xəstəliklərindən qorumur, həm də Avropada ölüm səbəbi olaraq birinci və ikinci yerdə olan xərçəng və damar xəstəliklərinə qarşı da qoruyur. Bu gün dünyada ən çox sarımsaq yeyilən ölkələr sırasında Bolqarıstan birinci yerdədir. Bolqarıstanda xərçəng və damar daralmasından ölənlərin sayı Avropaya nisbətən 6-7 dəfə aşağıdır. Buna səbəb sarımsaqdır. Isveçli uşaqlar isə məktəbə gedərkən sarımsaq yeyirlər. Çünki sarımsaq ölümə səbəb olan damar kirəclənməsinə kömək edir. Yara və çibanları sağaldır, ağciyəri, qaraciyəri, öd kisəsini və ürəyi gücləndirir, bağırsaq qurdlarını və digər parazitləri öldürür. Mədə və bağırsaqları dezinfeksiya edir, zərərli bakteriyaları yox edir, iştahanı açır, qan təzyiqi və qızdırmanı aşağı salır, bağırsaq qazlarını ortadan qaldırır. Zökəm xəstəliyini yox edir, bronxlara çox xeyirlidir, vərəm xəstələrinə xüsusi ilə sarımsaq yemək tövsiyə olunur. Qrip mikrobunu öldürərək, orqanizmi bu xəstəliyə qarşı qoruyur. Böyrək yollarında daş yaranmasını əngəlləyir, ürək əzələlərini möhkəmləndirir, vücudu ağcaqanad və digər həşəratlardan qoruyur, öd kisəsinin normal fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır, saç tökülməsinin qarşısını alır, səsi gözəlləşdirir. Sarımsağın kəskin qoxusu onu insanlardan uzaqlaşdırır. Amma bu qoxu da yeməklərimizə müdhiş ləzzət qatır. Eynı zamanda Amerikanın Alabama universitetinin alimləri ortaya çıxartdı ki, əslində sarımsağın faydası ona kəskin qoxunu verən allisindədir. Sarımsağı çiy və ya diri-diri yeməyə dəyməz. Ona görə ki, sarımağı əzərək suda saxladığınız zaman daha faydalı olur.
Müalicəvi əhəmiyyəti
Məlumata görə, sarımsaq bağırsaqlara çox müsbət təsir edir. Burada gedən çürümə və qıcqırma proseslərlə fəal mübarizə aparır, bağırsaqlarda yaşayan ziyanlı mikroblar və bakteriyaları yox edir. Alimlər təsdiq edirlər ki, sarımsaq stafilokokk və xelikobakter pilori kimi ziyanlı bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Nəzərinizə çatdıraq ki, xelikobakter pilori qastritin və mədə və 12 barmaq bağırsağı xora xəstrəliklərinin inkişafında əsas rol oynayır. Sarımsaq insan orqanimində yaşayan parazit qurdları məhv edir. Yağabənzər maddə olan xolesterin damarların içində yığılaraq onları daraldır, damarları daha cod edir. Bu aterosklerozdur. Ateroskleroz çox təhlükəli xəstəlikdir, infarkt, insult kimi ağır pozulmaların əsas səbəbidir. Sarımsaq orqanizmi pis xolesterindən təmizləyir, damarlarda xolesterinin yığılmasına mane olur, damarları təmizləyir, onların elastikliyini artırır. Məhz bu səbəbdən sarımsaq əsasında hazırlanan dərman preparatları tibbdə aterosklerozun müalicəsində geniş istifadə olunur. Sarımsağın daim qəbul edilməsi infarkt keçirmiş insanlarda təkrar infarktın inkişafı riskini xeyli azaldır. Sarımsaq təbii antikoaqulyantdır, qanın laxtalanma proseslərini normallaşdırır, trombların əmələ gəlməsinə mane olur. Bəzi tədqiqatlar sübut edir ki, sarımsaq hətta artıq əmələ gəlmiş trombları əridir. Sarımsaq ağız boşluğunun sağlamlığına müsbət təsir edir. Burada yaşayan mikrobları məhv edir, selikli qişaların immunitetini möhkəmləndirir, parodontozla (damaqların iltihabı) mübarizə edir. Sarımsaq həçinin immun sistemini gücləndirir. Alimlər sarımsağın xərçəngəleyhinə təsirini təsdiq edirlər. Sübut olunub ki, hər gün 1-2 diş sarımsaq qəbul edən insanlarda bəzi xərçəng növləri (düz bağırsaq xərçəngi, mədə xərçəngi və s.) daha az hallarda inkişaf edir. ABŞ alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəldilər ki, sarımsağın tərkibində olan bəzi maddələr xərçəng hüceyrələrin inkişafını ləngidir, hətta onları məhv edir. Bu səbəbdən sarımsağı hətta "təbii kimyəvi terapiya" vasitəsi adlandırırlar. Sarımsaq arterial təzyiqi və qanda şəkərin səviyyəsini aşağı salır. Sarımsaq sinir hüceyrələri dağılmaqdan qoruyur, beyini cavanlaşdırır. Alimlər sarımsağı qocalıqda inkişaf edən ağıl zəifliyinin profilaktik vasitəsi hesab edirlər. Nəzərinizə çatdıraq ki, mədə-bağırsaq sistemi kəskin xəstəlikləri və ya xroniki xəstəliklərin kəskinləşməsi zamanı sarımsaq qəbul etmək olmaz. Sarımsaqdan fayda almaq üçün bu tərəvəzi il boyu hər gün 1-2 diş olmaqla qəbul etmək lazımdır. Marinada qoyulmuş, bişirilmə zamanı yeməklərə əlavə olunmuş sarımsaq öz faydalı xüsusiyyətlərinin bir çox hissəsini itirir. Bu səbəbdən sarımsağı çiy vəziyyətdə yemək lazımdır.
Nurlan
Olaylar.- 2016.- 29 aprel.- S.10.