Gənclər vətənpərvər

ruhda tərbiyə olunur

 

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları kimi yadda qalan 1-5 aprel hadisələrindən sonra cəmiyyətdə, xüsusilə gənclər arasında ruh yüksəkliyi, vətənpərvərlik hissləri daha da artıb. Gənclərin mütləq əksəriyyəti çağırış yaşı çatmadığı halda belə hərbi xidmətə getməyə maraqlı görünürlər.  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də  fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Xidmətin 2016-cı il üçün fəaliyyət planına uyğun olaraq, Nizami Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.     Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Azərbaycan ordusunun cəbhədə təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirib. General-mayor N.Orucov qeyd edib ki, cəbhədə düşmən təxribata cəhd edərkən xalqımız Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək öz lideri ilə birgə olduğunu bütün dünyaya nümayiş etdirdi.

Daha sonra çıxış edən millət vəkili Rasim Musabəyov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev,  Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan ordusunun cəbhədə düşmən təxribatına əks hücumla cavab verərək işğal olunmuş kənd və yüksəklikləri azad etməsindən, xarici ölkələrin bu məsələdə Azərbaycana tam dəstək verməsindən danışıblar. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram!” mövzusunda növbəti tədbiri Göygöl rayonunda baş tutub. Rayion İcra Hakimiyyəti ilə birlikdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıllb. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov cəbhə xəttində baş verən son hadisələr zamanı Silahlı Qüvvələrimizin düşmənə sarsıdıcı zərbə vurmasının ölkədə ruh yüksəkliyinin artmasına səbəb olduğunu qeyd edib.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesinin müsbət nəticələr verdiyini xüsusi vurğulayıb. N.Orucov cəbhədə düşmənin son təxribatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Ermənistanın təcavüzkar siyasətindən əl çəkmədiyini, lakin Azərbaycan ordusunun düşmənə layiqli cavab verdiyini bildirib. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi Rayon İcra hakimiyyəti ilə birgə bu rayonda da “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov son döyüşlərdə ordumuzun cəbhədə düşməni ağır məğlubiyyətə uğratmasının cəmiyyətdə ruh yüksəkliyini artırdığını qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında təmas xəttində hərbi əməliyyatlar zamanı ordumuzun inamlı qələbəsindən danışaraq, Azərbaycan ordusunun düşməndən dəfələrlə üstün olduğunu bir daha sübut etdiyini bildirib. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Səfərbərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətənpərvərlik təbliğatı sahəsində həyata keçirilən tədbirlərin gənclərin vətənpərvərlik ruhunda inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Milli Qəhrəman Vahid Quliyev çıxışında Azərbaycan Ordusunun son döyüşlərdə qazandığı qələbə ilə xalqımızın qəhrəmanlıq tarixinə yeni bir səhifə yazdığını bildirib. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Şəkidə də “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən kütləvi tədbirdə Şəki şəhərinin, Oğuz və Qax rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Xidmətinin rayon şöbə və bölmələrinin, bu rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak ediblər. Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxışında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə olunub. Hazırda Milli Ordumuz peşəkar, yüksək nizam-intizamlı zabit korpusuna malik, müasir döyüş texnikası ilə təchiz edilən, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir olan silahlı qüvvələr səviyyəsinə yüksəlib. Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Xidmət tərəfindən ötən ildən başlayaraq regionlarda “Vətənin müdafiəsinə hazıram!” adlı hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirmək məqsədi daşıyır. Şəhid atası Oruc Salamov, Qarabağ müharibəsi veteranı Şahmar Bayramov çıxış edərək gənclərə Vətənimizin sərhədləri keşiyində ayıq-sayıq dayanmağı, işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi üçün hər an hazır olmağı tövsiyə ediblər. Tədbirdə şəhid, Milli Qəhrəman ailələri, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər, müddətli həqiqi hərbi xidmətdə  olan hərbi qulluqçular mükafatlandırılıblar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 30 aprel-2 may.- S.15.