Ordu quruculuğu
əsgərlərin döyüş
ruhunu artırır
Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
fəaliyyəti nəticəsində ordu quruculuğu işində xeyli
naliyyətlər əldə edilib. Nazir ordu quruculuğu
ilə yanaşı, silahlı qüvvələrinimizn beynəlxalq
əlaqələrinin genişləndirilməsi istiqamətində
də fəaliyyətini davam etdirir. Məhz nüdafiə nazirinin
belə çoxşaxəli fəaliyyəti gənclərin orduya inamını artırır, onların hərbi-döyüş
ruhunu yüksəldir. Belə tədbirlər
silsiləsinin davamı olaraq Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Böyük Britaniya və
Şimali İrlandiya
Birləşmiş Krallığının ölkəmizdə
yeni təyin olunmuş
səfiri xanım Karol Krofts
ilə görüşüb.
Müdafiə naziri qonağı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Sonda Müdafiə naziri səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.
xxx
Britaniyalı diplomat isə öz növbəsində əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Eini zamanda, nazir Z. Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Buunla kifayətlənməyən nazir ordu quruculuğu işinə də xüsusi diqqət yetirir. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində zabit ailələri üçün daha bir yaşayış kompleksi və yeni hərbi şəhərciyin açılışında iştirak edib. Hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan və hər biri 3 otaqdan ibarət 48 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli mənzillər mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb. Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərcikdəki obyektlərlə tanış olub. Müdafiə naziri şəxsi heyətlə görüşdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. Dövlət rəhbərliyinin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələrin artıq 70 faizinin sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edildiyini bildirən Müdafiə naziri, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduya yeni silah və texnikaların alınması, yeni hərbi hissələrin açılışı, zabitlər üçün yeni xidməti və daimi mənzillərin verilməsinin döyüş hazırlığına, nizam-intizamın yüksəldilməsinə birbaşa təsir göstərən amillərdən olduğunu xüsusi qeyd edib. Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, müvafiq göstəriş və tövsiyələrini verib.
xxx
Yeri gəlmişkən qeyd edək ki, ordu quruculuğu işi respublika üzrə bütün regioanlarda diqqətdə saxlanır. Bu gün Naxçıvan dağlarının əzəmət və qüdrətini həm də onun zirvəsində Vətənin keşiyini çəkən Azərbaycan əsgərləri artırır. Sinəsini düşmənə sipər edən Vətən oğulları torpaqlarımızı etibarlı müdafiə edirlər. Artıq muxtar respublikanın çətin dağlıq şəraitdə yerləşən bütün hərbi hissələri yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malikdir. Xalq-ordu birliyi, peşəkar və vətənpərvər şəxsi heyət bu ərazilərdə xidmətin nümunəvi təşkilinə imkan verir. Bu arada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda sərhəd və dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Əsgərləri salamlayan Ali Məclisin Sədri deyib: "Bu gün siz düşmənlə sərhəddə xidməti vəzifələrinizi yerinə yetirirsiniz. Təbiət baxımından zəngin olan bu ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hərtərəfli şərait vardır. Hərbi qulluqçuların xidməti vəzifələrini uğurla yerinə yetirmələrinin nəticəsidir ki, sərhədlərimiz etibarlı qorunur, insanlarımız bu ərazidə məskən salır, təsərrüfatlarını genişləndirir, rahat və təhlükəsiz yaşayırlar". Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib. Ali Məclisin Sədri deyib: "Hər bir ölkədə sabitliyin və inkişafın təmin olunmasında əsas amillərdən biri də sərhədlərin etibarlı müdafiə olunmasıdır. Muxtar respublikanın bu ərazisində yerləşən kənd yaşayış məntəqələrində insanların rahat yaşaması və məskunlaşması üçün lazımi şərait yaradılıb, yeni sosial obyektlər tikilib istifadəyə verilib. Həmçinin hərbi hissə üçün də bina tikilmiş, xidmətin hərtərəfli təşkili üçün bütün şərait yaradılmışdır. Gələcəkdə də bu tədbirlər davam etdiriləcəkdir. Bütün bunların müqabilində isə hərbi qulluqçular xidmətlərini nümunəvi təşkil etməli, sərhədlərimiz etibarlı qorunmalıdır". Ali Məclisin Sədri xidməti vəzifələrinin yerinə yetirilməsində şəxsi heyətə uğurlar arzulayıb. Baş leytenant Vüsal Qasımov və əsgər Vəli Axundlu şəxsi heyət adından minnətdarlıq edərək deyiblər ki, Vətənə xidmət şərəf işidir. Yüksək dağlıq şəraitdə torpaqlarımızın müdafiəsində dayanmaq isə ikiqat qürurvericidir. Əsgərlərin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəkdir. Şəxsi heyət arasında birlik və bərabərlik vardır. Bu gün ordumuz ona görə güclüdür ki, o, qüdrətli dövlətimizə və xalqımıza arxalanır. Ali Məclis Sədrinin əsgərlərlə görüşməsi onların məsuliyyətini artırır. Çıxış edənlər, həmçinin bildiriblər ki, bundan sonra da torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, "bir nəfər hamı, hamı bir nəfər üçün" şüarına əməl edərək xidməti borclarını şərəflə yerinə yetirəcəklər. Sonra Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, hərbi hissədə əsgərlərin qidalanması, yaşayışın və xidmətin nümunəvi təşkili üçün bütün tədbirlər görülüb. Binada yataqxana, yeməkxana, ərzaq və əşya anbarları, tibb və ideoloji otaqlar vardır. Günün nizam qaydasına uyğun olaraq əsgərlərin fiziki hazırlığına, təlimlərdə iştirakına, qidalanmasına və sağlamlıqlarının qorunmasına ciddi diqqət yetirilir, şəxsi heyət mütəmadi olaraq tibbi müayinədən keçirilir. Müdafiə qüdrətinin gücləndirilməsi və əlverişli hücum mövqeyinin seçilməsi, hərbi hissənin əhatə etdiyi postların müasir döyüş texnikaları və silahlarla təmin olunması, postlar arasında yol və dayanıqlı rabitə əlaqələrinin yaradılması xidmətin səmərəli təşkilinə imkan verir. Sonra Ali Məclisin Sədri Culfa rayonunun Ləkətağ kəndində yerləşən hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb. Ali Məclisin Sədri deyib: "Bu gün Azərbaycanda sabitlik və iqtisadi inkişaf vardır. Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sabitliyi, sabitlik isə iqtisadi inkişafı təmin etmişdir. Vaxtilə bu ərazilərdə heyvandarlıqla məşğul olanlar çətinliklərlə qarşılaşırdı. Bu gün isə ərazidə onlarla oba vardır. Çünki sərhədlərimizdə hərbi xidmət nümunəvi təşkil olunmuşdur. Oba sakinləri öz təsərrüfatlarında on minlərlə heyvan saxlayır, yaylaqlardan təhlükəsiz və səmərəli istifadə edirlər. Onlar ordumuza arxalanaraq düşmənlə sərhəddə öz ailələri ilə məskən salırlar. Bütün bunlar bir daha təsdiq edir ki, vətəndaşlarımız öz ordusuna, əsgərinə güvənir. Eyni zamanda, bütün bunlar ölkəmizdə ordu quruculuğu və iqtisadi inkişafın təmin olunması sahəsində həyata keçirilən tədbirlərin nəticəsi, xalq-ordu birliyinin daha bir ifadəsidir". Ali Məclisin Sədri bildirib: "Yüksək dağ şəraitində yerləşən hərbi hissələrdə xidmət bundan sonra da nümunəvi təşkil olunmalıdır. Çünki hərbi xidmətin uğurla yerinə yetirilməsi, sərhədlərimizin qorunması sabitliyin təmin olunmasına, sakinlərin öz kəndlərində, heyvandarların isə yaylaqlarda rahat və təhlükəsiz yaşamasına imkan verir". Xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan edilib. Kapitan Rüfət Orucov və əsgər Naim Kərim deyiblər ki, dağ şəraitində xidmət edən əsgər və zabitlər üçün bütün şərait yaradılıb. Hərbi qulluqçularla görüşlər isə onların döyüş ruhunu daha da artırır. Vətənə sədaqətlə xidmət etmək, torpaqlarımızı, dövlətimizi, xalqımızı müdafiə etmək hər bir hərbi qulluqçunun qarşısında duran ən başlıca vəzifədir. Düşmən bilməlidir ki, qüdrətli Azərbaycan əsgəri istənilən döyüş tapşırığını yerinə yetirmək əzmindədir. Həmin gün Ali Məclisin Sədri oba sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə xidmət aparan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları ilə də görüşüb, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib. Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissələrin anbarlarına təhvil verilib.
Olaylar.- 2016.- 5 avqust.- S.7.