Ordumuzun beynəlxalq nüfusu artır

 

Bu, gənclərin vətənpərvərlik hissini yüksəldir

 

Azərbaycan ordusu təkcə Ernənistanın silahlı qüvvələri iləmüqayisədə deyil, eləcə də beynəlxalq ordu oyunlarında da üstün olduğunu dəfələrlə sübut edib. Belə ki, "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tankçıları müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək yarımfinala vəsiqə qazanıblar. 15 mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi "Tank biatlonu" müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edir.

Yarımfinal yarışları zamanı 4 komandadan ibarət qruplarda tankçılarımız avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq. Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq. Ən yaxşı heyət sıralamasında reytinqinə görə Azərbaycan tankçıları 5-ci yerdədir. Eyni zamanda, "Xəzər kuboku - 2016" müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq "hava hədəfləri"nə atışlar keçiriblər. Ssenariyə əsasən, şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra gəmi komandiri vəziyyəti qiymətləndirərək 60 mərmidən artıq istifadə etməmək şərti ilə hava hədəfini məhv etməlidir. Bu mərhələdə hakim kollegiyası tərəfindən gəmilərin poliqona daxil olması vaxtı, atış barədə komandirin qərar qəbuletmə vaxtı, hədəfin dəqiq vurulması və döyüş məşğələsinin yerinə yetirilməsinin ümumi vaxtı qiymətləndirilir. İkinci mərhələdə dənizçilər dəniz hədəfləri üzrə atış keçiriblər. Dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 4500 m. məsafədən artilleriya qurğularından yerinə yetirilib, hədəfin vurulması üçün artilleriya qurğuları heyətlərinə 40 sursat verilib. Qiymətləndirmə birinci mərhələdə olduğu kimi həyata keçirilib. Rusiyanın "Uqliç" kiçik raket gəmisi, Qazaxıstanın "Oral" raket-artilleriya gəmisi və Azərbaycanın G-124 patrul-mühafizə gəmisinin heyətləri müsabiqənin ilk iki elementini müvəffəqiyyətlə yerinə yetirərək növbəti mərhələlərin hazırlıq işlərinə başlayıblar. Növbəti mərhələlərdə dənizçilər artilleriya qurğularından üzən minaya atışlar və gəmi manevri keçirməli, gəminin sağ qalması üçün mübarizə zamanı gəminin dəliklərinin tutulması və gəmiyə dolmuş suyun çəkilməsi üzrə normativləri yerinə yetirməli və son mərhələdə xilasedici vasitələrdən istifadə etməklə qəza vəziyyətinə düşmüş gəmini vaxtında tərk etməlidirlər. Azərbaycan hərbi dənizçilərinin yarışlarda iştirakı davam edir. Yeri gəlmişkən qeyd edək ki, azərbaycan əsgəri beynəlxalq sülhməramlı missiyada da təmsil olunur. Ölkəmizi layiqincə təmsil edən əsgər və zabitlərimiz artıq Vətənə dönüblər. Belə ki, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Qeyd edək ki, Azərbaycan ordusunun bu kimi uğurları gənclərin vətənpərvərlik ruhunu artırır, onların orduda şərəflə xidmət etmələrinə stimul verir. Hazırda gənc əsgərlər müxtəlif hərbi birləşmələrdə xidmət keçəcəkləri üçün andiçmə mərasimləri təşkil olunur. Dövlət Sərhəd Xidmətinin Horadiz və Şəki şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gånåral-polkovnik Ålçin Quliyåvin təbrik tålåfonoqramı çatdırılmışdır. Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü ərəfəsində keçirilən andiçmə mərasimlərində Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləş¬dirdiyi milli sərhəd strate¬giyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl¬masından danışılmış, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliy¬yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilmişdir. Bu ilin aprel ayında ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş ərazilərin, o cümlədən Lələtəpə yüksəkliyinin yaxınlığında yerləşən Horadiz Sərhəd Dəstəsində keçirilən mərasimdə Sərhəd Qoşunlarının şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağdaişğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası,Vətənimizin qərb sərhədlərinin də mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanmışdır. Tədbirlərdə iştirak edən validåynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik ådərək Vətən sərhədlərinin kåşiyində ayıq-sayıq dayanmağı tapşırmışlar. Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidləri ilə başa çatmışdır. Həmçinin Dövlət Sərhəd Xidmətinin Lənkəran və Göytəpə şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır. Tədbirlərdə çıxış edənlər yaradıcısı müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev olan və 14-cü ildönümü qeyd edilən Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideyinlərini təbrik etmişlər. Milli sərhəd strateqiyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək Dövlət Sərhəd Xidmətinin yaradılması barədə tarixi qərarının ölkəmizın sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu, Silahlı Qüvvələrin Ali Baş Koman¬danı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhəd¬lərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çixışlarda xüsusi qeyd edilmişdir. Gənc əsgərlərin valideyinləri yaradıl¬mış şəraitə görə əlkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər. Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır. Qeyd edək ki, Azərbaycanda çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən olunur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir. Onu da xatırladaq ki, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözüişi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalıdır. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Azərbaycan qanunvericiliyinə görə, döyüş meydanını özbaşına tərk etmişya silah işlətməkdən boyun qaçırmış, müharibə aparma vasitələrini düşmənə vermişya düşmən üçün qoyub getmiş, batmaqda olan hərbi gəmini tərk etmiş, könüllü olaraq əsir düşmüş hərbi qulluqçu hərbi cinayətkar hesab olunur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 11 avqust.- S.7.