Orduya dövlət qayğısı
gücləndirilir
Bu, gənclərin vətənpərvərlik
hissini artırır
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyev ordu
quruculuğu işində misli
görünməmiş addımlar atmaqdadır. Məhz
dövlət başçısının yürütdüyü
siyasət nəticəsində Azərbaycan ordusu
dünyanın ən nüfuzlu orduları
slrasında yer ala bilib. Hazırda ölkə prezidenti
öz əməli fəaliyyəti ilə
orduya dövlət qayğısını
davam etdirir. Ulu Öndər
Heydər Əliyevin milli inkişaf
siyasətini qətiyyətlə davam etdirən
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Ali Baş
Komandanlığı altında ardıcıl həyata
keçirilən islahatlar sayəsində
Azərbaycan Sərhəd Mühafizəsi də mükəmməl
inkişaf yolu keçmişdir.
Dövlət Sərhəd Xidməti Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığını yüksək səviyyədə təmin etməklə yanaşı ölkəmizdə sərhəd mühafizə infrastruk¬turunun təkmilləşdirilməsi, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir. Şəki Sərhəd Dəstəsində yeni inşa edilmiş "Laza" sərhəd zastavası kompleksi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti nəticələrindən biri olmuşdur. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prerzidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində "Laza" sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prerzidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi sərhəd zastava kompleksində qarşılayaraq raport vermişdir. Cənab Ali Baş Komandana Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərən və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən sərhəd zastavasının mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhəd-lərimizin mühafizəsinin təşkili barədə məlumat verilmişdir. Dövlət Sərhədinin dağlıq ərazisində və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr və müasir avadanlıqlar nümayiş etdirilmiş, xidmətdə istifadə olunan yeni silahlar təqdim olunmuşdur. Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün şərait yaradılmış, müasir tələblərə cavab verən əsgər yataqxanası, əsgər yeməkxanası, isti¬rahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılmışdır. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası inşa olunmuş, yol və səkilər asfaltlanmış, ərazidə abadlaşdırma işləri görülmüş, yüksək zirvələrdə olan bulaqlardan çəkilmiş su xətti hesabına zastava içməli su ilə təmin edilmişdir.Vətəninə, dövlətinə və Prezidentinə sadiqliyi ilə seçilən Azərbaycan sərhədçiləri sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsinə daim hazır olduqlarını bir daha nümayiş etdirmişlər. Məhz ölkə başçısının yürütdüyü siyasət digər dövlət qurumları üçün də bir nümunəyə çevrilib. Ölkə prezidentinin ardınca müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub.Təlim sahəsinə gələn Müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsəsən aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb. Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər. Şəxsi heyətlə görüşən Müdafiə naziri xüsusi təyinatlıların, o cümlədən ümumilikdə bütün Silahlı Qüvvələrin döyüş qabiliyyətini, təcrübəsini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər. Qətiyyətlə demək olar ki, bu cür dövlət qayğının nəticəsidir ki, Azərbaycan silahlı qüvvələri beynəlxalq tədbirlərdə liderlik qabiliyyətəni göstərə bilirlər. Belə ki, Azərbaycan hərbi dənizçilərinin iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsi başa çatıb. Birinci mərhələdə poliqona girməklə hava hədəfinin artilleriya atəşi ilə məhv edilməsi zamanı hərbi dənizçilərimiz G-124 gözətçi gəmisindən təyyarədən atılmış yanan bombaya atəş açaraq hədəfi məhv edib. Bu uğurlu atəş 40 bal sistemi ilə qiymətləndirilib və dənizçilərimiz birinci mərhələdə 1-ci yerə layiq görülüb.İkinci mərhələdə dəniz hədəfinin artilleriya qurğusundan məhv edilməsi zamanı 4300 metr məsafədən atəş açan dənizçi heyətimiz epizoda görə 20 bal toplayaraq 2-ci yeri tutub.Üçüncü mərhələdə hərəkətdə ikən üzən mina hədəfinin artilleriya atəşi ilə məhv edilməsi planlaşdırılıb. G-124 gəmisi poliqona daxil olmaqla 280 metr məsafədən minanı məhv edərək 40 bal toplayıb və 2-ci yeri qazanıb.Ümumilikdə poliqonda keçirilən silah atışlarının hər 3 mərhələsinin nəticələrinə görə Azərbaycan hərbi dənizçilərinə məxsus G-124 gözətçi gəmisi ən çox bal toplayaraq 1-ci yerə layiq görülüb. Sonra mini futbol üzrə yarışlar keçirilib. G-124 gəmisinin heyəti Rusiyaya məxsus "Uqliç" gəmisinin heyətinə 3:6 hesabı ilə məğlub olmasına baxmayaraq Qazaxıstana məxsus "Oral" gəmisinin heyətinə 7:2 hesabı ilə qalib gəlib və nəticə etibarı ilə 2-ci yeri tutub. Hərbi idaman oyunları çərçivəsində dəniz hazırlığı üzrə yarışların son mərhələsinin şərtlərinə əsasən hərbi gəmilər dəniz poliqonunda lövbərə durmalı, çəlləyə bağlanaraq təyin olunmuş kursda dayanmaqla tapşırığı yerinə yetirməli idi. Mərhələnin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-124 gəmisi bütün şərtlərə əməl edərək ən yüksək göstərici olan 40 balla 1-ci yerə çıxıb."Xəzər kuboku - 2016" müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız 2-ci yeri tutub və dənizçilərin yarışı başa çatıb. Avqustun 13-də "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına yekun vurulacaq və qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək. Azərbaycan ordusunun beynəlxalq nefuzunu artması siyasi, hərbi ekspertlərin diqqətindən kənarda qalmayıb. Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, ordu quruculuğu sahəsində atılan hər bir addım ilk növbədə gənclərimizin bu həyatda özlərinə inamlı yer tutması üçündür. Millət vəkili bildirib ki, Azərbaycan dövləti gənclər siyasətinə oluqca böyük önəm verir: "1996-cı il 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin gənclərlə görüşündən sonra həmin gün Gənclər Günü kimi qeyd olunmağa başladı. Hər il 2 fevral ərəfəsində cəmiyyət gənclərlə iş, gənclərin uğurları, gənclərə qayğı məsələlərinə bir daha qayıdır. Hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi ona diqqət edən, onun problemlərinin az olmasına çalışan, təhsilininin, işlə təminatının, sosial vəziyyətinin yüksək olmasına səy göstərən dövlətinin olması ilə fəxr etməlidir". Onun sözlərinə görə, son dövrlər ABŞ dollarının qiymətinin qalxması, neftin qiymətinin düşməsi müəyyən çətinliklər yaradır: "Ancaq aparılan işlər, yürüdülən siyasət bu çətinliklərin Azərbaycan üçün minimal olmasına gətirib çıxarır. Cənab Prezident bu məsələlərə dəfələrlə toxunaraq qiymətlərin artmaması, iş yerlərinin ixtisar olunmaması ilə bağlı öz tövsiyələrini verdi. Bu da öz nəticələrini verir". Azərbaycan gəncliyinin dövlət quruculuğunda inamlı yerini tutduğunu deyən Aydın Mirzəzadə, eyni zamanda Azərbaycan gəncinin bu gün səngərdə əsgər, aparıcı klinikalarda həkim, ölkəsini dünyada layiqincə təmsil edən diplomat, sadə bir iş adamı olduğuna da bildirib: "Ümumilikdə gənclərimiz təhsil almaqda, öz kariyerasını və xoşbəxt ailəsini qurmaqda dövlətinin dəstəyini hiss edir. Bu siyasət var və bundan sonra da davam edəcək". Yeni Azərbaycan Partiyasının üzvlərinin böyük əksəriyyəti gənclərdən ibarətdir: "Bu gənclər gələcəkdə Azərbaycanın layiqli vətəndaşları olacaqlar. Onlarla aparılan işlər, onların partiya quruculuğuna verdiyi töhfə Azərbaycanın dövlət kimi qüdrətlənməsinə və daha böyük uğurlar qazanmasına böyük dəstək verir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 13-15 avqust.- S.7.