Vətənpərvər insan vətəni
sevməyi öyrətməlidir
"Vətən" müqəddəs
sözdür. Vətən anadır. Hamının
ayrı-ayrılıqda bir anası var, ancaq
hamımızın birgə bir anası var. Bu da Vətəndir.
Necəki, Allaha, valideynlərimizə borcluyuq, həmçinin
vətənə də borcumuz var. Cünki, canı Allah versə
də bizlər bu torpağın üstündə gəzir bu
torpaqda yaşayırıq. Bəs bu günkü gənclər
bunu dərk edə bilirmi? Biz vətəni sevirikmi? Biz vətənpərvərikmi?
Azərbaycan gəncliyi inkişaf edir. Hər sahədə gənclərimiz nəaliyyətlər əldə edir. Azərbaycan gənclərinin səs-soragi başqa xarici ölkələrdən gəlir. Təhsil sahəsində, idman sahəsində və s. sahələrdə gənclərimiz özünü dogruldur. Bəs bizim gənclərimizin vətənpərvər olmasına əngəl yaradan səbəblər nədir? Ailə, cəmiyyət, televiziya, mühit yoxsa nə?.
Bəs insanın vətənpərvər olmasında rol oynayan amillər nədir? Vətənpərvərlik insanın qəlbində yoxdursa o insanın ailəsi, ətrafı, dostları həmin insana vətən nədir başa sala bilərmi? O insanın qəlbində vətən sevgisi oyada bilərmi?
İndiki gənclərin bəzilərində belə bir anlam var. Sual verəndəki sən vətən üçün nə etmisən? Cavab verəcək. Vətən mənim üçün nə edib ki, mən də onun üçün nə isə edim? Vətən daha nə etməlidir ki,? Nəyi vətən sənə verməyib, üstündə gəzdiyin torpağı, içdiyin suyu, yoxsa yediyin çörəyi? Bəlkə sənin üçün üstündə gəzəcək torpağı, içmək üçün suyu, yemək üçün çörəyi xarici ölkədən gətirirlər? Neçə oğul və qızlarımız şəhid olub Vətən ugrunda? Nahaq yerə demirlər "Şəhid" sorğu-sualsız cənnətə gedir. Bir şeyi ki, ulu tanrı müqəddəs bir vacib amil kimi buyurub, niyə bizlər bunu başa düşmürük? Hər halda şəhid vətən uğrunda həlak olan adama da deyilir. İndi fikirləşin Allah vətəni müqəddəs bilməsəydi, onun uğrunda şəhid olanı cənnət ilə mükafatlandırardımı?
Vətənpərvərlik mövzusu çox geniş bir mövzudur. Bir az dini tərəfdən baxdıqdan sonra gəlin bir az da hal-hazırki vəziyyətə nəzər yetirək. Müasirlik. Bizlərə müasirlik o qədər təsir edib ki, hər şeyi unutmuşuq. Bizləri maraqlandıran nədir? Geyim, televiziya, şou-biznes, əyləncə, internet adi telefon bulutuzlari belə bizləri əqli cəhətdən rahat buraxmır, ancaq içimizdə elə gənclər var ki, geyimi əsgər paltari, internet saytlarında ancaq vətənpərvər işlərlə məşgul olur. Hətta bulutuzdan belə tanışlıq naminə yox, hansısa bir dəyərli şəkil və ya məlumatı ötürmək məqsədilə istifadə edir. Bunlar o kəslərdir ki, ürəyi vətən eşqi ilə çırpınır. Şəhidlərin yerdə qalan qanı onları vicdan əzabı cəkməyə vadar edir. İşgal olunmuş torpaqları unutmur, yerlibazlıq etmir, Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, "Vətən" nədir dərk edirlər. Onu da dərk edirlər ki, Azərbaycan qadınları əsirlikdədirlər və onların atası erməni olan övladları da var. Sabah müharibə olsa o həddi-buluğa çatmış gənclər bizə qarşı vuruşacaqlar. İnsan bunları fikirləşəndə dəhşətə gəlir.
Ancaq indiki vəziyyətə başqa tərəfdən
baxanda nə görürük? Ailədən tutmuş təhsil
ocaqlarına qədər bizdə vətənpərvərlik
ruhu yeni nəsilə aşılanırmı? İnternetdə,
kücədəki divarlarda, reklam roliklərində, hətta
televiziya kanallarında bu cur yazılara rast gəlmək olar.
Əli Aytəni sevir, Vəli Aygünü sevir, hətta hərdən
Əli Vəlini də sevir. Müasirlik buna deyilir? Hami bir-birini sevir, ancaq, Vətəni
sevən yoxdur. Bu cür yazılar gözə dəymir.
Müxtəlif yollarla əsgərlikdən boyun
qaçırmaq, əsgər gedəndə belə vətənə
borcunu layiqli odəməmək, xaricə qaçmaq, vətəni
sevməmək kimi yolların qarşısını necə
almaq olar? Necə etmək olar ki, gənclərin fikrini
başqa lazımsız işlərdən ayırıb məhz
vətənpərvərlik ruhunu onlara aşılayaq?
Vətənpərvər
insan öz övladını, dostunu, ətrafındakı
bütün onu dinləyə biləcək insanlara bu hissləri
anlatmalı, vətəni sevməyi öyrətməlidir.
Oldugu hər yerdə vətənpərvərlik ruhunu
aşılamalıdır. Çünki, biz gənc nəsilik
biz Azərbaycanlıyıq və gələcək biz gənclərin
əllərindədir. Soruşma ki, vətən sənin
üçün nə edib?, öz-özünə sual ver. Mən
vətən üçün nə etmişəm? Baxma ki, kimsə
əsgərlikdən qaçıb, əsgər getmir, vətən
nədir anlamır. Sənə qarşı təyziq olsa belə
sən vətəni sev. Çünki, sən vətəni sevməlisən.
Müstəqillik
Vətənə olan sevgidir. Vətəni sevən hər bir vətən
övladı müstəqillik nədir dərk edir.
Respublikamızda baş verən proseslərə baxdıqda isə
ancaq müsbət şeylər görürük. Yeni iş
yerlərinin açılması, iqtisadiyyatımız, neft
sektorundaki yığılan sərmayələrin yarıdan
çox hissəsinin geriyə qaytarılması, milli məhsul
istehsalının yuksəlməsi, kənd təsərrüfatı
yarmarkalarının təşkili, icra strukturlarının
bazarlara nəzarəti dövlət budcəsinin dəfələrlə
qalxması və bu kimi s. amillər Azərbaycanın xoşbəxt
gələcəyindən xəbər verir.
Müstəqillik
əldə etdik, bu çox önəmli bir amildir. Ancaq təssüflər
ki, bəzi insanlar müstəqillik nədir bilmir. Bəlkə
də bilir, ancaq etiraf etmir.
Bəs
biz gənclər bu müstəqilliyi necə dərk edirik? Bəlkə
də tarixi bilməyən gənclər Azərbaycanın
Müstəqillik əldə etməsi üçün necə
əzablı yollar keçdiyini bilmir. Elə isə tarixə
nəzər salaq. 16 il öncə Azərbaycanın dövlət
müstəqilliyini elan etməsi xalqımızın tarixi
arzularının reallaşması idi. Bizim müstəqilliyə
gedən yolumuz həqiqətən çox mürəkkəb
olub. Amma bu mürəkkəbliklərdən uğurla
çıxıb onu qoruyub saxlaya bilmişik. Necə ki, bu
gün də müstəqil Azərbaycanın ayaqda durması,
inkişaf etməsi istiqamətində
çalışırıq. Və fəaliyyətlər də
bəhrəsini verir.
Cəmiyyətdə
yaşayan bəzi insanlar hər şeydə dövləti
günahkar bilir. Məsələn ən vacib və ən
yaralı yerimiz olan Qarabag probleminin həllini. Gəlin bu məsələyə
dövlət tərəfdən yox, millət tərəfdən
baxaq. İçimizdə olan bəzi insanlar işğal
olunmuş rayonları belə tanımır, Qarabag mövzusu gələndə
"Mən vermədim ki, mənim nə işimə, kim verib
o getsin alsın" deyərək özünü kənara
çəkir. Bu cür insanlarla Qarabag məsələsi
haqqında adicə danışmaga dəyərmi? Və yaxud təhsil
problemi. Yenə də hər şey də müstəqil
dövlətimiz gunahkardır deyirlər. O üzdən
müstəqil ölkədə yaşayan hər bir vətəndaş
bu müstəqilliyi müqəddəs olan bir amil
kimi qəbul
etməyi bacarmalı, müstəqil olan Vətənimiz ugrunda
daim hər şeyə hazır olmalıdır. Gəlin
müstəqilliyimizin qədrini bilək. Çünki, hər
şey həqiqətən bizim öz əllərimizdədir.
Gələcək biz gənclərin əllərindədir. Təsadüfi
deyil ki, ümummilli lider Heydər Əliyev də gənclərin
Vətənə bağlılığının zəruriliyini
qeyd edirdi. Bu mənada Heydər Əliyev bildirmişdi: "Mən
Azərbaycanın gələcəyini çox parlaq
görürəm. Mən istəyirəm ki, Azərbaycan
sözün əsl mənasında inkişaf etmiş ölkələrin
sırasına daxil olsun. İstəyirəm insanlar
yaxşı yaşasınlar, yaxşı maaş alsınlar,
uşaqlar yaxşı məktəblərdə oxusunlar, xəstələr
yaxşı tibbi xidmətə malik olsunlar, yollar
abadlaşsın, şəhərlər gözəlləşsin,
insanların üzü gülsün və Azərbaycan irəliyə
getsin. Budur mənim arzum". Vətən-bu müqəddəs
bir kəlmədir. Vətənin hər bir qarışı
uğrunda candan keçməyə dəyər. Azərbaycan gəncliyi
bütün bunları nəzərə alaraq sübut etdi ki,
şəhidlər unudulmur. Sübut etdi ki, şəhidlər
xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək
bir yer deyil. Sübut olundu ki, kimsəsiz uşaqlar
qayğısız deyil.
Bu gün
uşaqlarla iş qurmaq, onları vətənpərvər
ruhda böyütmək, təbiyələndirmək ən
prioritet mıəsələlərdən biridiri. Ona görə
də uşaqlara vətənpərvər olmağı onlara
az yaşlarından aşılamaq lazımdır. Bunun
üçün məktəblərdə vətənpərvərlik
mövzusunda müsabiqələr keçirilməlidir.
İşğal olunmuş torpaqlarda bacı və
qardaşlarımızın müqəddəs
ruhlarının dolandığı, bizlərin o torpaqlara
qayıdacağı hər zaman gənclərin diqqətinə
çatdırılmalıdır. Sübut olunmalıdır
ki, onları unutmuruq:
İşğal
günlərində 100-lərlə insanlar məlumatlandırılır.
Ancaq bu maaifləndirmə işləri yalnız işğal
günlərində aparılmamalıdır. Adi günlərdə
də bizlər vətənpərvər olmalı, Vətəni
sevməliyik. Hər zaman Vətən uğrunda həlak olan
insanlar yade edilməli, gənclər üçün örnək
göstərilməlidir.
Azərbaycanın
Çingiz Mustafayev, İlham və Fərizə kimi mərd
oğul və qızlarının olduğunu hər bir Azərbaycan
gənci bilməlidir. Mübariz İbrahimov kimi igid
oğullarımızın göstərdiyi şücaət təbliğ
olunmalıdır. Yetişməkdə olan Azərbaycan gənci
onun necə qəhrəman oğul və qızlarının
olduğunu bilməlidiri. O zaman həmin qəhrəmanlar
aramızda olmasalar da, onların ruhları daima şad olar və
bundan qazanan yalnız gənclər olar. Bu gün hər kəs
bunu görür və sevinir. Sevinirlər ki, vətənpərvər
gənclər var, ürəyi vətən eşqilə
döyünən gənclər yetişir.
Qəlbində
vətən sevgisi olan bir insan vətənpərvərlik
hissini hər yerdə aşılayacaq. O hər bir
gördüyü işdə vətəni düşünəcək.
Vətəni sevmək yalnız əlinə silah alıb
döyüşə atılmaq deyil. Vətəni sevmək hər
insanda ola bilər, adi bir dükan da satıcıdan tutmuş
nazirlikdə işləyən bir insana qədər.
Olaylar.- 2016.- 16 avqust.- S.7.