Gənclərimizin milli vətənpərvərlik

ruhunda tərbiyəsinə diqqət artırılmalıdır

 

Dövlətin ərazi bütövlüyünün təmin olunması, onun etibarlı əllərdə saxlanması üçün gənc nəslin sağlam ruhda, vətənpərvər olaraq yetişdirilməsi ən vacib şərtlərdən biridir. Etiraf etmək lazımdır ki, günümüzdə Azərbaycan gəncləri də məhz bu ruhda tərbiyə olunur, böyüyür. Sevindirici haldır ki, bu gün dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları da bu istiqamətdə aktiv fəaliyyət göstərir, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən tədbirlər, layihələr reallaşdırırlar. Bəs görəsən, qeyri-hökumət təşkilatlarının gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən tədbirlərini, fəaliyyətlərini qaneedici hesab etmək olarmı?

İnsan hüquqları XXI əsr-Azərbaycan fondunun rəhbəri Şahin Camalov deyir ki, gənclər təşkilatları, QHT-lər qeyd edilən istiqamətdə müəyyən işlər görməyə çalışırlar: "Amma hesab edirəm ki, bu da yetərli deyil. Bu mövzularda daha aktiv olmaq lazımdır. Bu sahədə daha çox layihələr işlənməlidir. Nazirliklər, milli donor təşkilatlar bu sahənin təbliğini nəzərdə tutan layihələrə daha çox üstünlük verməlidirlər. İbtidai siniflərdən başlamaq lazımdır maarifləndirici tədbirlərə. Mütəmadi tarixi abidələrə ekskursiyalar təşkil edilməli, övladlarımızı gəncliyə hazırlamaq lazımdır və hesab edirəm ki, bu məsələdə gənclər təşkilatlarının və QHT-lərin ciddi rolu ola bilər". Şahin Camalovun sözlərinə görə, bu gün biz vətənpərvərlik mövzusunda gənclərimizin problemlərinin olduğunu deyiriksə demək görülən işlər qənaətbəxş deyil: "Əgər ölkədə bütün milli qəhrəmanlarımız barədə informasiya verən vahid internet resursu yoxdursa, milli mənəvi dəyərləri aşılayan veb səhifələr, bloqlar yoxdursa (və ya təbliğ edilmirsə) demək görülən işlər çox zəifdir və daha çox çalışmaq lazımdır". Fond rəhbəri bildirib ki, gənclərimizin monoton həyat tərzi, gündəlik ictimai siyasi proseslərdən bixəbər olması, dünyada baş verən hadisələrə, proseslərə laqeyid qalması və son nəticədə özünü yetişdirmək üçün çalışmaması bizim gəncliyimizin əsas problemidir: "Bu gün Azərbaycan gəncliyinin xalqını, millətini, dövlətini sevməsi, vətənpərvər kimi yetişməsi, ümümmilli məsələlərdə vahid mövqedən çıxış etməsi, bir yumruq olması üçün bizlər heçetmirik. Birtərəfli təhsil verilməsi, milli vətənpərvərlik ruhunda telelayihələrin demək olar ki, olmaması, milli-adət ənənələrdən demək olarsa uzaqlaşılması son nəticədə gəncliyimizin gələcəyinə, onların vətənpərvər kimi yetişməsinə ciddi mane olmaqdadır. Bu gün gənclərimiz universitetə ancaqancaq imtahan nəticələrinin yaxşı olması üçün gəlirsə, onlarla gündəlik tərbiyəvi söhbətlər aparılmırsa və ya gənclərimizin bu tip söhbətləri dinləməyə həvəsi olmursa, mən hesab edirəm ki, bu hər birimizin günahıdır və bir an öncə bu problemlərin həlli istiqamətində işlər aparılmalıdır. Gəncliyimizdə kitaba maraq artırılmalıdır. Milli vətənpərvərlik mövzusunda telelayihələr hazırlanmalı, tədbirlər, konfranslar mütəmadi keçirilməlidir. Bir sorğu keçirsək görərik ki, böyük əksəriyyət tarixi abidələrimiz, yerlərimiz, ümumilikdə tariximiz barədə çox az biliklərə sahibdir. Gəncə xanlığını, Talış xanlığını, Səfəvilər dövlətini, Şirvanşahlar sarayını, Qız qalasını, Babəki, Şirvanşah İbrahimi, Şah İsmayıl Xətaini, Nəriman Nərimanovu, Əlimaərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni və daha onlar kimi tariximiz olan dəyərli abidələri, tarixi şəxsiyyətləri tanımayan, bilməyən gənclərimizin milli mənlik şuurundan danışmaq nə dərəcədə düzgündür bilmirəm. Məncə gəncliyimiz onları sadəsə tanımaqla qalmamalı, onların yaşadıqlarından, həyatlarından, hər daşı tarix olan o abidələrin fəlsəfəsindən anlamalıdırlar. O zaman milli mənlik şuuru formalaşar və dəyər qazanar məncə. Təhsil Nazirliyi dərsliklərin yazılmasına, hazırlanması məsələsinə ciddi nəzarət etməli, hər fürsətdə gəncliyimizin düzgün yetişməsi üçün əlindən gələni etməlidir. Hesab edirəm ki, bu məsələdə din amiliciddi müsbət rol oynaya bilər. Əslində elmlə dinin vəhdəti daha gözəl nəticələr verə bilər.. Amma bilirsiniz ki, bu məsələdə də çox diqqətli olmaq lazımdır. Din adı altında gənclərimizin zəhərlənməsinə də şərait yaradılmamalıdır".

Şahin Camalovun sözlərinə görə, gənclərin vətənpərvər ruhda tərbiyə olunması, bu ruhda böyüməsində orta məkrəblərin rolu böyükdürorta məktəblərdə bu məsələyə ciddi yanaşılmalıdır: "Təssüflər olsun ki, ortaali təhsil müəssisələrində gənclərimizin vətənpərvər kimi tərbiyə olunduğunu görmürəm və hiss etmirəm. Əgər biz milli dövlətçilik rəmzlərimizin mənasının gənclərə əzbərlədilməsini vətənpərvərlik ruhda tərbiyə olunmaq hesab etmiriksə. Vətənini sevmək üçün ilk öncə insan anasını, atasını, bacısını, qardaşını, qonşularını, əmilərini, dayılarını, özündən böyükləri, özündən kiçikləri, ətrafımızda olan bütün canlıları, gündəlik istifadə etdiyi nemətləri sevməli, hörmət etməli, dəyər verməlidir. Bütün bu qeyd etdiklərimə (və ətrafımızda olub da qeyd etmədiklərimə) vətən sevgisinin ana sevgisi ilə eyni olduğu öyrədilməsə, niyə ətrafımızda olan canlıları sevmək, onlarla insanca davranmaq lazım olduğu öyrədilməsə, bu gənclik vətənini necə sevər, sabah ehtiyac olarsa vətənini necə qoruyar.?. Onun üçünmilli və vətənpərvər ruhda gənclərimizi tərbiyə etmək istəyiriksə onlara bu dəyərlər uşaq vaxtından aşılanmalıdır və buna kompleks yanaşma olmalıdır. Qeyd etdiyim kimi, bütün problemlərin başında sevgisizlik durur. Sevgiyi öyrətməliyik gənclərimizə. Valideynlərə, övladlara, yaxınlara, uzaqlara, ətrafımızdakı canlı aləmə və son nəticədə vətənə. Vətənini, millətini, valideyinlərini sevən insan heç kimin toruna düşməz, vətənini satmaz. Gənclərimizin başqa dairələrin toruna düşməməsi, yad təsirlərə məruz qalmaması üçün onları özümüz, bildiyimiz kimi, milli vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Təhsilimizi daha da gücləndirməliyik. Ciddi milli vətənpərvərlik ruhunda telelayihələrə üstünlük verməli, şou aləminin təsirindən, şou əhlinin təsirinə düşməkdən onları qorumalıyıq. Milli musiqi dinləməyi, muğamı sevməyi, bayrağımızı və digər milli atributlarımızı sevməyi, himnimizin mətnini əzbər bilməyi, gərəkirsə vətən üçün ölməyi öyrətməliyik". Fond rəhbəri hesab edir ki, məhz bütün bunlardan dolayı Azərbaycan gəncinin vətənpərvərliyi ilə bağlı məsələ haqqında fikir bildirmək biraz çətindir: "Çox təəssüf ki, Azərbaycan gəncliyinin böyük bir qismi bizi gələcəklə bağlı ümidləndirmir. Ali təhsil alsalar da, öz üzərilərində işləmək, müasir elmi texnologiyanın imkanlarından təhsillərinin, bilik və bacarıqlarının artırılması üçün istifadə etmək əvəzinə daha çox sosial şəbəkələr və gündəlik əyləncə üçün istifadə edirlər. Bu da son nəticədə gənclərimizin savadlı və vətənpərvər bir gənc kimi yetişməsinə mane olur. Digər tərəfdən təhsildə mövcud problemlər, keçmiş SSRİ və müasir Avropa təhsil sistemləri arasında vargəl edən təhsilimiz gəncliyimizin inkişafına və vətənpərvər ruhda formalaşmasına mane olmaqdadır. Bir qism gəncimiz isə daha çox bu və digər siyasi qrupların təsirinə düşərək qaraguruhçu gəncə çevrilmişdir ki, onların da yaratdıqları hay-küyü mən vətənpərvərlik kimi qiymətləndirməzdim". Şahin Camalov bu istiqamətdə KİV-lərin rolundan da danışıb: "Hesab edirəm ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında televiziyaların, kütləvi informasiya vasitələrinin də üzərinə mühüm düşür. TV-lərin, KİV-lərin vətənpərvərlik mövzusuna ayırdığı diqqət qətiyyən məni qane etmir. TV-lərin gündəlik şou proqramlara ayırdıqları vaxtın onda biri heç vətənpərvərlik mövzusuna həsr edilmir. Çox təəssüf. Unutmamalıyıq ki, TV-lərin və KİV-lərin gənclərimizin maariflərndirilməsində çox mükəmməl rolu ola bilər. Təsəvvür edirsiniz, həm maürifləndirici, həm də, məlumatlandırıcı verilişlər telekanallarımızda daha çox olur. Tariximizi öyrədirik. Mənəvi dəyərlərimizi təbliğ edirik. Milli qəhrəmanlarımızı, vətən uğrunda canını fəda etmiş, gəncliyini qurban vermiş igid oğullarımızı tanıdırıq. Fred Asifi, Koroğlu Rəhimovu, Şirin Mirzəyevi, Təbriz Xəlilbəylini, Mübariz İbrahimovu, Fərid Əhmədovu də digərlərini nümunə göstərib, tariximizi qanları ilə yazmış o insanları, onların qəhrəmanlıqlarını gənclərimizə, gəncliyimizə aşılayırıq. Müharibə şəraitində olan, torpaqlarının 20 faizi işğal olunmuş bir dövlət, xalq olaraq bizim buna çox ehtiyacımız var. Amma çox təəssüf ki bu bizim arzuladığımız kimi baş vermir. Nəticədə biz gecikirik. Daha bir neçə il geriləyirik. Ona görə də düşünürəm ki, bu istiqamətə daha çox diqqət ayırmaq lazımdır".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 27-29 avqust.- S.7.