Milli qəhrəmanlarımız gənclər
üçün qəhrəmanlıq
nümunəsidir
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması sistemli şəkildə qurulduğundan
bu proses təkcə paytaxtda deyil, eləcə
də əyalətlərdə. şəhər və rayonlarda uğurla həyata
keçirilir. Respublikanın hər bir regionunda, şəhər
və rayonunda gənclərin vətənpərvər
ruhda tərbiyəsinə xidmət edən
tədbirlərin keçirilməsi onların daha
da vətənpərvər olmasını
şərtləndirir. Bu mənada Samux rayonunda da qeyd edilən istiqamətdə
görülən işlər təqdirəlayiq hesab edilə bilər.
Belə ki, bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xalədiddin oğlu İsgəndərovun doğum günü yüksək səviyyədə qeyd edilib. Sərhəddimizin toxunulmazlığını öz canı bahasına qoruyan Milli Qəhrəman Eltun İsgəndərov N saylı Sərhəd zastavasında xidmət edərkən bir qrup cinayətkar dəstənin sərhəddimizi pozduğu xəbərindən sonra cinayətkar dəstəni zərərsizləşdirmək üçün öz sərhədçi zabit və əsgər yoldaşları ilə birgə hadisə yerinə yollanıb. Cinayətkarlarla başlayan döyüşdə əl qumbarasının üzərlərinə gəldiyini görərək qısa zaman kəsiyində , çevik bir şəkildə qərar verərək əsgər və zabit yoldaşlarının həyatlarını xilas etmək üçün böyük igidlik, cəsarət, qəhrəmanlıq göstərərək özünü əl qumbarasının üstünə ataraq, öz canı bahasına döyüş yoldaşlarının həyatlarını xilas edib. Milli Qəhrəmanın əziz xatirəsi hər zaman böyük hörmətlə yad edilir. 21 oktyabr 2016-cı il tarixdə Milli Qəhrəman Eltun İsgəndərovun doğum günü yüksək səviyyədə qeyd olunub. Tədbirdə Samux rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, SHXÇDX-nın Samux rayon bölməsi, Milli Qəhrəmanın xidmət etdiyi Sərhəd zastavasının əsgər və zabit heyyəti və başqa idarə , təşkilatlar iştirak edib. İlk öncə Milli Qəhrəmanın qəbri ziyarət olunub. Hörmət əlaməti olaraq məzarı üzərinə gül dəstələri qoyulub. Sonra tədbir Milli Qəhrəmanın Təhsil aldığı orta məktəbdə davam etdirilib. Milli Qəhrəmanla bağlı video çarx nümayiş etdirilərək tədbir iştirakçılarına onun keçdiyi şərəfli xidmət və həyat yolundan danışılıb. Tədbirdə şəhidimizin atası Xaləddin İsgəndərov, qardaşı,anası və qohumlarıda iştirak edib. Sonra tədbir Əhmədbəyli kənd tam orta məktəb şagirdlərinin hazırladığı kompazisiya ilə davam edib. Sonda Gənclər və idman İdarəsi və SHXÇDX-nın Samux rayon bölməsinin birgə təşkilatçılığı ilə Milli Qəhrəmanın əziz xatirəsinə həsr olunmuş orta məktəb komandaları arasında keçirilən Mahir Nişançı güllə atıcılığı üzrə rayon birinciliyinin qalibləri Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubokla təltif olunublar tarixdə Samux rayon Əhmədbəyli kəndində isə Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux Rayon Gənclər və İdman İdarəsinin , SHXÇDX-nin Samux rayon bölməsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq Azərbaycan Respublikası Milli qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr edilmiş "Mahir Nişançı" güllə atıcılığı üzrə rayon birinciliyinin final mərhələsi keçirilib. Final mərhələsinə qoşulan 8 komanda ilk öncə Milli Qəhrəmanın ev muzeyinə baxış keçirib, xatirə şəkilləri çəkdiriblər. Yarışda iştirak edən gənclər Milli Qəhrəmanın ailəsi tərəfindən çay süfrəsinə dəvət olunublar. Milli Qəhrəman Eltun İsgəndərovun atası gənclərə Eltunun həyatı və hərbi xidməti haqqında geniş söz açmış, şagirdləri maraqlandıran suallara cavab verib. Sonra Əhmədbəyli kənd orta məktəbin idman zalında yarışlara start verilib. Yarış başlamamışdan əvvəl rəis müavini Eynur Fərmanlı artıq hər il keçirilən bu yarışın ənənəvi hal aldığını qeyd edərək bu yarışı keçirməkdə məqsədin Milli Qəhrəman Eltun İsgəndərovu rayon gəncləri arasında geniş təbliğ etmək, gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, güllə atıcılığı idman növünü gənclər arasında inkişaf etdirmək və rayon yığma komandasını formalaşdırmaq olduğunu söyləyib. SHXÇDX-nin Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev hər il keçirilən bu yarışın gənclərin vətənpərvərlik ruhunda yetişməsi, hərbi xidmətə hazırlanmasında mühüm rol oynadığını, Milli Qəhrəmanın göstərdiyi qəhrəmanlıq və şücaətin her kəs üçün nümunə, örnək olduğunu qeyd edib. Oyunların pratokoluna əsasən 1-ci yerə Lək kəndi , 2-ci yerə Sərkar kəndi, 3-cü yerə Samux 2 saylı tam orta məktəb komandaları layiq görülərək idarə tərəfindən diplom və kubokla təltif ediliblər. Sonda məktəb direktoru Etibar müəllim, Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov iştirakçılara , bu yarışı təşkil edən qurumlara təşəkkürlərini bildiriblər.
Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Samux rayon İcra Hakimiyyətinin, Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə dəstəyi ilə isə "Azərbaycan Bayrağı" ordenli, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynovla görüş keçirilib. Əvvəlcə İbad Hüseynovun qəhrəmanlığından bəhs edən film nümayiş etdirilib. Tədbiri acıq elan edən Samux rayon İcra Hakimiyyətinin başcısı Alı Qocayev çıxışında bildirib ki, hər bir azərbaycanlının Milli Qəhrəman kimi qəbul etdiyi, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş və Qarabağda soydaşlarımıza dəhşətli işgəncələr vermiş, türklərin düşməni olmuş "Avo" ləqəbli erməni terrorçusu Monte Melkonyanı məhv etmiş qəhrəmanımız İbad Hüseynovla "Qəhrəmanlıq və vətənpərvərlik simvolu" sərlövhəsi ilə görüşümüzdür. "Görüşümüzün keçirilməsinin də rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar ermənilər tərəfindən etnik-milli təmizləmələrə, deportasiyalara, soyqırıma məruz qalmalarına baxmarayaq, qəhrəmanlığımızı dəfələrlə sübut edirik, düşmənə sarsıdıcı zərbələr vururuq, torpağımızın hər qarışı üçün savaşırıq. Eyni zamanda, erməni faşistləri bir daha görürlər ki, Azərbaycanın İbad Hüseynov, şəhid olmuş
Mübariz, Fərid kimi qəhrəmanları var və bu Vətən müdafiə olunur, hətta daim müharibəyə, torpaqlarımızı azad etməyə hazırıq". Sonra çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə bildirib ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək düşmənə dəfələrlə sarsıdıcı zərbələr endirən, Əfsanəvi kəşfiyyatçı, Türk dünyasının qəhrəmanı, vətənpərvərlik örnəyi, dəyərli Azərbaycan övladı Vətənpərvər İbad Hüseynovun bizlərlə vətənpərvərliyin təbliği və təşviqi yönümlü maarifləndirici əhəmiyyətli görüşü unudulmaz və yadda qalan hadisədir. Onun Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq şücaətinin indiki və gələcək nəsillərə əsl örnək olduğunu vurğulayan Aygün Həsənzadə bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının, xüsusən də gənclərin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çağırışı ilə silaha sarılaraq işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etməyə borclu olduqlarını vurğulayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət komitəsinin Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev, Gəncə Dövlət Universtetinin tələbəsi Aysel Cəfərova öz çıxışlarında Qarabağın xəritəsini alnında, yarasını ürəyində, qisasını gözlərində gəzdirən İbad Hüseynov haqqında çıxış ediblər. Daha sonra "Azərbaycan Bayrağı" ordenli qəhrəman kəşfiyyatçı İbad Hüseynov çıxış gənclərə öz keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Monteyə atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanəvi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür. Qəhrəman kəşfiyyatçı İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu deyərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Qəhrəmanın çıxışından sonra rayon ictimaiyyəti, əsasən də gənclərin sual və ürək sözləri dinlənildi. Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Samux rayon Heydər Əliyev Mərkəzi tərəfindən "Azərbaycan Bayrağı" ordenli qəhrəman İbad Hüseynova xatirə hədiyyəsi təqdim olunub. Sonra İbad Hüseynov qəhrəmanlığını əks etdirən "Türk Dünyasının Qəhrəmanı" adlı kitabı rayon icra başçısına və mərkəzin direktoruna hədiyyə edib. Tədbir uşaq və gənclərin vətənpərvərlik ruhunda hazırladığı mahnı və kompazisiyalarla davam etdirilib. Samux Rayon Əhmədbəyli kənd şəhidləri qəbiristanlığında Samuxlu, XXI əsrin ilk Milli Qəhrəmanı Elton İsgəndərovun anım günü keçirilib. Əvvəlcə tədbir
iştirakçıları Milli qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər-qərənfillər düzüb. Daha sonra tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev qeyd edib ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, bir neçə döyüşçünü məhv etdikdən sonra döyüşün ağır yerində sərhəd pozucularının biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görən cəsur əsgər dərhal özünü qumbaranın üzərinə ataraq öz həyatı bahasına əsgər və zabitlərimizin həyatını xilas edib. Bəli həmin bu cəsur əsgər İsgəndərov Elton Xaləddin oğludur. O bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək gənc nəsillərə nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücayəti nəzərə alaraq 25.06.2009-cu il tarixli 349 saylı Sərəncamı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını verib. Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıqla ilə fəxr etdiyini və Azərbaycanımızda Elton kimi vətənpərvər oğlanların sayının onminlərlə, yüzminlərlə olduğunu vurğuladı və göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib .
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 2 dekabr.- S.15.