ALIN YAZIM - ŞƏHİDLİK
Adi insanlar ölür. Şəhidlər əbədiyyətə
qovuşur. Hər bir
şəhidin ömrü nə az,nə çox,uğrunda can qurban etdiyi torpağın
yaşı qədərdir. Sağ
qalsaydılar, hərəsi bir-birinə qətiyyən bənzəməyən
tale yaşayacaqdılar. Fəqət indi onların hamısının alın
yazısının cəmi bircə kəlməsi var.Şəhidlik!
Əgər xalq bircə nəfəriylə şüurlu ölüm zirvəsinə yüksələ bilirsə, deməli o xalq ləyaqət haqqına sahibdir!
Onlar bizə Vətəni ürəkdən sevməyi, mərdanəliyi, ən başlıcası isə yurd uğrunda necə ölməyi öyrətmişlər. Düşmən ordularını diz çökdürən, hər qarışı igidlər qanı ilə suvarılan torpağımızın qəhrəmanlıq yaddaşını yenidən oyatmışlar. Onlar sənin, mənim, hər birimizin əvəzinə ölümə gediblər;onlar,c əbrayıllı şəhidlər!
Şöhrət
igidlərin
Ömür yelkəni,
Həyatın mənası
Kim deyər nədir ,
Şəhidlik
ucalıq ,
Şəhidlik həyat
Şəhidlik ucadan
Uca zirvədir.
İnsan hardasa bənzərsiz yarandığından onun alın yazısı da ovcumuzdakı tale xəttləri kimi sirrlərini hər yetənə açmır.
Hər kəs öz bəxtinə, qismətinə düşən bir baxım işıqdan boylanır bu dünyaya... Gəlişi ilə ata ocağına bir dünya sevinc gətirmişdi Məhəmməd... Ulu dağların qüzey üzündən boylanan çinarlı Cəbrayıl onun nəzərində kiçik bir əyalət şəhəri deyildi.
O taylı bu taylı Azərbaycanımızın nəğçə ilə döyünən ürəyi idi .Sənin 24 illik ömrün nağıla bənzəyir ...
Bu nağılın qəhrəmanı divlərlə üz - üzə gəlib onları məğlub edən Məlikməmmədi də, mərdi-mərdanə şərin üstünə gedən Ağatlı oğlanı da sən özünsən...
Qarqarım,
Arazım, Kürüm də sənsən
Gor evim,
ocağım, pirim də sənsən,
Kəpəzim, Murovum, Dirim də sənsən,
Namusum, ismətim, qeyrətim
Vətən.
Məhəmməd Xasay oğlu Rüstəmov 18 avqust
1969-cu ildə Cəbrayıl
rayonu Şükürbəyli
kəndində anadan olub. Şükürbəyli kənd orta
məktəbini bitirdikdən
sonra İrkutskda və Litvada əsgəri xidmətdə
olub.
Hərbi
hissənin komandirlərinin
imzasıyla evlərinə
ünvanlanan təşəkkür
məktubları atası
Xasay kişini, Qızbəs ananı ,qardaş bacılarını
qanadlandırıb .
Bax beləcə qulluq etdiyi hərbi hissədə hərbi intizamı ilə özünə böyük
xətir hörmət
qazanıb Məhəmməd...
Vətənə qayıtdıqdan sonra rayondakı təmir - tikinti idarəsində işləyib .Sonra tale onu sərhəd oşunları sisteminə
aparıb.
ALIN YAZIM
- ŞƏHİDLİK1991 - 1992-ci illərdə
burada çavuş rütbəsi ilə qulliq edən Məhəmməd Rüstəmov
erməni işğalçılrından
qisas almaq üçün rayon hərbi
alayına üz tutub .
Sirik, Quşçular, Sur, Daşbaşı,
Dolanlar kəndləri
uğrunda gedən döyüşlərdə Məhəmməd
mərdliklə düşmənlərlə
vuruşub.
Doxsan üçüncü
ilin avqust ayının 3 - də tale
onun ömür kitabıa son nöqtəsini
qoydu. Döyüşdə
ayağının birini
itirən və bədəni qəlpələrdən
didim - didim olan bu cəsur
igidimiz xəstəxanaya
şatmamış dünyasını
dəyişib .
1993-cü ilin payızından
qaçqınlıq taleyinə
sığınan Rüstəmovlar
ailəsində döyüş
yoldaşları, komandirləri
ilə görüşürəm.
O vaxtlar 896 saylı hərbi hissənin arteleriya divizionunun komandiri olmuş İlham Məmmədov danışır: "İgidlikdə
tayı bərabəri
yox idi onun.
Əsgər yoldaşları arasında
mahir topçu sayılırdı. Şəhid
olduğu günə kimi Cəbrayıl torpaqlarındakı Quşçular,
Sirik, Daşbaşı
postlarında el-obamızı
etibarla qoruyur, döyüşlərdə düşmənin
başına od yağdırırdı Məhəmməd..."
O vaxtlar 896 saylı hərbi hissənin arteleriya divizionunun 2 -ci batareyasının komandiri olmuş Hüsüynov Kərəm
Ərşad oğlu isə deyir: "O , düşmənə qarşı barışmaz
oldüğu kimi, vətəninə qarşı
da canıyanan ,sədaqətli idi. Sovet ordusunda xidmətinə görə əsgər yoldaşları öz aralarında onu SNQ Məhəmməd çağırardılar."
ALIN YAZIM
- ŞƏHİDLİKArteleriya divizionunun feldşeri Səfərov İsgəndər
Şamil oğlu söhbətə qoşulur:
"Cəbrayılın üstünü
ölüm kabusu almışdı. Quşçular kəndi uğrunda qanlı döyüşlər
gedirdi o gün. Xeyli şəhid olan, yaralanan var idi
orada. Məhəmmədin
yaraları ağır
olduğundan Bakıya
yola saldılar onu.. Məhəmməd səmanın mavi ənginliklərində dəyişdi
dünyasını. Qartallar zirvədə
doğulur, zirvədə
köçür dünyadan
deyiblər."
Döyüş yoldaşları Hüseynov
Mustafa Hüseyn oğlu
və Quliyev Əliəkrəm Rəşid
oğlu isə belə danışırlar:
"Cəmi 24 il ömür sürdü Məhəmməd. Onun gənc qəlbi xalqı üçün böyük işlər görmək eşqilə
döyünürdü. Vaxtsız ölüm
buna imkan verməsə də, o əbədiyyətə qovuşması
ilə ən böyük istəyinə
- Vətənə əsl
oğul olmaq şərəfinə çatdı.
Bundan da şərəfli nə ola bilər?
Şairimiz demişkən, Vətən
sənə oğul dedi - daha nə
dərdin... Belə xoşbəxtlik hər
adama nəsib olmur. Sən dillər əzbəri
olan igidliyinlə həmişəlik heykəlləşdin."
Şəhidin qardaşları Möhübbət
və Hümbətin söylədikləri: "Məhəmməd
ölümüylə sinəmizə
sağalmaz dağ çəksə də, təsəllimiz odur ki, o, el yolunda, vətən yolunda şəhid olub. Nə yaxşı ki, dar ayaqda
Vətənə arxa olan qala timsallı
oğullarımız var. Fəxr
edirik ki, qardaşımız Məhəmməd
onların sırasındadır"
Bacısı Mətanət Rüstəmova
deyir: "El-obamız
yerində olsaydı nə dərdim var idi.. Təkcə
Məhəmməd şəhid
olmayıb ha..
Minlərlə ailənin oğlu Vətən yolunda canından keçib. Ancaq dözülməz dərd
budur ki, qardaşımın məzarı
düşmən əsirliyində
qalıb..
Onun Şükürbəylidəki
haray çəkən
ruhu ilə təkcə yuxularımda görüşürəm indi.
Digər
bacısı Pərvanə
Rüstəmovanın dedikləri:
"Deyirlər Allah hər
yetəni sevmədiyi kimi, hər adama da şəhidlik
haqqı vermir .. Bu haqqa o kəsləri
çatdırır ki ,onlar
öz sevgiləri ilə el -obaya başucalığı gətirirlər."
Xeyli vaxtdır
torpaq nisgili, oğul dərdi göynədir Qızbəs
ananı.
Ay gedib batmır Allah
Dərdlilər yatmır Allah,
Oğlumun məzarına
Əllərim çatmır
Allah.
ALIN YAZIM - ŞƏHİDLİKŞəhid
anası deyir - Arzumuz budur ki,
torpaqlarımız işğaldan
azad edilsin. Son dövrdəki 2 -5 aprel tarixlərindəki ordumuzun
əldə etdiyi uğurlar da bir daha bizdə
bu ümidlərimizi artırır. Cəbrayılımız düşmənlərdən geri
alınsın. İnanırıq ki, prezidentimizin apardığı məqsədyönlü
siyasət öz bəhrəsini verəcək.
Ordumuz şanlı
qələbəsini uğurla
başa çatdıracaqdır. Çox istərdim
ki, şəhid oğlumun adı yaşadığımız Binəqədi
rayonundakı adsız
küçəyə verilsin,
xatirə barelyefi qoyulsun, igidliyinə görə fəxri ad ilə təltif edilsin."
Bu işlərin görülməsi
düşünürəm ki, Binəqədi rayonunda yaşayan gənc nəslin vətənpərvərlik ruhunu
daha da artırar.
Ərləimiz, ərənlərimiz hər zülmət gecənin bir nurlu işıqlı sabahı olur deyiblər. Ulu Tanrının və bir də əlləri silah tutan igid oğullarımızın sayəsində inşaallah torpaqlarımız tezliklə azad olacaq. Bax, onda Qızbəs ana da öz doğma el - obasına qayıdıb oğlu Məhəmmədin şəhid qəbrini bağrına basıb, ürəkdən deyəcək -Əsgər yoldaşların doğma yurdyerlərimizdən düşməni qovub Sənin və şəhid dostlarının qisasını aldılar. Təki tez görəydik o günü...
Rəna Hacıyeva
Məqalənin
hazırlanmasında "QƏM LEYSANI"
kitabına istinad edilmişdir
Olaylar.- 2016.- 2 dekabr.- S.12.