Vətənpərvərlik tədbirləri
xarici ölkələrdə
də təşkil olunur
Azərbaycan
Silahlı Qüvvələrinin müxtəlif hissələrində
vətənpərvərlik tədbirləri həyata
keçirilir. Belə Tədbirlərdən biri Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində
baş tutub. Belə ki, Xidmətin fəaliyyət istiqamətinə
uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının
hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə
və gənclərdə vətəndaşlıq hisslərinin
yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda mübarizəyə
hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə
mütəmadi olaraq ictimai tədbirlər həyata
keçirir.
Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 1 dekabr 2016-cı il tarixdə Göyçay Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Göyçay Rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində aparılan davamlı işlər nəticəsində bugün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün göstəricilərə görə regionun ən qüdrətli ordusu statusunu qazandığını qeyd etmişdir. Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirmişdir ki, ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı siyasət Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə güclənməsi ilə nəticələnmişdir. "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli çıxışında vurğulamışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirdiyi işlər milli düşüncəli gənc nəslin formalaşmasına müsbət təsir edir. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Göyçay rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.
Məhz bu kimi tədbirlərin nətixəsidir ki, gənclər ordu sıralarında qulluq etməkdən fəzr duyurlar. Bunu bariz nümunəsi kimi Dövlət Sərhəd Xidmətinin Lənkəran, Zaqatala, Şəmkir sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimlərini göstərmək olar. Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gånåral-polkovnik Ålçin Quliyåvin təbriki çatdırılmışdır. Mərasimlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilmişdir. Çıxış ådənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışlar. Validåynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik ådərək vətən sərhədlərinin kåşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər. Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır. Lakin qurumun vətənpərvərlik tədbirləri təkcə andişmə mərasimləri ilə məhdudlaşmır. Dövlət Sərhəd Õidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin və mənəvi-psiõîlîji vəziyyətinin daim yüksək səviyyədə saõlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması məqsədilə mütəmadi olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Bu tədbirlərin sırasında 2013-cü ildən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş "Valideyn günləri" xüsusi yer tutur. Bir necə gün öncə Lənkəran sərhəd dəstəsində, Dövlət Sərhəd Õidmətinin Sahil Mühafizəsinin Türkan qəsəbəsində yerləşən bazasında və Xudat sərhəd dəstəsinin Qusar rayonunun Yalama qəsəbəsində yerləşən sərhəd zastavasında keçirilən "Valideyn günləri"ndə hərbi hissələrin rəhbərliyi, rayîn icra hakimiy-yətlərinin, yerli bələdiyyələrin nümayəndələri və əsgərlərin valideynləri iştirak etmişlər. Keçirilən tədbirlərdə öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissələr və sərhəd zastavası barədə ümumi məlumat verilmiş, qonaqlar yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qîyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əldə edilmiş yüksək nailiyyətlər xüsusi vurğulanmış, Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Õidmətində gedən dinamik inkişafı, əldə îlunmuş uğurları əks etdirən fîtî-slaydlar və video görüntülər nümayiş etdirilmişdir. Çıxış edən valideynlər yaradılmış şəraitdən razı qaldıqlarını bildirmiş, övladlarına öz tövsiyələrini vermişlər. Daha sînra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kîllektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmış, övladlarının õidmətləri ilə bağlı valideynlərin rəy və təklifləri dinlənilmişdir. Xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluq-çular "Õidmətdə fərqlənmiş sərhədçi" döş nişanları, fəõri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılmış, fərqlənmiş hərbi qulluqçuların valideynlərinə "Təşəkkür məktubları" təqdim olunmuşdur. Birgə nahardan sonra tədbir iştirakçıları yerli incəsənət ustalarının və hərbi hissələrin özfəaliyyət kîlletivlərinin hazırladığı maraqlı kînsert prîqramlarına tamaşa etmiş, əsgərlər valideynləri ilə birlikdə rəqs edərək əylənmişlər.
Qeyd edək ki, vətənpərvərlik tədbirləri təkcə Azərbaycanda deyil, eləcə də xarici ölkələrdə təşkil olunur. Belə tədbirlərdə azərbaycanlı ilə yanaşı, digər xalqların nümayəndələri də iştirak edirlər. Çünki, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölkəmizdə yaşayan digər xalqların da nümayəndələri döyüşə atılıblar. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bir sıra oğul və qızlarımız Milli Qəhrəman adına layiq görülüb. Bu ada layiq görülənlər arasında əcnəbi xalqın nümayəndələri də var. Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Xarkov vilayətində fəaliyyət göstərən "Dostluq" cəmiyyətinin sədri Murad Ömərov Qarabağ müharibəsində həlak olan ukraynalı Milli Qəhrəmanlar barədə danışıb."Qarabağ münaqişəsi zamanı qəhrəmanlıq göstərdiklərinə görə Milli Qəhrəman adına layiq görülən döyüşçülər olub. Onların arasında iki ukraynalı da olub. Onlardan biri Ruslan Palavenka, digəri isə Seryogin Viktor Vasilyeviçdir. Bunların ikisi də xarkovludur. Vasilyeviç Bakıda yaşayıb. 1992-ci ilin 28 fevralında Şuşa mühasirəyə düşən vaxt mülki insanları həmin ərazidən çıxaran zaman vertolyot vurulub. Vertolyotda olanların hamısı həlak olub. Vasilyeviç vertolyotun komandiri vəzifəsini icra edib. İki nəfər azərbaycanlı isə vertolyotun pilotu olub. Onların 3-nə də Milli Qəhrəman adı verilib. Bunu 1994-cü ildə bildik. Onun anası Xarkovda yaşayırdı. Sonradan ailəsi ilə tanış olduq. Vasilyeviç Şəhidlər Xiyabanında dəfn olunub. Onun adına küçə, vaxtilə yaşadığı evdə lövhə var. 2004-cü ildə Xarkovda onun yaşadığı evdə lövhə vurmaq üçün şəhər merindən icazə aldıq. Hər il dəfn olunan gün- 28 fevralda evinin önünə gedib gül dəstəsi qoyuruq". Murad Ömərov, ikinci Milli Qəhrəmandan danışarkən, onun haqqında çox adamın məlumatsız olduğunu deyib. "2014-cü ildə Xarkovdan olan ikinci Milli Qəhrəmanın kimliyini bildik. Bu da Ruslan Palavenkadır. Şəhid olanda 22 yaşı olub. Ruslan şəhid olanda atası onun Xarkovda dəfn olunmasını istəyib. Azərbaycan bayrağı və Azərbaycan əsgərlərinin müşayiəti ilə Xarkovda dəfn olunub. Azərbaycan bayrağını Ruslanın ailəsi hələ də saxlayır. Onu da deyim ki, Ruslanın medalı gec də olsa, atasına-anasına təqdim olunub".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar..- 2016.- 3-5 dekabr.- S.15.